Pantürkistlərin Azərbaycan Respublikası ilə bağlı təhlükəli planı

Türkiyə Azərbaycanı işğal etmək istəyirI: Yiğit Bulut

  1. 3 ay, 1 həftə əvvəl
  2. 0
Badkubeh -

Araz Rüstəmzadə: Unutmayaq ki, Ərdoğan Suriya prezidenti və xalqına da qardaş deyirdi. Amma həmən Ərdoğan və başçılıq etdiyi rejimi şəxsi maraqları naminə Suriya xalqının qanını su kimi axıdırlar, bu ağıllı azərbaycanlılar üçün ibrətdir.
  Bir neçə illərdir qardaş adı ilə Azərbaycan xalqına təqdim olunan , daha doğrusu sırınan xain Türkiyə son illərdə öz çirkin niyyətini daha aşkar şəkildə biruzə verməyə başlayıb. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi generalİlkər Başbuğun ardınca, Ərdoğan rejiminin təbliğatçılarından olan və 2013-cü ildə şəxsən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat üzrə müşaviri işləmiş Yiğit Bulut da Türkiyənin Azərbaycanı işğal etmək niyyətini dilə gətirib. Baxacağınız video bir neçə il əvvəl lentə alınsa da yaxın vaxtlarda internetdə yayılıb. Türkçülük və Ərdoğançılıq xəstəliyinə tutulmuş xain Yiğit  Bulut Azərbaycan Respublikasından əlavə əsrlərlə qonşu olduqları İraqın da torpaqlarına göz dikdiklərini dilə gətirir.
  Xatırladaq ki, İŞİD terror təşkilatı ilə alver edən Ərdoğan və ailəsi şəxsi mənafeləri üçün minlərlə vəhhabi terrorçunun Suriyaya daxil olmasına şərait yaradıblar, bundan əlavə video faktlarlarla sübut olunub ki, Ərdoğan hakimiyyəti İraq və Suriyada vuruşan terrorçulara bir çox yardımlar, xüsusi ilə silah və qida yardımları edirlər.
  Qarbağ müharibəsində də o zaman Türkiyə prezidenti olmuş Turqut Özala dara düşmüş Azərbaycana yardım etmək təklif olunanrkən o demişdi: "Azərilər şiədirlər, onlara İran kömək etsin". (Hürriyet, 21 Ocak 1990.)
İran Qarabağ müharibəsi zamanı çalışdı ki, kömək etsin amma prezident Əbülfəz Elçibəy inadkarlıqla İranın köməyindən imtina etdi. Elçibəy hakimiyyətindən sonra İranın Qarabağ döyüşlərində Azərbaycana etdiyi hərbi yardımlar fakt olaraq qalır.
Bu faktlar göstərir ki, Türkiyə Azərbaycana qardaş ola bilməz. Onun qardaşlığı yalnız özünün və ailəsinin maddi maraqları və ölkəmizin Türkiyə tərəfindən işğal edilməsi üçündür.