Babək Qalasını kim kəşf etdi?

Təbrizdə Babək Qalasının kəşfi və adlandırılmasına dair ixtisarlı tarix

Babək Qalası 1330-cu günəş ilindən (1951) öncəyə qədər yerli əhali arasında Qız Qalası adı ilə məşhur idi. İlk dəfə Şərvin Bavənd 1330-da bu qalanı Babək Qalası adı ilə müəyyənləşdirdi. Şərvin Bavənd Mazəndəranın Bavənd ailəsindən Səvadkuhlu siyasi fəal və yazardır.

  1. 1 ay, 1 həftə əvvəl
  2. 0
babık
Badkubeh -

Bu gün Babək Qalası (Bəzz Qalası) adı ilə tanınan qalanın elə əvvəldən həmin adı olmuşdurmu? Bu qala hansı tarixdən Babək Qalası adlandırılmışdır?

Babək Qalası 1330-cu günəş ilindən (1951) öncəyə qədər yerli əhali arasında Qız Qalası adı ilə məşhur idi. İlk dəfə Şərvin Bavənd 1330-da bu qalanı Babək Qalası adı ilə müəyyənləşdirdi. Şərvin Bavənd Mazəndəranın Bavənd ailəsindən Səvadkuhlu siyasi fəal və yazardır. Bu ailə öz nəslinin Sasanilər dövrünə aid olduğunu bildirirlər. O 1330-cu günəş illərində Təbrizdə Barun Avak məhəlləsində yaşamış və Müsəddiqin dövründə bir daha böyük fəaliyyətlərə başlayan kommunist və bolşeviklər əleyhinə çoxlu siyasi toplantılarda çıxışlar edirmiş.

Şərvin Bavənd II Dünya Müharibəsində Almaniya Nasist Partiyasının ofisində fəaliyyət göstərirdi. Lakin sonralar nasistlərlə siyasi fikir ayrılığına görə, onlardan incidi və İrana qayıtdı. Bavəndin siyasi amalı bütün aryayilərin bir bayraq altında yaşaması idi. O müxtəlif universitetlər, o cümlədən Zabitlik İnstitutunda tədrislə məşğul idi.

1330-cu günəş ilinin yayında Bavənd Təbriz Universitetində təhsil alan şagirdi Mir Mahmud Bəni Haşimin dəvəti ilə Kəleybər rayonunda Kəlalə kəndinə getdi. Bəni Haşim bu barədə deyir:

"Dağlarda gəzərkən bir qalaya çatdıq. Çox keçilməz yolu vardı. O daş qayalıqlardan keçərək asanlıqla yuxarı dırmaşdı, onun bütün otaqlarını gəzdi, ən yuxarı mərtəbə və ya otaqlara çatdı, bütün cəhətləri araşdırdı və dedi: Bura Azərbaycan cəngavəri Babək Xürrəmdinin qalasıdır. O tarixə qədər yerlilər oraya Qız qalası, Cümhur Qalası deyirdilər. Bu tarixdən sonra Babək Qalasının kəşfi müəllimimin qeyd etdiyi adla qeydə alındı. Bu gün də ora Babək Qalası kimi məşhurdur və Mədəni İrs Təşkilatında həmin adla qeyd olunub.

Mənbə: "Aryayilər bir bayraq altında" kitabında Bəni Haşimin ön sözü, Şirazə nəşriyyatı, Kavə Bəyat və Mustafa Nurinin təşəbbüsü ilə, Tehran.


reader's comments

Loading...