Xalq tərəfindən müsbət qarşılanmaması

İran hakimiyyətinin Parlamentdə türk fraksiyasının yaradılmasına qarşı etirazı

Hayfa Universitetinin isarilli professoru, İsrailin hərbi kəşfiyyat xidmətinin (AMAN) analitiki və Azərbaycan Dövlət Neft şirkətinin müşaviri Brenda Şafer tərəfindən irəli sürülmüş və İran daxilikndəki nüfuz amillərindən birisinin vasitəsi ilə İslam Şura Məclisinin deputatlarına aşılanməşdır. Sözügedən bu şəxs Ettelaat Nazirliyi tərəfindən saxlanılaraq, həmin şəxsin öz teleqram səhifəsində də qeyd etdiyi kimi, fraksiyanın yaradılması ilə əlaqədar bu orqan tərəfindən dindirilmişdir.

  1. 1 ay, 2 həftə əvvəl
  2. 0
türk fraksiyası iran
Badkubeh -

Ötən ilin noyabr ayının əvvəllərində İslam Şura Məclisinin bir qrup deputatı “Türk Bölgələri Fraksiyası” adlı qurum yaratdılar. Qeyd etmək lazımdır ki, sözügedən fraksiyanın ilkin yığıncaqları 2016-cı ilin baharında Türkdilli Fraksiyası adı altında keçirilmişdir.

Bu fraksiyanın tarixi keçmişi Bakının rəsmi qurumlarına qulluq edən və Pantürkizmin israilli nəzəriyyəçilərindən hesab edilən “Brenda Şafer”in tezislərinə qayıdır. O öz kitabında, İslam Şura Məclisindəki azəri deputatlar tərəfindən regionçu tələblərin irəli sürülməsi məqsədilə güclü bir lobbinin yaradılmasını təklif etmişdir.  

Türk Fraksiyasının düşmən mövqeli dövlətlər tərəfindən dəstəklənməsi

Sözügedən fraksiyanın yaradılması müxtəlif reaksiyalarla müşayiət olunmuşdur. Belə ki, Türkiyə və Bakı KİV-ləri ona çox güclü dəstək vermişlər. BBC-in fars yayımları bölməsi isə bu fraksiyanın yardılmasını İslam Respublikasının, eləcə də Vilayət-i Fəqih diskursunun iflasa uğraması kimi dəyərləndirmiş və Bakıdakı antiiran ekspertlərdən biri isə, KİV-ə bildirmişdir ki, İran İslam Respublikasının rəhbərliyinin ] etnik qırılmaları fəallaşdırmamaq barədə[ çoxsayılı siqnallarına rəğmən, İran Parlamentinin deputatları belə bir addımı atmış oldular. Buna qarşı, İranda, xüsusilə də azərbaycanlılar arasında mənfi reaksiylar göstərilmişdir.

 Məsələyə ekspert yanaşma

İncəsənət xadimləri, jurnalistlər və çoxsayılı ekspertlər bu fraksiyanın yaradılmasının domino effektinin nəticəsi kimi etnik düşüncə mərkəzli fraksiyaların yarana biləcəyindən narahatçılığını bildirərək, onun milli maraq və məsləhətlərə zidd addım olduğunu bildirmişlər. Parlamentin bir neçə nümayəndəsi də məclisin açıq iclasında bu addıma qarşı çıxmışlar.

Prezident Administrasiyasının yanında Strateji Mərkəzdə, İslam Şura Məclisinin Araşdırma Mərkəzində, Daxili İşlər Nazirliyinin Tədqiqat İnstitutunda  və qərar qəbul edən digər orqanlarda etnik məsələlər üzrə fikir sahibləri və mütəxəssilər tərəfindən məsələnin təhlil edilməsi və uyğun qərarın qəbul edilməsinə köməklik göstərilməsi məqsədilə ixtisaslaşdırılmış toplantılar keçirilmişdir.

Tarix sahəsində professorlar və araşdırmacılar İslam Şura Məclisinin sədrinə məktub ünvanlayaraq, sözügedən addımı tənqid etmiş və buna qarşı tədbir görülməsini tələb etmişlər. Parlamentin daxili qaydalarına əsasən belə bir fraksiyanın tanınması və yaxud ona qarşı çıxmaq, məclisin idarə heyətinin səlahiyyətlərinə aiddir. Həmin fraksiyanın üzvləri sırasında adı olan İslam Şura Məclisinin İdarə Heyətinin sözçüsü Behruz Neməti, 11 dekabr 2016-cı il tarixində bildirmişdir ki, İslam Şura Məclisi etnik fraksiyasının yaradılmasına qarşıdır.

Parlamentin yumuşaq reaksiyası

“İLNA” xəbər agentliyinin verdiyi xəbərə əsasən, Neməti KİV-ə bildirmişdir: “Məclisdə etnik fraksiyasının yaradılması gündəmdən çıxarılaraq, belə bir olay baş verməyəcəkdir”.

Neməti “Əfkar Niyuz” saytına verdiyi müsahibədə bu fraksiyanın yaradılması məsələsini “ səhv” adlandıraraq, əlavə etmişdir: “ Millət vəkilləri milli düşünməli, milli maraqlara və ölkə mənafeinə fikir verməlidirlər”.

Həmin xəbərin 11 dekabr ( 21 azər) tarixində yayımlanması isə mənalı görünür.

Ərdəbilin parlamentdəki keçmiş millət vəkili və Parlament sədrinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mənsur Həqiqətpur isə müsahiblərinin birində sözügedən fraksiyanı tənqid edərək, bu fraksiyanın davam etməyəcəyini və bəzi orqanların da bu fraksiyanın əleyhinə olduqlarını açıqlamışdır.  

Milli təhlükəsizliyə qarşı fraksiya

Həsən Ruhaninin administrasiyasında etniklər və məzhəblər sahəsində bilavasitə yetgi sahibi olan Əli Yunesi də sözügedən fraksiyaya qarşı çıxan ilk şəxslərdəndir.  Elə həmin dönəmdə İslam Şura Məclisinin sədri Əli Laricani KİV-lərə verdiyi müsahibəsində bu fraksiyanın məsələsinə toxunmadan qeyd etmişdir ki, İslam Şura Məclisində yalnız iki fraksiya fəaliyyət göstərir. O, bu sözü deməklə Ümid və Vilayət ardıcılları fraksiyaları nəzərdə tuturdu.    

Beləliklə də, parlamentdə türk bölgələrin fraksiyası və ümumiyyətlə etnik fraksiyaların işi yumuşaq və tədrici surətdə bağlanmış oldu.  Elə bir fraksiya ki, çox səs-küylə gündəmə gəlməsinə baxmayaraq, iclasları bir neçə dəfədən çox olmadı və heç vaxt formalaşma ərəfəsində olan bir qurumdan hüquqi şəxsə çevrilmədi.  

Həmin ilin yanvarından etibarən parlamentin dalanlarında təlükəsizlik orqanlarının belə bir fraksiyanın yaradılmasının əleyhinə olduğuna dair bəzi söhbətlər eşidilirdi. Getdikcə məlum oldu ki, hakimiyyət dairələri və yuxarı orqanlar da məsələyə qarəşıb və İslam Şura Məclisinin sədrinə məktub ünvanlayaraq, sözügedən fraksiyanın, ümumiyyətlə də hər hansı etnik fraksiyanın yaradılmasını “milli təhlükəsizliyə” qarşı atılan addım kimi dəyərləndirmişlər.

Beləliklə də məlum oldmuşdur ki, hökumətin qərar qəbul edən orqanı və digər orqanlar, etnik fraksiyanın yaradılmasına qarşıdır və sözdə “türk bölgələri” fraksiyasının yaradılmasını milli təhlükəsizliyə qarşı təhdid kimi hesab edirlər.

Fraksiyaya qarşı təhlükəsizlik prinsipi ilə yanaşma

Bəzi dputatların, eləcə də sözügedən fraksiyanın tanınmış üzvlərinin təhlükəsizlik orqanlarına “çağırılıb izah edilməsi” haqda güclu şayiələr və etibarı sözlər dolaşmaqdadır. Deyilənlərə görə, bu məsələ etnik fraksiyaların fəaliyyətinin sona yetməsi ilə nəticələnmişdir.

2017-ci ilin yanvarında separatçı fəallardan biri təhlükəsizlik orqanlarından birinin tərəfindən saxlanılaraq, həbsxanaya göndərilmişdir.  O, ruhani libasında “daxilə nüfuz etmış amil” kimi məclisin bəzi deputatları ilə əlaqəyə keçərək, etnik fraksiya yaratmaq ideasını onlara aşılamışdır. Onun Təbriz və Urmiyə bəlgələrinin deputatlartı ilə görüşlərini əks etdirən bir çox fotoşəkil yayımlanmışdır.  Sözügedən şəxs  2017-ci ilin iyun ayında azadlığa buraxılmışdır. Onun ozünün dediyinə görə, müvəqqəti həbsdə olarkən, dindirmələrdə ona qarş qaldırılan ən əsas iddia, etnik fraksiya məsləsi ilə əlaqədar olmuşdur. Beləliklə aydın olmuşdur ki, hökumətin təhlükəsizlik orqanları etnik fraksiyaların formalaşmasının əleyhinədir və bu fraksiyaları yumuşaq və potensial təhdid hesab edir.   

Etnik fraksiya; Etnik qırılmaların meydana gəlməsini güdən İsrailin layihəsi  

Mövcud dəlillərə əsasən, sözügedən fraksiyanın təşkili ideası Hayfa Universitetinin isarilli professoru, İsrailin hərbi kəşfiyyat xidmətinin (AMAN) analitiki və Azərbaycan Dövlət Neft şirkətinin müşaviri Brenda Şafer tərəfindən irəli sürülmüş və İran daxilikndəki nüfuz amillərindən birisinin vasitəsi ilə İslam Şura Məclisinin deputatlarına aşılanməşdır. Sözügedən bu şəxs Ettelaat Nazirliyi tərəfindən saxlanılaraq, həmin şəxsin öz teleqram səhifəsində  də qeyd etdiyi kimi, fraksiyanın yaradılması ilə əlaqədar bu orqan tərəfindən dindirilmişdir. 

Brenda Şafer

Sonralar SOCAR-ın (Bakı Respublikasının neft Şirkəti) təhlükəsizlik məslələri üzrə müşaviri kimi bu şirkətdən müəyyən məbləğlərdə pul almış İsaril Hərbi Kəşfiyyat Xidmətinin analitiki Brenda Şafer, son 15 il ərzində pantürkizmin əsas nəzəriyyəçisi kimi fəaliyyət göstərmişdir.

Onun müəllifi olduğu kitablar qısa bir zamanda əcnəbi amilləri tərəfindən fars dilinə tərcümə edilərək İranın şimal-qərb bölgələrində pulsuz paylanırdı. Neçə yüz səhifədən ibarət onun kitablarının tərcümə haqqının kim tərəfdən qarşılanması və kimlərin hesabına çap edilib yayımlanması məlum deyil. Lakin, Şaferin Bakı Neft Şirkəti ilə əlaqələri baxımından, İranda iflasa uğramış pantürkizm düşüncəsinin yayılmasına da həmin şirkətin sponsorluq etdiyini güman etmək olar.                

Brenda Şafer öz kitabına yazdığı müqəddimədə Bakının antiiran başçılarına kitabını yazmasına rəhbərlik etdikləri səbəbindən öz minnətdarlığını bildirərək, İranda pantürk etnik hərəkatının yol xəritəsini müəyyən etmişdir. İranda 35 milyon türk nüfusunun olduğuna dair fərziyyə, Şeyx Məhəımməd Xiyabani hərəkatına etnik mahiyyət vermək, azəri deputatların mərkəzi hakimiyyətə qarşı birləşməsi və s. bunların hamısı onun aşıladığı fikirlərdir və bu fikirlərin əsasında qurulmuşdur.  

“Azəriha” internet saytının əldə etdiyi məlumatlara əsasən, Brenda Şafer türk bölgələri fraksiyasının təşkilinə dair detalları və bununla əlaqədar gelişmələri 2016-ci ildən etibarən yaxından izləyirmiş və bu sahədə dərc edilən ingilis dilindəki məqalələri diqqətlə mütaliə edirmiş. Onun fikrincə, fraksiyanın əsası 1990-cı illərin ortalarında qoyulmuşdur.

Varlığının heç bir izahı olmayan fraksiya

Türekdilli bölgələrin fraksiyası seçki sahələrində xalqı “aldatmaq və axmaq yerinə qoymaqla” siyasi məqsədlər uğrunda fürsətçi nümayəndələr tərəfindən ortaya qoyulmuş siyasi bir koalisiya idi.  Bu fraksiyada üzv olan deputatlar öz həmkarları Pezeşkiyan və Qazipurun israrı və təziqləri nəticəsində fraksiyaya daxil olmuşlar. Adı çəkilən həmin iki deputatın arasında fikir ayrılığı yarandıqdan sonra isə fraksiyanın mühərrik qüvvəsi də zəifləməyə başladı. Qeyd etmək lazımdır ki, Bimiqdar kimi bəzi yeni nümayəndələr də tərs yanaşma və “idealist baxışla” bu fraksiyanın təsis edilməsinə tərəfdar çıxırdı.

Sozügedən fraksiyanın yaranması sırf görüntü yaratmaq naminə atılmış addım kimi dəyərləndirilir və onun KİV tərəfindən işıqlandırılması isə onun təsis edilməsindən daha da görüntü xarakteri daşıyırdı. Məsələyə yalnız bir dəfə toxunan bu fraksiyanın sözçüsü Zəhra Saəti jurnalistlərə müsahibəsində bildirmişdir ki, fraksiyadakı deputatların sayı 100 nəfərdən ibarətdir. Halbuki, o özü daha yaxşı bilirdi ki, bu fraksiyadaskı deputatların sayı 65 nəfərdən artıq deyil və fraksiyada 100 nəfər üzvü olduğuna dair hər hansı bir siyahı yayımlanmamışdır.

Digər tərəfdən, ümumiyyətlə İranda və Azərbaycanda “türk” adında hər hansı etnik qrupu mövcud deyildir ki, məclisdə də bir sıra deputatlar onların adından ayrıca fraksiya yarada bilsin. Bu fraksiya azəri əhali arasında heç bir hərəkətə və həyəcana səbəb olmamışdır. Lakin, Türkiyə və Bakıdakı İrana xor baxanları elə bu qədər də sevindirmişdir.  

Boyük Orta Şərq

Ümumi götürdükdə, Orta Şərq və şimali Afrikada ABŞ-ın izlədiyi iki əsas strategiyası vardır: İsrailin təhlükəsizliyi və enerji təhlükəsizliyi. İsrailin Livan Hizbullahına qarşı 33 günlük müharibədə məğlubiyyətə uğramasından sonra gündəmə gətirilən “Boyük Orta Şərq” layihəsinə əsasən, regionun bütün ölkələri daha da kiçik bölgələrə parçalanmalıdır.  Ona görə ki, güclü və ərazi cəhətdən geniş olan dövlətlərin mövcudluğu, İsrailin təhlükəsizliyinə qarşı potensial təhdid hesab edilir. Həmin layihəyə əsasən, dövlətlərin bu sayaq parçalanması o qədər davam etməlidir ki, Orta Şərq regionunda yalnız İsrail yeganə güclü dövlət kimi qalsın.