Nəyə görə sosial şəbəkələrdə Elmar Vəiyevə şəfa diləyən bircə nəfər sadə adam belə tapımadı?!

  1. 3 ay, 1 həftə əvvəl
  2. 0
gıncə
Badkubeh -

Dövlət iki halda sarsıla bilər: “Günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.”  Həqiqətən də yerində deyilmiş hikmətli fikirdir.  Gunahkar cəzasız qalanda dövlətə inam sarsılır, ədalət isə dövlətin  təməlidir. Bu ilin iyulunda Mingəçevirdə baş verən qəza və   Gəncədə cərəyan edən faciəli hadisələr haqqında cox deyilir, fərqli fikirlər səsləndirilir, iddialar yer alır. Amma təəssüf ki, bu iddiaların çoxu sağlam fikrə və dəlili-sübuta deyil, müəyyən qüvvələrin  diqtəsi ilə yazılan qərəzli dezinformasiyalara  söykənir. Bu təxribatların baş verməsində qonsu İran və Rusiyanın adları hallandırılır, xüsusilə irandan bizə “radikal şiəlik ixrac edildiyi” dəfələrlə vurğulanır.  Şübhəsiz ki, bütün bu böhtan kompaniyası iki ölkə arasında ələqələrin pozulmasını  istəyən xarici dairələrin xüsusi planı əsasında həyata keçirilir. Həmin qüvvələr tərəfindən  media mənsublarına və bir çox vəzifə sahiblərinə ayrılan qrantları doğrultmaq üçün onlar ağıllarına gələn böhtanlar yazaraq  vəziyyəti daha da tündləşdirmək üçün əllərindən gələni əsirgəmirlər.

Halbuki Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə, eyni inanca mənsubdurlar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib.

Mingəçevir DRES-də baş verən ağır qəzadan sonra Prezidentin  yaratdığı komissiyanın ilkin rəyinə görə, nəhəng miqyasda baş verən qəzanın başlıca səbəbi  məmur məsuliyyətsizliyi və səhlənkarlığıdır. Əgər bu işə məsul məmurlar öz vəzifələrinə vicdanla yanaşıb korrupsiyaya qurşanmasaydılar, təmir və yenidənqurma üçün ayrılan pulları mənimsəməsəydilər bu ölkə  zülmətə qərq olmazdı.  Əgər deyilən qüsurlar vaxtında aradan qaldlırsaydı, bütün ölkənin işıqsız qalması olayı ən azından bu qədər böyük  miqyasda olmayacaqdı.  Gəncədə icra başçısına edilən həmlə və polis ölümləri də  müəyyən nüfuzlu qüvvələrin təxribatı olub, dindarları-şiələri günahlandırmaq məqsədi daşıyıb. Bu hadisələr  dinə deyil, məmur özbaşınalığına  söykənir. Xalqın səbrini sınağa çəkən, hakimiyyətə inamsızlıq yaradan məhz içra başçıları, dövlətin və xalqın cibinə girən məmurlardır. Bəzi deputatların və məmurların dediyi  “dövlət –hökumət təmsilçilərinə nifrət aşılayan, ölkə xaricindən idarə olunan  mərkəzlər” söhbəti bu məsuliyyəti başqalarının üzərinə qoymaq, “gunah keçisi” tapmaq  cəhdindən başqa bir şey deyil.  Nəzərə alsaq ki, deputatlar  milləti təmsil edir və xalqın istəklərini bu yüksək tribunada səsləndirmək missiyası daşıyır, onların bütöv bir xalqa şər-böhtan yağdırması, dindarları xarici ölkələrə bağlamaq cəhdi  başa düşülmür. Xalq nə istəyir? Demokratik qaydaların təmin olunmasını, mer-icra hakimiyyəti  postlarının seçkili  qurumlara çevrilməsini, məhkəmələrin müstəqil olmasını , vəzifələrə gənc, savadlı və namuslu  kadrların  seçilməsini, deputatların  öz güzəranlarını yaxşılaşdırmaqla yanaşı, ( mən təbii ki, deputatın da yaxşı dolanmasını istəyirəm) xalqın  yaşam şəraitinin də  yüksəlməsi üçün addımlar atmasını, o cümlədən  təhsildə, səhiyyədə və digər dövlət qurumlarında səffavlığın təmin olunmasını, eyni zamanda, öz dini inancına hörmətlə yanaşılmasını   istəyir. Maraqlıdır, görəsən  məmurlar, millət vəkilləri sosial şəbəkələrdə Elmar Vəiyevlə bağlı yazılan statuslara, şərhlərə diqqət yetirdilərmi? Ona şəfa diləyən bircə nəfər  sadə adam belə tapımadı. Niyə görə, bu insanların hamısı ona nifrət etsin ki? Bu qədər çox adamın  onunla nə şəxsi ədavəti ola bilər? Axı şərh yazanların çoxu onu şəxsən belə tanımır. Bunu hakimiyyət təmsilçilərinə potoloji nifrətin təzahürü  hesab edənlər isə  yanılırlar. O halda  niyə görə  insanlar  mərhum sənaye və energetika  naziri Natiq Əliyev dünyasını dəyişəndə   eyni təpkini göstərmədilər? Əksinə, bütün sosial şəbəkə istifadəçiləri ona rəhmət oxudu, ölümünə kədərləndilər. Axı o, hakimiyyət eşalonunda yüksək post tuturdu, nazir idi. Bir neçə il öncə ölkə saytlarından birinin sosial şəbəkələrdə xalqın məmurlara münasibətini öyrənmək məqsədilə keçirdiyi  sorğuda əmlak məsələləri dövlət komitəsinin sədiri  Kərəm Həsənovun adı  mənfi münasibətə görə ,fövqaladə hallar Naziri  Kəmaləddin Heydərovun adı isə  isə müsbət qiymətləndirməyə görə ilk yerdə idi? Axı ikisi də dövlət məmuru idi? Demək nifrətidə, sevgini də insan özü qazanır. Xalqın gözü tərəzidir. İnsanları artıq yalanlarla, populuist çıxışlarla aldatmaq mümkün deyil.

 Nazilə Sarablı

Jurnalist-Politoluq



reader's comments

Loading...