Şirin (Hunter)Təhmasibi :

İran SSRİ-nin yolunu gedəcəkmi?

İranın qeydə alınmış tarixinin əvvəlindən iranlılar ifadəsi farslardan daha çox, madlar, sarmatilər və başqa qruplara şamil olmuşdur. Onlardan bəzisi artıq yoxdur. Bu reallıq Əhəmənilərin ilk imperatoru I Daranın özünü tanıtdırdığı zaman aydın olur: "Mən Viştasp oğlu Darayam, Mənim ailəm Əhəmənilərdir, tayfam farsdır, milliyyətim aryayidir".

  1. 1 ay, 3 həftə əvvəl
  2. 0
Şirin Hunter
Badkubeh -

Şirin T. Hunter- 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı SSRİ dağıldığı zamandan qərbdə belə məzmunlu çoxlu məqalələr dərc olunmuşdur ki, İranın etnik və dil çeşidliliyi gec-tez SSRİ-nin yolunu gedəcək və onu bir neçə dövlətə parçalayacaqdır. Bundan əlavə bu fərziyyənin tərəfdarları bu qənaətdədirlər ki, Birləşmiş Ştatlar İranı iqtisadi və siyasi cəhətdən daha artıq təcrid və separatçı ünsürləri İranın parçalanmasına təşviq etməlidir. Bu arada başqaları Yaxın Şərq, Qərbi Asiya sərhədlərinin etnosların yerləşdiyi xətlər əsasında yenidən formalaşdırılması haqda danışırlar. Bu məqalələrdən biri "Qanlı sərhədlər" idi. Həmin məqaləni general Ralf Piters Silahlı Qüvvələrin Nəşrində dərc etdi. Trampın İranda rejimin dəyişilməsi vədini Amerika Birləşmiş Ştatlarında müzakirəyə qaldırdığı bir vaxtda, oxşar məqalələr artmışdır.

Əlbəttə parçalanmaq təhlükəsi bütün ölkələr üçün vardır. Təkcə İran deyil, İngiltərə, İspaniya, İtaliyadan tutmuş, hətta Fransaya qədər, dövlətlərin zəifləməsi ilə bu proses yarana bilər. Misal üçün İspaniyada Kataloniya müstəqil olarsa, Fransada Akitaniya da belə bir tələbi əldə etmək üçün çalışa bilər, Akitaniya bacararsa, bəs Britaniya nə üçün olmasın?

soviet

İspaniyada Baskoniya, Fransada Kurs, eləcə də bir çox başqa bölgələr. İtaliya da iki hissəyə bölünə bilər, şimal və cənub hissəyə. İngiltərədə Uels, Şotlandiya, Kornual və Man adası parçalana bilər.

Əlbəttə bu hadisələrdən heç biri baş verməyəcək. Yaxın Şərq ölkələrinin əksinə olaraq, Avropada heç bir regional və ya böyük qüdrət separatçı hərəkatlara kömək etməyəcək.

Lakin burada başqa səbəblər vardır. Nə üçün İran SSRİ-nin yolunu getməyəcək! Bu səbəblər SSRİ-nin real səbəbləri və İran dövləti və xalqının təbiəti ilə əlaqədardır.

Etnik qiyamlar SSRİ-nin dağılmasının səbəbi deyildi

SSRİ-ni ölümə sürükləyən məsələ etnik qiyamlar deyildi. Əksinə SSRİ rəhbərliyi daxilində dərin ixtilafın yaranmasının səbəbi Mixail Qorbaçovun "yenidənqurması" idi.

Sovet Sosialist Respublikaları İttifaqında 1989-cu ildən irəliləyən millətçi hərəkatlar bu rəqabətlər vasitəsi ilə təşviq olunurdu: İlk öncə Qorbaçovun yenidənqurma təhlükəsini açıqlamasına qarşı çıxması, sonra isə Qorbaçovun özü vasitəsilə "O olmadan, birliyi qorumaq olmaz" deməsi. Sonra Boris Yeltsinin tərəfdarları mərkəzdən uzaqlaşmağa maraqlı olanları təşviq etdilər. Yeltsinin əlavə səlahiyyətlər almağı tələb edən çeçenlər kimi SSRİ-nin etnik azlıqlarına çağırış etməsi məşhurdur.

Bununla belə ittifaqın ölümü etnik azlıqlar tərəfindən baş vermədi. Əksinə Yeltsinin əli ilə və Rusiya Federasiyasının ayrılması ilə baş verdi.

İlk dəfə onlar (ruslar) 1991-ci il dekabr ayının əvvəllərində müstəqilliyi elan etdilər. Aydındır ki, SSRİ hətta islahat aparılmış və liberal çərçivədə qorunmadı. Rusiya Federasiyasının bu qərarı digər respublikaları mat qoydu və çaşbaş saldı. Misal üçün məlumatlara görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev məəttəl qalaraq soruşdu: "Rusiya kimdən ayrılır?" SSRİ-nin Rusiyasız mənası yoxdur.

Quruluşdaxili fərqləri nəzərə alaraq İran və SSRİ arasında bəzi oxşarlıqlar vardır. Bununla belə İranda indiyə kimi nə ifratçılar, nə də islahatçılar öz tələblərini əldə etmək üçün etnik qarşıdurmaları qızışdırmaq ardınca olmayıblar. Çünki onların tələbləri sərhədlər daxilində İranla məhdudlaşır. İranda heç bir Mixail Qorbaçov və ya Boris Yeltsin yoxdur.

SSRİ-nin əksinə olaraq İran müstəmləkəçi imperatorluq deyil. İran uzun tarixi boyu öz ərazisini artırmaq əvəzinə, ərazisini itirmişdir. İranın bəzi etnos və dil azlıqları ərəblər, türk və monqolların İrana hücumunun qalıqlarıdır. Nəticədə İran tarixində müstəmləkəçilik ərəblər və türklər tərəfindən yaranıb, əksinə deyil, müstəmləkəçi imperatorluğun parçalanmasının qaçılmaz olmasının məntiqi nəticəsi İran haqda cavab vermir.

İranın etnik tərkibi haqda yanlış anlaşılma

İranın parçalanması ehtimalının şişirdilməsi üçün bir səbəb etnik xətlərin, iki ifadə, iranlılar və farsların birləşdirilməsinə əsasəndir. İranın qeydə alınmış tarixinin əvvəlindən iranlılar ifadəsi farslardan daha çox, madlar, sarmatilər və başqa qruplara şamil olmuşdur. Onlardan bəzisi artıq yoxdur. Bu reallıq Əhəmənilərin ilk imperatoru I Daranın özünü tanıtdırdığı zaman aydın olur: "Mən Viştasp oğlu Darayam, Mənim ailəm Əhəmənilərdir, tayfam farsdır, milliyyətim aryayidir".

Böyük İsgəndər (Makedoniyalı İsgəndər) İranı fəth etdikdən sonra yunanlar, sonralar isə qərblilər İrana Perşiya adı ilə işarə etdilər. Hərçənd İran, iranlılar üçün həmişə Perşiya və Parslardan uzaq idi. Sasanilər (250-651) ölkəyə İranşəhr adı ilə işarə edirdilər.

Hətta Qacarlar (1785-1925) zamanında iranlılar ölkənin adını İran deyirdilər. Birləşmiş Ştatlarda Rza şah Pəhləvinin Perşiya adının İran adına dəyişməsinə dair inancın əksinə olaraq. O sadəcə bir məsələyə israr etdi ki, xarici dövlətlər ölkənin adını İranda bir vilayətin adı olan Perşiya (Pars) adı ilə deyil, İranı düz adı ilə desinlər.

Hazırkı İranda kürdlər, lorlar, bəluçlar iranlı tayfalardır. Dillərinin türk olmasına baxmayaraq, azərbaycanlılar arasında türk irqinin qanının faizi orta hesabla iranlı qanından artıq deyildir. Kürd və bəluç dilləri İran dilləridir. Kürd dili praktiki olaraq bu gün Tehranda danışılan farsca ilə müqayisədə ərəblərin hücumundan öncəki farscaya daha yaxındır.

Bir çoxlarının separatçı hərəkatların yetişməsini görmək istədikləri Sistan və Bəluçestan bölgəsi ərəblərin hücumundan sonra İran milliyyətinin yenidən formalaşmasının çox önəmli məkanlarından biridir.

Fars dilinin milli eposu Şahnamənin qəhrəmanı və iranlıların əfsanəvi qəhrəmanı Rüstəm Sistandan idi. Son vaxtlar bu bölgədə və İranın digər yerlərində şahnamənin oxunuşu üzrə bir proses başlanmışdır. Kürd mədəniyyəti və tarixi yaddaşı Kavəyə aid edilməklə başlanır. O Əhəmənilər dövründə İranın qanuni şahlığını geri qaytardı və onun bayrağı iranlıların tarixi yaddaşı və tarixinə əsasən Kaveyilərin bayrağıdır (şahların bayrağı). Kürdlər hətta özlərini tam uzaqlaşdırmaq istəsələr belə, iranlıların mirasından qaça bilməzlər.

İran mədəni və tarixi bir millət olaraq

İrimiqyaslı hərbi hücum olmadığı halda, İranın parçalanması əleyhinə arqument üçün başqa bir səbəb budur ki, İran etnos əsasında ölkə olmaqdan daha çox, tarixi və mədəni bir ölkədir. İranlıları birləşdirən etnos deyil, tarix, mədəniyyət və böyük əhatəyə malik dindir. Əslində İranın çoxlu fatehləri olmuşdur. İstər daha kiçik, istərsə də tarixi sərhədlərdən öncəki daha böyük sərhədlərin qorunması, elə bir möcüzə qədərdir. Bu mədəniyyət, adət-ənənələr, təcavüzkarlar tərəfindən məhv olmaq yerinə fatehlərini valeh və həzm etmişdir.

İranlıların mədəniyyətinin cazibədarlıq xüsusiyyəti üçün ən yaxşı nümunəni monqollarda, müəyyən qədər Osmanlı imperatorluğunda müşahidə etmək mümkündür.

SSRİ heç vaxt bu qədər cazibəli və əhatəli mədəniyyətə sahib olmamışdır. Sovet insanı yaratmaq projesi faciəvi şəkildə məğlubiyyətə uğradı. Bundan əlavə başqaları iranlı azlıqları cəzb edə bilmir. Bir kürd dövləti hələ də bir xülyadır. Kürdlər üçün Türkiyə və ya İraqa qoşulmaq maraqlı deyil. İran azərbaycanlıları üçün Azərbaycan Respublikası prezidenti İlham Əliyev və ya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəzarəti altında yaşamaq xoşagələn olmayacaq. Pakistan bəluçlarının İran bəluçları ilə müqayisədə vəziyyəti daha ağırdır.

Əfqanıstan, İraq, Suriya, Liviya və Yəmən kimi – sadəcə bir neçə hal qeyd olunub – ölkələrdə daxili çəkişmələr göz qabağında olduğu halda, bütün iranlılar üçün ciddi xatırlatmadır ki, onlar oxşar vəziyyətdən uzaq qalmalıdırlar.

Ümumiyyətlə görünür, daha diqqətli və ayıq-sayıq baxış İranda qalmağın bütün vətəndaşlar üçün ən yaxşı bəxt olduğunu xatırladır.

Bu reallıqları nəzərə alaraq, güc vasitəsi ilə, hətta ölkəni parçalamaq vasitəsi ilə quruluşu dəyişmək ardınca olmaq yerinə, Birləşmiş Ştatlar üçün İranda müsbət dəyişikliyi irəlilətmək istiqamətində ən yaxşı seçim iqtisadi sektorda konstruktiv əməkdaşlıq yoludur. Əslində güc vasitəsindən istifadə etmək praktiki olaraq iranlıların öz ölkələrinin vahidliyini və birliyini qorumaq üçün bir-birinin kənarında qalmasına zəmanətli yolu yaratmasına səbəb olacaq. ABŞ 1990-cı illərdə konstruktiv anlaşma yolunu seçdi. Bugünkü İran çox fərqlidir və çox ehtimalla Birləşmiş Ştatlarla düşmənçiliyi olmayan əlaqələrdən daha çox həzz alacaq.

Şirin (Təhmasibi) Hunter

Yazar haqqında

Professor Şirin (Təhmasibi) Hunter Təbrizdə dünyaya gəlmişdir. Corc Taun Universitetinin xarici əlaqələr şöbəsinin araşdırmaçısıdır.

Onun son dərc olunan əsəri: Allah Bizim Yanımızda; Din, Xarici Siyasət və Beynəlxalq məsələlər. (Roman və Little Field, dekabr 2016)



reader's comments

Loading...