Pişəvəri;

Irançılıq,Panturkizm və Erməni kütləvi qırğınının məzəmməti

Biz İranda belə milli əsarəətlərə inanmırıq ,amma bəzi düşüncəsiz yazıçılar Azərbaycanlıları Terk Adlandırır və yaaxud fılan tayfanı İranlı hesab etmir onlar barədə ayrıca siyasət yürüdürlər, və bu məsələ dövlət siyasətindən daha təhlükəlidir

  1. 7 ay, 3 həftə əvvəl
  2. 0
Pişəvəi:İrançılıq
Badkubeh -

Aşağıda oxuyacağınız məqalə Mircəfər Pişəvərinin (Seyid Cəfər Pişəvəri) 1301 ci hicri şəmsi ilində İran fəhlələr birliyinin həqiqət qəzetində nəşr olunmuş mühüm məqalələrindən biridir. Cəfər Pişəvərinin 1324 cü hicri şəmsi ilindən əvvəlki düşüncə və fəaliyyətləri  haqda məlumat əldə etmək üçün adə çəkilən nəşriyyat və Ajir nəşriyyatının məqalələrini mütaliə etmək böyük əhəmiyyət kəsb edir. Bu gün Pişəvəri haqda yaranmış təsəvvür onun1324  1325 ci illərdəki Azərbaycan demokrat firqəsinidəki fəaliyyəti ilə məhdudlaşıb.  Amma nəzərə almaq lazımdır ki hər hansı bir şəxs və ya hərəkat haqqında elmi mütaliə üçün onların bütün fəaliyyət və yazılarının yalnız bir ili ilə kifayətlənmək olmaz.Bu məsələ Pişəvərini Azərbaycan demokrat firqəsindən əvvəl də tanımaq üçün çox mühümdür. Pişəvəri Azərbaycan demokrat firqəsindən əvvəl İrançı mübariz komunistdir olub.Bu məsələ oxuduğunuz məqalədən əlavə ajir və həqiqət adlı nəşriyyatında nəşr olunmuş bir çox məqalələrdə müşahidə etmək olar. Pşəvərinin son məqaləsində birneçə əhəmiyyətli incə mqəqamı təkidlə qeyd edir:

Birinci:Azərbaycanlıları Türk adlandırmaq sıhvdir.

İkinci:Hal hazırda federalizm və mərkəzə bağlı olmamaq ölkənin heç bir problemini həlletmir.

Üçüncü. İrançılığın ölkənin birlik və həmrəyliyinin möhkəmləndirməsinin garantı olmasını bir neçədəfə təkidlə qeyd edir.

Misal üçün: «İrançılıq bütün (hər bir) ixtilafların fövqündədir.Azərbaycanlı özünü Şirazlıdan daha İran pərəst hesab edir»

Dördüncü:«Pantürkizmin» məzəmməti və Osmanlılar tərəfindən törədilmiş «Erməni qətliamının» pislənməsi.


Pişəvəi

          Mərkəzi hökumət və milli azadlıqlar


 Mircəfər Pişəvəri, həqiqət qəzeti ;1922

Millət öz hüququndan tam istifadə edə bilmək üçün,milli hökumət və demokratik prinsiplər tam icra olunsun ki ölkə kiçik Respublikalara çevrilsin. təcrübə sübut edir ki milli mənafe kiçik seçki dairələrində daha yaxşı təmin olunur.Bu mövzu üçün İsveçrə bir nümunədir. Buna görədir ki Amerika və Almaniya da fedrrasiya prinsiplərini qəbul ediblər və Sovet Rusiyası da həmən prinsipləri seçib. Baxmayaraq ki Federalizm prinsipləri ölkələrdə fərqlidir ,amma onu əsas və fəlsəfəsi eynidir. Federalizm prinsipləri və yerli əhalinin ixtiyarı təkcə seçki üçün deyil,bundan əlavə daxili hərc mərcliyin qarşəsənən alınması,millətin tərəqqi və qorunması üçün də çox faydalıdır. Çünki hər hansı bir məntəqənin sakinlərinin həyat və məişətlərində xüsusi ehtiyacları olur və bu ehtiyaclar haqda həmən məntəqənin əhalisi başqalarından daha çox məlumatlıdır. Məsələn dəniz kənarında yaşayan əhalinin ehtiyacları  çöllük və dağlıq ərazilərdə yaşayan əhalinin ehtiyacları ilə eyni deyil. İsti yaşayış məntəqələrinin ehtiyacları soyuq yaşayış məntəqələri ilə fərqlidir. Yerli muxtariyyət prinsiplərinin Avropa öllələrinin əksəriyyətində və Amerikada həyata keçirilməsi bu nöqteyi-nəzərdəndir.

1922 ci il 18 İyun Cəvza nömrə 1.18,93


Baxmayaraq ki Fransa federalizm prinsiplərini qəbul etməyib,bununla belə orada da vilayətlərin və şəhərlərin əhalisi bir növ idarəçilik və ixtiyarara sahibdirlər və yerli məsələləri özləri həll edirlər Fransa inqilab tarixində də yerli təşkilatlar böyük rol oynayıblar.

Keçmişdə fikirləşirdilr ki, hər hansı bi ölkənin əhalisini zor və silahl gücü ilə isitənilən hökümət ətrafında mərkəzləşdirmək olar lakin  sivilizasiyanın inkişafından sonra aydın oldu ki zor və silah lazım deyil. Yerli ixtiyarlar və qanunlar vasitəsi ilə ölkə əhalisinin bütün gücündən istifadə etmək olar.

 buna görə bu gün yerli əhalinin hüquq və imtiyazlarının (xüsusi güzəşt) ya feserasiya prinsipləri əsasında ya da yerli şura və təşkilatlar vasitəsi ilə təmin olunduğunu görürük və bir şəhərin,tayfanın və yaxud qəbilənin hakimiyyəti aradan gedib və ölkə əhalisi bərabər hüquqa malikdir,ümumiyyətlə bir əyaləti və yaxud əhalinin əksəriyyətini öz hüququndan məhrum etmək mümkün deyil. Ölkədə hamı  ümumi qanunlara və konstitusiya riayət edir və bu istiqamətdə olan problemləei bütün mollət vəkilləri birlikdə həll etməlidir.Amma bəzi məsələlər müəyyən bir bölgənin əhalisinə aiddir. misal üçün Gilanda (İran əyalətlərdən biri) balıqçılıq məsələsi Xorasan (İran əyalətlərindən biri) əhalisinin bu haqda heç bir məlumatı yoxdur eləcə də  Xorasanda tiryək əkinçiliyinin Gilanlılara heç bir aidiyyatı yoxdur. Bu qəbildən lan məsələlərin həlli istiqamətində yerli əhali özü düşünərək öz ehtiyaclarına uzğun qanunlar qəbul etməlidirlər amma bu qnunlar konstitusiya ilə ziddiyət təşkil etməməlidir.

İranda federasiya prinsiplərinin icrası mümkündür ya yox?

Baxmayaraq ki bu mövzi aşkar şəkildə siyasi mərkəzlərdə müzakirə olunmayıb,ancaq ötən illərdə müxtəsər şəkildə İranın ittifaq tərəqqi və sosialist qruplarının məramnamələrində nəşr olunub. Baxmayraq ki bəziləri Şeyx məhəmməd xiyabani və Polkovnik Məhəmmədtəqi Xanın qiyamlarını Azərbaycan və Xorasanın İrandan ayrılması kimi yozdular lakin əsas etibarı ilə yerli əhalidə muxtariyyət hissi yox olmamışdı. Kürdlərin və (bir sıra) tayfaların pozucu fəaliyyətləri bu məqaləzə aid deyil və bunlar qədim tayfa hökumətlərinin nişanələri idilər. Mərkəzi hökumətin vilayətlərə qayğı və diqqət göstərmədiyi inkar olunmaz məsələi idi ümumiyyətlə onları özündən razı etməmişdi ki onlar separatiz fikrinə düşməsinlər, (separatizmin qarşısını alan) İrançılıq hissləri idi əks təqdirdə bu üsul –idarə ilə xalqın qarşısını almaq olmazdı. İdtidai mərhələdə necə olması ilə işimiz yoxdu.Bəlkə də Azərbaycanlılar Monqol soyundandı , Xorasanlılar Ərəb Gilanlılar başqa millətdən və yaxud kürdlər Əhəmənilər nəslindən olublar. Bu gün bunları dəlil olaraq təqdim etmək dəlilikdir.İran əhalisinin hissləri və  adət ənənələri hamının İrançılığını sübut edir. Eyni halda mərkəzi hökumət onları qane edə bilməz.

Xülasə şəkildə demək olar İran əhalisi hamılıqla eyni hisslərə sahib olublar,sadəcə hə vilayətin yerli (məhəlli) şəraiti müxtəlifdir.

İrançılıq hər bir ixtilafın fövqündə dayanır.Bir nəfər Azərbaycanlı özünü Şirazlıdan daha yaxşı İranlı hesab edir.

Bəlkədə Şirazlı Xorasanlı və İsfahanlıdan daha olsun,amma buna baxmayaraq iğtişaşların separatçılıq düşüncəsi əsasında baş verdiyini demək olmaz. Hətta əgər xarici qüvvələrin köməyi olmsa idi,İsmail Ağa Semitko da Kürdüstan müstəqilliyini irəli sürməzdi.Biz bu hadisələrdən qətiyyən təəccüblənmirik. .,çünki qeyd etdik və qəbilələr məqaləsində də bu məsələ toxunmuşuq yerli əhalinin özünə məxsus ehtiyacları var və mərkəzi hökumə də o ehtiyacları aradan qaldırmaq istiqamətində siyasət yürütməyib,beləliklə əhali mərkəzi hökumətdən razıdın nəin ki separatizmə can atır.İranda federalizm ideyasının heç bir əsası yoxdur.Bu ölkə əhalisinin əksərizzəti cahil və savadsızdır indinin özündə də Tehranı idarə etməyə adamlarımız yoxdur. ümumiyyətlə daha yaxşı şəkildə kiçik ölkələri idarə etmək qeyri mümkündür.Deməli çarə ancaq vilayət şuralarının təşkilindədir.Bu şuraları təşkil etməklə separatizm və müstəqillik fikirlərinin qarşısını almaq olar və İrançılığı bütün şəxi mənafelərin fövqünə gətirmək olar.

İndi İranın federalizmıə ehtiyacı yoxdur.Bu gün yerli əhalinin ixtiyarlarını artırmaqla mökuməti mərkəzləşdirməyə çalışmaq lazımdır əks təqdirdə əhalinin narazılığı gün bəgün artaraq separatizm fikirləri istehsal olacaq.

Muxbirus Səltənə (Mehdiqulu xan Hidayət) və Fərmanfərma (Əbdülhüseyn mirzə Fərmanfərma) İranı idarə etmək iqtidarında olduğunu fikirləşənlər ,nazir və vali olub,yerli əhalinin böyüklərini oğruların əvəzində öldürərlər və yaxud pul və silah gücünə vəkil olaraq qanun verici orqanı ələ alarlarəəlbəttə bu fikirə qarşıdırlar. Bizim onlarla işimiz yoxdur,çünki onlar bütün iranlılara zərər verirlər və elə köhnə fikirlilərin yarıtmaz idarəçiliyidir ki ölkə fəlakətə düçar olub nəticədə vilayətlər məcburiyyət qarşısında qalaraq birbaşa öz işləri ilə məşğul olurlar. Çünki İstibdad və təzyiqin nəticəsinin təbii nəticəsidir.Bu günün məşum siyasəti əhali arasında nəin ki federasiya hətta tam müstəqillik fikirlərini icad edir. Bu məsələni Muxbirus Səltənə və digər əzan əşraf hiss eləmir.Onlar Xiyabani kimi azadllıq tələb edənləri öldürür,Qaracadağı və Bocnurdi kimi silahlı quldurları şan şöhrətə dəvət edirlər. Onlar islahatçıları öldürürlər hələ fəxr də edirlər amma Şahsevənlərin silahlarını toplamırlar,Semitkoya əhəmiyyət vermirlər.

Bu həqiqətlə bizi  qarşı bu günkü üsul idarəyə qarşı çıxmağa məcbur edir.Öz fikrimizcə faydalı və vacib  bildiyimiz hər bir şeyi deyirik. Yerli şuralar tayfa hökuumətinə son qoymağa,seçkilərin düzgünlüyü,ticarətin inkişafı və yerli istehsalaını çiçəklənməsinə kifayət qədər müsmət təsir göstərir və dövlət üçün də heç bir zərəri yoxdur. Əksinə əgər dövlət həmişə ayrıca qüvvə olasa millət də dövlətə bədbin olsa,dövlət milləti qoyun millət də dövləti canavar hesab etsə problemlər günbəgün aartacaq. Biz bilirik ki bu günkü nəsil bu fikirləri puç təsəvvüür hesab edir onlara hücüm etmirlər ancaq deyirlər ki qəbilələr mövzusunda böyük səhv edirsiniz. Məsələn bəziləri özlərini demokrat yox sosialist hesab edirlər,yənədə məsləhət üçün qəbilələri pozuculuq fəaliyyəti və müstəqillik fikirlərindən daşındırmaq üçün onları tamahlandırırlar.Öz nəzəriyyələrinin isbatı üçün pantürkistləri dəlil olaraq təqdim edirlər,amma unudublar ki elə İttihad və Tərəqqi partiyalarının səhvləri böyük Türk imperiyasının çöküşünə səbəb oldu,Ərəblər Mesopotamiyanı,İngilislərə Fələstini isə Fransızlara verdilər Ermənilər də Anadolunu Ruslara ya da Yunanlara verdilər.

İran əhalisi Türkdən Lor və Kürdədək İrançılığı bütün hissiyatlarının fövqündə qəbul edirlər baxmayaraq ki onlara bir sıra məhəlli (yerli) ixtiyarlar verilməlidir. Amma Osmanlılar Türk və milli istibdad adı ilə Ərəbləri özlərindən uzaqlaşdırdlar və baxmayaraq ki  yerli müxtariyyət prinsiplərini qəbul edirdilər.Onlar Osmanlını İslam dövləti və yaxud çox millətli dövlət kimi təqdim edirdilər və rəftarları ilə digər irglərin nümayəndələrini pantürkizm adı ilə təhqir etməsəydilər bu problem və çətinliklərə düçar olmazdılar. Türklər bu bəsələni başa düşmürdülər Ərəblərin iğtişaşlarını silah Erməniləri isə qətliamla susdursunlar.İslambolda (bu günkü İstanbul) yaşayan İranlılara «əcəm eşşəki» deyib hamını öz əleyhlərinə üsyana qaldıraraq osmanlını çökdürdqülər.

Çar rusiyasaı da Türküstan,Polşa,Tataristan,Qafqaz və başqalarının xahişlərinə silahla cavab verdi,Panslavyanizm siyasəti yürüdərək Çarın pakimiyyətini bu səmərəsiz siyasətə qurban verdi.

Haradan məlumdur ki İngilislər Ərəbləri öz ixtiyarlarına buraxsa və Hindistanlılardan əl çəksə idilər Çar Rusiyası və Osmanlı kimi Çökməyəcəkdilər.

Biz İranda belə milli əsarəətlərə inanmırıq ,amma bəzi düşüncəsiz yazıçılar Azərbaycanlıları Terk Adlandırır və yaaxud fılan tayfanı İranlı hesab etmir onlar barədə ayrıca siyasət yürüdürlər, və bu məsələ dövlət siyasətindən daha təhlükəlidir.

Əgər bu fikirləri təlqin etsələr və hökumət də keçmiş siyasəti həyata keçirsə mütləq vilayətlərin əhalisi arasında zorla yeni millətlər yaradacaqlar,xaricilər də onlara kömək edəcək biz isə bir dəfəyə ölkəni hərc mərcliyin bürüdüyünü görəcəyik. İngilislər İranın bir hissəsini Mesopotamiya kimi hər hansı bir tayfanın müstəqilliyi adı altında öz müstəmləkələrinə çevirəcəklər. Hər bir halda dövlət gecikmədən yerli şuraları dəvət və təşkil etməlidir və əhaliyə ixtiyarlaar verərək milləti amalına qarşı çıxmadan onları öz köməyinə çağırsın.

1922 iyul




reader's comments

Loading...