Nadir şah və İran

Nadir şah Əfşar tarixi dərkin bariz nümunəsi

Mirza mehdi Əstərabadinin verdiyi məlumata əsasən Nadir şah muğan cölündəki toplantıda 13 dəfə İran və iranlı sözünü Ölkə və sakinlər olaraq işlədib.Nadir bu iclasda ən azı zahirdə öz padişahlığı ilə əlaqədar İran əhalisinin iradəsinə əhəmiyyət verir və Muğan şurasında son olaraq belə deyir «hər bir vaxt İran əhi bizim səltənətimizə rəğbətli və öz asayişlərini tələb etsələr.....»

  1. 5 ay, 2 həftə əvvəl
  2. 0
Nadir şah
Badkubeh -

Nadir şah işləri qaydasına salandan sonra yəni (işğalçı) osmanlı ,rus və əfqanları İrandan qovandan sonra Muğan düzündə Araz çayı yaxınlığında iclas keçirdi o, bu iclasda şahlığı qəbul etməyə zahirən meyl göstərmir ölkənin sayılıb seçilən şəxsləri isə onun şah olmasına israr edirdlər iş o yerə çatdı ki (danışıqlar dərin mübahisələrlə bir aya qədər davam etdi) nəhayət Nadir osmanlı ilə sülh müqaviləsi bağlayaraq səfəvilər dövrünün dini siyasətini tərk etmək şərti ilə şahlığı qəbul edir.Nadirin muğandakı çıxışı xüsusi tarixi əhəmiyyətə malikdir çünki isfahanıın süqutu ilə başlayan və bir neçə illik daxili hərc-mərclik və osmanlı və ruslar tərəfindən İran ərazisinin bəzi hissələrinin işğalı ilə nəticələnmiş keçid dövrünün sonu idi   və indi isə Nadir illərlə çalışıb vuruşub və düşmınlıri qovandan sonra səfəvilərin süqutunu elan edir.

Mirza mehdi Əstərabadinin verdiyi məlumata əsasən Nadir şah muğan cölündəki toplantıda 13 dəfə İran və iranlı sözünü Ölkə və sakinlər olaraq işlədib.Nadir bu iclasda ən azı zahirdə öz padişahlığı ilə əlaqədar İran əhalisinin iradəsinə əhəmiyyət verir və Muğan şurasında son olaraq belə deyir  «hər bir  vaxt İran əhi bizim səltənətimizə rəğbətli və öz asayişlərini tələb etsələr.....» və Mirza mehdi kitabın başqa yerində yazır:

 1148 ci ildə kübra şurada (ali məclisdə) İranəhalisini ali və adi təbəqələrinin nümayəndələrini çağıraraq məşvərət məclisini keçirdilər ki o şəxslər hər kimi istəsələr secərək vəyifəyə təyin edərlər. iran əhalisi xahişlə İbram və Hacızadəni əvəz etdilər.......(Əstərabadi 390:1377)

Burada İran əhalisi ibarəsi (söz birləşməsi) bir cəmiyyətin kimliyinə aid işlədilmiş işarədir və beləliklə onu İran milləti məfhumunun qədim variantı kimi başa düşmək olar. Muğan çölündə keçirilmiş iclasda «iran əhalisi» «İran əhalisinin ali və adi təbəqələri» kimi söz birləşmələrinin aydın şəkildı nəzərə çarpması səfəvilər hökümətinin sonunda milli kimliyin formalaşması üçün möhkəm əsasların hazırlandığını göstərirdi və və bu söz birləşmələrini İranda ənənəvi millət anlayışın hesab etmək olar ki müasir və Vestfaliya dövlət və millət məfhumuna heç bir aidiyyatı yoxdur. millət məfhumunu müasir dövlət və yaxud məşrutə inqilabının məhsulu hesab edən bəzi tələsik fikir bildirənkərdən fərqli

olaraq (َAcudani 189:1387) əsrlər öncə çox möhkkəm İran milləti məfhumunun formalaşdığını müşahidə etmək olar sadəcə hər dövrdə müxtəlif şəkillərdə o cümlədən İran əhalisi ,İran əhli , xalq cumhuru ,İran xalqı və İranın əhalisinin ümumi ali və adi təbəqələri kimi işlədilib. Bu çıxışda İran sözünün mənaları bunlardan ibarətdir: Bir dəfə diyar mənasında,dörd dəfə ölkə mənasında (səltənət) üç dəfə millət mənasında (iranlılar,İran əhli ,İran əhalisi) iki dəfə ərazi mənasında (İran torpağı) və iki dəfə İrana mənsub. muğan çölü hadisəsinin mühüm hissələrini mütaliə etməklə elə həmin mənbədə maşa düşürük ki Ndir özünü İran dövlətçiliyinin hərc-mərclik xilaskarı hesab edirdi. Belə ki Mirza mehdi Əstərabadi Muğan düzənliyi şurasının vəsfində yazır:

Gülüstan bənzər İran acı hadisəələrlə sarsılırdı yağı düşmən hərtərəfdən hücuma keçmişdi yadellilər bu gülüstana ayaq basmışdılar.Düşüncəsiz bağban təfərrüatla məşğul oldu.Əstərabadi (366:1377)


o həmçinin öz kitabının müqəddiməsində Nadirin igidliyi haqda qeyd edərkən Nadir şahı İranı əfqanların və xanlıqlar quruluşundan xilaskarı olaraq təqdim edir.Nadirin qiyamının vəsfi haqda yazır:

Zülm və sitəmdən İran əhlinin güzəranı ağırlaşmışdı məzlumların ah naləsinin intiqamını almaq üçün təcəssüm oldu və İranın başçısı düşməni məhv və zülmün kökünü kəsdi xanlıq quruluşu,fitnəkarlıq və hərc mərcliyi yatırtdı (Əstərabadi 2:1377)

Əstərabadi kitbın müqəddiməsində tarixi nadiri yazma hədəfin haqda belə yazır:

insanlara aydın olsun ki İran necə İran və məmləkət necə viran idi ki o həzrət əzm və mətinliklə viranlığı aradan qaldırdı və düşmən ücumu nəticəsində tapdaq altına düşmüş bu gülüstan yenidən canlandırdı. (Əstərabadi 4:1377)


nader

Nadirin Muğan düzənliyində Təhmasibi padişahlıqdan uzaqlaşdırması və Əfşarlar sülaləsinin təsisi xüsusundakı böyüklər və yaxınları ilə məsləhətləşməsi də İran dövlətçilik adət ənənələrindən kənar deyildi.Nümunə üçün Kazim Mərvi aləme araye nadiri kitabı Ndirin qardaşı ilə apardığı müzakirələrədə işarə edir.Burada Nadirin qardaşı şahnamə və kiyanilər tarixinə istinad edərək  şahlığın irsi olması və yüksək rütbəli hərbiçilərin vəfadarlığı barədə danışır. Bir neçə gün keçdikdən sonra Nəvvab Sahibiquran qardaşın xeyməsinə daxili oldu görüşdən sonra padişahlığın müqəddimə qiraəti məsələsi barədə danışmağa başladı:Çox əzab əziyyət və məşəqqət çəkdiyim üçünnə olar ki sikkə və xütbə mənim adıma olsun bəlkədə bu dövlət dünyanın sonuna qədər qaldı. ibrahim xan qardaşın cavabında deyib:

«Bu məmləkətdə indi uzun müddətdir ki şeyx Səfiədinnin övlad və zürriyyəsi hökmranlıq edirlər və İran xalqı o sülalənin itaət halqasınlı qulağına taxıb. iki günlük vəfasız dünyaya görə o uca soyun övladlarının həyatına qəsd etməyə dəyməz...iki günlük vəfasız dünyaya görə o uca soyun övladlarının həyatına qəsd etməyə dəyməz...və əgər hökmranlıq və mülkədarlıq iddiası eləsə Allaha şükür məmləkətləri fəth etmiş Rüstəm Zal və Sam Nəriman kimi hakim və sərkərdələr sizə mütidirlər və cahanda Sahibiquran kimi uca ad qazanmısınız. Nə olar ki yenidən Təhmasib şahı xilafət  taxtında əyləşir özün ikinci hissəyədək xütbə edəsən məgər eşitməmisən ki Keykavus Mazandaranın sərhəd şəhərində min yeddiyüz əmir və ordu başçıları ilə ağ divin sehr elminə  düçar olmuşdular Rüstəm bir dəfə güclü cəhdlə təkcə o məmləkətə ayaq basdı... zürriyət ,ordu əmirləri və başçıları Keykavusla birlikdı xilas edərək Mazandaranı o natəmiz tayfadan azad elədi Keykavusu İstəxr şəhərinə apararaq şahlı taxtında əyləşdirdi sonra isə Sistana qayıtdı. Əgər paadişahlıq istəsəydi əldə edə bilərdi və o həmən silsilənin ədəbini qorumaq üçün idi»Mərvi (449:1374)

Zəhirəddövlə İbrahimin Mazandaranda Keykavus Kiyanın Rüstəm vasitəsi ilə xilasından söz açması ,yeddi xəvandan keçərək ağ divi məğlub etməsindən sonradır. O, üstü örtülü şəkildə Nadirin də Rüstəm kimi öz dövrünün padişahına qarşı tərslik etməsinə toxunur. çünki ikinci Təhmasib də Nadir olmayanda və onun xəbəri olmadan İrəvanda osmanlı ilə müharibəyə getdi və ağır məğlubiyyətə uğradı.Bu məğlubiyyətlə əlaqədar izalanmış müqaviləyə əsasən Azərbaycanın hamısı və qafqaz osmanlının ixtiyarına keçirdi.Bu məğlubiyyət Ndiri çox qəzəbləndirdi amma nəhayət onun əvəzində əldən getmiş əraziləri osmanlıdan geri ala bildi. İbrahin xan bu iki tarixi hadisəni müqayisə etməklə eyni halda ikinci Təhmasibi Keykavusla Nadiri isə Rüstəmlə müqayisə edir və ondan istəyir ki səfəvi ordusunun ordu başçılarına qane olsun(kifayətlənsin). Nadir isə bunun qarşılığında İran tarixinin müxtəlif dövrlərinə o cümlədən pişdadiyan sülaləsi və səfəvilərə işarə edərək əsaslandırır ki «əgər şahlıq irsi qalmalı idisə onda səltənətin ilk işlərini nizamlayan pşdadilər hələ də padişahlıq etməli idilər. (Mərvi 449:1374,)»