Azərbaycan Respublikasında boşanmaların sayı niyə artır?

  1. 2 həftə əvvəl
  2. 0
assddd
Badkubeh -

Son illərdə Azərbaycanda boşanmaların sayı kəskin artıb.  8-9 ilin statistik göstəriciləri olduqca kədərli  bir mənzərəni göz önünə gətirir. Son iki il ərzində 30  minə yaxın  ailənin dağılması 9 milyonluq kiçik bir ölkə üçün olduqca böyük göstəricidir. Bundan daha çox əziyyət çəkən isə uşaqlardır. Boşanmaların sayının artması  isə müxtəlif amillərlə izah olunur.  Son illər gənclərin sosial şəbəkələrdə fəallığı, kanallarda  verilən xarici  seriallar öz mənfi təsirini  göstərməkdədir. Əsasən  türk  seriallarına  tamaşa edən gənc qızlar gələcək həyatlarını da film kimi təsəvvür edirlər. Sonradan  həyat yoldaşlarından gözəl sevgi kəlmələri eşitməyəndə, həmin sözləri sosial şəbəkələrdə tanış olduqları yad adamlardan gözləyir, bu oğlanların onları sadəcə "tovlamaq" məqsədilə söylədikləri sözləri həqiqət kimi qəbul edərək həyat yoldaşları ilə soyuq davranmağa başlayırlar. Sosial şəbəkələrdə parnoqrafiq videoları izləyənlər arasinda hətta yeniyetmələrin olması isə az qala çoxunun sizofreniyaya yoluxmasına yol açir. Bu yaxınlarda Qaradağ rayonunun Sahil qəsəbəsində evinə təmizlikçi çağırıb anası yaşda həmin qadına təcavüz  etmək istəyən 27 yaslı gəncin bu hərəkətini təkrarlayanlar mütləq olacaq. Ev sahibindən namusunu qorumaq üçün qadının özünü pəncərədən  yerə  atması əsil faciədir. Həmin qadın bir parça çörək ardınca o evə getmişdi.

Cəza alacağı qorxusunu unudaraq öz vəhşi nəfsini cilovlamayan belə adamların sayının getdikcə artması da qarşıdakı böyük bəlaların həyacan siqnalıdır. Digər problem isə qanunlardakı boşluqlardan qaynaqlanır. Sovet dövründə qanuni nigahı olmayan qadınlara aliment kəsilmirdi. Bu isə nigahdankənar əlaqələrin genişlənməsinin  qarşısını alırdı. Hazırda isə qadınların nigaha daxil olub- olmaması heç bir önəm daşımır. İstənilən qadın zina edərək  uşaq dünyaya gətirsə belə məhkəmələr həmin qadınlara nigahı olanlarla eyni hüququ saxlayaraq aliment ödənməsini təmin edirlər. Bu isə öz növbəsində cəmiyyətdə əxlaqsızlıq hallarının artmasına, zinadan doğulan uşaqların sayının çoxalmasına gətirib çıxarır.   Azərbaycan müsəlman ölkəsi sayılır. İslam alimlərinin əsərlərində ailə münasibətləri, qadının və kişinin bir-birləri qarşısında qarşılıqlı öhdəlik və və vəzifələri, usaq tərbiyəsi kimi spcsaylə problemlərin ideal həll yolları göstərilib. Qərbin dəyərləri qarsısında boyun əyənlər isə getdikcə çoxluğa  çevrilərək cılpaqlıq, əxlaqsızlıq, zina əməmllər girdabına yuvarlanırlar. Halbuki Azərbaycan müstəqillik əldə edəndən sonra öz yolunu seçməli, avropadan gələn mənfi təsirlərin qarşsını almaqla mənəvi dəyərlərin məhvinə imkan yaratmamalı idi. Bu gün televiziyalar birbaşa əxalqsızlığı təbliğ etməklə cəmiyyət, xüsusilə gənclər  üçün ziyanlı nəticə verən  ünsürlərə geniş yer ayırırlar.

Hicablı xanımlar teleməkanlardan, təhsil müəssislərindən uzaqalşdırılır, onların yerinə isə efirə  yarıcılpaq müğənnilər, geylər doldurulur.  ,Mütəxəssislərə görə, cəmiyyətdə aqressiyanın artması , qadınlar haqqında xoşa gəlməyən miflərin formalaşması, kişilərin cəzasız qala biləcəyi düşüncələri, qadınlar haqqında əlçatanlıq düşüncəsi, iş yerlərində zorakılıq, psixoloji və ya seksual gərginliklər, hicablı qadınların iş tapa bilməməsi və iş yerlərindən qanunsuz çıxarılması,  təhsildən uzaqlaşdırılması  də ailənin dağılmasında rol oynayan amillərdəndir. Lakin hansı amilin əsas gətirilməsinə baxmayaraq, boşanmalar böyük  bir problem olaraq gündəmdədir və bununla bağlı ciddi tədbirlər gözə dəymir. Bu isə narahatedici bir haldır. Əvvəllər boşanmaq istəyənlərə düşünmək üçün 3 ay müddət verilirdi. İndi isə boşanma prosesi heç 3 dəqiqə də çəkmir. Hakim də daxil olmaqla, cəmiyyət, qohumlar, hətta doğma valideynlər belə uşaqların nələr çəkdiyinə, dünyalarının dağıldığına biganə yanaşırlar. Məlum məsələdir ki, səbəblər arasında  həm fiziki, həm psixoloji, həm də iqtisadi faktorlar var. Sosioloqlar belə hesab edir ki, əgər cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri sıxışdırıb önə keçirsə, inanclı insanlar təqib edilir və ya həbsə atılırsa, dini dəyərlər gözdən salınırsa bu zaman  çoxlu gərginliklər yaranır, xoşagəlməz proseslər meydana çıxır. Belə cəmiyyətdə ilbəil əcaib hallar, təkcə boşanmalar deyil, ,həm də intiharlar, ailə üzvlərinin bir-birini öldürməsi, aldatmalar artır. 90-cı illərdə Azərbaycanda sosial durum indikindən dəfələrlə ağır olsa da boşanmalara, o cümlədən  özünəqəsd hallarına nadir rast gəlinirdi.  Bunun səbəbi cəmiyyətdə mövcud olan isti  münasibətlər idi. İnsanlar ellə gələn qara toy -bayramdır, deyərək sıxıntılara dözürdülər. İnsanların  mənəvi təlabatı maddiyyatdan öndə idi ən azından...İndi isə adamlar  ən kiçik sıxıntı baş verən , maddi durumları pisləşən kimi mənən sınır, ailələlər dağılır,  intiharlar rekord həddə yüksəlir. Kasıblıq adamlara çarəsizlik, ümidsizlik  kimi görünür.

Vüsalə Muradova



reader's comments

Loading...