Çoxsayılı regional və beynalxalq mesajı ehtiva edən raket əməliyyatı

Bu raketlərin üçüncü mesajının ünvanı isə İsrail, Ərəbistan və onların müttəfiqləridir ki, son aylarda İrana qarşı regional koalisiya yaratmaq istiqamətində səylərini ən zirvə nöqtəsinə çatdırmışlar. əslində isə, bu raket zərbələri İran əleyhinə regionda formalaşan hərəkətlərə qarşı reaksiyadır.

  1. 3 ay, 1 həftə əvvəl
  2. 0
daes
Badkubeh -

Belə görünür ki Iranın raket zərbələri DAEŞ-ə mislləmə cavab verilməsi istiqamətində atılan bir addım kimi, üç əsas mesajı özündə ehtiva emişdir

Birinci mesaj təkcə DAEŞ-ə deyil, bütün terroçolara ünvanlanmış mesajdır. İran belə bir raket zərbələrini endirməklə terrorçulara başa saldı ki,əgər London, Paris, Ankara və dünyanın digər mühüm paytaxtlarını hücuma məruz qoyur və özünüzə qarşı onlar tərəfdən mislləmə addımlarının atılmasına şahid olmamışsınızsa, biz onlar kimi davranmayaraq hər bir hücumu daha ağır hücumla cavablandıracağıq. Beləliklə də, İran tərəfindən belə hücumların təşkil edilməsi, təkcə mislləmə və reaksiya xarakterli olmamış və bucür hücumlarla bütün terror qruplaşmaları, o cümlədən “DAEŞ”i İrana qarşı hücumlarını davam etdirməkdən çəkindirsin yaxud da ehtiyatlandırsın. Başqa sözlə desək, bu zərbələr İranda törədilə biləcək yeni hücumlardan müdafiə və bu hücumlara qarşı önləyici xarakter daşıyan addımdır.

İkinci mesajın ünvanı isə heç şübhəsiz ki ABŞ-dır. Son günlər ABŞ-ın başçılığı ilə koalisiya qüvvələri Suriyanın cənubundakı Suriya ordusuna və İrana bağlı hərbçilərin mövqelərinə qarşı hava zərbələri endirib və amerikalılar isə bu qüvvələrə qarşı hücumları daha da genişləndirmək məqsədi ilə bəzi addımları atmaqdadır ki, belə davam edərsə, bu, ABŞ-İran arasında ciddi gərginliklərin yaranmasına gətirib çıxara bilər. Buna görə də, İran sözügedən raket zərbələrini DAEŞ-in mövqelərinə endirməklə amerikalılara mesaj vermək istəyib ki, ABŞ-ın Suriya ərazisinin hər hansı bir nöqtəsində hücumuna qarşı əks cavab vermək iqtidarındadır. İndi buna qarşı ABŞ-ın hansı mövqe sərgiləməsini və İranın bu mesajına nə kimi cavab verəcəyi maraqlı görünür. Lakin, şübhəsiz ki, onlar İranın mesajını almışlar.

Digər mühüm məqam bundan ibarətdir ki, SEPAH tərəfindən “Deyrizor” əməliyyatında istifadə edilmiş raketlər, ABŞ Senatının üç gün əvvəl İrana qarşı təsdiqlədiyi sanksiyalarda nəzərdə tutulan raketlərdir. Bu da amerikalılkar üçün açıq bir mesajdı ki, İran hər hansı sanksiya nəticəsində özünün raket proqramından geri çəkilməyəcək və bu proqramı davam etdirəcəkdir.

Eyn zamanda, ABŞ-a ünvanlanmış raket  mesajının davamında bu məqam da nəzərə alınmalıdır ki, bir neçə gün öncə Vaşinqton “HİMARS” adlı raket sisteminin Suriya ərazisində yerləşdirdiyini bildirmişdir. Hansı ki, sözügedən sistemin qurulmasından məqsədin bu dövlətin Suriyanın cənubunda yerləşdirdiyi qüvvələrə qarşı mümkün hücmları önləmək olduğu bildirilmişdir. Buna görə də, İran öz sərhədləri daxilindən Suriyaya tərəf endirilən dünən gecəki raket zərbələrini, “HİMARS” raket sisteminin ABŞ tərəfindən  Suriya ərazisinə daxil etdilməsinə qarşı göstərilmiş reaksiya kimi də dəyərləndirmək olardı.


 Yeddi raketlə üç mesaj

 Bu raketlərin üçüncü mesajının ünvanı isə İsrail, Ərəbistan və onların müttəfiqləridir ki, son aylarda İrana qarşı regional koalisiya yaratmaq istiqamətində səylərini ən zirvə nöqtəsinə çatdırmışlar. əslində isə, bu raket zərbələri  İran əleyhinə regionda formalaşan hərəkətlərə qarşı reaksiyadır. Hansı hərəkətlər ki, onun ən əsas məqsədi, koalisiya qurmaqla İranı zəyifləşdirmək və İranın ziyanına olan bir qüc balansını formalaşdırmaqdan ibarətdir. Qeyd edilməlidir ki, İsrailin 7-ci telekanalı da bildirmişdir ki, İranın ( raket zərbələrinə dair) açıqlamasında bu dövlətin düşmənlərinə, o cümlədən Ərəbistana, İsrailə və ABŞ-a dolayı olaraq hücum edilmişdir.            

Digər tərəfdən, bu raketlərin verdiyi mesajlardan əlavə, həmin raketlərin əməliyyat əhəmiyyəti olan məqsədini də vurğulamaq mümkündür. Mövcud raporlara əsasən, DAEŞ özünün xilafət mərkəzini Raqqadan “ Deyrizor” şəhərinə köçürməkdədir, eyn zamanda isə, Suriya ordusu da DAEŞ qruplaşmasına qarşı geniş əməliyyat aparmaq üçün Deyrizora girmək ərəfəsindədir. Bu səbəbdən, İranın DAEŞ-ə qarşı raket zərbələrinin endirilməsi üçün Deyrizor şəhərinin seçilməsini, Suriya ordusunun DAEŞ-ə qarşı əməliyyatını asanlaşdırmaq istiqamətində İran tərəfindən atılmış addım kimi də dəyərləndirmək olar.

ən sonunda isə qeyd edilməlidir ki, Ərəb dövlətlərinin münasibətlərindəki böhranı, Tehrandakı terror aksiyaları, Suriyadakı İran tərəfindən dəstəklənən qüvvələrin ABŞ tərəfindən hədəfə alınmasını və bunların davamında isə İranın Deyrizora endirdiyi raket zərbələrini ayrı-ayrılıqda təhlil etmək olmaz və gələcəkdə daha əhəmiyyətli hadisələrin baş verməsini gözləmək lazımdır.                       








reader's comments

Loading...