adsızlıqdan fiyaskoya qədər;

Aran yaxud Azərbaycan

Hər halda Rəsulzadənin iran mətbuatı (İrşad, İran, No-Bahar, eləcə də Məliküşşüəra) ilə iddia etdiyi "Azərbaycan" və onun İranla əlaqəsi haqqında apardığı müzakirələrdə paylaşdığı rəy və düşüncə tərzi, əhəmiyyətli və qabarıq qeydləri özündə ehtiva edir ki, onun İrana yanaşmasında daha mülayim və döst münasibətdə olduğunu göstərir. Lakin bu yanaşma Bağırov hakimiyyəti dönəmində verbal kobudluq və vəsf edilməz düşmənçiliyə çevrilmişdir ki, bunun da irsi nəsildən nəsilə ötürülərək bu günə qədər davam etmişdir. Bu xüsusdakı Rəsulzadə təfəkkürünün ümumi məzmunu bir neçə ümumi xətti izləyir .

  1. 4 ay, 2 həftə əvvəl
  2. 0
ARAN
Badkubeh -

Əvvələr Qafqaz, Aran, Alban və Şəki, Şirvan, Qarabağ və Naxçivan adlandırılmış bir bölgə üçün "Azərbaycan Respublikası" adının seçilməsinin müzakirəsinin tarixi, banisi Məhəmməd Əmin Rəsulzadə olan qısa ömürlü Cümhuriyyətin quruluş dönəminə qayıdır. Araz çayının şimalında təsis edilən bir Cümhuriyyətə İran ostanlarından birinin adının verilməsi ilk günlərdən iranlı aydınların və siyasi xadimlərin çoxsayılı etirazına səbəb olmuşdur. İranlılar o dövrdə öz tarixi qardaşlarının müstəqilliyə qovuşmasını alqışlamışlar, lakin etiraz doğuran məsələ sırf seçilmiş adla bağlı olmuşdur. Hətta Şeyx Məhəmməd Xiyabani də özünün Qafqazdakı vətənpərvərlik və irançılıq mübarizə keçmişini nəzərə alaraq, eləcə də Qafqazda yaşadığına görə Müsvat Partiyasının idea və məqsədlərindən xəbərdar olduğu üçün Azərbaycan əyalətinin adını müvəqqəti olaraq Azadisatana çevirməyi qərara almışdır. Lakin, Rəsulzadənin iranlı aydınlar və siyasiləri ilə tanışlıq və səmimi münasibətlərinə görə elə o illərdə onunla mətbuat xadimləri arasında səmimi lakin ciddi müzakirələr keçirilmişdir. Daha sonralar Demokrat Firqəsinin Tudə partiyasına mənsub olan simalarından hesab edilən İnayətullah Rza  bu sahədə ciddi və geniş miqyaslı araşdırmalar aparmışdır ki, bu araşdırmalar "Azərbaycan və Aran" (1981-ci il) və "Aran, qədim dövrdən Monqollar dönəminə qədər" (2001-ci il) adı ilə nəşr edilmişdir. Bunlardan əlavə Aranı Azərbaycandan ayrıd etməyi zəruri bilən yanaşmaya kömək edən naməlum lakin dəqiq bir əsəri də xatırlatmaq yerinə düşərdi. Misirli tarixçi Qəlqəşəndi Ərəb dilində təlif etdiyi 14 cildlik "Sübhül-əza fi sənaətül inşa" kitabında Misirin Məmalik hakimiyyəti dönəmində dünya coğrafiyasının bəzi hissələrini şərh etmişdir. Həmin kitabın İrana aid olan hissəsi IX hicri əsrdə İranın tarixi coğrafiyası adında nəşr edilmişdir.

O İranı təqdim edərək, iki ümumi hissəyə - cənub və şimal hissələrə, bölür. Azərbaycan iqlimi üç mərkəzdən ibarət – Ərdəbil, Təbriz, Zəncan və onların atraf şəhərlərini, şimal hissəyə aid edilir. Kitabda ikinci iqlim kimi Aran göstərilmişdir ki iki mərkəzdən - Bərdə və Tiflis, ibarətdir (Qəlqəşəndi, 2005: 70-74). Azərbaycanla Aranın bir-birindən ayrıd edilməsi bu təsnifatda aydın görünür.

ARAN2

Hər halda Rəsulzadənin iran mətbuatı (İrşad, İran, No-Bahar, eləcə də Məliküşşüəra) ilə iddia etdiyi "Azərbaycan" və onun İranla əlaqəsi haqqında apardığı müzakirələrdə paylaşdığı rəy və düşüncə tərzi, əhəmiyyətli və qabarıq qeydləri özündə ehtiva edir ki, onun İrana yanaşmasında daha mülayim və döst münasibətdə olduğunu göstərir. Lakin bu yanaşma Bağırov hakimiyyəti dönəmində verbal kobudluq və vəsf edilməz düşmənçiliyə çevrilmişdir ki, bunun da irsi nəsildən nəsilə ötürülərək bu günə qədər davam etmişdir. Bu xüsusdakı Rəsulzadə təfəkkürünün ümumi məzmunu bir neçə ümumi xətti izləyir .

İki tərəfin də müzakirələrinin toplusu Azərbaycan tarixin dalğalanma nöqtəsində, İran millətçiləri ilə Bakı qəzetlərinin Aran adının Azərbaycana dəyişdirilməsi haqqında müzakirələrinə baxış- 1296-1298 günəş ilində nəşr edilmişdir


ARAN3