Muğam sənəti; İran mədəniyyətinin tərənnümü

Qədim muğam sənəti

Azərbaycan musiqisinin rədifləri ilə İran musiqi rədifləri arasında çox yaxınlıq var.” Çahargah”, “Mahur”, “Nəva” demək olar ki, eyni melodiyaya malikdir və bərabər sayda şöbə -guşələri var. “Bayatı-kürd”,“İsfahan”, “Şüştər”,”Humayun” da bənzərliklər çoxdur. Guşələri oxşar olan ayrı-ayrı dəstgahlarda vardır. Azərbaycan musiqi rədifləri , İran musiqi rədifləri kimi zəngindir. Lakin guşələri azdır, əvəzində isə çoxlu avaza malikdir.

  1. 3 həftə, 5 gün əvvəl
  2. 0
66777543
Badkubeh -

Muğamlar haqqında elmi traktatlar Şərqin böyük musiqişünasları – Əbdülqədir Məraqi, Səfiəddin Ürməvi, Əl-Fərabi və başqaları tərəfindən yaradılıb. Onlar öz elmi əsərlərində muğamların yaranma tarixindən, şöbə və güşələrin bir-biri ilə qarşılıqlı əlaqəsindən, musiqi alətlərində istifadə olunan ifaçılıq ştrixlərindən və bir çox başqa xüsusiyyətlərdən bəhs edirlər. Bütün muğam, şöbə və güşə adlarının yaranma tarixi say adları, yer- məkan adları, xalq, tayfa, qəbilə adları kimi dörd qismə bölünür. Say adı ilə bağlı olan muğam və şöbələr Yegah, Dügah, Segah, Çahargah, Pəncgah, Şeşgah, Həftgahdır. Müasir ifaçılıqda adlarını çəkdiyimiz muğamlardan yalnız dördü ifa olunur. “Yegah”-“Rast” muğamının ikinci adıdır. Fars dilində işlədilən “Yegah” (birinci) sözünün mənası, ərəb dilində işlədilən “Rast” (düz, doğru, dürüst) ilə uyğun gəlir. Keçmişdə və hazırda türk musiqisində “Rast”a bəzən “Yegah” da deyirlər. “Dügah”-fars sözüdür, tərcüməsi– iki mövqe, məkan, vəziyyət, məcazi mənası – 2 vaxt deməkdir. Məsələn, axşam-səhər,gecə-gündüz və s.

“Pəncgah” –“Rast”muğamının zil pərdəsidir. Bu hissənin ahəngi çox gərgin və ciddidir. “Pəncgah”şöbəsinin“Rast” dəstgahında tutduğu mövqe çox əhəmiyyətli olduğundan, “Rast” dəstgahı çox zaman “Rast-Pəncgah” da adlandırılır. Iran musiqisində də “Rast-Pəncgah”adlı muğamın olmasını fransız alimi Jan Dürinq özünün “İran musiqisinin ənənələri və mənşəyi” adlı elmi kitabında bir daha təsdiq edir. Bir çox muğam və şöbə adlarının yaranma tarixi öz yerləri və məkanları ilə əlaqədardır. Məsələn,“Çahargah”muğamında ifa olunan “Hissar” –İranın Xorasan vilayətində yer adıdır. Qədim Midiya dövlətində bu yerə “Hissar-Təpə”deyirdilər.

bishapur

 Marble mosaic from 260 AD (Sasanian Era). from the aywan of the palace of Shapur at Bishapur, Iran.


Lakin, bir sıra musiqişünas və ifaçılar bu şöbəni “Hissar” deyil,“hasar” və yaxud “Həsar” adlandırırdılar.“Hasar” – çəpər deməkdir və muğama heç bir aidiyyatı yoxdur. Bu cür fərziyyə düzgün sayıla bilməz. Çünki, bütün muğam və şöbə adları hələ qədim zamanlardan ərəb əlifbası ilə yazılırdı. Şərqin böyük musiqişünasları Məraği, Urməvi, Fərabi və başqaları öz traktatlarını ərəb əlifbası ilə yazmışlar. Ərəb əlifbası ilə“hissar” sözünün yazılışında isə biz birinci hecada “A” hərfinə rast gəlmirik. Bu, bir daha şöbənin hasar deyil,“hissar” olduğunu sübut edir. Başqa bir misal çəkək. “Rast” muğamında “mayə”nin bir oktava yuxarı səslənməsinə “Ərak”deyilir. Əfrasiyab Bədəlbəyli “Musiqi lüğəti” kitabında bu şöbənin adı haqqında belə yazır:

“Bu muğam şöbəsinin “Ərak” yoxsa “İraq” adlandırılmasında hansı sözün daha düzgün olduğu məsələsi muğam ifaçıları və musiqişünaslar arasında çox vaxt mübahisəyə səbəb olur. Muğamatın şöbə və güşələrindən bir çoxunun adı, bildiyimiz kimi, coğrafi adlarla əlaqədardır. Həm də, belə hallarda, çox vaxt ölkə, məmləkət adı ilə yox, şəhər adları ilə adlanır. Belə olan təqdirdə, hamıya məlum olan “İraq” ölkəsi olduğu kimi, həm də Şiraz, İsfahan, Nəhavənd şəhərlərinin qonşuluğunda“Ərak” adlı şəhərin də olduğunu nəzərə alsaq, muğamın ifaçılar və musiqişünaslar tərəfindən “İraq” deyil, “Ərak” adlandırılması tamamilə düzgün sayıla bilər”.

“Mahur-Hindi”dəstgahı Azərbaycan musiqisində xüsusi yer tutur. Bu muğamın adından onun hara mənsub olduğunu görə bilərik. “Mahur” Hindistanda kiçik bir şəhərin adıdır.Tarixdən də bilirik ki, Hindistan vaxtilə müsəlman hökmranlığı altında olmuşdur. Bu dövrdə Hindistanda böyük dəyişikliklərdə əlaqədar olmuşdur. Yaxın Şərq ölkələrinin mədəniyyəti və incəsənəti hind mədəniyyətinə böyük təsir göstərib. Şərq ölkələrinin muğam sənəti də hind musiqisinə məhz bu dövrdə öz təsirini göstərib. Eləcə də, hind musiqisinin intonasiyaları muğam sənətinə təsir edib, onu zənginləşdirib. Hazırda“Mahur-Hindi” həm Azərbaycan, həm də İran, türk və hind musiqisində xüsusi yer tutur. Hind raqalarının bir neçəsi məhz“Mahur” məqamında ifa olunur. “Mahur”sözü dəqiq tərcümədə — uçurum, dərin yarğan deməkdir. Azərbaycanda onun başqa növü də mövcuddur. Bu, “Orta Mahur”muğamıdır. “Orta Mahur” “Mahur-hindi”nin variantı olub, “Bərdaşt”dan deyil,“Hüseyni” şöbəsindən çalıb oxunur.

Azərbaycan musiqisinin əsasını təşkil edən muğamlardan biri də “Bayatı-Şiraz” dəstgahıdır. Öz gözəl və dərin təsir qüvvəsinə görə musiqi ədəbiyyatımızda çox vaxt “Ərusi-musiqi”, yəni, “musiqinin gəlini” adlandırırlar. Doğrudan da, lirik, həzin “Bayatı-Şiraz”–muğamlarımızın bəzəyidir.

“Bayatı-Şiraz”müstəqil dəstgah kimi yalnız keçən əsrin axırlarından mövcuddur. Keçmişdə“Bayatı-Şiraz”, “Bayatı-İsfahan” dəstgahının bir hissəsi olub. O zaman“Bayatı-İsfahan” dəstgahı bu şöbələrdən ibarət idi: -Bərdaşt, Gərduniyyə, Nişibifəraz, İsfahanək, Bayatı-İsfahan, Nühüf, Hacı-Yuni, Haleyi-Zənbur, Mənəvi, Pəhləvi, Bayatı-kürd, Katar, Bayatı-Əcəm, Gəbri, Baba-Tahir, Azərbaycan, Əbülçəp, Bayatı-Şiraz,Xavəran, Üzzal-Dilruba . Bütün bunlar Azırbaycan və İran xalqlarının ortaq mədəni və musiqi tarixinin mövcudluğunu bir daha sübut edir. Azərbaycan musiqisindən fərqli olaraq, İran musiqisində mövcud olan Bayatı-İsfahan dəstgahı öz adını dəyişməyib.“Bayatı-Şiraz” və “Bayatı-İsfahan” muğamlarında olan maraqlı faktlardan biri də odur ki, İran musiqisində “Bayatı-Şiraz”,“Bayatı-İsfahan” dəstgahının şöbələrindən biridir. Azərbaycan musiqisində isə,tərsinə, “Bayatı-İsfahan” “Bayatı-Şiraz” dəstgahına daxildir. Bu, çox maraqlı bir inkişaf prosesidir.

“Humayun” dəstgahının Azərbaycan musiqisində özünəməxsus yeri vardır. Bu dəstgaha Azərbaycanda“Qafqaz Humayunu” da deyirlər. Ona görə deyirlər ki, məhz Azərbaycanda o, özünəməxsus inkişaf mərhələsi keçərək Azərbaycan musiqisininin tonasiyaları ilə zənginləşib. “Qafqaz Humayunu”nun yaradıcısı ilk dəfə məşhur tarzən Mirzə Sadıq (Sadıqcan) olub. O, bir sıra Azərbaycan muğamlarının istinad pərdəsini xanəndələrin səsinə uyğun dəyişib. Keçmişdə bir çox xanəndələr“Humayun”u bəmdə və zildə oxuyarmış. Mirzə Sadıq muğamın istinad pərdəsinin yerini dəyişdikdən sonra bir çox xanəndələr “Humayun”u dəstgah şəklində ifa edə bilmişlər. “Qafqaz Humayunu” məhz belə yaranmışdı. Ümumiyyətlə, “Humayun” muğamı qədim olduğundan bir sıra şərq xalqlarının musiqi sənətində qorunub saxlanıb. Məsələn, “Humayun” ladı hal-hazırda İran, Pakistan və hind musiqisində mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Hindistanın Dehli şəhərində XV əsrdə tikilmiş məşhur “Humayun” məqbərəsi ucalır. Bu məqbərə hələ İX əsrdən Dehlidə məskən salmış humayunlar sülaləsinin şərəfinə tikilib.

Iran musiqisində səslənən “Humayun” bir çox cəhətlərinə görə eyniadlı Azərbaycan muğamına çox yaxındır. “Humayun” fars sözü olub, uğurlu, mübarək, padşaha məxsus mənasında işlənir. Lakin, Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” kitabında “Humayun”un “Şüştər” muğamına yaxın olduğunu müşahidə edə bilərik. O deyir: “Obraz xarakteri etibarilə “Humayun” “Şüştər”ə nisbətən daha dərin bir kədər hissi oyadır”.

Əgər biz “Humayun” və “Şüştər”muğamlarının lad quruluşlarını müqayisə etsək, onların bir-birinə nə qədər yaxın olduğunu görə bilərik. Buradan belə nəticəyə gələ bilərik ki, Azərbaycanda ifa olunan“Qafqaz Humayunu” hər iki müddəanı özündə birləşdirir. Çünki, biz burada həm dərin kədər hissi, həm də uğura böyük inam hissi duyuruq. “Şüştər” Azərbaycan musiqisini yeddi əsas məqamından biridir. O, öz bədii ruhi təsir cəhətindən dərin kədər hissi daşıyır. “Şüştər” Şərq musiqisində qədim məqamlardan biridir. Lad etibarilə, o, “Şur”muğamına daha yaxındır. “Şüştər” İranın cənubunda, Küveytlə sərhəddə, İran körfəzində yerləşən kiçik bir şəhərdir. Keçmişdə, müxtəlif dövrlərdə ,bu şəhərin adı dəfələrlə dəyişdirilmişdir. Belə bir ehtimal var ki, şəhərin adı Şüstər, Şüst, Şeşdər, Şeştər və s. olmuşdur. Bir çox muğamlarda olduğu kimi, bu muğam da eyniadlı şəhərin adı ilə bağlıdır.

Şəxsiyyət adı ilə bağlı muğamlardan , şöbə və güşələrdən “Şah Xətai”, “BabaTahir”, “Hacı dərvişi”, “Hacı Yuni”, “Rak Abdulla”, “Mirzə Hüseyn segahı”, “Bəhri Vəli”, “Mehdi Zərrabi”, “Nəsir-xani”, “Təxti-kavus” və başqalarını misal çəkmək olar. Muğam şöbələrininbir qismi (Şah Xətai, BabaTahir, Nəsir-Xani, Təxti-Kavus, Bəhri-Vəli) həsr olunmuş, digər qismi isə ifaçılar tərəfindən gözəl ifa olunduğuna görə onların şərəfinə (Rak Abdulla,Mirzə Hüseyn segahı, Mehdi zərrabi, Hacı dərvişi, Hacı Yuni) bu adları verilmişdir. “Şur” dəstgahında ifa olunan şöbələrdən biri “BabaTahir”dir,“Baba Tahir” Xİ əsrdə yaşamış İran şairi Baba Tahir Üryanın adıdır. O, Həmədan şəhərində yaşayıb yaratmışdır. Qədim rəvayətlərə görə, Baba Tahirin gözəl səsi olmuş, musiqi alətlərində çalmağı bacarmışdır. Böyük ehtimalla, Baba Tahir öz dübeytlərinin çoxunu oxumaqla bərabər yazmışdır. Hazırda, “Şur” dəstgahında ifa olunan “Baba Tahir” şöbəsi şairin adı ilə bağlıdır.

Müxtəlif adlarla bağlı olan şöbə və güşələröz daxilində çox müxtəlif mənalar kəsb edir. Belə şöbə və güşələrdən – Qəməngiz, Zəmin-xara,Nişibi-fəraz, Simai-şəms, Sarəng, Hüseyni, Hüsniyyə, Gərduniyyə, Cüdai, Üzzal, Nühuf, Dilruba, Əbülçəp, Şahnaz, Mübərriqə, Giləgi, Gəbri, Busəlik, Fərvərdin, Dilkeş, Zəngi-şütür, Suzi-güdaz, Tərkib, Novruz-səba, Şəhr-aşub və bir çoxlarının adını çəkmək olar. “Şur” dəstgahının şöbələri arasında biz “Şəhr-aşub” ifadəsinə rast gəlirik. “Şəhr-aşub”–şəhərdə qarışıqlıq deməkdir. Əslində, “şur” sözününüdə fars dilindən tərcüməsi“ qalmaqal” deməkdir. Bakı musiqi məclislərinin əlyazmalarına əsalansaq, demək olar ki, “Şəhr-aşub” şöbəsi hələ XİX əsrin sonlarından mövcuddur. Çox güman ki, bu şöbə daha qədimdir. Muğamların, şöbə və güşələrin yaranma tarixi çox maraqlı və mürəkkəb prosesdir. Ola bilsin ki, yuxarıda adlarını çəkdiyimiz “Şeşgah”, “Həftgah”və bir çox bu kimi muğam, şöbə adları vaxti ilə musiqi parçaları olmuşlar. Lakin, bir çox muğamlar kimi, zəmanəmizə gəlib çatmamışlar. Ona görə ki, muğam şifahi ənənə ilə nəsildən-nəslə keçir. Ürməvi, Fərabi və Mərağinin musiqi traktatlarında da, bir çox muğam, şöbə və güşə adlarına rast gəlinir. Lakin, onlaın da əksəriyyəti bizə gəlib çatmamışdır. Ona görə də, bir çox muğamların yalnız adlarını bilirik, musiqilərindən isə, əsər-əlamət yoxdur.

Hal-hazırda muğamşünaslıq elmi qarşısında elə vəzifələr durmalıdır ki, misilsiz zənginliyə xas olan qədim muğamlarımızın getdikcə itməkdə olan nadir şöbə və güşələri qorunub saxlansın. Göründüyü kimi əsrlərlə bir mədəniyyəti bölüşdüyümüz İran mədəniyyətinin musiqimizin formalaşmasında rolu danılmazdı. Əsrlərlə Orta Asiya,Əfqanıstan, Pakistan, Azərbaycan,Türkiyə və Yunanıstanın böyük bir hissəsi bu müsiqinin təsirindən faydalanıb. Bu təsirin nəticəsində hər bir xalqın özünəməxsus musiqisi meydana gəlib. Bu gün İran klassık musiqisinin adi Nəsirəddin Şah dövründə yaşayıb yaratmiş məşhur tar ifaçısı Əliəkbər Fərahaninin adı ilə bağlıdır. Iran musiqisinin bölümü və nizamlanması, 7dəstgah , avaz və guşələr şəklində təkmilləşməsi Qacar şahları-Fətəli şah dövrü və Məhəmməd şah hakimiyyətinin əvvələrində rəsmiləşdi. Həmin dövrlərdə musiqi ustadları milli musiqinin itib batmasının qarşısını almaq , onları qaydaya salmaq və nizamlamaq üçün dəstgaha avaz və guşələr salmişlar. Nəsirəddin şah dövrünün musiqisində rast gəlinən avaz və məqamlar Səfəvilər dövründən öncə musiqi mənbələrində rast gəlinmir. Məsələn, Bayatı-kürd, Əfşar, Leyli və Məcnun, Şur, Rak,Byatı-türk həmin dövrün mənbələrində görünmür.

Azərbaycan musiqisinin rədifləri ilə İran musiqi rədifləri arasında çox yaxınlıq var.” Çahargah”, “Mahur”, “Nəva” demək olar ki, eyni melodiyaya malikdir və bərabər sayda şöbə -guşələri var. “Bayatı-kürd”,“İsfahan”, “Şüştər”,”Humayun” da bənzərliklər çoxdur. Guşələri oxşar olan ayrı-ayrı dəstgahlarda vardır. Azərbaycan musiqi rədifləri , İran musiqi rədifləri kimi zəngindir. Lakin guşələri azdır, əvəzində isə çoxlu avaza malikdir.

Azərbaycan minilliklər boyu qədim Şərq ölkələri ilə təmasda, qarşiliqli mədəni əlaqədə olmuşdur. Məhz bu səbəbdən muğamlarımız və çalğı alətlərimiz həmin dövlətlərin ənənələri ilə sıx bağlıdır.

İlahə Tahirli

Musiqişünas