DAEŞ-in Tehrandakı terror aktları ilə yanaşı,

“Böyük Azərbaycan”ın yaradılması planı davam etdirilir

Təəssüfləndirici bir hal olmaqla yanaşı, üzərində tərəddüd edilməsi gərəkən məsələ budur ki, Qarabağda ermənilərə qarşı savaşda bizdən kömək gözləntisi olanlar, İranda zəlzələdən tutmuş terror aktlarına qədər, ən kiçik hadisələr baş verən kimi sevinç hissini sərgiləyərək, İranın dağılmasının arzusunda olduqlarını açıq-aşkar bəyan edirlər.

  1. 2 ay, 1 həftə əvvəl
  2. 0
ulke
Badkubeh -

DAEŞ terror qruplaşmasının Tehranda törətdiyi terror aktları və Səudiyyə Ərəbistanının dəstəklədiyi təkfiri qruplaşmaları tərəfindən İran İslam Respublikasının təhlükəsizliyinə qarşı təhdidlərin yaranması ilə eyn bir vaxtda, “Ölkəٌ adlı internet saytı öz fikrincə “İranın ölümü və parçalanması” versiyasını araşdıraraq, İranın şimal bölgələrinin ayrılmasının məhsulu kimi ölkənin şimalında 40 milyonluq yeni bir dövlətin yaranacağından söhbət açmışdır.

 “Ölkə” internet portalı “ Bütöv Azərbaycan reallaşırmı?” başlığı altında verdiyi yazıda, SSR və ABŞ-ın İranın şimal bölgələrinin ayrılması və Bakı Respublikasına qoşması istiqamətində göstərdikləri səylərin tarixçəsini araşdırməşdır.

Bu sayt eyn zamanda amerikalı konqresmen Dana Rohrabacherin 2012-ci ildə Azərbaycanın İrandan ayrılması və şimal əyalətlərin Bakı Respublikasına birləşdirilməsini nəzərdə tutan ssenarisi barədə dediklərinə istinad edərək, iddia etrmişdir ki, həmin ssenari hələ də gündəmdədir və “Bu layihə gizli müzakirədən sonra icra üçün dövlət [hansı dövlət?] rəsmilərinə təqdim edilib”.         

maraqlı məqam isə, sözügedən məqalənin 8 iyun 2017-ci il tarixində, yəni Rohrabacherin AB, Senatındakı sözügedən qalmaqallı çıxışından bir gün əvvəl dərc edilməsidir ki, bu da təsadüf sayıla bilməz. Respublikaçı olan bu senator cümə günü Senatın komissiyalarının birində ABŞ-ın İran İslam Respublikasını məhv etmək üçün təkfiri qüvvələrdən istifadə edə biləcəyi ehtimalını dilə gətirmişdir.

şərqi Avropa və Qafqazdakı separatçı hərəkatlarla sıx əlaqələri olmuş və belə əlaqələri hələ də davam edən Danan Rohrabacher indiyə qədər dəfələrlə Bakıda olmuşdur. O, terrorçu Xalq Mücahidləri Təşkilatının konfranslarında da iştirak etmişdir və belə çıxır ki, Bakıdakı bəzi media lobbiləri də onun provokasiayalarının təsiri altına düşmüşlər. Elə onun təziqləri və nüfuzundan istifadə etməsinin nəticəsi olaraq, 2013-cü ildə Amerika Səsi Radiosunun Azəri bölümünün tərkibində “İran Azərbaycanı” adlı bölüm yaradılaraq, İranın ərazi bütövlüyünə qarşı gündəlik proqramlar istehsal etməyə başlamışdır.

Ümumiyyətlə belə görünür ki, ABŞ və İsraillilərin kuklası kimi hərəkət edən Bakıdakı bəzi sadəlövh şəxslər və yazıçılar (o cümlədən Hikmət Həsənov), İran dövlətinin  əsaslarının bir terror aktı ilə sarsılmış olduğunu və nəticə etibarı ilə onlar da özünün boş və uşaqca fikirlərini gerçəkləşdirə biləcəyini zənn edir. Bir halda ki, məğlubiyyətə uğramış ölkə (failed State) kimi Azərbaycan Respublikasının ərazisinin 20 faizi erməni Artsax silahlıları tərəfindən zəbt edilmişdir!  

Digər tərəfdən, bu fikirlərin səsləndirilməsi Bakıda İrana qarşı zərrə qədər də xoş niyyətin olmadığına dəlalət edir və orada bəzilərinin İran bir az zəifləşən kimi, öz xəbis niyyətlərini bizim dövlətimizin həyatına qarşı gerçəkləşdirməyi gözlədiklərini göstərir.

Təəssüfləndirici bir hal olmaqla yanaşı, üzərində tərəddüd edilməsi gərəkən məsələ budur ki, Qarabağda ermənilərə qarşı savaşda bizdən kömək gözləntisi olanlar, İranda zəlzələdən tutmuş terror aktlarına qədər, ən kiçik hadisələr baş verən kimi sevinç hissini sərgiləyərək, İranın dağılmasının arzusunda olduqlarını açıq-aşkar bəyan edirlər.     

Təbii ki, bucür niyyətlər İranın ictimai rəyində unudulmayacaq və vaxtı gəldikdə başqalarına da dərs olsun deyə, belə məqalələrə və fikirlərin cavabını aydın şəkildə verəcəkdir.