Həsən Ruhaninin yeni kabinetində dört azəri var

Yeni müsavat və axar saytı yalan məlumat yayır

Həqiqət bundan ibarətdir ki , Həsən Ruhaninin son kabinetində üç azəri şəxsiyyət var və kifayət qədər həssas postlara təyin olunublar: Şəhindoxt Mövlaverdi (vitse prezident) Əmir Hatəmi (müdafiə naziri), Əli Rəbii (iş naziri) və Isa Kəlantəri (vitse prezident).

  1. 3 ay, 1 həftə əvvəl
  2. 0
rohani2d
Badkubeh -

Araz Rüstəmzadə: Ötən həftə Bakıda bəzi kivləri o cümlədən yeni müsavat və axar saytı , Həsən Ruhaninin yeni kabinetində azərilərə yer verilmədiyini iddia ediblər. Bu yalandan istifadə edərək Bakı mətbuatında İran əleyhinə təbliğat olunub.

Badkubənin verdiyi məlumata əsasən bu iddialar həqiqətə uyğun deyil.

Əvvəla İran siyasi tarixində, hər hansı nazir və ya müdir etnik mənsubiyyətinə görə seçilməyib. Buna görə də Azəri nazirlər və müdirlər anadan olduqları və yaşayış yerləri nəzərə alınmadan, idarəçilikdəki ləyaqətləri əsasında müxtəlif kabinetlərdə vəzifə və postlarda xidmət ediblər.

Həsən Ruhaninin yeni kabinetində də yüksək postlara azəriər  təyin olunublar. Lakin onların etnik mənsubiyyətləri  nəzərə alınmayıb .

Həqiqət bundan ibarətdir ki, azərilər İrana tam sadiqdirlər, və özlərini İran dövlətçiliyinin zamini hesab edirlər.

Nadir Qazipur kimi bəzi qaragüruhçu (oxlokrat) deputatların kivlərə verdiyi  yalan məlumatların heç bir əsası yoxdur. Bakı mətbuatı da həmişə olduğu kimi araşdırma aparmadan kor-koranə bu yalan xəbərin toruna düşüblər.

Həqiqət bundan ibarətdir ki , Həsən Ruhaninin son  kabinetində üç azəri şəxsiyyət var və kifayət qədər həssas postlara təyin olunublar:

Şəhindoxt Mövlaverdi  (vitse prezident) Əmir Hatəmi  (müdafiə naziri),  Əli Rəbii  (iş naziri) və Isa Kəlantəri (vitse prezident).

Belə sual yaranır azəri nazirin təyin olunması üçün bu qədər can-fəşanlığın səbəbi nədir ? Məgər bundan əvvəl kabinetlərdə azəri nazirlər olmayıb ? əgər olublarsa hansı xüsusi hadisə baş verib?



reader's comments

Loading...