"İran özünə İslam dövləti deyir bəs Ermənistanla niyə dostluq edir" iddiasına cavab!

  1. 3 ay əvvəl
  2. 0
azadi
Badkubeh -

G.Asədullah: Müsəlmanların içində çoxdandıır bir qrup var ki onların ustadları dünya görüşü olmayan “kənd” mollalarıdır və hər şeyə öz dardüşüncəliyi ilə baxırlar. Belə insanların siyasi təhlillərlə heç araları yoxdur.

“İran özünə islam hökuməti deyir. Ancaq ki, zalım Ermənistanla dostluq və əməkdaşlıq edərək dinini siyasətinə qurban verir. Bir dəlil varmı ki, Əimməyi Əthar hansısa zalım hökumətlə əlaqə qursun onunla əməkdaşlıq etsin? Əlbəttə xeyr. Çünki bu mübarək ayələrə ziddir. Azərbaycan özünə tolerant deməklə İsrail tağut hökumətiylə əlaqə qursa belə qınanmaz. Çünki özünə İslam hökuməti demir. İran özünə İslam hökuməti deyib zalımlərlə əlaqə qursa bax bu qınanılar. Çünki bunu islam adı altında edir və həmçinin də İslama ziddir etdiyi.  Əgər ki, hökumət qurmaq məsləhət olsaydı bunu Əimmə bizlərə nəqli yolla çatdırardı. Halbuki özünüz də yaxşı bilirsiz ki, İmam Məhdi ə.f-nin quracağı hökumətdən başqa hökumətlər batildir.”.

Cavab:Əvvəla islam dini siyasətdən ayrı deyil, çünki din elə xalqı idarə etmək üçün göndərilib. Siyasət isə idarə etmək deməkdir, tədbir görmək deməkdir. Bu o qədər sadə məsələdir ki bəzi müctehidlər belə bunu başa düşməyəndə lap ürəyim ağrayır. İslam dövləti qurulmasına dair çoxılu dəlillərlə  cavab vermişik. Təkrara olaraq İki hədis gətirib keçirəm əsas məzmuna.

1.İmam Əli(ə) buyurur: “İnsanlar üçün yaxşı (ədalətli, xeyirxah) və ya facir olmasından asılı olmayaraq mütləq bir başçı olmaldır.

Mömin onun hakimiyyəti altında (xeyir) əməllər etməli, kafir də faydalanmalıdır. Allah bu hakimiyyət altında əcəlləri tamam etməlidir. Onun (başçılığı ilə) döyüş qənimətləri toplanmalı, onun (başçılığı) ilə düşmənlərlə döyüşülməli, onunla yollar əmin-amanlıqda olmalıdır” (Nəhcül-Bəlağə: xütbə 39, Biharul-Ənvar: c.72, səh.358, Ənsabul-Əşraf: c.2, səh.352, 377.)

2. Fəzl ibn Şazan bir hədisdə İmam Rıza (ə)-dan nəql edir ki, həzrət (ə) buyurdu: “biz elə bir firqə və ya millət tapa bilmərik ki, rəhbərsiz və başçısız mövcud olub yaşaya bilsin. Ona görə ki, onların (istər) dünya, (istərsə də) din işlərində (bir rəhbərə) ehtiyacları vardır. Hikmət Sahibinin hikmətinə uyğun gəlməz ki, başçı və rəhbərə ehtyacları ola-ola məxluqatı rəhbərsiz qoya. Elə bir rəhbər ki, bəndələr onun başçılığı ilə düşmənlərinə qarşı vuruşarlar, onunla aralarındakı qəniməti bölərlər, elə bir rəhbər ki, onları bir araya toplayar (cəmiyyətlərini dağılmağa qoymaz), məzlumlarını zalımlarından qoruyar”  (Uyunu-əxbarir-Riza (ə): c.2, səh.101, İləluş-şəraye: c.1, səh.253, Məkasib (Şeyx Ənsari): səh.153.)

3. İmam Əli (ə): «Dini öz dövlətinin hasarı, şükr etməyi öz nemətlərinin mühafizəçisi et! Çünki din hasarları arasında olan hər bir dövlət məğlub edilməzdir və şükr etməyin mühafizəsi altında olan hər bir nemət isə heç vaxt oğurlanmaz.» (Biharul-Ənvar, c.79, səh. 72, səh.24)

Əvvəla onu deyək ki İmam Həsənin (ə) ordusunda hətta xəvariclər yer almışdır. Cəməl döyüşündə İmam Əlinin (ə) ordusundaki əsgərlərin bir qismi onun İmamətini yox, sırf xəlifəliyni qəbul etmişdir. İmam Rza (ə) Məmunun vəliəhdi oldu, o bu vəzifəni qəbul etdi. Əlbətdə ki bunlar hamısı mövcud vəziyyətə görə qəbul edildi. İmamlar (ə) məcbur idilər ki mövcud vəziyyətə uyğun hərəkət etsinlər.  Yəni məcburiyyət qarşısında qalanda biz ikinci hökmlə hərəkət edirik. Məsələn donuz əti haramdır (bu birinci hökmdür). lakin ölüm qarşısında yeyə bilərsən. Namaz qılınan vaxt namazı tərk eləmək olmaz, lakin görsən ki bir uşaq suda boğulur, ya da elə bir hadisə baş verir ki namazı durdurub insanı xilas eləməlisən bunu edirsən. Yəni hər şeyə birinci hökmlə yanaşmaq düzgün deyil. Və bu sadə şəriət qaydasını mənə elə gəlir ki ancaq cahil bilməz. Allah Quranda deyir:

“Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!)” (3:28)

Gördüyünüz kimi burda Allah istisna prinsipini qoyur. Özüdə burda dost sözü himayədar mənasında da keçir. Möminləri buraxıb kafirlə dostluq eləmə, amma məcbur olsan edə bilərsən. İranı İslam Respublikasını gülməli səbəblərlə, savadsızcasına söydürənlər bu ayədən xəbərləri varmı?

Həmdə burda bir mühüm məqam var. Allah deyir möminləri buraxıb kafirləri dost və himayədar tutma. Yaxşı bəs möminlərə kömək edə-edə kafirlərlə dostluq etmək olar? Azərbaycan kimi dövlət heç bir möminlə dostluq etmir və onu himayəsini axtarmır, və möminə də kömək etmir. İran isə kafirlərlə əməkdaşılıq edə-edə möminlərə də yardım edir.

Azərbaycan isə əksinə… İsraili himayədər və dost kimi qəbul edir. Burda sual yaranır ki Azərbaycan İsrailin nəyinə lazımdır? İsrail heç gizlətmir də. Özləri deyir ki Azərbaycan bizim üçün İranın qonşusudur deyə maraqlıdır. Yəni İsrail Azərbaycandan İrana qarşı istifadə edir. Azərbaycanda İsrailə bu  işdə yardım edib. Azərbaycan bu Quran ayəsinin zindeyi ziddinə gedir. Allahın sözünə qarşı gedir və bu səbəbdəndə özüdə və başqasına zülm verir. Zülm edən isə zülmkardır.

Bu yaxınlarda sübut olundu ki Azərbaycan Suriyada terrorçularına silah göndərməkdə vasitəçi də olub. Azərbaycan min cürə hoqqalarla “məscid sökən ölkə” adını artıq qazanıb. Azərbaycan özünə tolerant deyir, amma Azəraycan öz hərəkətləri ilə İslamla düşmənçilik edir. Əlbətdə xalqı nəzərədə tutmuram. Söhbət siyasi sistemdən gedir. Aəzrbaycanda hal-hazırda siyasi system İsrailin nəzarətindədir və hətta tabeçiliyindədir. Amma İran nədənsə bu zalımlarla da əlaqə saxlayır. Məgər bu şəriətə zidd deyilmi? Yox, deyil. Axı mövcud dünya qururluşnda ölkələr məcburdurlar bir biriləri ilə əlaqə qursunlar. İsrail Azərbaycan ərazisindən İrana qarşı dəfələrlə istifadə edib. Azərbaycan da İrandaki bir çox mənfi işlərdə iştirak edib. Hətta İran alimlərinin terrorunda da. Bu sir deyil, İran tərəfi bütün dəlil sübutları ortaya qoyub. Amma İran yenə də bütün bunların üstündən keçib, göz yumub əməkdaşlıq edib. Zülmkarla əməkdaşlıq etmək icazəlidir? Daha üstün hədəflər varsa və bu İslama xeyir gətirəcəksə olar.

İran Ermənistanla da əlaqə saxlayır. Bu da regiondaki siyasi duruma görə olan işdir. İran məcburdur ki Ermənistanla əlaqə saxlasın. Əvvəla İran bu yol ilə Ermənistanı nəzarətdə saxlayır. Axı açıq şəkildə ermənilərlə düşmənçilik etsələr Rusiya kimi çox mühüm müttəfiqilərinə zərbə vurmuş olarlar. İran isə müttəfiqlərinə xəyanət etmir. Həmdə bu siyasət Ermənistana Rusiyanın yerinə ABŞ-ın gəlməsi ilə nəticələnə bilər. İran üçün Ermənistanda hansı dövlətin olması yaxşıdır? Rusiya yoxsa ABŞ və İsrail? Əlbətdə Rusiya. Amma bizim bu “kəndçilər” bunu başa düşmür.

Bunlara görə İran Ermənistanı sıxma-boğmaya salıb, Qarabağı alıb verməlidir İsrailin Azərbaycanına və İsrailin Azəraycandaki hakimiyyətinə. Azərbaycan hakimiyyəti də bunu öz diplomatik və hərbi qələbəsi kimi qələmə verib ilk öncə Türkiyəyə və İsrailə sağol deyib İranı yenə də siyasi proseslərdən kənarda qoyacaq. Loru dilində desək, atacaq! Necə ki Qarabağ müharibəsindən sonra İranı sağol demədən rədd elədilər Azərbaycandan indi də belə olacaq. İranın Qarabağ müharibəsində çoxlu yardımlarını unudan qəlbi korlar da deyəcək ki Qarabağı aldıq indi Təbrizi alaq, sağolsun İsrail bizə yardım elədi, İran eləmədi.

Bir sözlə desək, Azərbaycan İrandan tələb edir ki Qarabağı ermənidən alıb versin ona, yəni İsrailli Azərbaycanı gücləndirsin.  İran Azərbaycana vaxtı ilə buna görə yardım etmədi ki, axırda İsrail gəlib Qafqazda İrana bir problem olsun. Amma oldu… İran bu səhvi təkrar edər? İran ancaq özünə müttəfiq olan Azərbaycana yardım edəcək. Düşmən olan yox… Həmdə Ermənistanın məğlubiyyəti Rusiyanın regiondan getməsi deməkdir. Bu İslam Respublikasının maraqlarında deyil. Rusiya getsə ABŞ gələcək!

İndi keçək Ermənistana… Ermənistan bu illər boyu nəinki İranla düşmənçilik etmədi, hətta qulluğunda durdu. İran Ermənistan vasitəsi ilə embarqo siyasətini zəyiflətdi. İrana lazım olan bütün avadanlıqlar Ermənistana gətirilirdi və ordan İran gedirdi. Azərbaycan bu işdə İrana yardımçı olmadı. Olsa da buna görə küllü miqdarda pul istədi. Bu pullarda getdi xalqa yox, ciblərə. İran Azərbaycana təkliflər edirdi.  Məsələn İran istehsalı olan malları Azəraycan öz istehsalı olan mal kimi dünya bazarlarına çıxarıb satsın və hər iki ölkə qazansın. Azərbaycan bu işdə yardım etmədi, çünki dostu İsrail və ABŞ idi. Amma Ermənistan hər cür yardım elədi. Azərbaycan müsəlman ölkəsi olaraq İsrailə xidmət elədi, Ermənistan bir xristian olaraq İran İslam Respublikasına. Halbuki tam əksinə olmalı idi. Ermənistan da zalım ölkədir, Azərbaycanda, elə Almaniya da, Fransa da, İtaliya da, Çin də, Rusiya da, ABŞ da və s…. Belə baxanda bu ölkələr İslam və şəriət ölkələri deyil. İslam qanunlarını tanımır. Amma biz nisbətdə götürürük. Belə zalımlığa baxanda gərək dünyada heç bir ölkə ilə əlaqə saxlamayasan. Lakin Allah istisnalar edir. Və buna dair Quran ayəsi gətirmişəm.

Belə baxanda Azərbaycan İsrail kimi ölkəyə dəstək verirsə, və İsrailin dövlət başçısı deyirsə “biz Azərbaycandan razıyıq”, deməli elə Azərbaycan da İsrail ilə bir sıradadır. Məntiqlə belə çıxır. Allahın düşməni ilə bir sırada olmaq nə deməkdir? Israilin dövlət başçısı demir ki “biz Ermənistandan razıyıq, Ermənistanı sevirik”. Aydındır ki bu vəziyyət Azərbaycanda hazırki hakimiyyətə görə belədir. Sabah Azəbaycan İslam bayrağını ucalara qaldıran dövlət də ola bilər. Amma biz reallıqdan danışırıq.

Bunların üstündən keçib deyə bilərlər ki İran Ermənistanla əməkdaşlıq edirsə, onda Azərbaycanda İsrailnən əməkdaşlıq edə bilər. Amma burda fərqlər var. İran Ermənistan ərazisindən Azərbaycana qarşı istifadə etmir. Ermənistana da imkan vermir ki İran ərazisindən Azərbaycana qarşı istifadə edilsin. İsrail isə Azərbaycanı İrana qarşı istifadə edir. Ermənistan İran üçün himayədar deyil və İrandan qorxur, İsrail isə Azərbaycan üçün himayədardır və əksinə Azərbaycan İsrailin şərtlərinə əməl edir. Ermənistan İsrail qədər güclü deyil və İslam aləmi ilə düşmənçilik etmir. Ermənistan islam aləminə təhlükəsinə görə İsrailin heç yanında durmur, əksinə İran islamım ümumi maraqlarına görə onların diasporasından və ölkəsindən məharətlə istifadə edir. Elə Suriya və İraq müharibəsində də istifadə edir. Ermənistan İranın əlində dünya siyasətində bir alətdirsə, Azərbaycan isə İsrailin əlində İslama və İrana qarşı bir alətə çəvrilib. İran məqsədlərinə çata bilirsə, Azərbaycan heç bir məqsədinə çatmayıb, əksinə İsrail çatıb. Ona görə Ermənistanı İsrail ilə müqaisə edən ya bisavaddır, ya da yalançıdır. Burda bir məsələ də var ki Azərbaycan müharibə zamanı İrandan yardım ala-ala İsrailə üz tutub. Yəni İran Azərbaycana yardım edir, Azərbaycan isə İranın ən qatı düşməni olan İsrailə üz tutur. Bu siyasətin adını özünüz qoyun...

Yekun budur ki “Azərbaycan müsəlman ölkəsidir” deyib kimisə özünüzə borclu çıxarmayın. Azərbaycanda namaz qılanların sayı heç 10% deyil, heç 5% deyil. Azərbaycanda yaşayan camaat bivec olub gedib və bir qövm kimi İslam dünyasında hal-hazırda heç bir inqilabi mübariz mövqelərdə deyil. Bu acı həqiqətdir. "9 milyon Qarabağı istəyir, müsəlmandır" deyənlər İranda yaşayan 80 milyon müsəlmanı niyə düşünmür? Yəni İran Ermənistanı və yahudələrə qarşı istifadə etdiyi erməni lobbisini, Rusiyanı özünə Azərbaycana görə düşmən etməlidir? Özüdə hansı Azərbaycana görə, Türkiyəli, İsrailli, Qərbli? İrana düşmən təyin edilən Azərbaycana görə? O Azəraycana ki ona hakimiyyət edənlər ancaq İran və İslam düşmənləridir? Yəni bu siyasətlə onların hakimiyyətini daha da gücləndirməlidir və onlara siyasi xallar qazandırmalıdır? Axı hamımıza bəllidir ki Azərbaycanda mətbuat bu işi necə qələmə verəcək. Kimin marağı daha üstündür 80 milyon müsəlmanın, yoxsa 9 milyonun? İran yeganə güclü müttəfiqi ilə, Rusiya ilə, Azərbaycanın bivec xalqına görə vidalaşmalıdır? Vaxtı ilə İran kifayət qədər hərtərəfli yardımlar edib. Əvəzində isə 20 il Azərbaycanda İrana qarşı nifrət təbliq olundu. Bəziləri də çıxıb deyir ki “İran elə etməlidir ki biz onu sevək, Azərbaycan xalqı onu sevsin”. Məsələn mən iranlının yerinə cavab verirəm: "Sevnmirsən cəhənnəmə gora sev. Güya səni kim sevir ki? Mən İran, 80 milyonluq ölkə, dünya güclülərinə meydan oxuyan ölkə 25 ildir torpaqlarını azad edə bilməyən kəslərin dalına düşüb özümü sevdirməliyəm? Bəlkə sən elə etməlisən ki mən sənə hörmət qoyub səni sevim? Mənim sənə ehtiyacım yoxdur ki, sənin mənə ehtiyacın var. Sən elə elə ki mən səni sevim, sənə kömək edim. Sən 20 ildir öz ölkəndə mənə İrana qarşı nifrət təbliq etmisən hələ mənim ərazilərimə də iddia edirsən”.

Azərbaycanın bir çıxış yolu var! Ədalətli dövlət olmaq, İslam Respublikası olmağa bacarmasa da, amma İslama çox güclü dəstək verən, Dəccalən xidmətində duran yox, onunla ümumi cəbhədə mübarizə aparan dövlət olmalıdır. Fitnə fəsadla mübarizə aparan dövlət olmalıdır. Bax bundan sonra İrandan dərhal istənilən yardım gələcək. Elə Qarabağ müharibəsi zamanı bu vədlərə oxşar vədlər oldu və yardımlar gəldi. Axı kim öz düşməninə yardım edər? Sən İsrailin qucağında otura-otura, İranın qatı düşməni ilə can-cigər ola-ola necə İrana söz ata bilərsən? Deyə bilərlər "xalqqın nə günahı...". Məsumlardan söz var ki Allah xalqa ona layiq olan hakimikyət göndərər. Quranda ayə var ki xalq öz halını özü dəyişməsə heçnə dəyişməz. Bu xalqın günahı yoxdursa onda 80 milyonluq İran xalqının nə günahı var? İran onların maraqlarını sənin xalqına görə qurban verməz. Şiəliyin dayağı olan İran İslam Respublikasının indiki maraqları elə bu siyasəti tələb edir.  

İndi baxın, təsəvvür edək ki İran Ermənistana qarşı açıq təzyiqə başlayır və Azərbaycana yardım edir ki ermənilərə qalib gəlsin. Nə olacaq? Bu olacaq. Belə siyasətlə İran Rusiyaya Qafqazda zərbə vuracaq və öz strateji müttəfqini bu reginda zəyiflədəcək. Ermənistanda tamamilə dayaqların itirən Rusiya ABŞ-ın təzyiqi ilə oranı tərk edəcək. Ermənistan və dünyada çox güclü olan  erməni lobbisi də yahudi lobbisi ilə birləşib İrana qarşı fəaliyyətə başlayacaq. Bu zərbəni yeyən Rusiya İranla ittifaqını pozacaq. İran dünyada qalacaq tək... Bir tərəfdən yahudələrlə və amerikalılarla birləşən Ermənistan, o bir tərəfdə də İsrailin qucağında olan Azərbaycan. Gürcüstanda ABŞ-ın əlindədir. Bütün 3 Qafqaz ölkəsi olacaq ABŞ və İsrailin əlində. Və artıq müttəfiqi olmayan Rusiya ilə İranın arasında üç dövlətdən ibarət güclü bufer yaranacaq. Sonra isə başlanacaq "Baki-Təbriz-Ankara türk hara, fars hara..." Amma bu sonraki etapdır... Bax onda "Azərbaycan şiə ölkəsidir, İran hara baxır" deyənlər İrana necə kömək edəcəklər? Bilirəm sual gülməlidir... Amma gülməli iddianın nəticəsində elə gülməli suallar da çıxacaq! İslam Respublikası olmaq axmaq, səfeh, sadəlöhv,  olmaq demək deyil.

İndi təsəvvür edək ki Azərbaycan İslami dövlət olur, İsraili və onun müttəfiqlərini, ümumiyyətlə İranın düşmənlərini ölkədən qovur. Rusiya ilə və İranla bir cəbhədə durur, necə ki Ermənistan ağıllı olaraq bunu edib. Ölkədə ədalətli sistem yaradılır, müsəlmnalara bütün azadlıqlar verilir və İslam düşmənlərinin səsini əbədiyyən kəsilir. Bu halda İran Azərbaycanı dəstəkləsə onda heç uduzmaz. Əksinə Azərbaycan Qafqazda və MDB-də İslamın qalasına çevrilər. Erməniləri də buna görə tez yola gətirib  bu nəticə ilə barışdırmaq olar. Belə olan halda İran Rusiya kimi müttəfiqini itirməz, çünki Azərbayacn da elə bu cinahda olacaq. Ermənilərdə məcbur olub razılaşarlar. Ən azından Azərbaycan elə bir cəmiyyət ortaya qoyacaq ki orda ərazi bütövlüyü uğrunda hər şeyindən keçən vətəndaşlar yetişəcək. Buna nail olmaq çətin olsa da mümkündür! Və hələki gec deyil...


reader's comments

Loading...