Medianın funksiyası diqtəsiz, tərəfsiz, milli və dövləti maraqları qorumaq olmalıdır

Mən Horadiz döyüşlərini və bu mərasimi təsadüfən yada salmadım. Məhz bu tədbirdə çıxış edən Qarabağ müharibə veteranlarının əksəriyyəti vurğuladı ki, azərbaycanlı döyüşçülərlə birgə iranlı hərbçilər də mərdliklə vuruşaraq Horadizi işğaldan azad ediblər. Elçibəyin hakimiyyəti dönəmində, şəxsən Elçibəyin özünün anti-İran atmosferi yaratmaq üçün səy göstərməsinə baxmayaraq, İranın keçmiş prezidenti Haşimi Rəfsəncani mənfi münasibət qarşılığında təmkinli davranaraq Azərbaycan Respublikasına iqtisadi, siyasi, hərbi və digər sahələrdlə köməyini əsirgəmədi.

  1. 5 ay əvvəl
  2. 0
44578
Badkubeh -

Danılmaz faktdır ki, bu gün mətbuatın ictimai rəyə təsiri çox zəifləyib. Bunun səbəblərini araşdıranda məlum olur ki, müxtəlif KİV çayxana söhbətlərini, sifarişli yazıları, təhrif edilmiş məlumatları, montaj olunmuş videogörüntüləri araşdırma aparmadan, hətta dövlət maraqlarını nəzərə almadan belə cəmiyyətə təqdim etməklə,  ictimai rəyə təsir imkanını istər-istəməz itirir. Burada vəziyyətin belə xoşagəlməz şəkil almasında təbii ki, jurnalistlər təqsirkardılar. Çünki peşəkarlığın olmadığı mühitdə doğru ilə yalan bir-birinə qarışır. İnsanlar hansı yazının doğru, hansı yazının yalan olduğunu anlamaqda çətinlik çəkirlər.

Bəzi media nümayəndələri bu il yanvarın 30-da İran Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi Məhəmməd Baqirinin Bakıda rəsmi səfərdə olarkən dediyi fikirləri də elə buna görə səhv yozublar. Yüksək çinli qonaq burada Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə, müdafiə naziri Zakir Həsənovla, Milli Məclisin sədri Oktay Əsədovla görüşüb danışıqlar aparıb.

Görüş zamanı  prezident İlham Əliyev Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən, hərbi sahədə uğurlu inkişaf etdiyini bildirib. Rəsmi danışıqlar zamanı Qarabağı Azərbaycanın əzəli torpaqları adlandıran Məhəmməd Baqiri rəsmi Tehranın bu məsələ ilə bağlı illərdir dəyişməz olan mövqeyini ölkə başçısınnın diqqətinə çatdırıb:

"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır."

Məhəmməd Baqirin bu açıqlaması bir anlıq yadıma 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsinin erməni işğalından azad edilməsini yada saldı. Horadizin azad edilməsində iranlı zabit və əsgərlərin şücaəti, onlarla iranlı əsgərin şəhid olması, iranlılarla çiyin-çiyinə döyüşən Azərbaycan əsgərlərinin yaddaşında silinməz iz buraxıb. 2013-cü ildə Bakıda İran İslam Respublikası Televiziyasının Bakı nümayəndəliyinin müdiri, yazıçı -jurnalist, İran-Azərbaycan əlaqələrinin inkişafında müstəsna rol oynamış Əhməd Kazeminin təşəbbüsü ilə "Xocalı faciəsi" sənədli film ekranlaşdırıldı. Həmin filmin təqdimatı mərasimində Qarabağ QHT komissiyiyasının sədri Vüqar Qədirov, Xocalı soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, "Qürur" Şəhid Alilələri Xeyriyyə İcimai Birliyinin sədri Naibə xanım Behbudova və türkiyəli jurnalist Qarabağ həqiqətlərinin, Xocalı faciəsinin  dünyaya çatdırılmasında görülən işlərə görə İran dövlərinə minnətdarlıqlarını bildirdilər. Soyqrım və Terror Əleyhdarları QHT komissiyasının sədri Faiq İsmayılov tərəfindən Əhməd Kazemi diploma layiq görüldü.

 Mən Horadiz döyüşlərini və bu mərasimi təsadüfən yada salmadım. Məhz bu tədbirdə çıxış edən Qarabağ müharibə veteranlarının əksəriyyəti vurğuladı ki, azərbaycanlı döyüşçülərlə birgə iranlı hərbçilər də mərdliklə vuruşaraq Horadizi işğaldan azad ediblər. Elçibəyin hakimiyyəti dönəmində, şəxsən Elçibəyin özünün  anti-İran atmosferi yaratmaq üçün səy göstərməsinə baxmayaraq, İranın keçmiş prezidenti Haşimi Rəfsəncani mənfi münasibət qarşılığında təmkinli davranaraq Azərbaycan Respublikasına iqtisadi, siyasi, hərbi və digər sahələrdlə köməyini əsirgəmədi. İran ordusunun istefada olan generalı Kəbiri ölkəsinin zabit və əsgərlərinin Qarabağ müharibəsində iştirakından danışarkən bildirib: "Mən özüm  şəxsən Azərbaycanda əsgərlərin təlim keçməsində yaxından iştirak etmişəm. Mərhum Heydər Əliyevin prezidentliyi dövründə biz Azərbaycanda 8 min əsgərə döyüş təlimi keçmişik. Mənimlə birlikdə 150 nəfər könüllü İran əsgəri döyüşlərdə iştirak edib. Biz Azərbaycana 20 milyon dollarlıq silah da yollamışdıq. "

 Əbülfəz Elçibəy və Heydər Əliyev hakimiyyəti zamanında prezident aparatında xarici siyasət üzrə dövlət müşaviri vəzifəsində çalışmış rəhmətlik Vəfa Quluzadə 1992-93-cü illərdə Qarabağ müharibəsində İranın Azərbaycana göstərdiyi köməkliklərlə bağlı "Gələcəyin üfüqləri" kitabında yazırdı: "O ağır illərdə İran qazı evlərimizi isidib. Ermənistanla müharibədə yaralanmış əsgərlərimiz İran hospitallarında pulsuz müalicə olunublar. İrandan gətirilmiş avtobuslar nəqliyyatımızdakı böhranı aradan qaldırıb. Biz İrana məhz qardaş ölkə kimi baxmalı, onunla sıx əməkdaşlıq etməliyik."

 Qurani-Kərimdə deyilir: "Sağ əlin verdiyini sol əl bilməməlidir." İranda 40 ildir İslami dəyərlər üzərində qurulan yeni idarəetmə mövcuddur. Ona görə də  bu ölkə etdiyi yaxşılıqları nəinki dilə gətirmir, əksinə, dəstək olmağı, kömək etməyi özünə borc, savab bilir.  Məşhur bir deyim var: "Düşüncələrinizə diqqət edin, onlar sizin hərəkətlərinizin başlanğıcıdır." Həqiqətən də bu gün mediada məsuliyyətin artırılması çox vacibdir. Sensasiyalı xəbərlərlə cəmiyyətin, oxucu kütləsinin nəbzini tutmaq artıq mümkün deyil. Bu üsullar çoxdan dəbdən düşüb. Oxucu nağıllara qulaq asmaqdan artıq yorulub. Bəzən elə savadsız, cəfəng fikirlərdən ibarət yazılarla qarşılaşırsan ki, istər-istəməz adama qəribə gəlir. Uzaq ölkələrin, millətlərin tarixini, mədəniyyətini dərindən öyrənirik, amma yaxın qonşu olan böyük dövlətlərin minilliklərə uzanan  zəngin tarixini, mədəniyyətini öyrənməyi özümüzə rəva görmürük. Dünya tarixinə, sivilizasiyasına böyük töhfələr verən İranı ötəri öyrənməklə işimizi bitmiş hesab edirik. Turist kimi  bir neçə gün gəzməklə özümüzü İran üzrə mütəxəssiz hesab edirik. Mənim bu iradlarımın ünvanı  bəzi qəzet və saytlardır.  Onlar İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirinin rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi fikrini çatdırmasını elə sensasiyalı  formada təqdim edirlər ki, yazı müəlliflərinin İran-Azərbaycan ələqələrinin inkişafından nə qədər xəbərsiz, mütaliədən, araşdırmalardan uzaq olduqları şübhə doğurmur. Məgər Məhəmməd Baqirə qədər İranın digər dövlət rəsmiləri Azərbaycana bu cür dəstək verməyiblər? Bəzi jurnalist həmkarlarım Məhəmməd Baqirinin ölkəmizə yüksək səviyyədə dəstək verməsini onun Təbrizdə doğulması, azərbaycanlı olması ilə əlaqələndirirlər ki, bu da onların məntiqi düçüncədən xeyli uzaq olduğunu, müstəqillik tariximiz, xarici əlaqələrimiz haqda məlumatsız olduqlarını göstərir.  13-14 il əvvəl İranın müdafiə naziri olmuş Əli Şamxani milliyyətcə ərəb idi. İstər Tehranda, istərsə də Bakida kecirilən bütün rəsmi görüşlərdə  o, dəfələrlə İran hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Eləcə də digər rəsmilər bunu dəfələrlə dilə gətiriblər. Digər tərəfdən, biz çox yanlış şəkildə digər İrandakı etnik mənsubiyyəti şişirtməyə çalışırıq. Dərk etmirik ki, orada yaşayan soydaşlarımız iranlıdırlar. Onlar özlərini İran dövlətinin sahibi, vətəndaşı hesab edirlər. Necə ki, bizim ölkədə yaşayan etniklər -talışlar, ləzgilər, udinlər, kürdlər, ruslar özlərini Azərbaycanın tam hüquqlu vətandaşı hesab edirlər, hər sahədə ictimai fəallıq nümayiş etdirirlər, eələcə də İİR-də azəri, kürd, ərəb, bəluc olan müxtəlif insanlarin nümayəndələri İranı öz vətənləri hesab edirlər. Onlar tam hüquqlu vətəndaşlar olaraq  İranı hər zaman güclü dövlət kimi görmək istəyir, ölkənin  inkişafı üçün səy göstərirlər.  Farslarla yanaşı, digər millətlər də 8 illik İran -İraq müharibəsində birlikdə vuruşub qələbə qazanaraq həmrəy olduqlarını bir daha sübuta yetiriblər. İranın dini lideri Seyid Əli Xamneyi dəfələrlə elan edib ki, Azərbaycan respublikasının milləti erməni hücumuna məruz qalıb, Ermənistan təxavüzkar tərəfdir.

  Bunları yazmaqda məqsədim odur ki, jurnalist həmkarlarım islam dini, dünya müsəlmanları, o cümlədən İran İslam Respublikası haqqında yazı yazarkən dolğun məlumatlar əldə etsinlər, tarixi həqiqətləri təhrif etməsinlər, İslam düşmənləri tərəfindən montaj edilərək gündəmə çıxarılan dezinformasiyalara uymasınlar, ölkələrimizin yaxınlaşmasını istəməyən bədxah qüvvələrin əlində alətə çevrilməsinlər,  həqiqətləri əks etdirən faktları araşdırsınlar və reytinq xatirinə ucuz sensasiya ardınca qaçmasınlar.

Mirzəağa Məmmədli





reader's comments

Loading...