Məktablar da Tarixi necə təhrif edirlər

Musa Xiyabani Şeyx Məhəmməd Xiyabaninin nəvəsi kimi təqdim edilmişdir

İkincisi, Musa Xiyabani üçün istifadə edilən “Xiyabani” soyadı əslində “taşkilat daxili” bir ləqəbdir və onun daxili pasportunda qeyd edilmir. Musa Xiyabaninin öz soyadı “Nəsir oğlu”dur və o, sonradan Xiyabani kimi məşhur olmuşdur.

  1. 6 ay əvvəl
  2. 0
Şeyx Məhəmməd Xiyabaninin
Badkubeh -

Ümumi təhsil məktablərinin 11.ci sinfi üçün dərslikdə Məhəmməd Xiyabani haqinda cox böyuk təhrif var. həmidə Pərviz Şahmərsi tərəfindən fars dilinə tərcümə edilmiş və Təbrizin Mədəniyyət və İrşad İdarəsi icazəsi ilə yayinlanmış  Bakılı yazar Şökət Əli qızının təhrifedici “Tufanlı Təbriz” adlı kitabında “Musa Xiyabani” ( Xalq Mücahidləri Təşkilatının təbrizli liderlərindən olmuşdur) Şeyx Məhəmməd Xiyabaninin nəvəsi kimi təqdim edilir.

Bu kitabda “Xalq Mücahidləri Təşkilatı” və Musa Xiyabani şücaətli və unudulmaz şəxsiyyət kimi elə təqdim edilir ki, sanki bütün Təbrizlilər bu terrorçu qruplaşmasının ardıcılları olmuşlar.

Əvvəla, Şeyx Məhəmməd Xiyabaninin bütün nəvə-nəticələrinin adları məlumdur. Bu vətənsevər mübarizin (Şeyx Məhəmməd Xiyabani) hazırda Almaniyada yaşayan nəvələrindən biri, Fəramərz Xiyabani mətbuata verdiyi müsahibəsində Şeyx Məhəmməd Xiyabaninin nəvələrinin adını aşağıdakı kimi sadalamışdır:

“Xiyabaninin beş övladı olmuşdur ki, bunların da adları yaş tərtibatı ilə Fatimə, Həsən, Rübabə, Haşım, Mahmud və Məhəmməd olmuş və hazırda heç birisi həyatda deyil. Xiyabaninin üçüncü nəsli kimi, nəvələri olaraq biz beş oğlan və üç qızdan ibarətik (Rübabənin övladları Sirus və Məlus, Məhəmmədin övladları Fərzin, Lida və Mitra, Haşımın övladları isə Bəhram, Fəramərz və Fəriborz). Bizim nənəmiz “Xanımağa” kimi adlanan Banu Xeyrünnisa Xiyabani Əsl ( atasının adı: Nikpendar) olmuşdur. O, Şeyx Məhəmməd Xiyabaninin əmisi qızı və ikinci həyat yoldaşı idi ki, Şeyx Məhəmməd 33 yaşda ikən onunla ailə həyatı qurmuşdur ( “Şərq qəzeti”: 29-30 fərvərdin 1389/ 18-19 aprel 2010).

İkincisi, Musa Xiyabani üçün istifadə edilən “Xiyabani” soyadı əslində “taşkilat daxili” bir ləqəbdir və onun daxili pasportunda qeyd edilmir. Musa Xiyabaninin öz soyadı “Nəsir oğlu”dur və o, sonradan Xiyabani kimi məşhur olmuşdur.

Məlum deyil ki, “Şökət  Əli qızı”nın tamamən yalanla dolu və təhrifedici olan bu kitabını hansı səbəbdən və hansı məqsədlər uğrunda yazmışdır. 

    

faramarz xiabani

Faramarz xiabani, Şeyx Məhəmməd Xiyabaninin  nəvəsi. o deyr ki Xiyabaninin musa adinda bir nəvəsi yoxdur.

Məktablar da Tarixi necə təhrif edirlər


Musa Xiyabani Şeyx Məhəmməd Xiyabanini




reader's comments

Loading...