Cahangqoşa Nadiri məlumatına əsasən

Nadirin Muğan düzündəki şurasında çıxışı

Muğan düzü şurası dövlətçilik ,din və hərbi sahəyə təsir göstərmiş tarixdəki mühüm məkanlardan biridir. Muğan düzü şurasını ümumi nəticəsi möhtəşəm Səfəvilər sülaləsinin süqutunun elanı və Nadir şah Əfşarın İranın qanuni Şahı seçilməsi idi.Nadir əvvəlcə şahlığı qəbul etməkdən boyun qaçırırdı amma daxilən Əfşarilər sülaləsini təsis etməyə çox sövqü var idi. Ndirin şahlığa olan maraq və şövqü barədə məlumat Aləm araye Naderi (dünyanı bəzəyən Nadir) kitabında təfsilatı ilə mövcuddur. Nadirin xüsusi katibi MirzaMehdi Əstərabdinin yazdığı Cəhanqoşaye Naderi kitabında Nadir şah Əfşarın hökmranlığının mahiyyətini mütaliə etmək üçün böyük əhəmiyyət kəsb edir.

  1. 5 ay, 2 həftə əvvəl
  2. 0
və Nadir şah Əfşarın
Badkubeh -

İzah:Muğan düzü şurası  dövlətçilik ,din və hərbi sahəyə təsir göstərmiş tarixdəki mühüm məkanlardan biridir. Muğan düzü şurasını ümumi nəticəsi möhtəşəm Səfəvilər sülaləsinin süqutunun elanı və Nadir şah Əfşarın İranın qanuni Şahı seçilməsi idi.Nadir əvvəlcə şahlığı qəbul etməkdən boyun qaçırırdı amma daxilən Əfşarilər sülaləsini təsis etməyə çox sövqü var idi. Ndirin şahlığa olan maraq və şövqü barədə məlumat Aləm araye Naderi (dünyanı bəzəyən Nadir) kitabında  təfsilatı ilə mövcuddur. Nadirin xüsusi katibi MirzaMehdi Əstərabdinin yazdığı Cəhanqoşaye Naderi kitabında Nadir şah Əfşarın hökmranlığının mahiyyətini mütaliə etmək üçün böyük əhəmiyyət kəsb edir. Saray tarixçilərinin yazdıqları tarxi əsərlərdə dövrün hakiminin nəzarəti altında sarayda və dövlət qurumlarında gedən ganışıqları və baş verən hadisələri qələmə alırlar. Bu kidabda muğan düzündə baş vermiş bir sıra mühüm hadisələr və Nadirşahın şahlığı qəbul etmək üçün irəli sürdüyü şərtlərdən bəhs olunub. İran adət ənənələrinə əsaslanaraq hökmranlığı qəbul etdikdən sonra «əl xeyru ma vəqə» deyimi Nadir şah barədə məşhur şer qoşulmasına səbəb oldu.

Tarixe aləm araze Naderi kitabında sikkə arxasında dərc edilmiş Nadir şah barəsində olan məşhur beyt haqda belə yazır:

Bu vaxtda tarixin qədim ənənəsi də unudulmadı :Taxta əyləşən tarixdə Abbasi sikkəsinin də üzərinə dərc edilmişdi və Ağa Hüseyn vələde alihəzrət muctəhid əz zəmani ağa Fərəc xəbuşani nəzmə çəkdi: Tarixə əl xeyru fi ma vəqə ke əl xeyru fi ma vəqə  (baş verən hadisədə xeiyr var) şahın taxta əyləşdiyi tarixdir və onun digər üzü belədir: Nəzm:

Sikkə cahanda  qızılla yazılıb səltənətin adını..... İran torpaqlarının Nadiri dünyanın Padişahıdır.


 Nadir və katibləri tərəfindən davamlı şəkildə İran və ölkənin əbədiyyətindən söhdət açmalarə bu hökmdarın və ölkənin (İranın) birlik və bütovlüyün eləcə də onun əzəmət və şəninin yenidən bərpasına olan marağını göstərir. Nadirin şahlıq elan edildukdən sonra Muğan düzündəki çıxışı kimlik nöqteyi nəzərdən çox mühümdür.Ndir şah bu qısa çıxışında 10 dəfədən çox İran adından istifadə edir. Nadirin xüsusi katibi əvvəldə xatırladır ki Nadir düşmənlərin hücumuna məruz qalmış təlatümlü və çaxnaşmalarla dolmuş İranı xilas etdi.Nadirin səyləri nəticəsində İranlılar bu rüsvaycı vəziyyətdən çıxdılar və yenidən başı uca oldular.Bu tarixi fakt İran pərvərlik xeyirxahlıqa dəlalət edir və yaxşı olar ki tədqiqatçılar tərəfindən bundan da çox aaraşdırılaraq təhlil olunsun.


İndi isə Cahanqoşaye Nadirin nəql etdiyinə əsasən  Muğan düzü hadisəsinin şərhi:

****

Gülüstan bənzər İran acı hadisəələrlə sarsılırdı yağı düşmən hərtərəfdən hücuma keçmişdi yadellilər bu gülüstana ayaq basmışdılar.Düşüncəsiz bağban təfərrüatla məşğul oldu. Nadir zahiri sultanlıq tacına baş əymir uca təklif belə oldu ki qəsb olunmuş vilayətləri geri aldıqdan sonra bu bağı o bağbana əta edər İran mülkünü açıq qalalarla mülk sahibinə təhvil verər o isə həzrətin özrəşdiyi məskəndir. Kənarda taxtda oturub aləmin şahlığı haqda düşünür . İlahi güclə aləmin padişahının qüvvə və qeyrəti itirilmiş məmləkətləri geri aldı İranlılar acınacaqlı vəziyyətdən xilas oldular.Səfalı və gözəl təbiətli  Muğanda qərara alındı ki şaha itaət olunsun və Cəmadiulaxir ayının on beşində hakimlərin,başmıların,alimlərin,qazilərin,vilayətin əyan əşrafının iştirakı ilə qurultay keçirilsin.

Qurultayın keçirilməsi nəzərdə tutulmuş məkan Araz və Kür çaylarının birləşdiyı yerdə cisr e cavad adlı məntəqəyə yaxın yerdə iştirakçılar və ordu başçıları üçün hamam və məscidlərlə ilə birlikdə qamış və taxtadan on iki min sığınacaq səfalı karvansaralar,geniş bazar  meydanlar əlahəzrətüçün imarətdə hərəmxana və otaqlarla hazırlanması qərara alındı. Əlavə olaraqDağıstanda üsyankarlara qarşı tədbir görülməsi göstərişi verildi. Az sayda ordu başçıları və yüksət təbəqənin nümayəndələri Həsən qalasına daxil olduqdan sonra çətin yollu evləri bir sutkaya qət edərək Ağ su qalasına daxil oldular.Doqquzuncu gecədə Muğan çölünü Cahanqoşanın bayraqlar qərargahı elədilər. osmanlı dövlətinin nümayəndəsi Əli paşa sülh istəmək üçün Gəncədən gələn Əbdülbaqi xanla birlikdə daxil oldular.Vilayət məmurları da dəstə dəst gəlməyə başladılar belə ki onların sayı yüz min nəfərə çatırdı. Sonra etibarlı şəxslərin vasitəsi ilə deyildi ki hər kimi layiq bilirlərs onuda orduda başçı təyin eləsin.


Meyxanə və mey adı olacaq ...başımız Muğan ağsaqqalının qədəmində olacaq

Bu gün şahlıq İran torpaqlarını düşmən tahdağından azad etmiş o həzrətin haqqıdır

Muğan ağsaqqalının dərgahından niyə böyun qaçıraq.... onun dəyərli dövləti eyni əzəmətdir

O həzrət buyurdu:Biz tac və rəhbərlik düşkünü deylik həqiqətdən uzaq sözlər deməyin.Gərgin müzakirə bir az davam elədi elə ki mübaliğə (ifrata varma) həddini aşdı Həzrət Zilullahi buyurdu ki,

Həzrət seyyid əl mürsəlin xatəm ən nəbiyin sal Allahu əleyhi və əla alih vəsəlləm dörd xəlifə birbirindən sonra xilafət işini icra elədilər.Hind,Rum,Türk o cənabın fikirləşdiyinin əksini fikirləşirlər.Əvvələr İranda da həmən məzhəb yayılmışdı Dünyanın şahı Şah İsmayıl Səfəvi Allah taala torhağını pak məkanını cənnət eləsin o Həzrət dövlətinin  məsləhətinə görə o məzhəbi tərk edib şiəliyi yayıb bərqərar elədi,bundan əlavə faydasız rədd və qarğışı da cəmiyyətdə artırdı beləliklə fitnəni alovlandıraraq İran qan və fitnəyə düçar elədi.Bu işə son qoyulmayanadək bu böyük fitnə müsəlmanların arasından bərtərəf olmayacaq.Əgər İran əhli biyim hakimiyyətimiyə rəğbət bəsləyirlərsə bu qeyri dini tərk eləsinlər.

Ağamız və şahımız İmam Muhəmməd Əl Baqir Əleyhissəlam haqqı yayandı o həzrəti məzhəbimizin başçısı hesab edirik və o Həzrətin yolunu davam edirik. O, səs çoxluğu ilə bu hökmü Rza Əsğaya çatdırdı Gül Cəfəri bu pak məzhəbi özünü əmmaməsinin bəzəyi elədi.İki şərif hərəmin xadimi ali məqamlı Rum (Osmanlı) padişahı qarşısında beş məsələni şərt qoymaqla razıləğa gəlirik ki müsəlmanlar arasında sülh bərqəraq olsun.

Birinci tələb.Möhtərəm qazilər,əfəndilər və alimlər İmam Cəfər Sadiq əleyhissalamın məzhəbinin beşinci məzhəb olmasını etiraf eləsinlər

İkinci tələb.Əzəmətli kəbədə dörd məzhəb Alimləri kimi Cəfəri məzhəbinin alimləri namaz və digər ayinləri icra eləsinlər.

Üçüncü tələb.Hər il İran tərəfindən həcc əmiri təyin olunsun  Misir və Şam hacc əmirlərinin tam hörmətli rəftarı ilə İranl hacıları məqsədlərinə (həccə) çatdərsın və Osmanlı dövlətinin vasaitəsi ilə Misir və Şam hac əmirləri İran hac əmirləri ilə birlikdə hərəkət eləsinlər

Dördüncü Tələb. Hər iki məmləkt əsarətində ola qarşı tərəfin əsiri əgər özbaşnalıq etsə ticarət (alqı satqı) ona qadağan olsun.

Beşinci Tələb. Hər iki dövlət tərəfindən bir birinin paytaxtında olmuş vəkil iki məmləkətin işlərini məsləhətə uyğun həll eləsinlər tələblərin sonu.

Deməli İran əhalisi bu xüsusi töhfələrlə Allah bəndəlik diyarı üçün şükür elədərək dövlətin davamlı oması üçün dua elədilər.