Qarabağla bağlı mitinq gözləntiləri doğrultmadı

  1. 6 gün, 17 saat əvvəl
  2. 0
Qarabağ mitinq
Badkubeh -

Qarabağ Komitəsi növbəti mitinqin vaxtını açıqlayıb. Təşkilat komitəsinin yaydığı məlumata görə, aksiyanın   noyabrın 24-də keçirilməsi nəzərdə tutulub. Bakı meriyası mitinqə razılıq verməsə də, ola bilər ki, qərarını dəyişsin. Amma bu da faktdır ki, Qarabağla bağlı təşkil edilən ilk mitinq gözləntiləri doğrultmadı.  AXCP-nin sədri Razi Nurullayevə görə  sentyabrın 29-da təşkil edilən Qarabağ mitinqində kifayət qədər ayrı-seçkilik edildi:"Mən istəyirdim ki, o mitinqə milyonlarla insan yığışsın və Dağlıq Qarabağla bağlı dünyaya mesaj verilsin. Eyni zamanda, bu mitinq Azərbaycan xalqının vətənpərvərlik ruhunu oyatsın. Bu baxımdan faydalanmaq olar. Amma siyasi məqsədlərə xidmət edirsə, bu qəbuledilməzdir. "

Meydana milyonlar əvəzinə cəmi 2-3 min nəfərin  yığılması nə deməkdir?Niyə görə insanlar öz torpaqlarının azad edilməsini tələb etməyə gəlmədilər? Razi bəyin sözünə qüvvət, ona görə ki, mitinq siyasi məqsədlərə xidmət edirdi.

1988-93-cü illərdə olduğu kimi, populist çıxışlarla xalqın incə damarını tutmaq, qəhrəmana çevrilmək, gündəmdə qalmaq, "Cənubi Azərbaycan"ilə "şimali Azərbaycanı" birləşdirmək, Təbrizə bayraq sancmaq və s.məntiqdən uzaq çıxışlar erası artıq arxada qalıb. Bu cür sərsəm şüarlarla təkcə Daqlıq Qarabağı itirsəydik, dərd yarıydı. Biz Azərbaycanın 7 rayonunu da itirdik. Təəssüf ki, 29 sentyabr mütinqində də Dağlıq Qarabağla yanaşı Göyçənin, Zəngəzurun, Təbrizin işğaldan azad edilməsi kimi çıxışlar insanları əməlli-başlı çaşdırdı. Adama sual verərlər ki, məgər Təbriz işğal olunub?  İranın qədim əyaləti sayılan şərqi Azərbaycanın mərkəzi şəhəri Təbrizin Qarabağa nə dəxli?

Azərbaycan Respublikasından Təbriz şəhərinə ildə 1 milyondan artıq xəstə müalicə üçün səfər edir, şəfa taparaq geri qayıdır. Alış-veriş, ticarət də öz yerində.Lap elə götürək Ermənistanın 70 illik sovetlər dönəmində qanuni ərazisi sayılan Göyçə, Zəngəzur torpaqlarını. Artıq dünya xəritəsində bu ərazilər çoxdan bəri rəsmən Ermənistanın əraziləri kimi qəbul edilib. Gəlin özümüz -özümüzü aldatmayaq. Qısası biz şahsevən xalqıq. Qarabağı alverə, siyasi oyunlara alət edib hakimiyyətə gəlmək üçün hər şeyə əl atırıq. Bütün dünya ölkələrində müşahidə etdiyimiz poseslərdə insanlar  mütinq təskil edir, aksiya  keçirir və hakimiyyətə öz tələblərini çatdırırlar. Bizdə də problemlərin həllini muvafiq qurumlara çatdırmaq üçün aksiyalar təşkil etmək olar. Elə götürək  ictimai nəqliyyatda gediş haqlarının yüksək olmasını, bunu hamılıqla tələb edib aşağı salınmasına nail olmaq olar. Yay aylarında Bakı metropoliteninin qatarlarında kondisioner sistemi ya işləmədi, ya da ümumiyyətlə bu sistem qurasdırılmamışdı.  İstidən huşunu itirənlər, hətta həyatini itirənlər belə oldu. Paytaxtımıza gələn ərəb turistlərin pintiliyi, mədəniyyətsizliyi və əxlaqsızlığı şəhər sakinlərini boğaza yığıb. Onlar sanki yiyəsiz-sahibsiz bir  ölkəyə səfər edərək istədiklərini edir. "Təbrizi, Göyçəni, Zəngəzuru işğaldan azad edəcəyik" kimi absurd, siyasi mahiyyətini itirmiş süarlarla xalqı meydanlara yığmaq əvəzinə ölkə əhalisini narahat edən problemləri dilə gətirmək lazımdır. Bu cəfəng düşüncə ilə hakimiyyətə gəlmək xəyalıından əl çəkmək , onları tarixin arxivinə göndərmək vaxtı çoxdan gəlib çatıb bəylər! Dövlətlə xalq arasında vəhdətə doğru irəliləlyib birlikdə sosial problemlərin həllinə çalışmaq lazımdır. Gəlin unutmayaq ki, yaşadığımız bu müstəqillik illərində Azərbaycan xalqının mənəviyyatına güclü zərbə dəyib. Bu boşluğun  yerini doldurmaq, mənəvi dəyərlərimizi bərpa etmək  bizim üçün Qarabağ münaqişəsinin həllindən daha  çətin olacaq.

Mirzəağa Həsənalı oğıu



reader's comments

Loading...