Pantürkistlərin Azərbaycan Respublikası ilə bağlı təhlükəli planı

Türkiyə Azərbaycanı işğal etmək niyyətindədir

Türkiyə Azərbaycan Respublikasını işğal etməklə ölkəmizə xeyir vermək iqtidarında deyil.Türkiyə bizə qardaş dediyi kimi öz qonşusu Suriyaya da qardaş deyirdi amma sonradan çirkin niyyəti faş oldu.

  1. 4 ay, 2 həftə əvvəl
  2. 0
Badkubeh -

Araz Rüstəmzadə :Ölkəmiz müstəqillik qazandıqdan sonra, xüsusi ilə Əbülfəz Elçibəyin dövründə pantürkizm xəstəliyi yayılmağa başladı.Sonrakı illərdə türkçülük mifləri  zəifləyərək cəmiyyətdəki yerini itirdi.Buna baxmayaraq ölkədə hələdə bu əfsanələrə inanan və kimliyini inkar edərək özünü türk adlandıran həmvətənlərimiz var.Bu problem dərk ediləndir çünki, hakimiyyətin dəstəyi ilə ölkə daxilində efirə verilən türk telekanalları və pantürkistlərin Azərbaycan dilli  telekanalları (xəzər tv və.s.) əhali arasında təbliğatat aparmaqla məşğuldurlar.
Pantürkistlərin təbliğatının hədəf və məqsədi nədir ?
Dərin təəssüflə qeyd etmək lazımdır ki, əsas məqsəd Azərbaycan Respublikasını işğal etməkdir.Baxacağınız videoda Türkiyə Silahlı Qüvvlərinin keçmiş baş qərargah rəisi general İlkər Başbuğ  bir tədbirdə ən böyük arzusunun Azərbaycanın Türkiyəyə birləşdirilməsi olduğunu dilə gətirir o tədbidə iştirak edənlər isə bunu sevinclə qarşılayır. Maraqlı budur ki, tədbir iştirakçılarından bəziləri İran və Rusiyanın bu işə imkan verməyəcəklərini dilə gətirmələridir. Deməli 20 yanvar və Qarabağ şəhidlərinin və digər şəhidlərin qanı bu türkçülər üçün heç bir dəyərə malik deyil.
İndi bir anlıq təsəvvür edək ki, general Başbuğun dediyi sözləri İran, Rusiya və yaxud başqa bir ölkənin kiçik rütbəli bir hərbiçisi desə idi nə olardı ? və nədənsə Azərbaycan milli məclisi də ölkə müstəqilliyini hədələyən bu pantürkist generala heç bir reaksiya vermədi.
Ümumiyyətlə Türkiyə Azərbaycana nə verə bilər ?
Türkiyə Azərbaycan Respublikasını işğal etməklə ölkəmizə xeyir vermək iqtidarında deyil.Türkiyə bizə qardaş dediyi kimi öz qonşusu Suriyaya da qardaş deyirdi amma sonradan çirkin niyyəti faş oldu.İndi Suriya ərazilərinə göz tikdiyi məlum olub və bu məqsədə çatmaq üçün terrorçularla əməkdaşlıq kimi namərdliyə də əl atıb.Bu Türkiyənin mahiyyətidir. Azərbaycana da qardaş deməyi belədir ölkəmiyi işğal edərək neftə yiyələənmək istəyir.
Sonda qeyd edək ki, hərbi və digər texniki vasitələri başqa ölkələrdə istehsal olan xalqı isə Avropada elm və təhsilə aidiyyatı olmayan aşağı səviyyəli işləri görən ölkənin Azərbaycana heç bir faydası ola bilməz.