Azərbaycan "işğalda" və "müstəqillikdə"...

  1. 2 ay, 1 həftə əvvəl
  2. 0
neft
Badkubeh -

Q.Əsədullah: Sovet vaxtı neftidə, qazı da, elektirki də xalqın idi. Moskvaya bir şikayətlə məmurun anasını ağlar qoya bilədin. İndi kimə şikayət edəcəksən? Hamısı eynidir... Susan xalq da elə bu işlərə şərikdir. Heçkəs deyə bilməz ki "əşi camaat neyləsin eee". Məni buna Allahın, Peyğəmbərin, İmamların sözləri ilə cavab verə bilərəm. Ayə ilə, hədislə... Camaat da məsuliyyət daşıyır.

Qərbyönlü politoloqlar, siyasətçilər, müxalifətçilər adətən belə tezislər irəli sürür… “Rusiya 200 ildə Azərbaycanda nələr etduyunu yaxşı bilirik”, ya da “işğalçı Rusiya Azərbaycanı 200 il əsarətdə saxlayıb”.

Bəli mən etiraz etmirəm ki Rusiya İmperiyası başqa imperiyalar kimi ərazilər fəth edib və özünə birləşdirib. Bunu kim inkar edə bilər ki? Edib, çünki başqaları da edirdi. Amma bu qərbyönlülər heç vaxt Osmanlını, Britaniyanı, Fransanı Almaniyanı, belə tənqid etmirlər. Sanki onlara olar, ruslara olmaz. Burda bir məsələdə var ki Rusiya bu işi görməsəydi, başqaları görəcəkdi. Əvvəla onu qeyd edək ki vaxtı ilə Rusiya İmperiyası Qacarlar sülaləsi tərəfində idarə olunan İrana qalib gəlməsəydi indi Azərbaycanda Respublikası yox idi, indi İran İslam Respublikasının Şirvan və Aran ostanları var idi. Çünki Qacarlar bütün xanlara qalib gələcəkdi və mərkəzə tabe olmaq istəməyən xanlıqları ləğv edəcəkdi. Düzdür Rusiya bu əraziləri ona görə fəth emədiki orda müstəqil Azərbaycan Respublikasını qursun. Amma yenə də...

Fakt budur ki vaxtı ilə İran şahına tabe olmaq istəməyən xanlar Rusiyanın tərəfinə keçərək ruslardan yardım istəyirdi, ruslara tabe olmağa tərcih edirdilər. Çar vaxtında Rusiya ordusunda Baki, Yelizavetpol, İravən qüberniyasından çoxlu zabitlər qulluq edirdi əhali arasında da azadlıq uğrunda hansısa möhtəşəm hərəkatıar baş vermirdi. Ayrı-ayrı qaçaqlar və kiçik üsyanlar çıxmaq şərti ilə... Hətta Azərbaycan Cumhuriyyətinin qurucuları da ilkin mərhələdə sadəcə muxtariyyət istəyirdilər. Bu haqda ANS TV-də sənədli film də göstərmişdilər.Onu da qeyd edim ki Azərbaycanda Sovet vaxtında repressiyaları əsasən yahudi-bolşevikləri təşkil edirdi və onlar elə Rusiyanın özündə də bu repressiyaları həyata keçirirdilər. Bununla birgə Rusiya Gürcüstanla mübahisləri olan Zaqatala dairəsini (Balakən, Zaqatala, Qax)  Azərbaycana 1922-ci ildə qaytarır.

Bu dairə 1918-ci ildə Azərbaycan Cumhuriyyətinin tərkibində olsa da 1920-ci ilə bolşeviklər tərəfindən Gürcüstana verilmişdi. Naxçıvanı da Azərbaycanın himayəsinə verir, Qarabağı da Azərbaycanın tərkibinə salır. Dəfələrlə Ermənistan bu əraziləri istəsədə ermənilərin səsini kəsirlər. Hər şey ideal olmasa da, hamımıza məlum olan ərazilər ermənilərə verilsədə Azərbaycan mübahisəli ərazilərin çoxunu öz nəzarətində saxlayır. Dörd mübahisəli ərazidən üçü Azərbaycana qalır. Qalmaya da bilərdi. Sovet dövründə Azərbaycan dövləti müstəqil olmasa da, daxildə möhkəmlənir. Dövlət sistemi qurulur. Dövlət maşını qurulur.

Azərbaycan SSR-sı ittifaqda olan bir dövlət olur. Elə bu dövlət maşını 70 il ərzində güclənir və Sovetlə dağılandan sonra Azəraycan Respublikasına keçir. Nəisə... Mən bu tarixə dərindən girmirəm. Sadəcə səthi bu məsələyə toxundum. Və hər şeyi də ideallaşdırmıram. Tənqidi məsələlər də var. Əsas məqsədim iqtisadi müqaisədir. Nə din, nə ideologiya deyil. Ancaq iqtisadiyyat və xalqın yaşamı.Keçək başqa faktlara. Liberallar əsasən bu Sovet dövrünü tənqid atəşinə tuturlar. “Ölkədən neftimizi daşıdılar...” deyirlər, amma əvəzində nə oldu demirlər. Əvəzində ölkədə neft və neft emalı sənayesi, kimya senayesi, qaz sənayesi, maşınqayırma sənayesi, metallurgiya və metal emalı sənayesi, qida emalı sənayesi, ümumiyyətlə ağır və yüngül sənaye quruldu. Daşkəsəndə dəmir və alunit hasil olunurdu. Azərbaycanda neçə-neçə iri hidroelektrostansiaylar quruldu, istiliklə işləyən elektrostansiyalar quruldu. Metallurgiya sənayesi də inkişaf etmişdir. Polad, polad boruları, alyuminiy istehsal olunurdu, əlvan metallar prokat olunurdu. Maşınqayırma sənayesi kimyavi və neftkimyayi istiqamətlərinə bölünürdü. Səneynin elektrotexniki və radiotexniki sektorlarıqurulmuşdu. Ölkədə priborqayırma zavodları qurulmuşdu. Bundan başqa mineral gübrələr, sintetik kauçuk və müxtəlif növ kimya və nefkimya malları müəssisələrdə sitehsal olunurdu. Azərbaycanda tikinti materialların istehsalı da yüksək səviyyədə idi. Yüngül sənayedə isə trikotajdan tutmuş xalçaların istehsalına kimi hər şey var idi. Qida sənayesinin əsas istiqamətləri isə bunlar idi: konserv sektoru, tütün sektoru, çay seyktoru və üzüm emalı.1986-ci ilə Respublikada 808 sovxoz və 608 kolxoz fəaliyyət göstərirdi. Kənd təsərrüfatının torpaqları 4,1 mln hektar idi.

Əkinçilik üçün 1,4 mln. hektar, heyvandarlıq üçün isə 2,1 mln hektar. 1986-ci ilə suvarılan torpaqlar isə 1,33 mln hektar idi. Əkinçilik kənd təsərrüfatının 70% ümumi məhsulunu təşkil edirdi. 1986-cı ilsə Respublika 784 min ton pambıq verirdi. Azərbaycanda yüksək kefiətli tütün və çay istehsal olunurdu. Əkin torpaqlarının 31% müxtəlif meyvə və tərəvəzlər üçün istifadə olunurdu. Azərbaycam ümumittifaq tərəvəz bazalarında birinə çevrilmişdir (855 min ton 1986-cı ildə). Üzümçülük də inkişaf etdirilmişdi (1 539 000 ton 1986-ci ildə). Heyvandarlıq 1987-ci ildə iribuynuzlu heyvanlar 2 mln baş, qoyun və keçi 5,7 mln baş. İpəkçilik və balıqçılıq başqa sektorlar da işləyirdi. Və ən əsası Azərbaycan böyük bazara malik idi. Bütün SSRİ-i Azərbaycanın mallarını alırdı. Nəqliyyata keçək... 

Deməli Azərbaycanda 2, 07 min km dəmir yolu tikildi və 24,4 min km maşın yolu tikildi. Bakida metro tikildi. Xəzər dənizində iri liman tikildi. Ölkədə gəmiçilik inkişaf etdirildi.Belə sadalasaq çox yazmaq olar. Ölkədə dünyanın cəmi bir neçə yerində olan zavodlar tikilirdi. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu tikildi. Dünyada bu zavoddan 8-10 ölkədə var. Azərbaycanda hərbi zavodlar da tikilmişdir. Minlərlə məktəblər, universitetlər, texnikumlar, baxçalar, tibb mərkəzləri, xəstəxanalar, hospitallar tikilmişdir. Ölkədə yüksək səviyyədə təhsil verilirdi. Hamı pulsuz təhsil ala bilirdi, pulsuz kefiətli müalicə ala bilirdi. Xəzər dənizinin bağını, ikrasını hamı yeyə bilirdi. Dövlət əhali üçün mənzillər tikib pulsuz verirdi. İncəsənt, kinematoqrafiya, teatr hamısı inkişaf edirdi.  Ölkədə yüksək bütün istiqamətlərdə səviyyəli kadrlar hazırlanırdı, alimlər yetişdirilirdi.

Həmdə Azərbaycanın hərbi xərcləri tamamilə Moskvanın boynunda idi. Ölkədən nə verilirdisə artıqlaması ilə əvəzi gəlirdi. Azərbaycan hətta bir vaxt dotasiyalara yaşayırdı. Azərbaycanda heçnə olmasaydı və hər şey tükənsəydi ölkə mərkəzin hesabına yaşayacaqdı. Eyni bu proseslər bütün Sovet respublikalarında gedirdi. Hər yerdə! İndiyə kimi respublika nədir bilməyən xalqlar respublikalarını aldı. Onlar üçün müasir dövlət quruldu!Xalq azad şəkildə 15 ölkəni gəzirdi. Böyük bir ərazidə işdə tapılırdı və heçnə heçkəsin monopoliyasında deyildi. Ölkədə rüşvət olsa da indikinə baxanda bişmiş toyuğun gülməyi gələr. Kimləri tuturdular?

Maqazin işlədənləri, hansısa yerdə neçəsə ton mal əskik gəldi, hardasa nəisə oğurladılar və s. Kiminsə gizli kolbasa sexi var idi, ya da podnos sexi və s. İndi isə milyardlarla dollar gedir ciblərə, camaat da deyir "əşi yeyir yesin bizə də biraz versin", "neft özlərinə qalsın, qaz özlərinə qalsın, amma xalqa dəyməsinlər, alverimizi edək", "kranı biraz açsalar yaxşı olar", "bircə monopoliyanı yığışdırsalar heç neft lazım deyil, özlərinə qalsın", "balıq ikra flankəsdədir amma çörək verən kişidir haaa"...Bax bu cür qul psixologiyası beyinlərdə gəzir. Amma Sovet vaxtı neftidə, qazı da, elektirki də xalqın idi. Moskvaya bir şikayətlə məmurun anasını ağlar qoya bilədin. İndi kimə şikayət edəcəksən? Hamısı eynidir... Susan xalq da elə bu işlərə şərikdir. Heçkəs deyə bilməz ki "əşi camaat neyləsin eee". Məni buna Allahın, Peyğəmbərin, İmamların sözləri ilə cavab verə bilərəm.

Ayə ilə, hədislə... Camaat da məsuliyyət daşıyır. Müstəqillik bu xalqa addan başqa heçnə vermədi. Mən demirəm ki ölkə təzədən hansısa başqa ölkəni tərkibinə girsin. Yox! Sadəcə müqaisə aparıram. Özünüzə sual verin. Belə işğal olar? İşğalçı zavod tikər, fabrik tikər, əhalini savadlandırar, elmini təhsilini artırar? İşğalçı sənin kənd təsərrüfatını, iqtisadiyyatını qaldırar? İşğalçı istəsəydi sənin Respublikanı da ləğv edərdi, çünki səni tarixən öz ərazisi sayıb, fəth edib, özünkü bilib, sən onun üçün quberniya olmusan və sənin müsətqillik aktını heç tanımayada bilərdi. Və sən heçnə edə bilməzdın. Heçnə!!! Bunlar ki baş vermədi.

Azərbaycan Sovet Sosialist Respublikası daha da inkişaf etdirildi. Əgər biz Britaniyanın, Fransanın, Osmanlının və digərlərin istila siyasətinə baxsan görərik ki onlar yerli əhalilərin inkişfına yox, onları qul kimi işlətməyinə daha önəm verirdilər. Zəbt etdikləri yerləri dağıdırdılar.Müstəqillikdən sonra bütün bu nailiyyətlər məhv edilir. Bura kimi gələn ölkəni qabağa aparmağa daha da asan idi. Bu baza üzərində çox iş görmək olardı. Lakin ölkə bir qrup insanın əlinə keçir. 17 il ərzində ancaq Azəri-Çıraq-Günəşli yatağından 124 milyard dollar pul gəlib. Hanı bu pulların nəticəsi? Bir sadalayın neçə təzə məktəb tikilib, neçə kilometr yol tikilib, neçə zavod və fabrik tikilib? Təhsil səviyyəsi hardan hara düşüb....Heç müqaisəyə gəlmir. Və tikiləndə də beş qat pul yeyilir. Xalqın malı sərvəti talanır. Hətta əldə olan imkanlardan istifadə etməyə qoymurlar. Hansıdır işğal? Sovet dövrü yoxsa indiki “yırtıcıların” istilası? Tarixdən bilirik ki təcavüzkar tərəf ölkəni dağıdar. Amma Sovet hakimiyyəti ölkəni qurdu, inkişaf etdirdi. Sovet gedəndən sonra ölkəni elə dağıtdılar ki elə bil hakimiyyətə düşmən gəlib, elə bil Amerika qitəsini istila edən qəddar ispanlar, ingilislərdir bunlar, elə bil Avropanı dağından barbarlardır bunlar. Xalqa qalan isə boş sözlərdir "azərbaycanşılıq, millət, vətən, bayraq, torpaq, ..." içi boş lozunqlar. Söz var əməl yoxdur, əslinə əksinə bu sözlərin əksinə olan əməllər var. Düşmənçilik var!Bir daha qeyd edirəm, demirəm ki müstəqillik pisdir, ziyanlıdır, ya da ölkə hansısa başqa ölkənin tərkibinə girsin və s. Bunu demirəm. Bu müqaisədir. Necə idi və necə oldu... "Necə yaxşı ola bilərdi"-ni isə siz hamınız bilirsiniz.



reader's comments

Loading...