Möhsün Pakayin

İranın regional nüfuzu; təhdid yoxsa fürsət

  1. 9 ay, 2 həftə əvvəl
  2. 0
Möhsün Pakayin
Badkubeh -

Son həftələrdə Donald Tramp və bəzi ABŞ rəsmiləri və sionist rejim başçıları İranın regional nüfuzu haqda dəfələrlə nigaranlıq edib və bu məsələni bu ölkənin nüvə qüdrəti səviyyəsində hesab ediblər. Son illər ərzində Vaşinqton və Tələviv öz avantürist planlarına rəğmən, siyasi və hərbi məqsədləri irəlilədə və öz nüfuz dairələrini genişlədə bilməmişlər. Hazırda İranın regional nüfuzunu öz uğursuzluqlarının ən böyük müqəssiri hesab edirlər. Əslində nüvə proqramlarını qeyri-sülh adlandırmaq və İranın terrorizmi dəstəkləməsi kimi məkrli planları icra etdikdən sonra, bu dəfə İranın regional nüfuzu adlı saxta təhdidi irəli sürüblər. Məqsəd də İran əleyhinə iqtisadi təzyiqləri tətbiq etməyə şərait yaratmaqdır.

Əlbəttə İranın regional nüfuzu bir reallıqdır. Lakin bu nüfuz heç bir ölkə üçün təhdid deyildir, üstəlik regionda stabillik və təhlükəsizliyin artmasına və İranın yaxın və uzaq qonşularının iqtisadi inkişafına səbəb olur. İranın regiondakı nüfuzu Suriya və İraqda terrorizmlə ciddi mübarizədə iştirak etməsi ilə yaranıb və hərəm müdafiəçilərinin fədakarlığı və şücaəti ilə stabilliyi və dincliyi regiona töhfə vermişdir.ABŞ Əfqanıstan, İraq, Suriya, Yəmən və Somali kimi ölkələrdə hərbi müdaxilələr və günahsız insanları qırğın etməklə nüfuz qazanmaq ardıncadır. Halbuki İran İslam Respublikasının regiondakı nüfuzu mənəvi komponent olmuş, yaxşı qonşuluq prinsipinə riayət etmək, ölkələrin müstəqilliyi və hakimiyyətinə hörmətlə yanaşmaq və region xalqlarını dəstəkləmək sayəsində əldə olunmuşdur.İran öz nüfuzundan istifadə edərək, dini təlimlərə əsasən şiə və sünni birliyi və tayfaçılıqdan çəkinməyi vurğulayır və dünya müsəlmanları, region xalqları arasında həmrəyliyin yaranmasını və İran və region xalqlarının dostluğunu təkid edir. İran İslam Respublikası Fələstin xalqının yanında durmaqla, sionist rejimi rəsmən tanımamaqla, həmçinin Yəmənin müdafiəsiz xalqını dəstəkləməklə, sünni və şiə müsəlmanlar, məhrum kütlələr və ümumi fikir arasında daha çox tərəfdar qazanmışdır. Buna görə, İranın nüfuzu pul, silah və təbliğat sayəsində əldə olunmamışdır. Buna görə, bu nüfuz qalarğıdır və gün-gündən artacaqdır. Region və dünya xalqları İŞİD kimi təkfirçi və terrorçu qruplaşmaları yaradanları çox yaxşı tanıyır və bilirlər ki, ABŞ və onun regional müttəfiqlərinin İraq, Suriya, Yəmən və Əfqanıstanda təkfirçi qruplara köməkləri davam etməkdədir. Halbuki İran öz şəhidlərinin qanı ilə sübut etmişdir ki, özü və regionun təhlükəsizliyini təmin etmək üçün terrorizmlə mübarizədə ön cəbhədədir.İranın nüfuzu formasının regionda qərbin nüfuzu forması ilə tam fərqi vardır. Qərb regionda hərbi iştirakı, hərbi bazalar yaratması və qeyri-qanuni və qeyri-ictimai rejimləri dəstəkləməklə nüfuz qazanmaq ardıncadır. Halbuki İran İslam Respublikasının regional nüfuzu region ölkələri üçün təhdid deyildir, üstəlik stabillik və təhlükəsizliyin artması, iqtisadi inkişaf, terrorizmlə mübarizə, sülhün yaradılması və müharibənin məhv edilməsinə xidmət istiqamətində bir fürsət yarada bilər.Hazırda İran zülmə məruz qalmış kütlələrin ürəyində xüsusi yerə sahibdir, İranın mənəvi, mədəni və zati nüfuzu bir reallıqdır. Amerikalılar bu nüfuzu təbliğat və əsassız hay-küylərlə məhv edə bilməyəcəklərini yaxşı anlaşmalıdırlar.

Bu məlumat ilk dəfə 20 aban 1396 (11 noyabr 2017) Cam qəzetində dərc olunmuşdur.



reader's comments

Loading...