“İsrail Dağlıq Qarabağ münaqişəsindən tamamilə kənarda durmağa çalışır”

  1. 5 ay, 2 həftə əvvəl
  2. 0
İsrail Dağlıq Qarabağ
Badkubeh -

Qarabağ barədə vaxtaşırı fikirlər söyləyən, hətta Qarabağ müharibəsi başladığı halda şəxsən qatılacağını bildirən İranın Ərdəbil şəhərinin imam-cüməsi höccətül-islam Seyid Həsən Amili bu il martın əvvəlində Müsavat.com saytına verdiyi müsahibəsində jurnalistin İsraillə bağlı suallarına məntiqli cavabı məni qane etsə də, bəzi  məsələlərə özüm də aydınlıq gətirmək istədim. Jurnalist həmkarım bu müsahibədə, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun erməni qoşunlarına İsrail silahları ilə sarsıdıcı zərbələr endirməsindən, İsrailin baş nazirinin İrəvandan gəlmiş bir qrup erməni  deputatını  Azərbaycannın torpaqlarını işğal etdiklərinə görə qınaması və s. məsələlərlə bağlı   İsrailin Azərbaycana göstərdiyi koməkdən bəhs edib. ABŞ-la strateji müttəfiq, dost olan İsrailin Azərbaycan nefti və qazından gen-bol yararlanaraq  bunun müqabilində etdiyi xidmətlərin çox cüzi olduğunu  deyən Seyid Həsən Amilinin açıqlamasında məntiq olduğu ortadadır. Həqiqətən də  İsrail Azərbaycana   silahları Rusiyanın öz strateji müttəqəfiqi Ermənistana 1 milyard dollarlıq silah-texnikanı  pulsuz verdiyi kimi hədiyyə etməyib, başqa ölkələrə satdığı qiymətə  verib. Yəni bu məsələdə Seyid Amili təmamilə haqlıdır.

Gəlin bir anlığa 2016-cı il aprelin 1-dən 5-nə qədər Qarabağda cərəyan edən   hadisələrə yenidən qayıdaq. Bunu xatırlatmaqla, Müsavat.com saytının müxbirinin  İsrailin aprel döyüşlərində Azərbaycana hərbi köməyi barədə sualların Içində söylədiyi fikirlərə aydınlıq gətirmək istəyirəm.  Sözdə Azərbaycanı özünə dost, strateji müttəfiq adlandıran İsrail Qarabaqda ölüm-dirim savaşı getdiyi bir vaxtda erməniləri dəstəkləyən addım atdı. Belə ki, döyüşlərin qızgın çağında İsrail parlamentindən bir qrup deputat İrəvana səfər edərək soyqrım abidəsini ziyarət etdi və bununla da işğalçı ölkə ilə həmrəy olduğunu nümayiş etdirdi. Həm də o gərgin günlərdə bu həmrəyliklə  kifayətlənmədi. Belə ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə telekanalına verdiyi müsahibəsində İsrailə çağırış edərək demişdi:”İsrail Ermənistanı atəşi dayandırmağa və danışıqlara başlamağa çağıra bilər. Biz İsrailə strateji müttəfiq kimi baxırıq və ondan dövlət səviyyəsində şərh gözləyirik.” Ancaq, rəsmi Bakı onu strateji müttəfiq  saysa da sionist rejim rəsmi səviyyədə şərh vermədi. Bunu İsrailin “The yerusalem post”qəzeti bir daha təsdiqlədi.  Məqalə müəllifi  açıq  şəkildə yazmışdı ki, İsrail Dağlıq Qarabağ  münaqişəsindən təmamilə kənarda durmağa çalışır. İsrailə idxal edilən neftin 65 % -ı Azərbaycandan alınır.  Bakı  İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır.  İldə 3,5 milyard dollar  ticarət dövriyyəsi ilə İsrail Azərbaycandan neft sümürür, yerinə isə Azərbaycanı DQ-da istifadə olunmayacaq silahlar anbarına çevirir.

Mirzəağa Məmmədli

Tədqiqatçı jurnalist




reader's comments

Loading...