Şanlı İran-İslam inqilabınıbn 40-cı ildönümü münasibəti ilə

İran tarixinin Azərbaycan ədəbiyyatı və incəsənətində əksi

  1. 6 ay, 1 həftə əvvəl
  2. 0
İran Azərbaycan
Badkubeh -

Mədəniyyət, din, adət-ənənə və tarixən müştərək olmaları əslər boyu İran və Azərbaycanın iç-içə yaşamaları, 1828-ci il o soyuq, dəhşətli 17 fevralına qədər bir dövlət tərkibində, yəni İran dövləti tərkibində var olmaları nöqteyi nəzərindən Azərbaycan yazıçılarının İran tarixinə və İran mövzusuna müraciət etmələri təbii və tarixi bir qanunauyğunluqdur. Bu dramaturq və yazıçıların yaradıcılığında İran mövzusu və İran tarixi Azərbaycan teatr mədəniyyəti və ədəbiyyatı tarixində qızıl bir xətt keçməkdədir.

Görəsən böyük yazıçımız Nərimanov Nərimanovdan başlayaraq, bir dağ silsiləsi kimi davam edən (Ə.Haqverdiyev “Ağaməhməməd Şah Qacar”, (1907) Cəfər Cabbarlı “Nəsrəddin Şah” (1916) S.Vurğun “Vaqif” (1937), M.S.Ordubadi “Dumanlı Təbriz”) teatr sənətinin görkəmli dramaturqları və Azərbaycan yazıçıları İran tarixinə və İslama müraciət etmələri təsadüfdürmü? Qanuna uyğunluqdurmu? Ulu hökmdar babalarımızın İran və Azərbaycanın azadlıq və əzəməti, şöhrəti və qüdrəti uğurunda axıtdıqları qanların fəryadımı? Hansı dözülməz ağrılar və izdirablardır ki, Azərbaycan yazıçıları, dramaturqları, şairləri və alimləri İran xalqı üçün bu qədər fəryad və qəzəbli haray qoparmışlar?

Xalqların azadlığını, qan yaddaşını və mənəviyyatını oraqla biçib, çəkiclə əzən Sovet İmperiyası belə, hətta Stalinin zülmət və dəhşət saçan hökmranlığı devrində belə bu İran sevgisini qopara bilməmişdir.  

Cəfər Cabbarlı tarixi dramları ədəbiyyat tariximizi bədii-estetik və ideya-siyasi, mündəricəsi etibarı ilə zənginləşdirmişdir. Böyük dramaturq tarixi dramlarında hökmdar və xalq (Nəsrəddin Şah) problemlərinin müasir bədii həllini vermişdir. Tarixi-romantik planda yazılmış Nəsrəddin Şah Qacarın hakimiyyəti dövrü (1848-1896) qələmə alınır. Nəsrəddin Şah Qacar başda olmaqla, bütün monarxiya rejminin müdafiəçiləri, saray əyanlarının  ənənəvi tipik nümayəndələri, ümumi xalqdan uzaq üsul idarənin bütün rəngarəngliyi pyesdə başlıca bir xətt kimi öz ifadəsini tapmışdır. Cəfər Cabbarlının “Nəsrəddin Şah”ında elə bir ağrılı fəryad varki, sanki yazıçının ürəyi deyil, varlığı deyil, illəri boyu damarları da fəryad qoparır. Görəsən bu qəlb bu qədər dərdi və izdirabı illər boyu ürəyində necə gəzdirə bilmişdir?  və ürək buna necə dözə bilmişdir?

Əsərin bütün epizodlarında İranın telehi üçün qara qanlar axır. Bu Cəfər Cabbarlının qəlbidir. Yazıçının qəlbində necə qara qanlar axmıya bilər ki, əsrlər boyu İran azadlıq bulağına can atmış, fəryad qoparmışdır, amma haqq, ədalət, şərəf tanımayan, öz hakimiyyətindən heç bir şeylə hesablaşmayan şah Nəsrəddinlər İrana dağ çəkir.

Azərbaycan yazıçılarının qanunauyğun tarixi nəticəsinə görə İran xalqlarının  irsi qəhrəmanlığındadır. “Nəsrəddin şah” əsəri xəyanətlərin fəlakətləri  ilə dolu olsa da, İranın gələcəyi uğrunda çarpışanların arzuları bir qalibiyyət simfoniyası kimi təntənə ilə bitir.

Bayram Hacıyev

Fiologiya elmləri doktoru-professor



reader's comments

Loading...