"Savadsız ərəb" yoxsa Kamal Atatürkün tarixi səhvi?

  1. 1 həftə, 5 gün əvvəl
  2. 0
MOSTAFA KAMAL
Badkubeh -

İstedadına və gələcəyinə inandığım gənc yazarlarımızdan biri bu yaxınlarda Atatürkdən sitat gətirərək onun Qurani-Kərimin "savadsız ərəb" tərəfindən yazılması barədə fikirlərini diqqətə catdırmışdı. Həmin qeydlərdə göstərilirdi ki, Kamal  Atatürk Quranın ona görə türk dilində tərcümə edilməsinə göstəriş verib ki, sadə insanlar onu oxuyub, mahiyyətini dərk edib İslamdan uzaqlaşsınlar. Atatükkə görə, islam dini insanları elm və inkisafdan uzaqlaşdırır.

Atatürkün yalnız bir ifadəsi duzdü. Allahın son Elçisinin doğrudan da savadı olmayıb. Yazıb oxumağı bacarmayıb. Kamal Paşa sadəcə bir sərkərdə idi yalnız hərb sahəsində mükəmməl biliyə sahib idi. Adi məntiqlə yanaşsaq isə cahil idi. Cahil olmayan adam "Quran savadsız bir ərəb tərəfindən yazılıb" kimi cəfəng ifadə islətməzdi. Yazıb oxumağı bilməyən adam kitab yaza bilərdimi?

İkinci tərəfdən, əminəm ki, Atatürk bu gün yaşasaydı, 100 il evvəl söylədiyi fikrindən vaz keçərdi. Çünki cəmi son 50-70 ildə Qurani-Kərim möcüzələri (bir çoxları üçün) Qərb alimlərinin kəsflərində zaman-zaman öz təsdiqini tapır. Dağların hərəkət etməsi, bulud-yağış sisteminin dövr etməsi, küləklərin funksiyası, qızıl və dəmirin yer mənşəli olmaması, planetlərin vəziyyəti və quruluşu, yerin ən aşağı nöqtəsi, şəffaf sərhədlə ayrılan şirin və duzlu  iki dənizin suyunun bir birinə qarışmaması, embriologiya elmi, xüsusi bir gildə insanda olduğu kimi 7 elementin tapılması... belə misallardan yüzlərlə gətirmək olar.

Bəli, ağıllı insanlar, o cümlədən məşhur rus şairi lev Tolstoy İslamın ən düzgün din olduğunu, bəşəriyyətə nicat gətirəcək möhtəşəm bir rola sahib olduğunu başa düşürdü. Onlar bəsirət sahibləri idi. Amma bir çoxları da  İslamın inkişafın qarsını aldığına əmin idilər və indi də əmindirlər.

Bəzən sorusurlar ki, bəs niyə onda müsəlman ölkələri geridə qalıb? Mən bu suala cavab verməzdən əvvəl, İslamın  intibah dövrünü xatırlatmaq istəyirəm. Bu gun bir çox kəsflərin Qərb alimlərinin adına yazılmasına rəğmən, vaxtilə müsəlman alimlərin dünyaya səs salan möcuzəli kəsfləri nağıl deyil və həqiqətən də onlar  bəşər elminə  müsilsiz töhvələr vermişlər. Cünki həmin dövrlərdə Quranın əsil mahiyyətini dərk edən üləmalar, bu müqəddəs kitabdan kainat sirləri haqda informasiya axınını əldə edən savadlı alimlər vardı. Sonrakı yüzilliklərdə şöhrətpərəstlik, taxt -tac hərisliyi, cahil və nadanların iqtidar sahibi olması bu inkişafın yolunu tədricən tənəzzülə doğru çevirdi.

Otən əsrin əvvəllərində ingilislərin "uzaqgörən" siyasəti nəticəsində mahiyyətcə yeni dinin əsası qoyuldı və və tədricən bütün Ərəbistana yayıldı. Səud sülələsini hakimiyyətə gətirən bu ingilis siyasətinə asəsən, dinin adı İslam olaraq saxlanılsa da mahiyyətcə mühafizəkar, təcavüzkar, aqressiv, bir sözlə, Qurana təmamilə zidd xarakrer daşıyırdı. İslam qadına bu gunə qədər heç bir demokratik ölkənin verə bilmədiyi hüquq və azadlıqlar verib. Lakin vəhabilər bütün bu hüquqları qadınların əlindən aldılar. İnkisaf, irəliləyiş, qadının təhsil alması, ağıllı və savadlı övladlar yetişdirilməsi Qurana zidd adlandırıldı, illər boyu və indi də bu siyasət davam etdilrilir. Batil inanclar, xurafat, cəhalət insanlara din adı ilə sırındı. Son 15 ildə isə  müsəlmanların fiziki məhvinə nail olmaq üçün oyunlar gedir. "İnsanların oxuyub təhsil alması guya İslama ziddir" kimi cəfəng  fikirlər cahillərin əlinə terror kimi güclü silah vermiş oldu. Cahil, amma güclü imanı olan adamlara Quranın təhrif edildiyi, şiələrin əsi müsəlman olmadığı və buna görə də qanlarının halal sayıldığı, müsəlman olmayanların hamısının kafir kimi qələmə verilməsi  və buna görə məhv edilmələrinin vacib olduğu, kafir hesab etdikləri bütün qadınların onların cariyəsi sayıldığı, onlara özlərini hədiyyə edən qadınların birbaşa "cənnətə " gedəcəyi barədə absurd, sərsəm  ideyalar təlqin edildi. Beləliklə, qısa zamanda, müxtəlif ölkələrdə, dünyanın dörd bir tərəfəində  belinə bomba bağlayıb heç bir günahı olmayan dinc insanların kütləvi məhvinə səbəb olan terrorçunun guya "birbaşa cənnətə gedəcəyinə ", məhz bunun "əsil İslam" olması  kimi gülünc nağıla inanan yüz minlərlə gənc nadan yetişdi. Bizim ölkəmiz də istisna deyildi. Halbuki Azərbaycan bir çox demokratik dəyərlərin yaradılmasında və yayılmasında bütün Şərqə , müsəlman dünyasına nümunə olmuşdu.  Bəzi ölkələrdə cəmi bir neçə ildir ki, qadınlar səs vermək imkanı əldə ediblər. Bəzilərində isə indiyədək qadınlar bu imkandan məhrumdur. Ölkəmizdə isə 1918-ci  ildə yaradılmış Milli hökumət qadınlara bu və digər çoxsaylı hüquqlar tanımışdı.

Azərbaycanda sonradan sovet rejimi tərəfindən Quran həqiqətlərini sözün əsl mənasında dərk edən, təbliğinə çalışan minlərlə üləmə, seyid, din alimi məhv edildi, sürgünə göndərildi. Bu boşluğu isə əsasən saxtakarlar, keçmiş məhbuslar, fırıldaqçılar 5-10 ərəbcə söz əzbərləyərək tutdular. Beləliklə Allahın sözünü pulla satanlar bəşər övladı üçün nicat gəmisi, nurlu mayak rolu oynayan Qurani -Kərimi məzarlıqlara daşıdılar. Halbuki Allah onu ölülər üçün deyil, dirilər üçün göndərib. Müqəddəs kitabın möcüzəsini dərk edənlər isə bu gün zindanlarda məhbəs həyatı yaşayırlar. Çünki onlar böyük cihaddan keçən insanlardır. Yəni nəfsə qələbə çalmağı bacaranlardır. Canlı şəhidlərdir.

Buna görə də bu həqiqətləri görməyən, dərk etməyən, özünü çətinliyə salmaq istəməyənlər şəhidlik zirvəsinə ucalmağın mənasını dərk edə bilmirlər. Onlar üçün şəhid olmaqla ölmək arasında bərəbərlik işarəsi var. Adlarını ateist qoyaraq meymundan yarandıqlarını güman  edərək darvinizmin çürük nəzəriyyəsinin flasa uğradığını  hec cürə qəbul etmək istəmirlər.

Nazilə Sarablı



reader's comments

Loading...