“Səfir o tarixdə Bakıda deyilmiş”

İran İslam Respublikasının Bakıdakı səfirinin Azərbaycan Respublikası XİN-ə çağırılması yalandır

Belə ki, İran XİN-dəki məlumatlı mənbə “Badkubə” saytına bildirmişdir : “Cavad Cahangirzadə 13 aprel 2017-ci il tarixində Bakıya qayıtmışdır”. Göründüyü kimi, “Virtual.az” saytı və Hikmət Hacıyevin iddia etdikləri tarixdə səfirin Bakıda olmaması səbəbindən, onun o gün Azərbaycan Respublikası XİN-ə çağırılması da imkansızdır

  1. 3 ay, 1 həftə əvvəl
  2. 0
Gövhər ağa
Badkubeh -

Son günlər “Virtualaz” saytında Azərbaycan XİN sözçüsü Hikmət Hacıyevə istindan yayımlanan xəberdə bildirilmişdir ki, Şuşadakı “Gövhər ağa” məscidinin təmir işlərində İranın əməkdaşlığına görə İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdır.

Bu saytın yaydığı xəbərə əsasən, Hikmət Hacıyev İranın bu məscidin təmirində iştirak etdiyinə görə etirazını səfirə bildirmişdir.

Lakin, “Badkubə” saytının araşdırmaları bu xəbərin yalan olduğunu üzə cıxarmışdır. Belə ki, İran XİN-dəki məlumatlı mənbə “Badkubə” saytına bildirmişdir : “Cavad Cahangirzadə 13 aprel 2017-ci il tarixində Bakıya qayıtmışdır”. Göründüyü kimi, “Virtual.az” saytı və Hikmət Hacıyevin iddia etdikləri tarixdə səfirin Bakıda olmaması səbəbindən, onun o gün Azərbaycan Respublikası XİN-ə çağırılması da imkansızdır.

Mənbə əlavə etmişdir ki, bnundan 15 gün əvvəl Cahangirzadə ilə Azərbaycan XİN rəsmiləri arasında keçirilən “adi” görüş zamanı bir neçə məsələ ilə yanaşı Şuşanın “Gövhər ağa” məscidinin məsləsi bərədə də fikir mübadiləsi aparılmışdır, lakin bu görüşün mahiyyəti “çağırılma” deyil, sadəcə iki ölkə rəsmilərinin arasında “rutin” qaydada keçirilən görüşlərdəndir.

Bu məsələdə iki sual ortaya çıxır: Birincisi, görəsən bu sayt Azərbaycan XİN sözçüsü ilə əlaqələndirmədən onun adından yalan xəbər yaymaqla qarşılıqlı diplomatik münasibətlərə zərbə vurur, yoxsa bu istiqamətdə onunla əlaqələndirilmiş addım atmışdır!  Aydındır ki, belə xəbərlərin yayımlanması “Virtual.az” saytının etibarını sual altına qoymaqla yanaşı, Azərbaycan Respublikası XİN-in ( özəlliklə də iki ölkənin qarşılıqlı əlaqələrinin gündəmə gəldiyi bir vaxtda) KİV üzərində nəzarətinin zəif olmasından xəbər verir.          

Bununla belə, əgər bu hərəkət XİN sözçüsü ilə əlaqələndirilməmiş addımdırsa, onda Azərbaycan XİN hansı səbəbdən belə media orqanlarının bu sayağ təxribat xarakterli addımlar atmasına imkan verir?

Əgər XİN-in bu təxribat xarakterli addımdan məlumatı olmuşdursa, onda soruşmaq lazımdır ki, belə yalanı yayımlamqla Azərbaycan Respublikası XİN hansı məqsədi güdür?