İlham Əliyev:

İran və Azərbaycan arasındakı sıx əməkdaşlıq region üçün bir hədiyyədir

Cənab Ruhani ötən 10 ayda İran və Azərbaycan arasındakı iqtisadi və ticarət mübadilələrinin həcmində də böyük artımın qeydə alındığını xatırladaraq bunu Tehran və Bakının ikitərəfli əlaqələrin daha artıq inkişaf etdirilməsində ciddi iradəyə malik olmasının nişanəsi adlandırıb. “İran və Azərbaycan tranzit sahəsində, xüsusilə Şimal-Cənub Nəqliyyat Yolu layihəsində önəmli rola malikdirlər və iki ölkənin dəmiryolları şəbəkəsinin birləşdirilməsi istiqamətində Astara – Astara dəmiryolu layihəsinin icra edilməsi ilə bu istiqamətdə ilk mühüm addım atılmış oldu” – deyə Həsən Ruhani vurğulayıb. Cənab Ruhani daha sonra Rəşt – Astara dəmiryolu layihəsinin təkmilləşdirilməsində Azərbaycanın da iştirak edəcəyini bildirib və deyib: “İran və Azərbaycan tezliklə bu mühüm tranzit layihəsinin icrasına birgə şəkildə icrasına başlayacaqlar.”

  1. 6 ay, 3 həftə əvvəl
  2. 0
r2
Badkubeh -

Azərbaycan prezidenti İlham Əliyev bu gün Tehranda İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə birgə mətbuat konfransında deyib: Bir daha dost və qardaş İran İslam Respublikasında səfərdə olduğuma görə çox şadam.

İ.Əliyev daha sonra İrana olan öncəki səfərlərinə işarə edib və deyib: Ötən ildən bəri 3 dəfə İrana səfər etmişəm və ötən 3 ildə İran prezidenti ilə 8 dəfə görüşümüz olub. Bu, iki ölkə əlaqələrindəki inkişafın bariz nümunəsidir və iki dost və qardaş ölkə əlaqələrinin qürurla inkişaf yolunda addımladığından xəbər verir.İlham Əliyev daha sonra iki ölkə əlaqələrinin dərin tarixi, mədəni və dini köklərə malik olduğunu xatırladıb və deyib: Biz bu güclü bağlar sayəsində çox yaxşı münasibətlərin qurulmasına nail ola bilmişik.Azərbaycan prezidenti sonra deyib:Siyasi əlaqələrimiz çox ali səviyyədədir və bütün beynəlxalq təşkilatlarda bir-birimizi himayə edirik.Qarabağ münaqişəsinin həlli istiqamətindəki bütün səylərinə görə İrana təşəkkür edən Azərbaycan prezidenti, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalət və insaf prinsiplərinə uyğun olaraq həll edilməsində İranın Azərbaycanın mövqeyinə dəstək nümayiş etdirməsini yüksək qiymətləndirib. İ.Əliyev mətbiat konfransının davamında İran və Azərbaycan arasındakı iqtisadiəlaqələrə işarə edib və deyib: ötən ildən bəri iki ölkə arasındakı ticarət əlaqələrinin həcmi 70%-lik bir artımın şahidi olub. Bu, iki ölkə arasında əldə edilmiş anlaşmaların və imzalanan sənədlərin icrası nəticəsində mümkün olmuşdur. Bu gün İran və Azərbaycan arasında imzalanmış bütün sənədlər icra edilib və ya icra halındadır."Mənim İrana olan öncəki səfərim və cənab Ruhaninin Bakıya olan öncəki səfəri zamanı iki ölkə arasında 18 əməkdaşlıq sənədi imzalanmışdı. Bu gün də Tehranda 2 sənəd imzalandı. Bu isə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm hüquqi baza yaratmış olub." deyə İlham Əliyev qeyd edib.Daha sonra Azərbaycanda investisiya qoymağa başladığı üçün İrana təşəkkür edən prezident İlham Əliyev deyib: Cənab Ruhaninin də işarə etdiyi kimi, Azərbaycan Rəşt - Astara dəmiryolu layihəsinin icra edilməsi üçün öz maliyyə imkanlarını səfərbər edib. Və mənim ötən il elə burda söz verdiyim kimi, bu il artıq Azərbaycan qatarı Astara - Astara dəmiryolu körpüsündən keçərək, İrana daxil oldu.İ.Əliyev şimal - cənub nəqliyyat marşrutunun önəminə təkid edərək, deyib: Hər iki ölkə şimal - cənub nəqliyyat marşrutunun tarixi önəm kəsb etdiyini dərk edir və bu layihə regionun inkişafında da mühüm təsirə malik olacaq.Azərbaycan prezidenti daha sonra iki ölkə arasında enerji sahəsində də yaxşı əməkdaşlıqların olduğunu və iki ölkənin elektrik şəbəkələrinin bir-birinə birləşdirildiyini deyib."Neft və qaz sahəsində də sərmayə qoyuluşu üçün yaxşı fürsətlər mövcuddur. Və İran Şahdəniz yatağında sərmayə qoyan tərəflərdən biridir. Biz bu gün də müştərək yataqların istismarı barədə fikir mübadiləsi aparırıq." deyə İlham Əliyev qeyd edib.

Azərbaycan prezidenti birgə iqtisadi komissiyanın fəaliyyətinə işarə edib və deyib: Birgə iqtisadi komissiya son dərəcə aktivdir və iki ölkə prezidentlərinin göstərişlərini vaxtında və yüksək səviyyədə icra edir. İlham Əliyev daha sonra İran və Azərbaycan əlaqələrinin sadəcə iki ölkə dövləti və xalqları üçün deyil, bütün region ölkələri və xalqları üçün faydalı hesab edib və deyib: Bizim yaxın əlaqələrimiz regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfədir.İ.Əliyev bu ilin Azərbaycanda İslami Həmrəylik ili elan edldiyinə toxunub və deyib: Biz İslam aləmində birlik və həmrəyliyi möhkəmləndirmək istəyirik. Biz öz milli, mənəvi və dini dəyərlərimizə çox sadiqik. 2 ay sonra Bakıda 4-cü İslam Həmrəylik Oyunları keçiriləcək. Bu sadəcə idman yarışı olmayacaq. Bu, İslam aləminin birləşməsi deməkdir. Mən əminəm ki, iranlı idmançılar bu yarışlarda böyük uğurlar qazanacaq və yüksək pillələrə qalxacaqlar.Azərbaycan prezidenti birgə mətbuat konfransının sonunda Bakının İran - Azərbaycan əlaqələrinə xüsusi önəm verdiyini vurğulayıb və deyib: Biz bu əlaqələri yüksək qiymətləndiririk və bu günkü səfərim bu əlaqələrə böyük dəstək olacaq.

Həsən Ruhani: İran - Azərbaycan əlaqələri dostluq, qardaşlıq və strateji əlaqələrdir

İran İslam Respublikası prezidenti bu sözləri Tehranda Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev ilə birgə mətbiat konfransında söyləyib.

Mətbuat konfransının əvvəlində ilk olaraq Azərbaycan Respublikası prezidenti İlham Əliyevi və onu müşayiət edən heyəti salamlayan İran İslam Respublikası prezidenti ötən üç ildə Tehran və Bakı əlaqələrinin son dərəcə böyük irəliləyişə malik olduğunu bildirib: “ İki ölkə əlaqələri ötən 3 ildə həm siyasi müstəvidə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərlə bağlı birgə əməkdaşlıqlar həm də, iqtisadiyyat və mədəniyyət sahələrində ciddi irəliləyişlərin şahidi olub.”


Cənab Ruhani ötən 10 ayda İran və Azərbaycan arasındakı iqtisadi və ticarət mübadilələrinin həcmində də böyük artımın qeydə alındığını xatırladaraq bunu Tehran və Bakının ikitərəfli əlaqələrin daha artıq inkişaf etdirilməsində ciddi iradəyə malik olmasının nişanəsi adlandırıb.
“İran və Azərbaycan tranzit sahəsində, xüsusilə Şimal-Cənub Nəqliyyat Yolu layihəsində önəmli rola malikdirlər və iki ölkənin dəmiryolları şəbəkəsinin birləşdirilməsi istiqamətində Astara – Astara dəmiryolu layihəsinin icra edilməsi ilə bu istiqamətdə ilk mühüm addım atılmış oldu” – deyə Həsən Ruhani vurğulayıb.
Cənab Ruhani daha sonra Rəşt – Astara dəmiryolu layihəsinin təkmilləşdirilməsində Azərbaycanın da iştirak edəcəyini bildirib və deyib: “İran və Azərbaycan tezliklə bu mühüm tranzit layihəsinin icrasına birgə şəkildə icrasına başlayacaqlar.”
İki ölkənin enerji sektorunda böyük əməkdaşlıq potensialına malik olduğunu vurğulayan prezident Ruhani İranın mübadilə(SWAP) yolu ilə Azərbaycan nefti və neft məhsullarını isti sulara nəql etməyə hazır olduğunu xatırladıb və deyib: “Birgə sərmayə qoyuluşu ilə Azərbaycanda avtomobil və dərman zavodlarının quraşdırılması istiqamətində iki ölkə arasında çox ciddi və mühüm addımlar atılıb, anlaşmalar əldə edib. Və ümidvarıq tezo bir zamanda bu birgə layihələrin reallaşmasının şahidi olaq.”
İran və Azərbaycanın Xəzərin sahilində yerləşən ölkələrdən olduğunu və hər iki ölkə üçün bu su hövzəsinin ekoloji baxımdan təmizliyinin qorunmasının böyük əhəmiyyət daşıdığını deyən Həsən Ruhani ikitərəfli müzakirələrdə bu məsələnin daim diqqət mərkəzində saxlanıldığını deyib: “ Xüsusi və ümumi iclaslarda bizim əsas təkid etdiyimiz məsələlərdən biri Xəzərlə bağlı konvensiyaların və 5 sahilyanı ölkə arasında əldə olunmuş anlaşmaların tez bir zamanda icra edilməsi olub.”
“Xəzərlə bağlı 2 mühüm məqam mövcuddur. Birincisi bu su hövzəsinin hüquqi statusu ilə bağlıdır və 5 sahilyanı ölkənin birgə razılığı əsasında təyin edilməlidir. Bu xüsusda İran və Azərbaycan arasında əməkdaşlıq, həmrəylik və məsləhətləşmə özünəməxsus əhəmiyyətə malikdir. Ötən illər ərzində biz bu məsələni izləmişik və bu gün də yekun nəticənin əldə ediləcəyi zamana kimi birgə səylərin davamına təkid etdik.” – deyə İran prezidenti qeyd edib.
Daha sonra Xəzərin neft ehtiyatlarının birgə şəkildə istismarı barədə İran və Azərbaycan arasında indiyə kimi bir çox müzakirələrin aparılmasına toxunan Həsən Ruhani bu gün də bu xüsusda danışıqların davam etdirildiyini bildirib və deyib: “İki ölkənin neft nazirləri bu mövzunu yekun nəticənin əldə olunacağı zamana kimi izləyəcəklər.”
İran İslam Respublikası prezidenti azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransının davamında üçtərəfli əməkdaşlıqlara da işarə edib və deyib: “ Bu üçtərəfli əməkdaşlıqlar İran, Azərbaycan, Rusiya; İran, Azərbaycan, Türkiyə və İran, Azərbaycan, Gürcüstan arasındakı əməkdaşlıqları əhatə edir. İndiyə kimi bu üçtərəfli əməkdaşlıqların ilk ikisi çərçivəsində mühüm addımlar atılıb. İran, Azərbaycan və Rusiya arasındakı üçtərəfli əməkdaşlıqlarla bağlı prezidentlər səviyyəsində də görüş təşkil edilib. İran, Azərbaycan və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıqlar çərçivəsində də bir sıra önəmli işlər görülüb və bundan sonra da davam etdirilməlidir. Amma, bu gün İran, Azərbaycan və Gürcüstan arasında üçtərəfli əlaqələr barəsində də danışıqlarımız oldu. Və bu məsələnin izlənilməsi qərara alındı. ”
 Cənab Ruhani bu günkü görüşdə regional məsələlərin də diqqət mərkəzində saxlanıldığına işarə edib və deyib: “İran və Azərbaycan regional məsələlərlə bağlı çox yaxın baxışlara malikdirlər. Hər iki ölkə əsas qaynağı vəhhabilik və sələfilik düşüncəsi olan terrorizmi region üçün sondərəcə təhlükəli hesab edir. Və terrorizm düşüncəsi və təfəkkürünün köklərinin birdəfəlik olaraq regiondan silinməli olduğu qənaətindəyik.”
İran prezidenti daha sonra İraq və Suriya böhranlarına toxunub və bu günkü görüşdə Suriya böhranının həlli istiqamətində Astanada İran, Rusiya və Türkiyənin iştirakı ilə başlayan üçtərəfli səyin sonda məqbul bir nəticəyə çatacağına ümidvar olduğunu bildirib və deyib: “Suriya üçün yekun həll yolu siyasi həll yolu olacaq.”
“İran İslam Respublikasının qənaətinə görə ölkələrin ərazi bütövlüyünə hörmət edilməlidir. Regiondakı problemlər siyasi yolla, danışıqlar yolu ilə həll edilməlidir. Və biz ümidvarıq Qarabağ məsələsi də danışıqlar yolu ilə öz həllini tapmış olsun.” – deyə İran prezidenti vurğulayıb.

Həsən Ruhani çıxışının snunda deyib: İran – Azərbaycan əlaqələri dostluq və qardaşlığa əsaslanan strateji əlaqələrdir.

 


reader's comments

Loading...