Şirin (Hunter)Təhmasibi :

ABŞ-ın İranla eniş-yoxuşlu əlaqəsinin əsas səbəbləri

Vahid İranda hər bir dövlət ideologiyası və istiqamətlərindən kənar, ölkənin potensiallarını aktivləşdirmək niyyətindədir. Belə ki, region və dünyada qanuni oyunçu tanınsın.

  1. 2 həftə əvvəl
  2. 0
Şirin (Təhmasibi) Hunter
Badkubeh -

Sadəcə İran və ABŞ-ın son əlaqələrinə diqqət yetirənlər problemlərin İslam Respublikasının ideologiyası və regiondakı siyasətlərindən qaynaqlandığını bildirirlər. Onlar iddia edirlər ki, ABŞ-ın İranla inqilabdan öncə problemi olmayıb və buna görə, İranla bu rejimin dəyişilməsindən sonra da məsələ yaranmayacaq.

Bununla belə ötən, 25 il ərzində İranda orta səviyyəli baxışlar, siyasətçilər və oyunçular yaranmışlar. Lakin hər dəfə İran ABŞ-a doğru əlini uzatmışsa, geri çevrilmişdir. Əksinə, ABŞ sadəcə o zaman İrana üzünü tutub ki, ona ehtiyacı olmuş olsun. 1369-cu günəş ilində Fars körfəzi müharibəsi kimi və ya 11 sentyabr hadisəsi sonrası.

Belə bir sual yaranır ki, nə üçün ABŞ İranla davamlı əlaqələri əldə etməyə ehtiyac duymur?

Şah dövründə ABŞ və İranın dostluq əfsanəsi

Bəzilərinin Şah dövründə bu əlaqələrə əfsanəvi və nostalji baxışı vardır. Halbuki ABŞ heç vaxt şaha Türkiyə və ya Səudiyyə Ərəbistanı kimi həqiqi müttəfiq gözü ilə baxmırdı.

Misal üçün şahın təklifi olmasına rəğmən, ABŞ İranla təhlükəsizlik müqaviləsini imzalamağı rədd etdi. İrana çox az maliyyə yardımları etdi və İranda siyasi və ictimai dəyişiklikləri sınaqdan keçirməyə hazır idi. (Latın Amerikası və Asiya və Yaxın Şərqin digər bölgələrində bu işi etmədi).

Hətta şah üçün darıxdıqlarını iddia edən Ərəbistan və İsrail aktiv şəkildə onun devrilməsinə kömək etdilər. Misal üçün Ərəbistan 1354-cü günəş ilində neft qüdrətindən istifadə etdi ki, İran iqtisadiyyatına zərbə vursun. Şahın Fələstin Azadlığı Uğrunda Təşkilat və Hafiz Əsədlə razılaşma əldə etməsinə çalışmasından qəzəblənən İsrail ABŞ-dakı himayədarlarından şah əleyhinə xəbərdarlıq üçün istifadə etdi.

ABŞ-ın İran qarşısındakı bu funksiyası bu ölkənin zati mənfəətinin olmamasının nəticəsidir.

Həmin məsələ Britaniya haqqında da misal göstərilə bilər. İngiltərə İranı Rusiya imperatorluğu ilə mübarizə üçün münasib sipər hesab edirdi. Buna görə, siyasəti bu olmuşdur ki, onu ölümə yaxınlaşdırsın, amma öldürməsin.

ABŞ İran qarşısında İngiltərənin siyasətini seçdi: İranı yarımcan saxlamaq. Belə ki, SSRİ-nin qarşısında yetərincə müqaviməti olsun. Belə ki, ABŞ-ın Fars körfəzi bölgəsindəki önəmli mənafeyi qorunmuş olsun.

Amma Vaşinqton heç vaxt İranın güclü bir müttəfiqə çevrilməsinə maraqlı deyildi. Çünki bir gün ABŞ-ın özünü problemlə üzləşdirə bilər.

İran ayrıcı qüdrət olaraq

SSRİ-nin dağılması ilə hətta sipər dövləti olaraq ABŞ üçün də İranın dəyəri ortadan qalxdı. O zamandan bəri ABŞ İranın tam təslim olmasına şamil olmayan bu ölkənin məsələsi üçün istənilən həll yolunu qəbul etməkdən boyun qaçırıb. Misal üçün 1383-cü günəş ilində İran təklif etdi ki, iki ölkə arasındakı həll olunmayan bütün məsələlər müzakirələr üçün masada olsun, lakin ABŞ qəbul etmədi.

Nəhayət ABŞ İranın etibarlı region və orta qüdrətə çevrilməsindən nigarandır. Supergüclərin orta səviyyəli qüdrətlərə marağı yoxdur. Orta səviyyəli qüdrətlər onlara şərik kimi baxılmasını istəyir və öz paylarını tələb edirlər. Misal üçün şah onunla nökər deyil, şərik kimi davranılmasını istəyirdi.

Bu məsələ İranın regional rəqibləri barəsində də öz əksini tapır. Onlar İrana sanksiya və hərbi hücumun tərəfdarıdırlar. Buna görə ki, güclü İranın iştirakı ilə dinclik hiss etmirlər. Bu narahatlıq mədəniyyət sahəsinə qədər genişlənmişdir. Ötən il Kann Festivalında iranlı aktyor Şəhab Hüseyni ən yaxşı aktyor mükafatını qazandığı zaman, səudiyyəli təhlilçilər onu Qasim Süleymanidən daha önəmli təhlükə kimi qiymətləndirdilər!

Vahid İranda hər bir dövlət ideologiyası və istiqamətlərindən kənar, ölkənin potensiallarını aktivləşdirmək niyyətindədir. Belə ki, region və dünyada qanuni oyunçu tanınsın.

ABŞ-ın qarşısında duran iki yol ayrıcı budur ki, görəsən İranla bir növ anlaşma və razılaşmanı qəbul etmək istəyirmi? Və ya İran məsələsini həmişəlik olaraq qarşısından götürməyə üstünlük verəcək? İkinci yol ABŞ üçün çox təhlükəli və baha başa gələ bilər, həm də uğur qazanması üçün heç bir zəmanət yoxdur.



Yazar haqqında

Professor Şirin (Təhmasibi) Hunter Təbrizdə dünyaya gəlmişdir. Corc Taun Universitetinin xarici əlaqələr şöbəsinin araşdırmaçısıdır.
Onun son dərc olunan əsəri: Allah Bizim Yanımızda; Din, Xarici Siyasət və Beynəlxalq məsələlər. (Roman və Little Field, dekabr 2016)



reader's comments

Loading...