İranda nə baş verib və nə üçün baş verib?

İRAN: ETİRAZ VƏ YA İĞTİŞAŞ?

  1. 6 ay, 1 həftə əvvəl
  2. 1
iran
Badkubeh -

Mövzuya keçməzdən əvvəl etiraz və iğtişaşın nə olduğunu özümüz üçün aydınlaşdıraq ki, sonra qarışıqlıq yaranmasın.

Etiraz, bir hadisəyə və ya vəziyyətə əks reaksiya göstərməkdir. Bu aksiya təkbaşına da ola bilər, toplum şəklində də və hər bir şəxsin və toplumun müstəsna hüququdur. Adətən, etirazın kökündə itisadi, sosial və ya siyasi amillər dayanır.

İğtişaş - qarışıqlıq, hərc-mərclik, qanunsuzluq deməkdir və cinayət tərkibli bir əməldir.

Bəs İranda nə baş verib və nə üçün baş verib?

İran xalqını etiraza məcbur edən hansı səbəblər var?

İqtisadi səbəblərdən başlayaq:

1112

İran İslam Respublikası yarandığı gündən iqtisadi blokada şəraitində yaşayır və bu vəziyyət İranı özünü təmin etmək üçün bir sıra ciddi sahələri inkişaf etdirməyə məcbur edib. Bunun nəticəsi olaraq İran qısa zamanda böyük uğurlar əldə edə bilib.

Son bir neçə ildə bütün dünyada iqtisadi böhranın hökm sürdüyünə baxmayaraq, 1396 - cı il (21.03.2017 - 20.03.2018) üçün 80 milyon əhalisi olan İranın dövlət büdcəsi dolların hazırkı azad kursu ilə (1 dollar - 4200 tümən) 284 milyard dollardır. Müqayisə üçün 2017-ci ildə 140 milyon əhalisi olan Rusiyanın büdcəsi 274 milyard dollar (1 dollar - 59 rubl), 80 milyon əhalisi olan Türkiyənin büdcəsi isə 174 milyard dolardır (1 dollar - 3,74 lirə). Növbəti il üçün isə İranın büdcəsi 294 milyard dollar nəzərdə tutulub. Sosial xərclərə 90 milyard, hərbiyə isə 10 milyard ayrıldığını nəzərə alsaq, büdcənin hansı yöndə olduğunu aydın görərik.

Büdcənin əhalinin sosial vəziyyətində necə inikas etdiyini anlamaq üçün əhalinin müxtəlif təbəqəsinin məvacib və pensiyalarına diqqət edək:

Fəhlələr üçün minimum əmək haqqı təqribən 300 dollardır.

Orta məktəb müəllimlərinin minimum əmək haqqı 600 dollardan yuxarıdır.

Ali məktəb müəllimlərinin əmək haqqı 1000 dollardan başlayır.

Həkimlərin aylıq əmək haqqı 1000 dollardan artıqdır.

Dövlət qulluğunda işləyənlərin minimum əmək haqqı 1000 dollardır.

Minimal pensiya 350 dollardır. Pensiyaçıların əksəriyyəti, adətən, təqribən 500 dollar pensiya alırlar.

Kommunal xərclər əhalinin mütləq əksəriyyəti üçün 40 dollardan çox deyil.

Benzinin bir litri təqribən 23 sentdir.

Bunun üzərinə məcburi tibbi sığortanı və sosial yardımları da gəlsək, qiymətlərin isə ən aşağı olduğunu nəzərə alsaq, İran əhalisinin ətraf ölkələr içində ən yüksək rifaha malik olduğunu görərik.

Sosial şərait iqtisadi amillərlə bağlı olduğu üçün onu ayrıca araşdırmağa ehtiyac yoxdur. Büdcənin 35%-nin sosial xərclər təşkil etdiyini qeyd etmək kifayət edir.

Etiraf etmək lazımdır ki, bu nəticə Ruhani hökumətinin uğurudur.

lib32

 nə üçün?

Bura qədər aydın görürük ki, İran əhalisinin etiraz etməsi üçün real səbəblər yoxdur. Amma xalqın bir hissəsi etiraza qalxmışdı. Bəs nə üçün?

Əhmədinejadın komandasını korrupsiya və iqtisadi maxinasiyalarda ittiham edən Ruhani, prezident seçiləcəyi təqdirdə bu sahədə olan nöqsanları aradan qaldıracağına, qanunun aliliyini təmin edəcəyinə dönə-dönə vəd vermişdi. Birinci dövrə prezidentlik müddətində bu vədlərini yerinə yetirə bilməyən Ruhani, bunu keçmişdən qalmış problemlərin həlli üçün ciddi səylərin tələb olunması ilə izah edərək, növbəti dəfə seçilərsə, xalqın etimadını mütləq doğuracağına söz verdi. Xalqən əksəriyyəti də onun vədinə inandı.

Amma keçən müddətdə heç bir irəliləyiş olmadı, əksinə vəziyyət bir az da pisləşdi. Banklarda xalqın çoxlu vəsaitlərinin oğrulanması, prezident komandasının iqtisadi maxinasiyalarda iştirakı vəziyyəti daha da gərginləşdirdi. Ruhaninin və müavini Cahangirinin qardaşlarının bu maxinasiyalarda iştirakı sübut olunandan sonra xalqın səbr kasası tamam doldu. Kirmanşah zəlzələsi hökumətin fövqəladə vəziyyətdə tam səriştəsizliyini üzə çıxartdı. Sepah və xalqın özünün yardımları olmasaydı, zəlzələdən zərər çəkmişlər faciə ilə üz-üzə qalacaqdılar. Həmin vaxt artıq etirazların olacağı çoxlarına məlum idi. Yumartanın qiymətinin qəflətən bahalaşması camaatın diqqətini başqa səmtə yönəltsə də, etirazları yalnız müəyyən müddət təxirə saldı. Və əksəriyyəti Ruhaniyə səs verənlərdən ibarət olan müəyyən kütlə etiraz üçün meydanlara axışdı.

Doğrudur, bu etirazların qızışmasında digər cəbhənin ciddi tənqidləri və Ruhani hökumətinə qarşı irəli sürdükləri ittihamlar da müəyyən rol oynamışdır. Əslində onların ittihamları heç də haqsız deyildi, etiraza çıxanlar da ilkin olaraq korrupsiya və oğruluqlara qarşı etiraz edirdilər. Lakin birdən-birə etirazların motivi dəyişməyə başaldı. "Nə Qəzzə, nə Livan, canım fədadır İran" tipli şüarlar səslənməyə başladı. Amma bu hələ mitinqlərin dinc xarakterini dəyişməmişdi. Sadəcə, şüarlar etirazçıların diqqətini onları küçələrə çıxardan səbəblərdən yayındırmağa başlamışdı.

Burda bir sual doğur. Bu şüarlar kimə sərf edirdi?

Məlumdur ki, İran öz təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə müəyyən xərclərə getməlidir. Amerika və müttəfiqləri İrana qarşı düşmənçiliklərini heç gizlətmirlər və İranda İslam quruluşunu dəyişmək üçün bütün vasitələrdən istifadə edirlər. Bütün bunlara baxmayaraq İran hazırda öz tarixinin ən şanlı dövrünü yaşayır. İran heç vaxt dünyada indiki kimi söz sahibi olmayıb. İranın düşmənləri belə İŞİD üzərində qələbədə əsas rolun İrana məxsus olduğunu etiraf edirlər. hazırda Yaxın Şərqdə ən nüfuzlu və ən təhlükəsiz ölkə İrandır. Aydın məsələdir, bunların hamısını konfet kağızına etmək mümkün deyil. Bunu hər bir iranlı da yəqin ki, anlayır.

Maraqlı bir faktı diqqətə çatdırmaq istəyirəm. Yanvarın 1-də hökumətin etirazlarla bağlı iclasında danışan Ruhanı problemlərin olduğunu etiraf etsə də, özünə haqq qazandırmaq üçün belə bir fikir söyləmişdir. Sosial xərclərə ayrılmış 90 milyard dolların 50 milyardından mənim xəbərim yoxdur, daha doğrusu, mən bilirəm hara xərclənib, amma deyə bilmərəm. Burda xoruzun quyruğu bir az görünür. Suriya və İraqda aparılan hərbi əməliyyatlara qarşı səsləndirilən şüarların hardan qaynaqlandığını anlamaq çətin deyil. Lakin etirazların motivini dəyişməyə çalışan qüvvələr aksiyanın iğtişaşa çevriləcəyini gözləmirdilər.

Etirazlar üçün siyasi səbəblərə nəzər salaq:

İran islam respublikası olduğu üçün konstitusiyasında islam qanunları təsbit edilmişdir. Bu, əsasən də, ictimai qaydalara aiddir. Lakin İran cəmiyyətində heç də hamı islam dövlətində yaşamaq istəmir. Qərbə kor-koranə pərəstiş edən müəyyən təbəqə ilə yanaşı azadlığı araq şüşəsində və çılpaqlaşmaqda görənlər üçün də islam qanunları, sözsüz ki, məqbul deyil. Lakin hər kəs öz seçimində azaddır. İslam hökuməti insanların şəxsi həyatına müdaxilə etməsə də, ictimai həyatda islam prinsiplərinə riayət edilməsini tələb edir. Düzdür, son zamanlar bu sahədə də heç ciddi tələblər yoxdur. Bütün hallarda dövlət islam quruluşunu qəbul etməyənlərə qarşı kifayət qədər dözümlü münasibət bəsləyir. Baxmayaraq ki, onlar islam quruluşuna düşmən münasibət bəslədiklərini heç gizlətmirlər. Buna normal yanaşmaq olar. çünki heç Qərb ölkələrində də hamı dövlətdən razı deyil. Qərb ölkələri özlərini demokratik adlandırsalar da, onlarda da kifayət qədər qadağalar mövcuddur. Hətta bəzi ölkələrdə absurd qadağalar var. Məsələn, Halakostu inkara görə həbs cəzası kimi. Amma bu heç kimə dövlətə qarşı iğtişaş törətmək üçün haqq vermir.

87451100

Bəs iğtişaş nə üçün baş verdi?

Amerikanın, İsrailin və Səudiyyə Ərəbistanının İrandakı iğtişaşları açıq şəkildə müdafiə etməsi hamıya bəllidir. Tramp bir ay qabaq terrorçu adlandırdığı iranlıları dövlətə qarşı iğtişaşlara çağıraraq, onlara hər cür yardım göstərməyə hazır olduğunu bəyan etdi. Artıq iğtişaşları qızışdırmaq üçün Amerikanın Ərbildəki bazasında mərkəz yaradıldığı da üzə çıxmışdır. Azadlıq və BBC - ni, Telegramda yaradılan kanalları da bura əlavə etsək, hər şey aydın olacaq.

Əhalinin müəyyən təbəqəsinin haqlı etirazlarından istifadə edərək dövlət əleyhinə iğtişaş törədəblər bir şeyi nəzərə almamışdılar. İran xalqı təkcə onlardan ibarət deyil. İranın mütləq əksəriyyəti islam quruluşuna qarşı deyil, çünki bu quruluş əxlaqla yaşamaq istəyənlərə bu imkanı verir. Əxlaqsız həyat tərzi sürmək istəyənlərə isə heç bir quruluş mane ola bilməz. Təsadüfi deyil ki, iğtişaşlar başlanan kimi etirazçılar meydandan çəkilməyə başladılar.

İran xalqı son 100 ildə çoxlu imtahanlardan keçib, ona görə onun təhlükəyə qarşı bir immuniteti var. Təhlükə yaranan kimi xalq özü hərəkətə keçir. Son bir həftədə bunun bariz nümunəsini İranda gördük. Əgər etiraz mitinqlərinə ən çox 10-15 min adam çıxmışdısa, dövləti müdafiə aksiyalarında 100 minlərlə adam iştirak edirdi.

Bir nüansa da diqqət yetirmək lazımdır. İranda Sepahın və Ettelaatın hansı gücə malik olduğunu hamı bilir. Bəs nə üçün onlar dərhal iğtişaşların qarşısını almadılar? Bunun yalnız bir izahı var, bütün iğtişaşçı qüvvələrə imkan verdilər ki, üzə çıxsınlar. Bu onların likvidasiya edilməsini asanlaşdırdı.

Bütün deyilənlərdən bu nəticəyə gəlmək olur ki, İran ətraf ölkələrin içində ən yüksək həyat şəraitinə malik olsa da, problemlərin mövcudluğunu da inkar etmək olmaz. Əhalinin müəyyən təbəqəsi etiraz aksiyalarına çıxsa da, xaricdən idarə edilməsi təkzib olunmaz dəlillərlə sübuta yetmiş  qüvvələr aksiyaları dövlət əleyhinə  iğtişaşa çevirmək istəsələr də, buna müvəffəq olmadılar.P.S. İranda müsahibi olduğum bir nəfər mənim İslam Respublikasının devrilməsi təhlükəsi ilə bağlı sualıma "Yadınızda saxlayın, bu ölkədə heç kim çevriliş edə biləcək gücdə deyil, heç 100 il sonra da olmayacaq" cavabını verdi. Bu əminlik hardandır? - deyə soruşdum. "Siz bizim ölkəmizdə yaradılmış təhlükəsizlik sistemini tanımırsız. Sepah elə bir  sistemi yaradıb ki, istənilən təhlükəni 24 saatın içində neytrallaşdırmaq onun üçün adi bir haldır" - söylədi.P.P.S. Bir neçə ay qabaq Xamnei ağa bir çıxışında Hz. Musa (ə) haqqında danışaraq, bu ayəni xatırlatmışdı: "Rəbbim mənimlədir" (Şüəra, 62) və sonra əlavə etmişdi: Mənim Rəbbim də mənimlədir...

Mir Hafiz Cəfərzadə


reader's comments

Loading...