Azər həsrətə cavab

Azər Həsrət nəyin həsrətindədir?

Həsrət deyir əgər Azərbaycandan kənarda özünüzü Məhəmməd, Əli, Zəhra, Fatimə kimi təqdim etsəniz,bir alman, bir ingilis, bir fransız bunu eşidəndə dərhal deyəcək ki, siz ərəbsiniz.

  1. 4 ay, 3 həftə əvvəl
  2. 0
Badkubeh -

Araz Rüstəmzadə: Azər Həsrət adlı jurnalist son illərdə ölkəmizdə Məhəmməd,Əli,Zəhra,Fatimə,Yusif və Hüseyn kimi dini adların artmasından narahat olaraq ədəbsizcəsinə bu adlara ərəbin əndrəbadi adları deyib.

Qələmi ilə oxucu cəlb edə bilməyən jurnalistlər ucuz qalmaqalla oxucu toplamaq fikrindədirlər.

O,Azərbaycan xalqının  onlarla etnik xalqdan təşkil olunmasına və ümumiyyətlə bu xalqın türk olmamasına baxmayaraq onları türk adlandıraraq əhalinin adları  türk adları olmalıdır kimi bir səfsətə ortaya atıb.

Hər şeydən əvvəl Azər Həsrət kimdir?

Azər Həsrət  İlham Əliyev və onun komandasını vicdansız,əclaf,itlər,cinayətkar,mərhum jurnalist Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları adlandırıb.Bundan əlavə İlham Əliyev və onun ailəsini terrorçu və ölkəni terrorçuluq prinsipləri ilə idarə edən tayfa adlandırıb.bunları bu videoda izləyə bilərsiniz

Bundan sonra pul və medala Həstət qalmış Azər Həsrəti İlham Əliyev fəxri jurnalist adına layiq görərək medal ilə təltif edib.

 Məncə bu video və şəkillər Azər Həsrətin şəxsiyyət,səviyyə,mənlik və mənəviyyatını aydın şəkildə göstərir.Bakı mətbuatını tanıyan hər kəs bilir ki,bunlar cəmiyyətdə öz yerini tapa bilməyən və müəyyən cızma qaralarla əhalinin hissləri ilə oynamağa çalışar məxluqlardırlar xaliqini unutmuş məxluqlar. Öz ölkəsindəki həqiqəti yazmağa cəsarəti olmayan Həsrət,bu mükafatlandırmadan sonra hökumətin əsas müdafiəçilərindən biri olaraq daima İlham Əliyeevin şəninə təriflər yağdırır.

İndi isə Həsrətin səfsətələrinə diqqət edək:

 Ərəb adlarını başımızın üzərinə çıxarmaqla bir millət kimi özümüzü aşağılamış oluruq.Əvvəla bu adlar ərəb adları olduğu üçün yayılmayıb əgər belə olsa idi  yüzlərlə ərəb adları var ki,heç bir qeyri ərəb o adlardan isdifadə etmir.(Məsələn Təlal,Vail,As,Üməyyə və sair) Ümumiyyətlə sən nə vaxt yuxarıda olmusan ki,deyirsən özümüzü aşağılamış oluruq?

Həsrət deyir əgər Azərbaycandan kənarda özünüzü Məhəmməd, Əli, Zəhra, Fatimə kimi təqdim etsəniz,bir alman, bir ingilis, bir fransız bunu eşidəndə dərhal deyəcək ki, siz ərəbsiniz.

Həsrət adlarını sadaladığı bu xalqların mədəniyyətindən heçnə anlamayıb.Misla olaraq Həzrət İsa (ə) peyğəmbərin anası Həzrət Məryəmin xristianlar arasında yayılmış adı Mariya. Bu ad demək olar ki,bütün  Avropa,və Amerika ölkələrində ən çox yayılmış adlardan biridir və,Almaniyalı Mariya özünü təqdim edəndə heç kəs ona demir ki,sənin adın Fələstin mənşəli olduğu üçün sən Fələstinlisən,sənin adın Fələstin adıdır.(bu cür adlar çoxdu misal olaraq Maykl,şərqdə Mikail, şərqdən avropa dillərinə keçmiş Thomas və sair,) deməli adı fars adı soyadı isə ərəb sözü olan Azər Həsrətin nigaran olmağına əsas yoxdur.