Cavad Təbatəbai: Millət dövlətçiliyi var, lakin ümmət dövlətçiliyi yoxdur!

İranın fərqli cəhəti budur ki, öz milli vəhdətini dövlətindən almayıb əksinə İranın milli vəhdəti olub ki, dövlət yaradıb. İranın fərqli cəhəti budur ki, öz milli vəhdətini dövlətindən almayıb əksinə İranın milli vəhdəti olub ki, dövlət yaradıb. Bu hadisə dünyanın başqa yerində baş verməyib. İran elə mədəniyyət və sivilizasiya yarada bilib ki, onun vasitəsi ilə başqa işləri təyin edə bilib. Deməli İran mədəniyyəti İran dövlətini yaradıb.

  1. 1 ay, 1 həftə əvvəl
  2. 0
Cavad Təbatəbai 3
Badkubeh -

Təbrizli filosof və «Təbriz məktəbi» kitabının müəllifi Cavad Təbatəbai, Məşhəd şəhərində (Xorasan ostanı) son çıxışlarının birində İran dövlətçiliyi və İranda milli tarixçə mövzularına toxunub. Bu çıxışın bəzi hissələrinə nəzər salaq. O bu çıxışında İran cəmiyyəti barədə irəli sürülmüş postmodern nəzətiyyələri qısa şəkildə tənqid edib. Bəziləri iranlıların yeni millət olduğunu deyərək, millət və milli sözlərini «nationalism» sözündən tərcümə etdikləri millətçilik sözü ilə əlaqələndirirlər. Bunun nəticəsi budur ki, o tarix müəllimi deyib, İranı Rza şah düzəldib!
Amma deməliyəm ki, İrandakı tarix və fəlsəfəyə əsasən bu düzgün deyil. Millət sözünün yeni mənasından əvvəl , biz millət olmuşuq. Bəziləri belə dəlil göstərirlər ki, millətin dövlətə ehtiyacı var. Dövlət vasitəsi ilə də anlayırıq ki, İran millət olubdur. İran öz dövlət və millətini ən azı Samanilər dövründən ümmətdən (xilafət) ayırdı çünki, mövzu dövlət və millətdir ümmət yox.
Millət dövləti var, ümmət dövləti yoxdur.
Ərəb ideoloqları əşşəb ələrəbi (ərəb milləti) düzəltməyə çalışıblar bəlkə hələdə çalışırlar və bunun ardınca millət dövlətinə çatmaq istəyirlər, nəticəsi olmayacaq. Bizim üçün mühüm məqam və İranın fərqli cəhəti budur ki, öz milli vəhdətini dövlətindən almayıb əksinə İranın milli vəhdəti olub ki, dövlət yaradıb.
Həm də bu səbəbdəndir ki, çox təəccüblə deyirk Türk tayfaları min ilə yaxın burada hakimiyyətdə olublar amma, elə bunlar da fars dilini Hindistana aparıblar.
İranın qalıcılı və davamlı olmasının səbəbi nədir ? bunun sirri nədir ?
Başqa ölkələrin də dövlətlərin milli dövlət olmasına baxmayaraq İranın davamlı və qalıcı olmasının sirri nədir?
İranın fərqli cəhəti budur ki, öz milli vəhdətini dövlətindən almayıb əksinə İranın milli vəhdəti olub ki, dövlət yaradıb.
Bu hadisə dünyanın başqa yerində baş verməyib. İran elə mədəniyyət və sivilizasiya yarada bilib ki, onun vasitəsi ilə başqa işləri təyin edə bilib. Deməli İran mədəniyyəti İran dövlətini yaradıb.
Ümumiyyətlə zəngin İran mədəniyyətinə uğunlaşa bilməyən dövlətlər çöküblər. Humayun Katuziyanın nəzəriyyəsinin əksinə İran qısa müddətli cəmiyyət deyil, əksinə çox uzun müddətli cəmiyyətdir sadəcə qısa müddətli hökümətlər hökmranlıq ediblər. Bundan əlavə qeyd etmək lazımdır ki, bu bəzi hallarda olub həmişə yox.
Nə üçün hökümətlər qısa müddətli olublar ?
Bu da əhəmiyyətli sualdır. Bəlkə də belə cavab vermək olar , hökumətlər özlərini İran cəmiyyətinə uyğunlaşdıra bilməyiblər. Bunu bacara bilmədikləri üçün köklü və əsil mədəniyyət və sivilizasiya hökümətləri aradan aparıb. Yəni İranda millət hökuməti hakimiyyətdən kənarlaşdırır. Bu vahid millət və mədəniyyət zəngindir. Bu mədəni zənginliyi İranın vəhdəti ilə eyni halda qəbul edə bilməyən hökuməti millət hakimiyyətdən kənarlaşdırıb.
Doktor Cavad Təbatəbainin çıxışı. 
Məşhəd, 12 tir 1396 hicri şəmsi ili. (12.07.2017)


reader's comments

Loading...