Beşinci kalon iş başında

  1. 6 gün, 5 saat əvvəl
  2. 0
Qara
Badkubeh -

 Bu ilin oktyabrın 30-da İstanbulda Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin VI üçtərəfli görüşündə əldə olunan razılaşma böyük əhəmiyyət kəsb edir. Bu üçtərəfli görüş regional ələqələrin yaxşılasmasının, xüsisilə İran və Azərbaycan münasibətlərinin istiləşməsinin daha bir bariz sübutudur. Lakin bu görüşün ertəsi günü "Publika.az" saytında dərc olunan və sonradan digər KİV-ə ötürülən "İran Azərbaycanda "təsir agentlərini" necə yetişdirir?" 

başlıqlı geniş materialın dərc edilməsi göstərdi ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etməsi, mehriban dostluq və qardaşılıq münasibətlərinin güclənməsi bəzi qüvvələrin yuxusunu əməlli-başlı qaçırıb və onları möhkəm"qarın ağrısına" salıb. 

Məqalənin sifarişli olması və məlum qüvvələrin diqtəsi və sponsorluğu ilə yazıldığı şübhə doğurmasa da, yazıda qeyd olunan faktlarn dəlilsiz-sübutsuz, iftiradan ibarət olması iyrənc təəssürat yaradır. Yazı müəllifinin sözlərinə görə, guya Azərbaycan xalqı əsrlər boyu büdpərəst imiş və son 20 ildə İrandan ixrac olunan şiəlik ölkə əhalisini Əhli-beyt sevdalısı edib. Yalanın qırmızısını yayan "Jurnalist" görünür məlum qüvvlər tərəfindən ən yüksək qonararla təmin edilib ki, utanıb -qəzarmadan 9 milyonluq xalqa şər və böhtan atır. Xaqımız uzun əsrlərdir ki, İslam dinini qəbul edib. Əhli Beyt sevdası bu millətin ürəyində qorunan və genlə , nəsilbənəsil ötürülmuş bir dəyərdir və bu dəyəri bizə xaricdən hec kim ixrac etmir, etməsinə gərək də yoxdur. Onun dediyindən belə çıxır ki, İran kəşfiyyatı Kərbəla ziyarətinə gedən bütün azərbaycanlıları "verbovat" edərək özünün "sadiq casuslarına" çevirir. Bu absurd məntiqlə yanaşsaq, onda belə çıxır ki, dünyanın müxtəlif ölkələrindən Həcc ziyarətinə gedən bütün müsəlmanlar Səudiyyə Ərəbistanının potensial casuslarıdr? Xəstə təfükkür sahibi son 3 ildə Azərbaycandan Ərbəin yürüşünə qatılanların sayının ilbəil artdığını , otən il 18 min nəfərin bu ziyarətə getdiyini əsas gətirərək bunu təhlükəli statistika kimi qələmə verməyə çalışır. Bu il Ərbəin yürüşünə 38 milyon insan qatılıb. Bu jurnalistin məntiqinə əsaslansaq , demək İran dövləti 38 milyon "casus" əldə edib? Ağalarının əmri ilə hədyanlar yazıb günahsız insanlara şər atan beşinçi kalon lakeyi İrandan qurtarıb İraqa keçərək çamur atmaqda davam edir.. Seyid Hüseyn Sistani ağanın da adından zəvvarlara təlimat verildiyini uydurub ona diqtə edənlərin Əhli Beyt məktəbinə qarşı nifrətini ağ kağız üzərinə “ ləkə" salır.Publika. 

az sayıtı görün nə yazır.;, Zəvvarlar arasında seçilən xüsusi şəxslərə müxtəlif təlimatləar verilir. Əsas təlimat isə öz ölkələrində əksər dini mərasimləri İranda olduğu qaydalara uyğun həyata keçirməklə bağlıdır.”Bu bədbəxtlər anlamır ki, bizi qonşu İran dövləti ilə bağlayan təkcə dini -mənəvi dəyərlər deyil. Bu iki olkə əsrlərlə bir yerdə yaşayıb. Bizim məişətimiz, mətbəximiz, mədəniyyətimiz tariximiz demək olar ki, eynidir. İrandan ölkəmizə nə dini mərasim qaydaları, nə də dini təlimatlar ixrac olunmur. Xalqlarımız həmin dini mərasimləri min ildir ki, eyni qaydada keçirir. Eyni olan həm də Əhli-Beyt məktəbinə, Həzrəti Hüseyn(ə)nin Şəhidlik nümunəsinə olan sevgi, pərəstişdir. Ən absurd və gülünc olan isə bizi İranın Təhlükəsizlik orqanlarına , "Hizbullah"-a bağlamaq cəhdləridir. Tale Bağırzadənin, Nardaran hadisələrinin adını çəkməklə bu qüvvələr guya Azərbaycan Respublikasında təhlükəli oyunların qarşısının alınmasında xidmətlərini gözə soxmağa çalışırlar. Amma unudurlar ki, heç kəs çörəyi qulağına yemir. Nardaran hadisələrinin özü bir oyun idi. Tarix heç nəyi gizli saxlamağı sevmir. Vaxt gələcək bu oyunları qurub gunahsız insanların, polislərin ölümünə bais olanların qara əməlləri gün üzünə çəxacaq və həmin cinayətləri törədənlər məhkəmə qarşısında cavab verəcək, hansı qüvvələrin diqtəsi ilə oturub-durduqları bəlli olacaq.

Vaxrilə Qərbin məkrli planına uyub öz müsəlman qonşusu üzərinə silahlı qoşun göndərən Səddam Hüseyn heçnəyə nail ola bilmədi. Bu qanlı diqtatorun ordusu ilə döyüşdə minlərlə iranlı mücahid şəhid oldu, lakin məğlub olmadı. Səddamın hazırda nəinki özünün , hətta sağlığında bütün ölkə böyu ucaltdığı heykəllərinin də izi-tozu qalmayıb. İran istiqlaliyyəti isə yaşayır. On illər boyu tətbiq edilən sanksiyalara, düşmənlərin bitməyən təxribatlarına rəğmən, Allahın iradəsinə sığınan İranayaqdadır, inkişafdadır, daim irəliyə doqru gedir.  

Nazilə Sərablı 

jurnalist- politoloq 



reader's comments

Loading...