Araz Əlizadə:

Erməniləri azərbaycanlıların üstünə salan türklər olub

Araz Əlizadə türk komandanı Nur Paşanı da sərt tənqidə məruz qoyub: “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.

  1. 8 ay, 3 həftə əvvəl
  2. 0
araz alizade
Badkubeh -

vermək fikrində deyil”.

Bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə modern.az-a müsahibəsində deputat həmkarı Yaqub Mahmudovun “Azərbaycan İrəvan üzərində varislik hüququnu bərpa etməlidir” təklifinə münasibət bildirərkən deyib.

Araz Əlizadə bildirib ki, Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması üçün şəraiti məhz Osmanlı imperiyası yaradıb: “1915-ci ildən sonra Osmanlılar öz paxırlarını ört-basdır etmək üçün Azərbaycan ərazilərində Ermənistan dövlətinin yaranmasına şərait yaratdı. Halbuki Azərbaycan o zaman bütün ümidlərini Osmanlıya bağlamışdı. Amma Osmanlı imperiyası Azərbaycanın acizliyini görüb, ingilislərin xoşuna gəlmək üçün 9 min kvadrat kilometr ərazini Ermənistana verdi. Sazişdə yazılmışdı ki, daha ermənilər bir qarış torpağa da iddia etməyəcəklər”.

Araz Əlizadə türk komandanı Nur Paşanı da sərt tənqidə məruz qoyub: “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru Paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.

Fazil Mustafanın bu haqda elmi məqaləsi var. Nuru Paşa oturmuşdu və tələb edirdi ki, ona qızıl gəlməlidir, əks halda ermənilərə qarşı hücuma keçməyəcək. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

Dosye source:

reader's comments

Loading...