Səfirin XİN-ə çağırılması barədə yalan xəbərlərə Şərq qəzetindən reaksiya:

“İki gün bundan əvvələ aid məsələ barədə yalan danışırlarsa, UNESCO-ya sədrlik səlahiyyətində deyillər”

Bir halda ki, Azərbaycan hakimiyyəti İran səfirinin Tehranda olduğu zaman iki gün əvvələ aid xəbərləri uyduraraq, guya səfirin XİN-ə çağırılmasını və ondan izahat tələb edildiyini iddia edir, onda belə bir hakimiyyətin UNESCO-nun sədri kimi mədəni irsi təhrif etməyəcəyinə, oğurlamayacağına kim qarant verə bilər?

  1. 5 ay, 1 həftə əvvəl
  2. 0
Polad Bülbüloğlu
Badkubeh -

Tehranda çıxan Şərq qəzeti Azəri yazarının qələmi ilə yayımladığı yazıda, Bakıdakı İran səfirinin Azərbaycan Respublikası XİN-ə çağırlmasına dair yalan xəbərlərə reaksiya göstərərək, Azərbaycan hakimiyyətini sözügedən xəbəri uyduraraq, İran səfirinə qarşı hörmətsizlik etdiyini bildirmişdir. “Şərq” qəzetinin yazdığına görə, Şuşanın “Gövhər Ağa” məscidi ilə əlaqədar, Bakı özünü narahat göstərməməlidir: “Ona görə ki, bu məscid memarlıq və mədəniyyət baxımından İrana aiddir və oradakı bütün kətibələr də fars dilindədir”.

Şərq qəzeti əlavə etmişdir: “Bir müddət əvvəl Bakı mediasını yönlədirən əsas cərəyan tərəfində yalana əsaslanan propaqanda baladılaraq, iddia edilirdi ki, İran və Ermənistan birlikdə Şuşa məscidini tövləyə çeviriblər. Lakin, İranın köməyi ilə bu məscidin təmir edilməsinə dair xəbərin yayımlanmasından sonra sözügedən yalan propaqanda ifşa edilmiş və Bakıdakı hakimiyyət öz günahını başqasında axtarır. Digər tərəfdən, böyük qardaşlıq iddiasında olan Türkiyə Qarabağda ermənilərlə ticarət apardığı bir vaxtda, İran məscidlərin təmirinə başlamışdır. Azərbaycan XİN-i hansı səbəbdən bu məsələyə görə natahatlıq keçirir ki, yalan xəbər saxtalaşdırırlar?” .

Şərq qəzeti bu məqalənin başqa yerində isə “Polad Bülbüloğlu”nun UNESCO-nun baş katibi vəzifəsinə namizədliyi məsələsinə toxunaraq, əlavə etmişdir: “Bir halda ki, Azərbaycan hakimiyyəti İran səfirinin Tehranda olduğu zaman iki gün əvvələ aid xəbərləri uyduraraq, guya səfirin XİN-ə çağırılmasını və ondan izahat tələb edildiyini iddia edir, onda belə bir hakimiyyətin UNESCO-nun sədri kimi mədəni irsi təhrif etməyəcəyinə, oğurlamayacağına kim qarant verə bilər?!”.

Bu qəzetin təhlilçisi, İranın mədəniyyət işləri üzrə qurumlarının UNESCO-nun baş katibi vəzifəsinə Bülbüloğlunun seçilməsindən narahatlıq keçirməli olduqlarını bildirərək, həmin qurumlara xitabən bu məsələni qonşu dövlətlərin mədəni irsinin təhrif və müsadirə edilməsində yeni bir prosesinin başlanğıcı kimi qəbul etməyə çağırmışdır.



reader's comments

Loading...