Bakı və Təbriz arasında Bumeranq effekti məsələsi

Nasionalizm Bumeranqı Bakıya qayıtdı

Təbriz və Ərdəbildə bir çox KİV və cəmiyyətlər fəaliyyət göstərməkdədir ki, onların əsas amalı Bakıya və Pan Azərizmə qarşı mübarizə aparmaqdan ibarətdir. Belə ki, İran hakimiyyəti bu məsələ qarşısında müdafiə vəziyyətinə keçməyi də lüzumsuz görür və ölkə rəhbərliyi özünü bu mövzular ilə məşqul etmir.

  1. 6 ay, 3 həftə əvvəl
  2. 0
iran and azerbaijan geopilitics
Badkubeh -

Azərbaycan hakimiyyətinin İran azəriləri ilə əlaqədar struktur yanaşması, iki ölkə arasında etimadsızlığın səbəblərindən biridir.

Sovet İttifaqının dağılmasından sonra, İran özünün xoş niyyətlərinə əsasən yeni qonşusu ilə yaxşı münasibətlər quracağı ümidi ilə Azərbaycanın mövcudluğunu dərhal və rəsmi surətdə tanıdı.

 Digər tərəfdən, İran cənubi Qafqazı özünə aid sivilizasiya hövzəsinin bir hissəsi kimi tərif etdiyi halda, Bakı siyasətçiləri yeni müstəqillik qazanmış öz Respublikalarının adının İrandakı Azərbaycan əyalətləri ilə oxşarlığından istifadə edərək, özləri üçün İranda kiçik bir nüfuz hövzəsi tərif etmək istəyirdi. Lakin, bir müddət keçdikdən sonra, bu, İran Azərbaycanında əks təsir yaratmış oldu və “Nasionalizm Bumeranqı” Bakının özünə tərəf qayıtdı. Belə ki, Bakının ilhaq yönlü siyasəti, azəri olan iranlılar tərəfindən kəskin surətdə tənqid\ məruz qalaraq, hətta Azərbaycan Respublikasının ərazi bütövlüyü belə, həımin kəsim tərəfindən süal altına alınmışdır.


Əslində, Bakı bu məqamı gözdən qaçırmışdı ki, İrandakı modern nasionalizmin qaynaq mərkəzlərindən biri də, məhz Təbriz olmuşdur və İrandakı millətləşmə prosesi o səmtə getməmişdir ki, azərilər İrana qarşı sədaqətini başqa bir dövlət üçün itirsin. Elə həmin səbəbdən də, Tehranın Bakıya qarşı fitri pessimistliyi Təbrizdən göstəriən reaksiyalar ilə birqə, Bakı üçün böyük bir problemə çevrildi.

Təbriz və Ərdəbildə bir çox KİV və cəmiyyətlər fəaliyyət göstərməkdədir ki, onların əsas amalı Bakıya və Pan Azərizmə qarşı mübarizə aparmaqdan ibarətdir. Belə ki, İran hakimiyyəti bu məsələ qarşısında müdafiə vəziyyətinə keçməyi də lüzumsuz görür və ölkə rəhbərliyi özünü bu mövzular ilə məşqul etmir.  

İran azərilərinin bu kəsimi hətta İranın ərazi bütövlüyünün pozulmayacağından arxayın olmaq üçün, Bakının anti İran siyasətlərinə qarşı hər hansı bir digər tərəflə ittifaq qurmağa hazırdırlar. Son zamanlarda ( dekabr ayında) İranın ən çox oxunan qəzetlərindən biri kimi- Şərq qəzitinin, Dağlıq Qarabağ xarici işlər naziri “Masis Mayilyan” ilə müsahibəsinin yayımlanması, Bakının kəskin narahatlığına səbəb olmuşdur. Bu, bir daha Bakıya ünvanlanmış masajdır.          

İran azəriləri, ilhaq yönlü siyasətə qarşı mübarizə aparmaq naminə, İran dövlətinin və bu ölkədəki KİV-lərin strukturundakı nüfuzundan nəhayət dərəcədə istifadə edir. Beləliklə də, Nasionalizm Bumeranqı Bakının özünə qayıtdı!

Profesor Həmid Əhmədi Oksford Universiteti tərəfindən yayımlanmış “The Clash of  Nationalism : Iranian response to Baku irtedentism” məqələssində, İran azərilərinin Bakının ilhaq yönlü siyasətinə qarşı göstərdikləri “əks” reaksiyanı şərh etmişdir.

Hazırda, İran azərilərinin bir hissəsi özünün siyasi və KİV-dəki nüfuzundan istifadə edərək, hətta farsların özünü belə Azərbaycan Respublikasını zəyifləşdirməyə sövq edir və bu ölkəni necə zəyifləşdirilməsinin mümkün yollarını onlara göstərir.

boomranf223

Digər tərəfdən, İranın Azərbaycana qarşı geopolitik cəhətdən əhəmiyyəti olan daha iki kartı vardır ki, bu da, islamçı olan azəri şiələrdən, eləcə də Talış azlığından ibarətdir.

Talışlar Azərbaycan cəmiyyətinin bir milyon yarımını təşkil edir və son zamanlarda da Moskvada bir telekanal yartmışlar. Onlar, “müstəqil Talışıstan” bayrağının rənglərini də İran bayrağındakı rənglərdən əxz etmişlər və eyn zamanda, özünü iranlı kökənli hesab edirlər. Talış rəhbərlərindən olan “İsmayıl Şabanov”un Moskvadakı hakimiyyət dairələri ilə möhkəm əlaqələri mövcuddur. O, öz məqsədini İrana inteqrasiyadan ibarət olduğunu bəyan etmişdir.

Belə görünür ki, Bakının İranda azəri lobbisini dəstəkləmək istiqamətində investorluğunun iflasa uğraması ilə yanaşı, hətta əks nəticəyə də gətirib çıxarmışdır.          



reader's comments

Loading...