Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva Tovuzludur

Qənirə Paşayevanın Yerlibazlığı !

  1. 3 ay, 3 həftə əvvəl
  2. 519
Qənirə Paşayeva
Badkubeh -

Bu xanım qatı bir Türk milliyətçisidir. Qənirə xanım Azərbaycan Respublikasının millət vəkilidir ama sanki Azərbaycanın yox, Türkiyə və İraqın millət vəkilidir. Çünki ilin 8 ayını Türkiyə və İraqda Kərkük Türklərinin yanında keçirdir. Bu xanım Azərbaycanın millət vəkili olduğu təqdirdə 1 dəfədə olsun Tat və Talışların yaşadıqları torpaqlara ayaq basmayıb oradaki insanların problemləriylə maraqlanmayıb, nədə bu problemləri milli məclisə daşımayıb. Çünki Tatlar və Talışlar Türk olmadığı üçün bu millətlər Qənirə xanımı maraqlandırmır. Bu xanımı sadəcə türklər maraqlandırır. Qatı Türk milliyətçisi olan bu xanım. Azərbaycanda yaşayan digər millətləri cılız görür və türkləri isə dünyanın sahibi kimi görür.

Nəysə əsas demək istədiyim bu deyil. Gələk indi əsas məsələyə, Tovuz Futbol Klubunun adı bir neçə il bundan əvvəl dəyişdi. İlk əvvəl insanlar

''Turan'' adını hansısa bir marka zənn etdilər və Tovuz klubuna sponsor olduğunu zənn ettilər. Sözün düzü məndə belə zənn ettim ama bu belə deyilmiş. Bu yaxınlarda Turan Tovuz Futbol Klubunun logosuda dəyişdirildi və çirkin niyyətləri ortaya çıxdı. Onlar, Tovuz klubunun logosunu dəyişdirdilər və onun yerinə Turan ( xəyali Türk İmperiyasının ) bayrağını futbol klubunun logosunda əks etdirdilər. Əminliklə deyə bilərəm ki, bu işlərin arxasında Qənirə Paşayeva dayanır. Çünki araşdırmalarımız belə deyir !

Maraqlıdır daim multikulturalizm'dən danışan Azərbaycanda bu haqqlar türklərə olar ama qeyri türklərə olmaz.

Sabah Tatlar öz yaşadıqları qədimi Şirvan torpaqlarında

'' Tat Futbol Klubu '' yaradsalar vəya həmçinin Talışlar öz yaşadıqları torpaqlarda Talış Futbol Klubu yaradsalar. Logoyada nəyin ki, bayraq. sadəcə öz milli rəngləri olan qırmızı,yaşıl,ağ və sarı rəngləri əlavə etsələr. Qənirə Paşayeva başda olmaqla digər Türk milliyətçiləri daha doğrusu Türk yerlibazları birləşib, həmən komandanı bağlatdırıb, bütün üzvlərinidə ya təhdit edəcəklər yada separatçı adlandıracaqlar.

Sizcə bu haqq ədalətdirmi ?

Nə vaxta qədər Tat və Talış millətləri öz ana haqqlarından məhrum ediləcəklər ?!

Nə vaxta qədər, Tovuza olar ama Xızıya, Lənkərana olmaz ?!

Nə vaxta qədər ?!!

Bəxtiyar Dağlı