ABŞ-da 11 –sentyabr faciyəsi ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuşdur

  1. 2 ay, 1 həftə əvvəl
  2. 0
11s
Badkubeh -

11 sentyabr teraktlarının  əvvəlcədən planlaşdırılması da bu gün artıq gün üzünə çıxmağa başlayıb.  2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları baş verdi. ABŞ rəhbərliyinin əsas məqsədi Yaxın Şərqdə işğalçılığa  və bütün dünyada anti-İslam təbliğatına start vermək üçün bəhanə əldə etmək idi və bu fürsət də əlinə düşdü.  7 oktyabr tarixində ABŞ guya  terrorçuları zərərsizləşdirmək üçün Əfqanıstana, 2003-cü ildə isə İraqa  hücum etdi.

Amma hücuma haqq qazandırmaq üçün  iddia edilən Səddam Hüseynin "kimyəvi silahları" tapılmadı. Bu hücumdan sonra dünya mədəniyyətinə zamanında böyük töhfələr verən, bu gün isə bombardmanlardan dağıdılan, teraktlara, İŞİD işğalına  məruz qalan İraq dövləti də  məhz ABŞ-ın ölkələrə "ixrac etdiyi demokratiya" qurbanlarından birinə çevrildi. Müharibədən əvvəl dini münaqişələrin qızışdırılması, kürd birləşmələrinin demokratiya yalanıyla ayağa qaldırılması, guya şiələri sünnilərin zülmündən qurtarmaq kimi bəhanələrdə məqsəd  diqqəti ilk növbədə  neft amilindən yayındırmaq idi. O illərdə ABŞ prezidenti Corc Buşun "bu, bir xaç savaşıdır" açıqlaması "Neo Conlaren"(Mühafizəkarlar) savaşa dini çalarlar qatmasının açıq isbatıdır. Əfqanıstan da bu müdaxilədən az zərər çəkmədi. 17 ildir ki, ABŞ əfqan xalqına söz verdiyi "demokratiya, stabillik və sülh " gətirmək əvəzinə ölkəni xaos girdabına salıb.

 Əksər siyasi ekspertlərin  rəyinə görə, 11 sentyabr faciəsi  xüsusilə, İslam ölkələrini işğal  etmək üçün Pentaqonun və Mərkəzi Kəşfiyyatın hazırladığı əməliyyatların açarı, Əfqanıstana hücum isə bu əməliyyatın ilk mərhələsi idi. Sonradan  istintaq göstərdi ki, qüllənin dağıntıları altından heç bir təyyarə parçası, qırıntısı tapılmayıb. 2009-cu ildə beynəlxalq istintaq qrupu, binanın dağıntılarının kimyəvi analizi nəticəsində  termitdən, yəni yanan maddədən istifadə edildiyini bildirdi.Bu maddə poladı əridə bilir.Poladın əriməsi üçünsə 1500 dərəcə istilik lazımdır amma normal şərtlərdə aviyasiya yanacağı cəmi 1000 dərəcə istilik verə bilir. Bu tədqiqatlar nəticəsində qülələrin və Pentaqon binasının bir hisəsinin içəridən partlayıcılar vasitəsi ilə dağıdıldığı məlum olub.Ekspertlər hesab edir ki,  11 sentyabr olayları şübhəsiz əvvəlcədən hazırlanmış təxribat olmaqla,  ABŞ-ın xüsusi xidmət orqanları  tərəfindən təşkil olunmuşdu.

 Bu  təxribat bir neçə məqsədi  hədəfləmişdi.  Yaxın Şərqdə vəziyyəti qarışdırıb uzunmüddətli müharibəyə nail olmaq və bütün dünyada müsəlmanları terrorçu kimi qələmə vermək başlıca hədəflər idi.  Və təəssüf ki, həmin teraktlar nəticəsində hər iki məqsədə nail olundu.  Terrorda ölən günahsız insanlar  isə onları maraqlandırmırdı. Hücumdan sonra Corc Buş administrasiyası Üsamə Bin Laden və “Əl-Qaidə” təşkilatının “ədalətə”təslim olunması və digər terror şəbəkələrinin yaranmasının “qarşısını almaq” üçün terrorizmlə mübarizə elan etdi. Bu hadisələr ABŞ-ın guya beynəlxalq terrorçuluqla mübarizəyə qalxması, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması, Şərq ölkələrinin milli sərvətlərini ələ keçirmək, neftə sahiblənmək,  o cümlədən, dünyada intensiv anti-islam təbliğatının aparılması üçün "sübut" əldə etmək  səbəbiylə törədildi.

Liviya xalqının  səkkiz il bundan əvvəl başına gətirilən müsibətlər hələ də unudulmayıb. Bəs görəsən   ABŞ-ın Suriya dövlətini terror təşkilatlarına yardım etməklə suçlayaraq 2004 -cü ildən bəri bu ölkəyə tətbiq etdiyi sanksiyalar hansı məqsədə xidmət edirdi? (Yeri gəlmişkən, bu gün Donalt Trampın rəhbərlik etdiyi hökumət onların istəyi ilə oturub durmayan Türkiyə, Rusiya, Çin, İran kimi böyük dövlətlərə də sanksiyalar tətbiq edərək onları çökdürməyə çalışır.)  İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın yaratdığı koalisiya onun öhdəsindən illər uzunu gələ bilmədi. Çünki İŞİD-i yaradıb onu  idarə edənlər məhz hegemon dövləılər idi. Bu siyahıda isə ABŞ-ın  adı öndə gəlirdi. Yalnız İraq, Türkiyə, Rusiya, İran və Suriyanın birgə səyi ilə İslam adı altında maskalanan qəddar terror təşkilatını çökdürmək mümkün oldu. Lakin ABŞ və tərəfdarlarının səyi nəticəsində onların sonuna çıxmaq hələ də mümkün olmur. Məlum dövlətlər İŞİD-i silah və maliyyə ilə təmin edərək birdəfəlik məhv edilməsinə  imkan vermirlər.

Mirzəağa Həsənalı oğlu

Jurnalist-politoloq



reader's comments

Loading...