Mart qurbanları

Bakıda 88 müsəlmanın asılması

Bəlkə də, susmurlar, lakin, siz də mənim kimi faktı dünən, yaxud srağagün öyrənmisinizsə deməli, bu barədə məqalələr, danışıqlar hədsiz az olub.

  1. 3 ay, 3 həftə əvvəl
  2. 0
Bakıda 88 müsəlmanın asılması
Badkubeh -

Bermeki Mutteqi: Təqvimimizdə “31 mart azərbaycanlıların soyqırım günü”dür. Buna görə əvvəlcə “31 mart”ın günahsız qurbanlarımızı anaq, onlara rəhmət diləyək. Dalıyca arzu edək ki, hökumət Heydər Əliyevə abidə, muzey tikməkdən yorulanda həmin qurbanları da yada salıb, onların da xatirəsin normal formada əbədiləşdirsin.

Ülvi arzular öz yerində,  “31 mart”a dair bir maraqlı faktdan bəhs edəcəyəm. Bir gün əliməAzərbaycan Xalq Cümhuriyyətinin parlament iclaslarının stenoqramı düşdü. ( Kitab son dərəcə maraqlıdır, mütləq siz də oxuyun zövq qalın. İnternetdə də var). Stenoqramı məni çox təəccübləndirirdi. Çünki, müxaliflər hökuməti Bakı qırğınlarının yaxşı araşdırılmamasına görə ittiham edirdi. "Bakı qırğını" nədir, təbii orda izah verilmirdi, ona görə ilk olaraq “mart soyqırımı”n ağıla gəlirdi. Özlüyümdə düşünürdüm ki, əcaba milli hökümət niyə bu məsələyə laqeyd qalsın ki?

Başınızı çox ağrıtmayım, kəsədən gedirəm. Gəldim kitabın o yerə çatdım ki, səhv eləmirəmsə, hökumət adından müdafiə naziri arayış verir. Deyir ki, ay balam, bizdən nə istəyirsiniz, qırğın vaxtı biz iş başında olmamışıq, ona görə insanlara təsir eləmək gücümüz də olmayıb, işi də lazımınca araşdırmışıq, həddini aşan 88 nəfər müsəlmanı müəyyən edib onları asmışıq da!!!

Allahu əkbər! Müsəlmanı niyə asır bunlar?

Sonra araşdırdım, hal qəziyyə belədir ki, parlamanda müzakirə edilən o " Bakı qırğını" Qafqaz-İslam Ordusunun Bakını azad etməsindən sonra yerli əhalinin 31 martin intiqamın alarkən baş verib. Bu haqda Azərbaycan tarixçiləri niyə susur anlamıram?

Bəlkə də, susmurlar, lakin, siz də mənim kimi faktı dünən, yaxud srağagün öyrənmisinizsə deməli, bu barədə məqalələr, danışıqlar hədsiz az olub.

İndi sual yaranır, bir halda ki bu faktı (intiqam) bizdən başqa hamı danışır; ermənilər, ruslar bu faktı şişirdilmiş formada dünyaya çatdırır, belə olanda öz ictimaiyyətimizdən onu gizlətməklə nəyə nail oluruq ki? Əksinə, bəlkə bu faktı bilmək bizi aşağılıq kompleksindən (daim bizi öldürüblər, əziblər, məzlum olmuşuq) az-maz qurtarmağa vəsilə olacaq?

Öldürülən erməni sayına gəlincə... ruslar bunun 20, ermənilər 40 min olduğun deyir. Praktika görtərir ki, həmişə belə rəqəmlər şişirdilmiş olur, o rəqəmləri real göstəriciyə gətirmək üçün 3-4 dəfə azaltmaq lazımdı. Bu hesabla güman eləmək olar ki, 10-12 min ermənini bizimkilər o zaman məhvi nabud edib intiqam alıblar. İndi isə qarşımızda bir kəskin sual dayanır: o ermənilər harda basdırılıb?