hadisələri və onu doğuran səbəblər

3 il əvvəl Azərbaycan Respublikasında Nardaran

  1. 2 həftə, 4 gün əvvəl
  2. 0
Nardaran
Badkubeh -

Sələfilik cərəyanı Azərbaycan Respublikasına 90-cı illərin əvvəlindən ayaq açaraq  tədricən yayılmağa  başlamışdır. Bu radikal cərəyanın və digər  qeyri-ənənəvi təriqətlərin  ölkəyə geniş  yayılmasında Əbülfəz Elçibəyin prezident  olduğu dövrdə  parlamentdə təsdiqini tapan  “dini etiqad azadlığı”  haqqında  qanunun qüvvəyə minməsi böyük rol oynadı.

Müstəqilliyimizin ilk illərində Türkiyənin himayəsi altında Azərbaycanda 24 məscidin tikilməsi yolverilməz idi. Azərbaycanlı iş adamların qardaş Türkiyə ilə müqayisədə daha çox investisiya yatırdıqları məlumdur. Bizimkilər orada bircə  məscid tikə bilrəmi? Əlbəttə tikə bilməz.

Azərbaycanda bir neçə qeyri-qanuni tikilmiş  məscidin, o cümlədən Əbu-Bəkr məscidi  kimi tanınan və müsəlmanlar arasında nifaq  salan vəhabi yığnağı  sayılan hər məscidin sökülməsini  peyğəmbərdə təqdir edirdi.

Biz tolerant xalqıq. Dözümlü xalqıq. Amma  bu dözümlülüyün mənfi təzahürləri də var  axı. Gəlin bir anlığa 2015-ci ilin 26-sı noyabrnda Nardaran qəsəbəsində baş vermiş faciəli hadisəyə bir daha nəzər yetirək. Mətləbə keçməmişdən əvvəl üzümü bəzi kütləvi informasiya vasitələrinə tutub deyirəm:

Jurnalist xalqla hökümətin arasında körpü rolunu  oynamalıdır, problemləri  ictimailəşdirib, gündəmdə  saxlamalı və bu barədə düzgün olaraq hökümətə müraciət etməlidir. Nardaranı   aşağılamaq, nardarandan qorxulu obraz yaratmaq  qaşınmayan yerdən qan çıxartmaq deməkdir. Mən bir jurnalist kimi Nardaranda  İmam Hüseyn meydanında keçirilən mitinqlərdə  bir neçə dəfə olmuşam. Bəzi emosional, giley-güzarlı çıxışları çıxmaq şərti ilə demək istəyirəm ki, Nardaranlıların dövlətdən  istəyi və narazılıqları nədir? Bakıda onun ətraf kəndlərində  radikal dini cərəyanların sələfilərin, vahabilərin əhli-beytə qarşı çıxıb, 12 imamı təhqir  etmələrinə qarşı  onların dövlət tərəfindən cəzasız qalmaları, Məhərrəm ayı qapı-qapı düşüb Aşuranın insanların  qəlbindən çıxartmaq üçün  ziyanlı təbliğat  aparmaları, şiə və sünnilər arasında vəhabilərin  dini ayrı seçkilik salması,  inanclı insanların  maddi çətinliyinən istifadə edib  vəhabiliyin qəbul  etdirilməsi, onları  İŞİD-in tərkibində Suriyaya göndərilməsi, Qarabağ problemini həllində ABŞ-ın, qərbin ikiüzlü siyasəti.Səkkiz il əvəl nardaranlı ağsaqqalın ürəkağrısı ilə  dediyi sözləri bir daha  yada salmaq istəyirəm.

“Vəhabilərin iş yerləri var yağ-bal içində yaşayırlar. Müxtəlif silahdan, tapançadan avtomatdan istifadə edirlər. Amma biz bir dənə  cıb bıçağı da gəzdirə bilmirik”. Nardaran kəndinə  ayaq basmayan, Nardaranlılarla  bir dəfə ünsiyyətdə olmayan, onların adət-ənənəsinə dözümsüzlük göstərən və onlara  hədyanlar  yağdıran bəzi dövlət məmurlarına və yazarlara  Nardaranı dərindən öyrənməyə çağırıram.

Nardaran  kəndi dinə olan bağlılığı və mömin insanları çoxluğu ilə seçilir. Burada tarix boyu  məşhur din xadimləri yaşayıb və mədrəsələrdə  dərs deyiblər. Bu torpaqda 8-ci İmam Rza (ə) qızı Rəhimə xanım (ə)-ın və onun  həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Burada Şeyx Məhəmməd Əmin Ağa, Şeyx Əhməd Ağa, Şeyx Rəsul Ağa, Məşədi Məzahir ağa, Axund  Molla Hacı və başqa din xadimləri olub.Nardaranlılar ədəbiyyat və müğamada böyük önəm verirlər. şairlərdən Hacı Mail, Hacı Ələmdar Mahir, Hacı Əli Pərişan, Mirzə Abbas Şahin  Nardaranın mədəniyyətimizə bəxş etdiyi bir  sıra görkəmli şəxsiyyətləri də var. Onlardan  kinorejissor Həsən Seyidbəyli, xanəndə Məmmədbağır Bağırzadə, tarzən  Ağasəlim Abdullayev,  rəqqas Böyükağa Məmmədov kimi sənətkarların  adlarını çəkmək olar. Nardaranda  tarixən muğam mədəniyyətinə bağlı insanlar  olub. Muğam haqqında Bakı kəndlərində maraqlı  bir fikir də formalaşıb: “Qarabağ muğamın beşiyidirsə, Nardaran muğamın  laboratoriyasıdır”. Tarix boyu Azərbaycana dəyərli insanlar  bəxş edən Nardaranı dərindən öyrənmək lazımdır. Ekspertlərin rəyinə görə Nardaranda  polis tərəfindən  həyata keçirilən uğursuz  əməliyyat  qarşıdurmaya səbəb olub. Bu da hər iki tərəfdən  ölüm ilə  nəticələndi. Beləliklə vəziyyət öz məcrasından çıxdı.Bu gün müqədəslərin  uyuduğu torpaq terrorçuluqla  ittiham olunur. Bu da  əhli-beytə nifrət hissi bəsləyən sələfilərin, vəhabilərin sanki əl-qolunu bir az geniş açdı.Sual olunur niyə terrorçuları Sumqayıtda, Müşfiq qəsəbəsində deyil məhz  Nardaranda axtarırıq.

Radikal sələfilərin Abşeron rayonu və ətraf  kəndlərdə xüsusən Sumqayıtda dərin kök salması artıq  çoxlarına məlumdur. Hətta bu şəhəri bütün  dünyanı lərzəyə salan “İraq Şam İslam Dövlətinin” Azərbaycandakı sələfi təkfirçi paytaxtıda adlandırılar.

Mirzəağa Məmmədli




reader's comments

Loading...