Qafqazın İrana yaratdığı problemlər;

İran ətrafında çox sayda təhlükəsizlik orqanları

Bu məqalə İranın Türkiyə və Azərbaycan respublikasındakı keçmiş səfiri Əli Rza Bikdelinin, İran xarici işlər nazirliyinin beynəlxalq siyasi araşdırmalar bölməsindəki «İranın Qafqafda strategiya və üslubu» adlı seminardakı çıxışındandır.

  1. 4 ay, 2 həftə əvvəl
  2. 0
Əliriza Bikdeli
Badkubeh -

 Əli Rza Bikdeli: Qafqaz haqda danışarkən bir çox mövzularla o cümlədən bölgədəki qurumlar, mdb, avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı (atət), sülh naminə tərəfdaşlıq programı, qara dəniz  əməkdaşlıq təşkilatı, eləcədə eko və xəzər dənizinə aid məsələlərlə qarşılaşırıq. Qarabağ, Abxaziya, Acarıstan, Abxaziya, Osetiya, Dağıstan, Talış həmçinin Azəri Erməni və Gürcüstan münaqişə ləri kimi etnik problemlərlə qarşılaşırıq. Neft, qaz enerji mənbələri bu regionda əhəmiyyətli məsələlərdir. Amerika və Rusiya kimi dünya güclərinin həmçinin onlara bağlı İsrailin nüfuzu bölgənin mühüm mövzularıdır. Xəzərin hüquqi statusu məsələsi də bu qəbildəndir ؛ natonun şərqə tərəf genişlənməsi, beynəlxalq daşımaçılıq şəbəkələri , pantürkizm, panazərizm, böyük Ermənistan, İslamçılıq və yaxud Osmanlı dövründəki panislamizm, radikalizm bu regiona aid başqa məsələlərdir. Ticarət, bazar eləcə də dünya və region güclərinin rəqabəti bölgəyə təsir göstərir. Qafqaz bir çox ölkələrin strateji təhlükəsizliyində özünə məxsus rola malikdir. İran, Rusiya, Türkiyə, Avropa birlyi və Abş çalışırlar bildirsinlər ki, bu region onların təhlükəsizliyinin tamamlayıcısıdır, və regiondakı maraqlarını bəyan ediblər. Öz maraqlarını qorumaq istiqamətində başqalarına təsir göstərir və ya məhdudlaşdırırlar ki, regionda balans pozulmasın. Qafqazda qarşılaşdığımız mühüm məsələlər sabitlik və qeyri-sabitlikdir, sabitlik məsələsi Qafqa böyük əhəmiyyət kəsb edir. Qafqaz ölkələri müxtəlif yollarla sabitliyi təmin etməyə çalışırlar. Bölgədəki və bölgədən kənar qüvvələr öz mənafeləri üçün sabitlik və qeyri-sabitlikdən istifadə edirlər. Bu səbəbdən bölgədə baş verən proseslərdə mürəkkəblik müşahidə edirik.

  Qeyd etdim Qafqaz ətrafındakı ğlkələrə davamlı şəkildə ziyan verib. Məsələn Qafqazı İran qurluşunda və yaxud imperiya tərkibində saxlamaq üçün elcə də İranı işğal etmiş ölkələr bizə ziyan verib. Əgər kimsə hesablaya bilsə fikrimcə ölkəmizə ən çox ziyan vermiş bölgələrdən biridir.  Elə indi də bu regionda İranla və digər ölkələrlə müxtəlif sahələrdəki əlaqələrdə müəyyən problemlər var və bizim rəqib və yaxud düşmənimiz hesab olunurlar. Demək olar ki, 1783 cü il 24 iyunda Gürcüstan Rusiyanın himayəsinə götürdükdən sonra, Qafqazda İranın problemləri yeni mərhələyə daxil oldu. İran 1783 cü ildən özünün xarici siyasətində qafqafdan meydana gələn bir çox problemlərlə qarşılaşdı, nəhayət 1813 cü il Gülüstan və 1828 ci ildə Türkmənçay kimi rüsvayçı müqavilələrlə nəticələndi. Rusiya və Osmanlı imperiyaları hətta Sovet ittifaqının parçalanması bizim xarici siyasətin zəifləməsinə təsir göstərdi. 1911 ci ildə Livyada Osmanlı ilə Frasnsa arasında müharibı başlayır və sonradan Balkanda davam edir və türklər Balkanda və şimali Afrikada məğlub olurlar.  Onlar bu bölgələrdə məğlub olduqları halda Qafqazda irəliləməyə başlayırlar. Osmanlı təxminən 14 000 hərbi qüvvə və ona əlavə olunmuş 6 000 Dağıstanlı və Qafqaz müsəlmanları ilə birlikdə 1918 ilin mart ayına qədər Bakıya qədər irəliləyirlər. Onlar  Qafqaz islam ordusnu Osmanılının məğlub olub bir çox əraziləri itirdiyi halda yaratmışdılar.  Ümid edirdi ki, islam görüntüsü və Qafqaz vasitəsi ilə əraziləri bərpa edər. Zahiri strategiyası islam olsa da əsil məqsədi türkçülük (pantürkizm) idi. Qafqaz islam ordusu yarandıqdan təxminən iki ay sonra bizim qafqazda üç ölkə müstəqillik elan etdi. Əvvəlcə Gürcüstan, Ermənistan respublikası və sonun ilə  inda Azəri dediyimiz Azərbaycan. Keçmiş sovet ittifaqında olarkən müxtəlif sənədlərlə də tanış oldum Azəriləri , “Qafqaz müsəlmanları” və yaxud “Qafqaz tatarları” da adlandırıblar və bu adlarla erməni və gürcülərdən fərqləniblər.

Gürcüstan respublikasının təşkil olunmasında almanların, Ermənistan respublikasınln təşkil olunmasında isə daha çox fransızların rolu oldu. 1918 ci il may ayında Qafqaz müsəlmanları müstəqillik elan etdilər və Osmanl tərəfndən dəstəklənirdilər və müəyyən adları da yox idi. Məsləhətləşmələrdə sonra Azərbaycan respublikası adını seçdilər.

Bu məsələdə Türklərin böyük rolu olub. Birinci dünya müharibəsinin sonunda Qafqaz ölkələri birliyi meydana çıxır. Hətta bunan sonra Rusya buraya qayıtdıqdan sonra buranı Qafqaz muxtar rspublikası adlandırır. Hər halda Qafqaz, Osmanlı imperiyasının süqutunda, dünya müharibədən əvvəl və sonra Rusiyada yaranmış problemlərdə müəyyən rola malik olub. Qafqazda ortaq təhlükəsizlik strukturları üçün müxtəlif təkliflər olunub. Rusların başçılığı ilə keçirilən Qafqaz ölkələri başçılarının toplantısında gürcülər yenə də Qafqaz təhlükəsizlik və əməkdaşlıq ideyasını irəli sürdülər. Amerika 1994 cü il oktyabr ayında GUAM ı yaratdılar. GUAM əvvəlcə orta asiyada frmalaşdı sonra isə Gürcüstan, Azərbaycan, Ukraina və Moldaviyaya qədər genişləndi, məqsəd Ermənistanı da cəlb etmək idi. Azərbaycan 1994 cü ildə 19+5 çərçivəsində nato ilə danşıqlar məsələsini gündəmə gətirdi. O zaman  19 nato üzvü və beş EKO üzvü Ermənistana çatmaqda ümidli idilər. Amerika ordusu qərargah rəisi müavini general Cebikoi Qafqaz sülh ordusunun təşkil olunmasını təklif etdi, bu istiqamətdə Rusiya, Azərbaycan, Ermənistan və  Gürcüstan dövlət başçılarının iştirakı ilə sülh naminə tərəfdaşlıq proqramı keçirildi. Ruslar tərəfindən oxunan son bəyannamədə etnik xalqların anlaşması, sülh və Qafqazda iqtisadi və mədəni əməkdaşlıq diqqət mərkəzindədir.Yəni yenə də şimali və cənubi Qafqaz üçün böyük plan nəzərdə tutulub.

  Xanım Olbrayt Qafqaz əməkdaşlıq qrupunu 1994 cü ildə təklif etmişdi.1999 cu ildə Heydər Əliyev İstanbulda keçirilən bir konfransda Qafqaz təhlükəsizlik sistemini təklif etdi. O zama bu təklifləri 5+1 adlandırırdıq. Azərbaycanın planı ümumuiyyətlə    3+ 3 idi. Üç Qafqaz ölkəsi və Türkiyə Amerika və Rusiya, adətən İranı görməməzliyə vururdular.  Cənab səfir Pakayin bu məsələ barədə açıqlama verərək bildirib ki, İran da bu qrupa daxil olacaq plan 3+3+2 olub və ola bilsin bu haqda məlumatlısınız. Əslində Qafqazda təhlükəsizlik sistemi haqda danışarkən 3+3+2 qrupu çox məşhur idi, üç Qafqaz ölkəsi və İran, Rusiya bundan əlavə Türkiyə BMT və Avrop birliyi. Türkiyə adətən 3+3 qrupunda idi üç Qafqaz ölkəsi, ABŞ və Avrop təhlükəsizlik təşkilatı. Rusiya adətən 3+3 lə əməkdaşlıq edirdi indi də belədir.

  Son olaraq Gürcüstan hadisələrindən sonra bu ölkənin regiona nə qədər təsir göstərdiyinə toxunmaq istəyirəm. Rusiyanın Gürcüstan əməliyyatından sonra 3+3 planının öz yerini tapıb və Amerikanın bölgədəki təsirinin müəyyən qədər azalması müşahidə olunur. Region ölkələri Rusiya ilə balanslaşdırılmış siyasət aparmaq üçün regiondakı ölkələrdən müttəfiq axtarırlar. Bu məsəldə İran da nəzərə alınır. Keçmişdə olduğu kimi Qafqazın vahid mahiyyətinə və diqqət etməliyik. Qafqaz qonşuluq siyasəti əsaslı  tanıyaraq və yenidən ciddi şəkildə baxmalıyıq.

Tərcümə: Araz Rüstəmzadə.






reader's comments

Loading...