Rusiya ABŞ-a cavab olaraq S-300 və S-400 raketlərini işə saldı

Amerikanın bu addımından sonra rəsmi Moskva malik olduğu S-300 və S-400 zenit-raket komleksləri vasitəsilə Suriya ərazisində müdafiə təşkil edəcəyini açıqlayıb. Buna qədər zenit-raket kompleksləri ancaq Rusiyanın Suriya ərazisindəki bazalarını müdafiə edirdisə, artıq Kreml Suriyanın bütün ərazisində S-300 və S-400lərin müdafiə fəaliyyətinə keçəcəyini bəyan edib.

  1. 4 ay, 2 həftə əvvəl
  2. 0
Rusiya ABŞ-a cavab olaraq S-300 və S-400 raketlərini işə saldı
Badkubeh -

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya rəhbərliyi ABŞ ordusunun Suriyadakı hərbi bazanı vurmasından sonra Vaşinqtonla bağlanmış  memorandumu dayandırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Rusiya tərəfi insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı Suriyada əməliyyatlar zamanı ABŞ ilə imzalanmış memorandumun fəaliyyətini dayandırır",-deyə bəyanatında bildirilir. Qeyd edək ki, dünən gecə ABŞ ordusunun hərbi gəmiləri Suriyanın Homs şəhərində yerləşən "Əş-Şəyrat" aerodromuna 59 raket zərbəsi endirib.