Təbrizli akademik İranın ən ali elmi mükafatına layiq görüldü

İran prezidenti ölkənin böyük elmi mükafatını Cavad Təbatəbaiyə verdi

Doktor Seyyid Cavad Təbatəbayi müasir İranın ən dəyərli filosoflarından biridir.O,1324-cü ildə Təbrizdə dünyaya gəlib.Orta məktəbdə ibtidai təhsillə yanaşı fransız və fars dillərini də öyrənmişdir.

  1. 11 ay əvvəl
  2. 0
Cavad Təbatəbai
Badkubeh -

Farabi festivalı İran dövlətinin ölkənin elm əhli üçün təşkil etdiyi ən böyük elmi tədbirdir. Badikubənin hesabatına görə elm əhli bu tədbirdə birinci yerin mükafatının İran prezidenti tərəfindən verilməsini böyük minnətdarlıqla qarşılayıblar. Həmçinin,bu ilin Yanvar ayında baş tutan tədbirdə İran prezidenti Həsən Ruhani bu mərasimlərə görə yerli və xarici alimlərə təşəkkür edib.Professor  Cavad Təbatəbayi Təbrizi keçən ildə də siyasi elmlər və beynəlxalq əlaqələr üzrə mükafatlar almış bir alimdir.

Doktor Seyyid Cavad Təbatəbayi müasir İranın ən dəyərli filosoflarından biridir.O,1324-cü ildə Təbrizdə dünyaya gəlib.Orta məktəbdə ibtidai təhsillə yanaşı fransız və fars dillərini də öyrənmişdir.

Sonra Tehran universitetinə getmiş,hüquq fakültəsini elmi dərəcə ilə bitirmişdir. Siyasi elmlər üzrə təhsil almaq üçün Fransaya getmiş,Sorbon universitetində doktorluq dərəcəsini almışdır.

Dr.Təbatəbai fars,türk,alman, ingilis və fransız dillərində  mükəmməl üstünlük əldə etmişdir. Cavad Təbatəbai İranın Cəlal Ali Muhəmməd və Şəriəti kimi solçu yönümlü ictimai xadimlərinin çoxlu tənqidinə məruz qalmışdır. Onların fikirlərini İran xalqını geriyə salan bir fikir bilmişdir. O,siyasi elmlərin fars dilində ən mühüm jurnalları olan "Mehrnamə" və "Siyasətnamə" -də öz məqalələrini dərc etdirmişdir Və özü də bu jurnalların siyasətşünaslıq şurasının üzvü idi.Onun ən məşhur kitabı " Təbriz Məktəbi və Modernizm əsaslari" kitabıdır.

Amma Farabi festivalı mükafatı onun "Siyasi elmlərdə yeni qaydalar" kitabına vermişdir.

Dr.Təbatəbayi "İranşəhri Filosof" adı ilə tanınır.

İranşəhri Fəlsədəsi Sasani İmperiyasının varisi olan İranın əvvəlki əzəmətinin qaytarılmasının təkid edir və Səfəviləri İran tarixində böyük dönüş nöqtəsi bilir. İranlı şərhçilər Doktor Təbatəbaiyə bu mükafatın birbaşa prezident tərəfindən verilməsini çox mənalı hesab edilər

Cavad Təbatəbai


reader's comments

Loading...