Sumqayıtda Türklərlə Azərbaycanlılar arasında kütləvi dava

Türklər yenə də Azərbaycanlıları təhqir etdi

Hadisənin səbəbi türklərin azərbaycanlıları təhqir etməsi, onları ələ salması olub.Belə ki, inşaat işlərində azərbaycanlılardan daha yüksək maaş alan türkiyəli işçilərin “siz heç nə bilmirsiniz, bacarıqsız və savadsızsınız, ona görə də sizdən yaxşı maaş alırıq” demələri azərbaycanlıların etirazına səbəb olub. Daha sonra etiraz kütləvi davaya çevirilib

  1. 7 ay, 2 həftə əvvəl
  2. 1
Türklər yenə də Azərbaycanlıları təhqir etdi
Badkubeh -

Araz Rüstəmzadə: İlk olaraq qeyd edək ki, söhbət Azərbaycan Respublikasında yerli vətəndaşlardan üstün tutulan və ölkənin məlum dairələri tərəfindən sadə əhaliyə qardaş kimi təqdim olunan türklərdən gedir. Bakıda türklərin yerli əhalini təhqir etmələri, onlara xor baxmaları,işçilərinin zəhmət haqqını kəsmələri, xüsusi ilə Azərbaycan dilini  lağa qoymaları kimi mənfur hallara Bakı sakinlərinin bir çoxu şahid olub.Türklərin azərbaycanlılara məlum münasibətlərinin davamında bu dəfə Sumqayıt şəhərindəki azərbaycanlı işçiləri türk işçilər təhqir edərək onları qabiliyyətsiz, alçaq, bacarıqsız kimi alçaldıcı ifadələrlə təhqir ediblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sifarişi ilə Sumqayıtda tikilən Karbamid zavodunun inşaatçıları arasında kütləvi dava olub.  Bakı mətbuatının verdiyi  məlumata görə, kütləvi dava tikintidə çalışan türklərlə  azərbaycanlılar arasında baş verib. Hadisənin  səbəbi türklərin azərbaycanlıları təhqir etməsi, onları ələ salması olub.Belə ki, inşaat işlərində azərbaycanlılardan daha yüksək maaş alan türkiyəli işçilərin “siz heç nə bilmirsiniz, bacarıqsız və savadsızsınız, ona görə də sizdən yaxşı maaş alırıq” demələri azərbaycanlıların etirazına səbəb olub. Daha sonra etiraz kütləvi  davaya çevirilib. Kütləvi davada  hər iki tərəfdən xeyli  adamın iştirak edib xəsarət alanlarla bağı məlumat verilmir.

Hadisə barədə SOCAR rəhbərliyi məlumatlandırılandan sonra dava-dalaş salan türkiyəli fəhlələr inşaat işlərindən kənarlaşdırılarılıb. Daha sonra türkiyəli işçilər Azərbaycandan deportasiya ediblər.

İnşaat ərazisini tərk edən türkiyəli fəhlələr gedərkən divara azərbaycanlılara ünvanladıqları çox pis söyüşlər yazıblar.

Bəlkə də, bu ləyaqətsiy söyüşləri Azərbaycalıların onlara qardaş demələri və qazandıqları pulun əvəzində yazıblar.




reader's comments

Loading...