Şah İsmayıl Səfəvi Səfəvilərin yazdığı rəsmi tarixdə

Səfəvi Iran milli dövləti

İndi isə qorxuram ki, bizim nəvvabımızın bütün bu zəhmət-əziyyəti hədərə gedə və bu oğlan [Tahmasb] İran şahlığını irəli apara bilməyə... qızılbaşların arasında nəvvab şah Tahmasbın vəkili olub və dinin, hökumətin mənafeini qoruyub saxlayan elə birisini tanımıram"

  1. 7 ay, 2 həftə əvvəl
  2. 2
ismail
Badkubeh -
Səfəvi şahlığının müsadirə edilməsi də Qafqazın Uydurma tarixçiliyinin məqsədlərindəndir.Səfəvilərələ bağlı əsas iddia bir neçə sadə ilkin fərziyyədə bəyan edilmişdir, Səfəvilər Azərbaycandan (Ərdəbildən) qalxmışlar, onların paytaxtı Təbriz olmuşdur, onlar böyük bir türk imperiya və ilk dəfə olaraq vahid Azərbaycan dövlətini qurmuşlar ki, türk dili onun dövlət dili, İran isə o dövlətin mülkiyyətindəki ərazilərdən olmuşdur.

Hazırkı "İlham bir prezidentin siması" kitabının Səfəvilər haqqında önəmli iddiası bu dəfə də Bakıdakı dövlət və etnik tarixçiliyinin baxışından başqa deyildir:

"İsmayıl 1501-cil ildə gücünü artıraraq, şimal və cənubda Azərbaycan diyarının hər yerini özünə tabe etdərək Təbriz paytaxt olamaqla mərkəzi və birləşmiş Səfəvi hakimiyyətini qurdu və Azərbaycan türkcəsini rəsmiləşdirdi" (Wilson: 42).

Səfəviləri iranlı olmayan hakimiyyət kimi göstərmək yönündə son illər ərzində ideologiya və siyasət təsiri altına düşmüş tarixçilər tərəfindən yeni səylər göstərilmişdir ki, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri və tarixçi Ramiz Mehdiyevin baxışlarını, əsərlərini göstərmək olar. Türk dilinin Səfəvi dövlətinin rəsmi dili olmasına dair iddia əsassızdır və hökumət fərmanlarını araşdırmaqla bunu asanlıqla aydınlaşdırmaq mümkündür.

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu illərdir ki, Səfəvi şahların Şəki və Şirvan xanlıqlarındakı məmurlara xitabən aşağıdakı siyahıdakı kimi Fars dilində verdikləri fərmanları saxlayır:

-    Şəki bölgəsinə dair şah Tahmasbın fərmanı, qeydiyyat nömrəsi: h-7/8925, fərmanların əvvəlində yazılan bu məşhur cümlə ilə ki, "Fərmane Homayun şod anke" başlanır.

-    Şəki kəndlərindən olan Kiş, Novxu və Şəkrəndin tapışırılmasına dair II şah Abbasın fərmanı, qeydiyyat nömrəsi: h-23/5427, fərmanın başlanğıcında "Hokme cəhan məta şod anke" məşhur cümlə yazılmışdır.

Və AMEA-da, eləcə də nadir hallarda Britaniya və Gürcüstan muzeylərində saxlanılan bir neçə başqa sənəd mövcuddur və ən azından onların toplusu sənədli şəkildə və surəti ilə birlikdə ruscadan farscaya tərcümə edilərək İrandakı "Diplomatiya tarixi Sənədlərinin Mərkəzi" tərəfindən "Azərbaycan Respublikasından fars dilində 40 sənəd" adı ilə çap edilmişdir.

Belə düşünülməməlidir ki, fars dilindən istifadə birtərəfli proses olmuşdur. Rəiyyət tərəfindən yazılmış və mövcud olan bəzi məktub və ərizələr sübut edir ki, Səfəvi dövlətinin tabeliyindəki Qafqaziya xalqı da öz məktublarını fars dilində yazaraq divana göndərirmişlər. Nümunə kimi orginal nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasında mövcud olan Şəki rəiyyətləri tərəfindən II şah Abbasa xitabən yazılan ərizədir. Bu məktub belə başlanır: "Ərze daşt şah, kəmtərin, doaguyan ruaya-e əlkae Şəki, bezure ərz miresanənd ke, imarət-e Pənah Abbasqulu xan Hakeme Şəki qışlaqi ke molke İrane fəqiran əst be cəmaəte ətrafi be ecare dade qışlaqbaşiye an ra xod təsərrof minəmayəd (Mənaf oğlu, 2007: 71) tərcüməsi: "Şəki kəndlərinin sizi dua edən rəiyyətləri bildirir ki, Şəkinin hakimi Pənah Abbasqulu xan İranın kasıblarının olan qışlaqı ətraf camaatına icarəyə verib və onun icarə haqqını özünə götürür".

Bu məktublara da kifayətlənməmək, tədqiq məqamənda xalqın mədəniyyətini və dil ənənəsini araşdırmaq olar. əlbəttə ki, bu metod tarixin ideoloji təsəvvürlərə uyğunlaşdırmasından daha etibarlı və dayanaqlıdır. Misal olaraq, Osmanlı Sultan Səlimin Çaldırandakı qələbəsindən sonra Təbrizlilərə yazdığı məktub barədə tərəddüd etmək olar. Sultan Səlim Çaldıranı fəth etdikdən sonra Təbriz əhalisinə 'Təbriz əyanına məktub", "Təbriz sakinlərinə təskinləşdirici məktub" və "Əhməd paşanın Təbrizə vali təyin edilməsinə dair Təbrizlilərə məktub" adı ilə üç məktub yazmışdır. Bu məktubların hər üçü də fars dilində yazılmışdır. Bu sual ortaya çıxır ki, əgər o dövrün Təbriz və Azərbaycan əhalisi türk dilli olmuşlarsa, onda türk dilli Osmanlı sultanı hansı səbəbdən məğlub edilmiş türk dilli əhaliyə fars dilində məktub ünvanlamışdır. Misal üçün, Təbriz əyanına yazdığı məktubda deyir: "Bilsinlər ki, məlunların başçısı və şeytanların qoşununun komandiri olan dinsiz İsmayıl çərşənbə günü rəcəbül-mücərrəb ayının əvvəlində günortadan sonra çaldıran çölündə bizim dəmir geyimli cəngavər əsgərlərimizə qarşı savaşa çıxdı və faydasız səylər göstərdi. Sonunda fəth və qələbə əsintisi ..." (Nəvai, 1968: 186).

Əbd-ül Hüseyn Nəvai Şah İsmayıl Səfəvinin tarixi sənədlər və məktublarını toplalayaraq bu üç məktubu İstanbulda çap edilmiş Firidun bəyinin Münşəat adlı əsərindən köçürməklə, o dövrün mədəniyyəti və dili barədə məlumat əldə etməyimizə böyük kömək etmişdir və həmin dövr barədə maraqlananlar və tədqiqatçılar üçün uyğun mənbə sayıla bilər. Münşəat-üssəlatin Osmanlı sultanlarının 1880 məktubunu əks etdirən məcmuədir ki, Firidun bəy tərəfindən toplanmışdır. O Sultan Səlimin İstanbuldan Çaldırana qoşun çəkməsini və 920-ci qəməri ilin şəvval ayında Təbrizə daxil olmasını təfərrüatı ilə şərh etmişdir (Qəffari Fərd, 2001: 17). Bakının da tarixçilərini marağlandıran Səfəvi dövlətçilik ənənələrinin araşdırılması, bu dövlətin iranlı köklü olmasını aydınlaşdırmaq üçün yaxşı göstəricilərdəndir. Eləcə də İlham bir prezidentin siması adlı kitab da etiraf edir ki, IIŞah Abbasın hakimiyyəti dövründə səltənət tamamilə iranlı kimliyinə qovuşmuşdur (Uilson: 44).

Lakin, bu sözügedən tarix yazma ənənəsindən sızan iddiaların hamısı demək deyildir. Misal üçün, Ramiz Mehdiyev daha da irəli gedərək belə bir fikir irəli sürmüşdür ki, Səfəvi hakimiyyəti azərbaycanlıların ilk dövlət quruculuğu təcrübəsi olmuş və İran da bu türk imperiyasının əhətə etdiyi sərhədlərin bir hissəi hesab edilirmiş. Mehdiyevin 20 səhifəlik "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" məqaləsi ilk olaraq 2012-ci ilin noyabrında rus dilində, ondan bir həftə sonra isə azəri türkcəsində və daha sonra qırqız dilində nəşr olunmuş və vəd edilmişdir ki, gələcəkdə kitab kimi də çap edilcəkdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsini daşıyan bur rəsminin tərəfindən bu məqalənin nəşr edilməsindən sonra onu dəstəkləmək məqsədilə Azərbaycan Pedaqoji Universiteti, AMEA Tarix İnstitutu və Azərbaycan Dövlət İdarəçilik Akademiyası (Azərbaycan Respublikasının Prezident Administrasiyasına bağlı) kimi mərkəzlərdə bir neçə ekspert toplantısı keçirilmişdir. Qısa bir müddətd ərzində isə 700 azəri və rus dillərində sayt onu yenidən yayımlamışdır. Mehdiyevin fikrincə Səfəvilərin ən əhəmiyyətli məqsədi iki Azərbaycanı birləşdirərək, güclü mərkəzi hakimiyyətin yaradılması olmuşdur. O həmin məqalədə Səfəvilər sülaləsini iranlı olan milli hakimiyyət kimi vurğulayan Qərb və iran Trixçiləri və mənbələrini tənqid edərək deyir: onlar bu gün də Şah İsmayıl Səfəvini yalnız İranın maraqları ilə bağlı şəxsiyyət kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər !onun fikrincə, Şah İsmayıl iranlıları ərəb və türk fatehlərinin istilasından xilas edərək, İranın əzəli torpaqlarını birləşdirdirdiyinə dair dünya tarixçilərinin təsəvvürü cddi tənqid olunmalıdır. O, digər bakılı tarixçi Oqtay Əfəndiyevə istinad edərək yazır: Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun etnik birliyi ilə qırılmaz surətdə bağlıdır.Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Dövlət orqnlarının dəstəyinə söykənərək müxtəlif mahiyyətlərin istehsalı yolu ilə genişlənməkdə olan belə iddiaların sübuta yetirilməsi yaxud da təkzib edilməsi zaman, bu iddialar Səfəvi hakimiyyətinin məktublaşmaları və divan sənədləri ilə tutuşdurulduqda aydın olur ki, daha da səhvdir və tarixi məlumatlarla ziddiyyət təşkil edir. Səfəvilər hakimiyyətinin iranlı kimliyə malik olması dəfələrlə Avropanın o dönəmdəki hakimiyyətləri kimi digər hökmdarların tərəfindən də qeyd edilmişdir. Belə mənbələr və sənədlərdə, xüsusilə də Avropa hakimiyyətlərinin məktublaşmalarında bir dəfə də olsun Səfəvi şahları rəsmi olaraq Azərbaycan şahı kimi göstərilməyib, lakin roma papasının, Şarlkenin, Osmanlı sultanlarının, eləcə də Venedik, Sveç və Polşa krallarının məktublarında İran şahı, Fors şahı, İranzəmin şahı və ... bu kimi ünvanlarla Səfəvi şahlarının iranlı kimliyi dəfələrlə vurğulanmışdır.

Roma Papasının şah Abbasa ünvanladığı və təfərrüatı ilə Tarix-i aləmarayi - Abbasi - də zikr edilən bu cərgədəki ən məşhur məktubların birində belə yazılır: "Firəng dilində olduğu üçün ağzı möhürlü olan bu məktub burada açıldı və Sifahanda olan firənglər farscaya tərcümə etdilər" (İskəndər bəy, 1998: 1803).

Roma Papası çox dostluq xarakterli daşıyan bu məktubunda, həlimlik və ədəb mövqindən çıxış etmişdir: "Firənglərdən soruşuldu, cavab verdilər ki, bizdə təvazökarlıq və ədəb şərtidir belədir ki, böyüklər öz məktublarında xitab etdiyi şəxsi qaib hesab edir və qaib dili ilə danışır ... bu səbəbdən də Pap ədəb şərtinə sadiq qalaraq qaib dili ilə sözünü bəyan etmişdir və firənglər arasında böyüklük şərti belədir" (öncəki).

"Tarix-i aləmarayi – Abbasi" dən göründüyü kimi, Roma Papası bu məktubunda şah Abbası Roma şahından üstün sayaraq, İran şahlarını təqdir edir, eləcə də şah Abbası Fors (Pers) şahı ilə qiyaslayır və çox ehtimal ki, bu ad Perşianın tərcüməsidir. Roma Papası yazır:

"Ona gərə Adəm evladına qələbə dövlətinin davamı vacibatdandır, xüsusilə də mənim dua edənlərimə ki, lazim bildim öz kilsələrimizdə o nəvvaba (şaha) uzun ömür diləyək. Ümid edirəm ki, ilahi diqqət başınızdan əskiki olmasın. Çünki, onun bəndələrinə şəfəqqəti hədsizdir. Burda olan sizin bəzi insanlarınız səmavi böyüklər kimi isəvilərin yanında izzət və hörmətlə yaşayır və qədimlərdə elm, hikmət və insanlıq müəllimləri olan Yunan hükəması kimi sizin çox dəyərli alimlərinizdən də elm yayılmaqdadır və sizin əzəmət və ədalətinizin şöhrəti Fors şahı Xosrov-un şöhrətini belə kənarada qoydu. Ona görə ki ... qanun kitabına görə Fors şahı Xosrovsunuz" (İskəndər bəy: 1801-1802).

İskəndər bəy bu məktubun davamında şah Abbasın ölümünə də toxuaraq yazır: "Şərəfli ömrünün yaşı altmış il idi. Onsəkkiz yaşında "İranın" hökmdarlığına çatdı.Onun səltənətinin müddəti qırx iki il oldu." (İskəndər bəy: 1803).

Aləmarayi-Abbasi şah Abbasın əzəmətini Kəyani şahlar və Xosrovan (Kəsra) ilə qiyaslayır və şah Abbasın Qəzvinə daxil olmasını şərh edərək yazır: "Aləmin xanının Qəzvinə daxil olduğu gün Aləmarayın bu nüsxəsin yazarı şəhərdə qalmışdı və onun dəbdəbəli görünüşünü müşahidə etdərək dünya görmüş insanlardan eşitdi ki, bu xanədanın gəlişindən bu günə kimi hətta Hind vilayətindən tutmuş Rom-a qədər belə ehtişamlı və dəbdəbəli bir elçi İran vilayətinə gəlməmişdir və məlum deyil ki, bundan əvvəlki əzəmətli şahlar dövründə də Kəsra evladlarından və Kəyanilərdən də böyləsi gəlmiş olsun" (öncəki: 1551). Əgər Uydurma tarixçiliyin xüsusilə də Mehdiyev kimi hakimiyyət tarixçilərin yeni iddiaları doğru olsaydı, onda Səfəvi dərbarının tarixçisinin İran, məmləkəti, İran, İranzəmin və ... yerinə Qafqaz, Azərbaycan və ... adlarından istifadə etməsi daha məntiqə uyğun və münasib olardı. Misal üçün belə bir cümlə yazılmışsdır: "Tanrının hədiyəsi kimi bu qardaşa tapışırılan İranzəmin vilayətini tamamən bir qala kimi təsəvvür edib və onun səlahiyyətinin açarı sözsüz ki, xüsusiyyət və ədalət qıfılının açarıdır" (öncəki: 1613).

Başqa yerdə qeyd edilir: "Şahın taxta çıxması və İran mülkünün başnda dayanmasından sonra Həsən xan Ustaclu-a şəfəqqət göstərildi..." (öncəki: 1735). Bu kitab üzərində dayanmağın səbəbi budur ki, Ramiz Mehdiyev öz məqaləsində Səfəvi tarixini təhrif etməyə səy göstərdiyindən əlavə, oxucuda Tarix-i aləmarayi - Abbasi barədə yalnış bir təsəvvür yaratmağa səy göstərərək, yazmışdır: "Çoxlu sayda ilk mənbələrin ("Tarix-i aləmarayi-Abbasi" və s.) və şəhadətlərin olmasına baxmayaraq, bəzi Qərb, habelə İran tarixçiləri bu gün də Şah İsmayıl Səfəvini yalnız İranın maraqları ilə bağlı şəxsiyyət kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər".

Çox təəccübləndirci haldır ki, bu kitabda "İran" sözünün 300 dəfədən artıq təkrar edilməsinə (Gudərzi, 2008: 194) baxmayaraq siyasətçi tarixçi(!) olan bu qrup tarixi əsərlərin də mahiyyətini baş-ayaq göstərmək istiqamətində ən kiçik fürsətin itirməsini belə qəbul edilməz sayırlar.

Bu kitabda "İran şahı" sözünün çox hallanması və İran adının əzəmətli bir ölkə və hakimiyyət göstərmək üçün istifadə edilməsi faktı deyəsən Bakılı tarixçilərə kifayət etmirmiş, yaxud da onların diqqətindən yayınmışdır. Bu əsərdə şah Abbas dəfələrlə Sasani şahları ilə müqayisə edilir. O cümlədən, həmin əsərin 3-cü cildində onun ədalətinin Ənuşirəvanın ədalətilə qiyaslanmasını göstərmək olar:

"və o zaman ki, sahəti darüssalam (sülhün yeri), dövranın Xosrovunun düşərgəsi şanlı olmuşdur, karvandakı insanlarının hamısı sağlam olaraq dünyanın güclü ordusuna gələrək kainatın rəbbinin amanında və Ənuşirəvan-ı cahanın ədaləti sayəsində rahatlıq əldə etmişdir" (İskəndər bəy: öncəki, 1663).

Bu silsilədən olan başqa bir mənbənin yəni Tarix-i aləmarayi-Şah İsmayıl-da dərc edilən hekayəyə görə, Mürşidi-Kamil (Şah İsmayıl) həyatının son günlərində ölkənin və Tahmasbın (hələ yetkin yaşa çatmamışdır) gələcəyindən qorxur və Qızılbaşların gələcək rəftarlarından əndişəlidir:

"İndi isə qorxuram ki, bizim nəvvabımızın bütün bu zəhmət-əziyyəti hədərə gedə və bu oğlan [Tahmasb] İran şahlığını irəli apara bilməyə... qızılbaşların arasında nəvvab şah Tahmasbın vəkili olub və dinin, hökumətin mənafeini qoruyub saxlayan elə birisini tanımıram" (Aləmarayi-Şah İsmayıl, 2009: 622).

Kütlənin, qeyri rəsmi və sadə əhalinin dili ilə olan, eləcə də dərbar qaydaları çərçivədən kənarda yazılmış Aləmarayi-Şah İsmayıl əsərində, vilayət, mülk və ölkəni adlandırmaq üçün 50 dəfədən çox İran adına ras gəllirik. Bu əsərdə Tahmasb Mirzənin anadan olması vəsf edilərək, belə deyilir:

"Və lakin, münəccimlər məruzə etdilər ki, xoş saatdır və aləmin şahzadəsi... nəvvab-i humayunun (şahın) diqqətinə çatdırdılar ki, bu şahzadə İran mülkündə şahlıq edəcək və din yolunda iyirmi ilə yaxın qılınc vuracaqdır" (öncəki: 95). Bu əsərdə Şah İsmayılın iransevərliyini göstərən incə və əsil izləri görmək olar. Klassik dövrün ənənəsinə əsasən şahlar ölüm ayağında öz sülalə və xanədanlarının hökumətinin davam etməsi məsləsindən əndişələnərmişlər, lakin Aləmarayi-Şah İsmayıl-ın yazdığına görə, o ölüm ayağında ölkəsi İranın gələcəyindən əndişələnirmiş ki, bu da Şah Tahmasbın (xələf və vəliəhdin) az yaşlı olduğundan qaynaqlanır. O, ömrünün sön günlərində Div Sultan Qızılbaşı şah Tahmasbın qəyyimi kimi təyin edərək deyir: "İndi isə qorxumuz ondandır ki, çəkdiyimiz bu qədər zəhmət və əziyyət heçə gedə və bu oğlan İran şahlığını irəli apara bilməyə" (öncəki: 622).

Engelbert Kaempfer-in səyahətnaməsi də Qafqazın Uydurma tarixçiliyinin bu bölgənin insanlarına aşıladığı mənasız iddianın təkzib edilməsinin yolnu aça bilən dəyərli sənədlər sırasındadır. Kaempfer yaddşlarının birinci səhifəsindən sonuncu səhifəsinədək Azərbaycan imperiyası adında nəsnədən yaxud da Səfəvilər tərəfindən Azərbaycanın birləşdirilməsi və Ramiz Mehdiyevin iddialarına oxşar heç bir söz işlətməmişdir. Kaempfer o dönəmdəki ölkə və hakimiyyətin strukturunu şərh edərkən İran dərbarı, İran qoşunu və bu kimi sözlərdən istifadə etmişdir. Qədim zamanlardan İranda "Şah" ölkənin başçısına verilən ad olmuşdur və təbiidir ki, əgər Səfəvi sülaləsi iranlı olmayan bir hakimiyyət olmuşdursa, onda o hakimiyyətin başında dayananlar bu addan istifadə etməməli idi. O, öz yaddaşlarında Səfəvilərin hakimiyyətini İranın qədim dövrlərdəki hökumətlərinin davamı kimi tanımış və bu səyahətnaməni yazmaqda məqsədini belə şərh etmişdir:

"Məqsədim budur ki, on yeddinci əsrin ikinci yarısındakı İranın dərbarını vəsf edim və bizim əsrdə bu dərbar qədimdən layiqli şöhrətə malik olmuşdur. İstər qədim dövrlərdə ki, İran dünyaya hakim idi, İstər ərəblərin, Səlcuqların və tatarların əsarətində boynunu əydiyi dövrdə. Baxmayaraq ki, İran bügün Səfəvilər hakimiyyəti dönəmində də əvvəlki ki qədər əhəmiyyətlidir, keçmişlərdə olduğu kimi  nümunəvi və sülhsevər rəhbəri vardır. Məğlubiyyətə uğramamış bir gücdür ki, Şərqi vahiməyə salıb və bütün dünyanı həyrətə gətiribdir... İran dövlətinin başçısı Şahdır və orada şahlıq varisliyə əsaslanır ... İranın Şah Səfisi tam hədsiz hüquqa malikdir" (Kaempfer, 1984: 13). O, İranın sahəsi və sərhədlər barədə də dəyərli məlumatlar verir: "Şahın hökmranlıq  etdiyi sərhədlər qərbdə Dicləyə, şərqdə Hilməndə (Əfqanstana), cənubda Fars körfəzinə və şimalda Xəzər dənizinə bitişir ... yerli əhali ona İran yaxud Əcəm diyarı deyir ... aşağıda qısa olaraq Səfəvi şahlarının əhvalatını şərh etməyimiz ona görədir ki, İran şahlarının fövqəladə və bənzərsiz hüquq və səlahiyyətlərinin onların qabiliyyəti və şəxsiyyəti ilə uyğun gəldiyini göstərək" (Kaempfer: 18).

Bu almanlı səyyahın səyahətnaməsinin son bülümü şah Səfi dərbarında xarici dövlətlərin səfirlərinin də iştirak etdiyi rəsmi ziyafətlə əlaqədardır. Bu ziyafətdə Sveç, Polşa, Fransa (on dördüncü Lui) və s. Dövlətlərin səfirləri şahın hüzurunda öz ölkəsinin şahının məktubunu oxuyurdu. Xöşbəxtlikdən bu məktubların məzmunu Kaempferin kitabında əksini tapmışdır və onların arasından Səfəvi hakimiyyətinin siyasi və coğrafi kimliyini bir daha ayrıd etmək mümkündür. Sveç şahı "türklərə" qarşı hərbi müqavilənin imzalanmasının zərurətini vurğulayaraq yazmışdı:

"Sveç şahı son zamanlar İran şahı tərəfindən göstərilən rəğbəti layiqincə dəyərləndirir və ondan çox razıdır" (öncəki: 259). Sveçin şahı məktubunun davamında Osmanlı ilə olan əlaqələrin vəziyyətini şərh edərkən deyir: "Osmanlı şahı atadan, anadan Avropa və İranın düşmənidir ... Osmanlı hökuməti haqsız olaraq ərəb İraqı İran torpaqlarından mənimsəmişdir" (Kaempfer: 260-261).

Səfəvilərin iranlı mahiyyəti Polşa səfirinin məktubunda da dəfələrlə vurğulanmışdır (Kaempfer: 262, 264). O cümlədən:

"İranlıların şöhrətli silahları zəifləməkdə olan bu can düşməninə tərəf nişan alsın. O torpaqlar ki, Osmanlılar haqsız olaraq İrandan qoparmışlar. Əlahəzrətin istədiyi vaxt iranlıların tarixən adlı-sanlı olmasını təkrar yada salmaqla bu uyğun zamanda birgə qoşun yürüdülsün və bu türk kişiyə arxadan hücum etsinlər ... belə bir fürsətdə öz şöhrətini bir daha dünyaya çatdırmaq iranlılara mümkün olacaqdır" (öncəki: 262, 264). Görəsən o avropalı səfirlər Ramiz Mehdiyevin türk imperiyası adı verdiyi hakimləri belə xitab edə bilərmiş? Kaempfer İrana səyahəti zaman Qafqaza da səfər etmiş və kitabının sonunda İranın mənzərələri və binalarını (o cümlədən, İsfahan, Pers-polis, körpülər, Bəndıər-Abbas, Zərdüştün Kəbəsi, Sasanilərə aid qabarıq naxış və ...) əks etdirən onlarla rəsim və portretlə yanaşı Xəzər dənizi və Bakı şəhərini əks etdirən dəyərli bir təsvirə də yer vermişdir. Bu səbəbdən də belə görünür ki, Mehdiyevin nəzərdə tutduğu qismdə hər hansı əlaqənın möcud olsaydı, səyyahın kəskin gözündən kənarda qalmazdı. Şərqşünas və Səfəvi dönəminin əvvəllərində, Şah İsmayıl dövründə İrana səfər etmiş Giosafat Barbaro-nun səyahətnaməsinin redaktoru Lord Stanli (Lord Stanley of Alderley 1827-1903) həmin əsərə yazdığı qısa girişdə Səfəvi inqilabının mahiyyəti barədə yazır:

"Şah İsmayıl Səfəvi xaosa sürüklənmiş İranı birləşdirdi, iranlıların milliyyətini ehya etdi və İranla digər müsəlman dövlətlərin arasında mövcud olan ziddiyyətlərin sahəsini, əhatəsini daha da genişləndirdi. Məzhəblə əlaqələndirilən lakin, əslində mahiyyəti milli və siyasi olan təfriqə və ixtilaf... o emosiyalar ki, İslamiyyətin ilk dönəmində iranlıları ayağa qaldıraraq onları birinci, ikinci və üçüncü xəlifələrin inkar edilməsinə yönləndirdi. Bu milli hisslər idi ki, arablərin tərd və dəf edilməsində və İmamətdə varislik prinsipini Xəlafətdəki seçim prinsipinə üstünlük verərməsində qıcıqlandırıcı rol oynayırdı. Şah İsmayıl isə həmin milli hisslər və şahlıq ənənlərindən faydalandı və əgər bunu etməsəydi, o zaman türk tayfaların hücumlarına məruz qalan İran Osmanlı imperiyasına ilhaq ediləcəkdi" (Barbaro, 2002: 19).

Baxmayaraq ki, Dünya rəyində İran barədə təsəvvür daha çox İranın keçmişlərdəki güclü dövlətçiliyinə qayıdır, lakin iranlı olan güclü və bütöv bir hakimiyyətin olmadığı dönəmlərdə də İran təsəvvürü xarici gözlərin baxışından yayınmamışdır. Səfəvi hökumətinin zühurundan az öncə, bütöv bir hakimiyyətin olmadığı dönəmdə İrana səfər etmiş səyyah Ambrosio Kontarini (Ambrosio Contarini) yazır:

"Təbrizdən İsfahana 24 gün yol vardır və bu iki şəhərin arasındakı ərazi təmamən İrana aiddir ... iranlılar çox xoş davranışlı və nəzakətlidirlər. Onların rəftarından görünür ki, məsihiləri sevirlər. İranda olduğumuz məddətdə bir dəfə də bizə hörmətsizlik edilmədi. İranlı qadınlar çox uyğun tərzdə geyinir və libas cəhətdən, eləcə də at minməkdə kişiləri üstələyirlər. İranlı qadınlar və kişilərin hamısı gözəl, əndamlı və müsəlmandırlar" (Kontarini, 2002: 153).

Kontarini (1429-1499) Uzun Həsən dövründə İrana səfər etmişdir. Bu elə bir dövrdür ki, müxtəlif türkmən və iranlı xanədanlar İran üzərində kiçik, yerli hakimiyyətlər formalaşdırmış və güclü bir İrandan əsər-əlamət yoxdur. Lakin, o dövrdə də İran bir coğrafiya, cəmiyyət və bəlkə də bir millət məfhumu kimi mövcuddur. Kontarini öz səyahətnaməsinin son bölümündə bir daha Uzun Həsənin sərhədləri barədə yazaraq, mətninin hər bir yerində İran sözünü (ərazi, ölkə) işlədir və bölgəni İran mərkəziyyəti ilə (misal üçün: İranın şimalı, İranın qərbi) vəsf edir .

"Katerno Zeno" (Caterino Zeno) - nun Uzun Həsənin dərbarına dair səyahətnəaməsinin redaktoru Çarlz Qrey (Charles Gray) - in Səfəvilərin gəlişindən əvvəl ölkənin siyasi vəziyyəti və bu hökumətin zühurunun nəticələri barədəki təhlili Səfəvilərin mahiyyətini kifayət qədər bəyan edir. İlk dəfə 1873-cü ildə Avropada çap edilmiş bu səyahətnamənin əvvəlində Çarlz Qrey geniş bir müqəddimə yazmışdır:

"Uzun Həsən və oğlu Yaqubun ölümündən sonra Ağqoyunlu xanədanının hökmdarları arasında baş vermiş daxili müharibələr səbəbindən İran xaosa sürükləndi və sonunda inqilab edərək bu yükün altından çıxdı. Dünya tarixində oxşarı olmayan bir inqilab. Dəyişən təkcə səltənət sülaləsi və hökumət forması yox, hətta İran şahlığı da iranlı olan bir xanədanın içində yenidən doğularaq əcnəbilərin uzun sürmüş istilasının dövrü də sona yetdi. Ən önəmlisi, İranın məzhəb və ayini də tamamilə dəyişdi və bunun nəticəsi kimi, iranlılarla onları əhatələmiş düşmənlərin arasındakı məsafə çoxalaraq, bir miliyyət meydana çıxdı (Zeno, 2002: 204).

Maraqlıdır ki, Qrey Səfəviləri İranı əcnəbi tayfaların idarəçiliyindən xilas etmiş iranlı xanədan kimi təqdim etmişdir. Səvəvilərin hərbi baxımdan Anadolu Qızılbaşlarının gücünə arxalanmsına baxmayaraq, unudulmamalıdır ki, əvvəla: Anadolu cəmiyyətinin əsas hissəsi çox öncədən bölgədə məskunlaşmış iranlı elementindən (mitani, hiti, erməni, kürd və sarı dərili olmayan Ari irqinin digər boyları) təşkil olunurdu və yaxud da keçmiş əsrlərdə məzhəb azadlığı və güvənliyin daha çox olduğu faktorlar kimi müxtəlif səbəblərdən Anadolya köçmuş, indi isə sözü gedən cəmiyyətin dili türk dilinə dəyişmiş və onlar türk qəbilələrlə birlikdə İrana köç edirdi. İkincisi, Səfəvi xənədanının soyu və iranlı olmasında heç bir şübhə belə yoxdur.

Uydurma tarixçiliyin ən insaflı yanaşmasında, Səfəvi hakimiyyəti şah Abbas dönəminə qədər tamamilə türk soylu bir hakimiyyət olmuş. Lakin paytaxtın İsfahana köçürülməsilə iranlı/ fars ünsürlər hakimiyyət strukturuna nüfuz edir yaxud da ki, daha artıq imkan qazanırlar. Bəhram Əmir Əhmədiyan Bakı Respublikasının bu sayaq tarixçiliyi barədə apardığı geniş araşdırmasında bu yanaşmanı da gözdən keçirmişdir (Əmir Əhmədiyan, 2005: 195) Uilson öz kitabında Səfəvi hökumətinin mahiyyəti barədə son təhlil və araşdırmasında yazır: Şah Abbasın hökumətinin dövründə səltənətin kimliyi tamilə iranlı kimliyinə dəyişdi (Uilson, Bita: 45).


* Faruk Sümer və Səfəvilərin türk kimliyi

İstanbul Universitetinin tarix Profesoru Faruk Sümer türk dünyası tarixi üzrə ən ünlü araşdırmacılardan biridir. Lakin bu tədqiqatçının metodologiyasındakı əsas iradı onun tarixə ideolji və siyası yanaşmasıdır ki,  bəzən onun əsərlərini və tədqiqatlarını elmlə ziddiyyət təşkil edən metod və təəssbkeşlik kölgəsinin altına aparır. Onun fars dilinə də tərcümə edilmiş əsərlərindən biri "Səfəvi dövlətinin quruluşunda Anadolu türklərinin rolu" adlanır. Bu kitabın əsas sxemi bir neçə ehtimal üzərində qurulmşdur və yazıçı tarixi məlumatlara və bunların ən əhəmiyyətlisi sayıla bilən İranda Səfəvilərin piyada döyüşçüləri və hərbi gücünü təşkil edən Anadolu Qızılbaş qruplarının mühacirətinə istinad edərək, Səfəvi hökumətini türk hakimiyyəti adlandıraraq İran və Osmanlı arasında olan çəkişməni iki türk xanədanın bir-biri ilə rəqabəti və savaşı kimi yozmağa çalışır. Bir hökumət ki, iranla olan yeganə əlaqəsi coğrafiya baxımındandır və hətta divan, dil və mədəniyyət baxımından belə türk dünyası çərçivəsində tərif edilməlidir. O öz kitabının yekununlaşdırarkən Səfəvi hakimiyyətini mahiyyət etibarı ilə türk qələmə vermişdir ki, iranlı və yerli ünsürlərlə də qarışmış, lakin burada ziddiyyətli olan iki ünsür hər zaman bir-birindən fərqlənmişdir:

"Özünü digər etnik ünsürlərdən üstün bilən və onların arasında ən əsili sayılan Səfəvi türklər, özlərini hakimiyyətin davam etməsinin qarantı kimi hesab edib, türk olduqlarına fəxr edirdilər. Həmin türk ünsürlər bu günə kimi özünün milli mədəniyyətini qorumuşlar. Savadlı [türk] insanlar arasında, o cümlədən Şah İsmayıl kimi türk dilində şeir deyən şəxslərin sayı az deyildir" (Sümer, 1992: 242).

Sümer, xristian anadan doğulmuş (Uzun Həsənin arvadı Despina-nın qızı Marta) Şah İsmayılı türk qələmə verməsinin ardınca mədəniyyətlə marağlanır və Kor oğlu, Əsli və Kərəm, eləcə də Dədə Qurqud kimi nümunələri ehtiva edən şifahi türk ədəbiyyatının yaşamasına kömək göstərməyi Səvəilərin xüsusiyyətlərindən biri kimi təqdim edir. Halbuki, bu iddiaları isbatlayan hər hansına bir tarixi faktı və sənədi təqdim etməyə lüzum görmür. O həmin əsərdəki son iddiasında yazır: "Səfəvi hakimiyyətinin daxili qurumlarındkı məktublaşmalardan başqa. Xarici məktublaşmalarda da türk dilindən istifadə edilirmiş" (öncəki: 243).

Qafqaz baş-ayaq tarixçiliyin böyük qardaşı kimi görünən bu formadakı tarixçilik Səfəvi hökumətinin iranlı kimliyini bütün kəskliyi ilə inkar edir, İran və Osmanlı müharibələrini isə qardaşların arasında getmiş müharibələr adlandırır.

Bu doğrudur ki, Anadolunun qızılbaşları Səfəvilərin əsgəri və hərbi gücünü təşkil edirmiş, lakin bu prosesi divan və mədəniyyət üzrə də ümumiləşdirmək, heç şübhəsiz ki, böyük bir səhvdir. Xüsusilə də Şahnaməyə rəvac verən Səfəviləri səhvən kətbi tarixi olmayan türk ədəbiyyatını inkişaf etdirən sülalə kimi tanımaq, yanlış olardı. Həqiqət belədir ki, iran mədəniyyəti dinamik və canlı bir varlıq kimi bütün xarici ünsürləri özündə dəyişdirirmiş. Bəzi qafqazlı və türkiyəli tarixçilərin dərk edə bilmədiyi budur ki, həmin mexanizm "qaynar qazan "dır ki, ayrı-ayrı ünsürləri bir-birilə qarışdırdıqdan sonra, onlardan müəyyən və vahid mahiyyət yaradır. Səlcuqlar dönəmində türk-altay adları ilə İrana gəlmiş türk əmirlər sonunda qədim iranlı adları ilə ölkədən çıxmışlar. Kirman Səlcuqları (433-583) Turan Şah, İran Şah, Ərslan Şah, Bəharam Şah kimi adlardan, Rum Səlcuqları isə birinci Keyxosrov (588-597), ikinci Keyxosrov (636-643), birinci Keykavus (607-616), birinci Keyqubad (616-634), ikinci Keyqubad, üçüncü Keyxosrov və ... kimi adlardan istifadə edirmiş. Təbii ki, klassik dövrdə ad seçmək təsadüfi ola bilməzdi və şübhəsiz ki, bu rəvaclar uzlaşmanın, İran mədəniyyəti ilə tanışlığın və bu mədəniyyətin Səlcuqlara qalib gəlməsinin məhsulu olmuş və bunun nəticəsi olaraq, onlar fars dilini divan dili kimi seçmişdilər.

Səfəvilərin də mahiyyəti belə olmuşdur. Baxmayaraq ki, onlar hərbi baxımdan qızılbaşların qılıncına əsaslanırdılar, hansı ki, şah Abbas dönəmində ona son qoyuldu, lakin etnik, kimlik və siyasi baxımdan bu sülalədə iranlılıqdan və şiəlikdən (indi birdirlər) başqa bir şey görmək olmaz. Minlərlə qızılbaş əsgərin, lələ və dərbar qızılbaş mirzanın ordu və dərbarda olduqları üçün türk dilinin mövcud olması təbii haldır. Lakin, bu mövcudliq özünü fars dilinə və iranlılığa qarşı görmür. Əlbəttə ki, klassik dövrün fenomenlərini və tarixi-siyasi cərəyanlarını bugünkü nasionalist və bəzən də şovinist meyarlarla qimətləndirmək heç bir yerə aparmayan yoldur. Səfəvilərdən belə gözlənti olmamalıdır ki, bir partiya kimi kəskin surətdə ideoloji rəftar göstərəydi. Baş verənlər isə bu gün bəzi tarixçilərin görmək istəmədikləri proseslərin təbii axarıdır. Şahnamə etnik başqalıqların qarşısında özünün milli kimliyinin əldə edilməsi və qorunması istiqamətində İranın müdafiə ədəbiyyatının cövhəridir. Firdovsinin və Şah ismayılın, hər ikisinin də məqsədi bir olmuşdur, bu isə İranı ehya etmək idi. Firdovsi bu missiyanı nəzəri aləmdə İranşəhr təfəkkürünu inkişaf etdirməklə yerinə yetirdi, İsmayıl isə onu müharibə meydanına qədər irəli apararaq genişləndirdi. Onların hər ikisi də şiə və hər ikisi də İranın müstəqilliyini və iranlı kimliyini tələb edirdi. Səfəvilərin nəzəri və ədəbi vasitlərinin məqsədi də Firdovsinin bu ideasını gerçəkləşdirmək olmuşdur ki, tədricən çayxanalrdan ibarət şəbəkə vasitəsilə ümumi səviyyədə buna rəvac verilərək, nəqqallıq sənəti peyda oldu.

Şah İsmayıl Şahnamə ilə tam ünsiyyətdə qurmuş bir şəxsiyyət olmuşdur. İsmayılın bütün oğlan övladlarının adı aşağıdakı kimi Şahnamədən alınmışdır: Sam Mirza, Bəhmən Mirza, Ərcasb Mirza, Tahmasb Mirza, Bəhram Mirza və qızlarının adı isə Şah Zeynəb müstəsna olmaqla aşağıdakılardan ibarət olmuşdur: Məhin banu, Firəngiz, Pərixan və Xanış xanım.

İranlı araşdırmacılar həmçinin Səfəvi dövründə ad qoyma modeli barədə apardıqları tıdqiqatlarında dörd xüsusi modeli ayrıd etmişlər:

1.    Tamamilə Şahnamə adları, o cümlədən Sam, Rüstəm və Bəhram

2.    Şahnamə-Şiə adları, misal üçün: Rüstəm Əli, Bəhram Əli və Şah Hüseyn

3.    Şahnamə-Türk adları, o cümlədən: Rüstəm Bəy, Rüstəm Paşa, Firidun Xan, Fərhad Ağa, Fərruxzad Bəy, Şahrux Bəy, Şahin Xan, Şahsuvar Bəy, Fərrux Ağa, Xosrov Paşa, Siyavuş Bəy və Rüstəm Bahadır,

4.    Şahnamə-Ərəb adları, o cemlədən: Ədl Şah və Fərrux Sultan (Sərəfrazi, 2013: 299-306).

Bu dörd modeldə Şahnamə sabit dəyişən faktordur və onun Səfəvi dövründəki rəvacının və Hindistandan Anadoluya qədər yayıldığının göstəricisidir. Bundan öncəki bölümlərdə də qeyd edildiyi kimi, Səfəvi şahları qədim İran hökmdarlarının adları və xüsusiyyətləri ilə vəsf olunurdular və görünür ki, bu təmayül və istək Səfəvilərin dövlət xadimlərində də olmuşdur.

Qızılbaşlardan olaması ehtimal edilən Həsən Rumlu, Şah İsmayılın tacqoymasını belə vəsf edir:

Furuzəndeye tac-o təxte kiyan  (Keyani tac-taxtını ışıqlandıran)

Fərazəndeye əxtəre kaviyan     (Kaviyani ulduzunu yüksəldən)

Faruk Sümerin iddia etdiyi kimi əgər Səfəvilər Ələvilərin Anadoludan İrana köçürməklə  Dədələr, Babalar və Qamanlar kimi Orta Asiyanın Şaman və Orhon ənənələrinin yayılması və genişlənməsinə zəmin yaratmış olsaydı (Sümer, 1992: 12), qızılbaş Rumlu bu tarixi anda Şah İsmayılı İran mədəniyyətinə bağlı məfhumlara deyil, şaman təbiblərinə, qamanlarına yaxud ətabəklərinə oxşatmalı idi.

Əhsən-ül təvarix və Tarix-i aləmarayi-Abbasi - də İran adı dəfələr və dəfələrlə siyasi-inzibati, eləcə də ərazi anlamında çəkilmişdir. Türkmən və ələvi mühacirlərdən olan İskəndər bəy Münşi də Şah İsmayılı əsrin Xosrovu və zəmanənin Keyqubadı (İskəndər bəy: 73) adlandlrmışdır.

Daha önəmlisi budur ki, Səfəvilərlə müasir olan Osmanlılar da özlərinə oxşar bir ünsürlə savaşdıqlarını inanmırlar.Osmanlı şahları kimlik baxımdan İran və Osmanlınının  fərqləndiyini düzgün müəyyənləşdirmişlər. Onları qəzəbləndirən isə iranlı hakimiyyətin Anadolunun cəmiyyət resurslarından faydalanması, bu bölgənin ələvilərini İrana evakuasiya etməsi və daha sonra onlardan Osmanlıya qarşı bəhrələnməsi olmuşdur.

Qanuni Sultan Süleyman, Şah Tahmasba ünvanladığı məktubda onu Cəmşidi Xurşid, Davər-i firuz bəxt, Xosrov-i məğfur fər və Şah-i feridun seyr adlandırır (Sərəfrazi, 2013: 303). Süleymanın oğlu Səlim isə Tahmasba yazdığı məktubuna onu Cəmşid nişan, Xorşidi ünvan kəsra, Keyvane eyvane giti, adlandırır və məktubdakı şeri ilə onu belə vəsf edir:

Feridun sətvət-o kavus şövkət  /  Nəriman heybət-o cəmşid fetnət

(Hücumda feridun, əzəmətdə Kavus  /  görkəmi Nəriman, tədbirdə Cəmşid)

Fələk rütbət, xədiv-e tir tədbir  /  Qəmər tələt şod-o Bəhram şəmşir

(Ucalıqda fələk, ox tədbirli şah  /  Ay işığ oldu, Bəhram qılınc)

Digər məktublarında da Feridun fər, Humayun fər, Humayun əsər, Xosrov-i İran, Dara-ye rayət-e Kavus, Kiyasət-e Huşəng fərasət, Cavi-ye məfaxer-e Keyxosrovani, Ravi-ye məsər-e Cəmşid neşani, Firuz bəxt, Manuçehr nijad və Surət-i Keyqubad adlandırmış (Sərəfrazi: 304).

Şah Abbas dönəmində Şahnamə oxumaq yenidən populyarlaşır. Hakimiyyətin Şahnamədən ilhamlanmış İran mədəniyyətinin inkişafı və rəvac etdirilməsi istiqamətində atdığı əvvəlki addımlardan əlavə, çayxanalr Şahnamə oxumağı rəvac verən mərkəzlərə çevrilir. İskəndər bəy Münşi isə Şah Abbasın tacqoyma mərasimində bu şeri oxumuşdur:

Mobarək bovəd bər to tac-e şəhan  /  ke bər tost zibənde təxt-e kiyan

(Sərəfrazi: 305)

(Şahların tac-taxtı sənə mübarıkdir  /  ki, aləmin taxtı sənə yaraşandır)

Pan-türkist tarixçiliyinin povestində qızılbaşların Səfəvi hakimiyyətindəki yeri elə bir formada tərsim edilmişdir sanki, bir tərəfdə Səfəvi şahı ilə qızılbaşlar arasında qarşılıqlı uzlaşma mövcud olmuş, digər tərəfdə isə iranlı ünsürü onların təkmilləşdiricisi kimi tərif edilə bilirmiş. Halbuki, siyasi sahədə iranlılarla qızılbaşlar arasında siyasi rəqabətdən əlavə, ikinci qrup iranlıların vəzifələrinin yüksəlməsinə razı deyildi, lakin burada Səfəvi şahını öz qarşılarında gördülər. Qızılbaşların üstünlük ehtirası Şah Abbas dönəminə qədər davam etdi və sonunda Şah Abbas alternativ kimi Şahsevənlər faktorundan istifadə edərək qızlbaşların gücünü azaltmağa səy göstərdi. Dərbarda vəzirlik vəzifəsinin alternativi sayılan Vəkalət postunu ələ keçirmək istiqamətində qızılbaşların səyləri ləyaqətli iranlı dövlət xadimlərini məhvə sürükləyən faciəli və zəiflədici olur. Vəzirlik postuna yiyələnən ilk şəxs qızılbaş sərdarı olan Hüseyn bəy Şamlı olmuşdur. Lakin 913-cü qəməri ildə Şah İsmayıl onu əzlə edərək, yerinə Rəştli zərgər Əmir Nəcm kimi tanınan Nəcməddin Məsud adlı iranlı şəxsi təyin etdi. İsmayıl eyn zamanda qoşun komandirlərini əzl və təyin etmə səlahiyyətinə malik olan Ali Divan rəhbərliyini də Əmir Nəcmə tapışırdı. Onun bu iki posta təyin edilməsi qızılbaşların artan gücünü azaltmaq məqsədilə Şah İsmayıl tərəfindən atılan addım idi. Əmir Nəcm ondan iki il sonra 915-ci qəməri ildə dünyasını dəyişdi və Şah İsmayıl bu dəfə həmin səlahiyyətlərin ikisini də Əmir Nəcm-i Sani kimi tanınan Yar Əhməd Xozani İsfahani adlı digər bir iranlıya tapışırdı. Lakin bu təyinat da qızılbaş səkərdələrinə ağır gəldi və sonunda 198-ci qəməri ildə Xorasnın şimalında özbəklərlə savaş zamanı qoşuna komandirlik edən Əmir Nəcmi Sanini düşmən qarşısında tək başına buraxdılar ki, özbəklər onu doğrasın. Bu hekayə Xandəmirdən tutmuş Rumluya qədər ilk əl tarixlərdə də təkrarlanıb. Tarix-i Aləmarayi-Şah İsmayıl bu olayı belə şərh edir:

"Bir anda onun başını kəsib nizəyə taxdılar. Əgər qızılbaş əmirləri Əmir Nəzmə [Sani] haqqsızlıq etməsəydilər, Qızılbaşı məğlub etmək özbək qoşunun həddindən xaric idi" (Aləmarayi-Şah İsmayıl: 438).

Şah İsmayıl iranlıları vəkalət postuna mənsub etmək siyasətindən geri çəkilmədi və bu dəfə Şah Hüseyn-i İsfahanini bu vəzifəyə mənsub etdi. Qızılbaşlar bu dəfə də dözmədi və 929-cu qəməri ildə şahlıq axurunun başçısının əlilə onu qətlə yetirdilər. İsmayıl dördüncü dəfə də Cəlaləddin Məhəmməd Təbrizi adlı başqa bir iranlını bu vəzifəyə təyin edir, lakin bir il sonrası dünyasını dəyişir. Bununla belə, qızılbaşlar təbrizli vəzirdən də intiqam almaq üçün onu Div Sultan Rumlunun əlilə diri-diri yandırdılar ki, bu hadisə Şah Tahmasıbın özü yazdığı Şah Tahmasbın Təzkirəsi kitabında şərh edilmişdir.

Venediklilərin də İrana səfərlərindən yazdıqları səyahətnamələri də Səfəvilərin iranlı mahiyyətini əks etdirən işarətlərlə doludur və onun üzərindən elə-belə keçmək olmaz. Bu səyahətnamələrin bəzisi Uzun Həsən (Həsən bəy) Ağqoyunlunun  səltənəti dönəminə qayıdır. Bir hökmdar ki, Trabzonun xristian hökmdarının qızı ilə evləndiyinə görə Qərb dövlətlərinin diqqət mərkəzində idi və bu dövlətlər Osmanlıya qarşı onunla koalisiya qurmağa can atırdılar. Hətta o dövrdə türk dilli Ağqoynluların dərbarına gələn venediklilər belə, iranlı və osmanlı istilahını işlədirmişlər. Angello öz səyahətnaməsində Fırat çayının kənarında Həsən bəyin Osmanlı ilə müharibəsini belə vəsf etmişdir: "İranlılar osmanlıları təqib edib, öldürdülər, əsir götürdülər və Osmanlı qoşununun nizamı pozuldu" (Angello, 2002: 304).

Buna görə də, Səfəvilərdən əvvəlki dönəmdə də Ramiz Mehdiyev və digərlərinin iddialarının əksinə olaraq, Avropalı səyyahların qeydlərində Təbriz İranın mədəniyyət və sivilizasiyasının bir hissəsi kimi dəyərləndirilir. Buna misal olaraq, naməlum tacir Təbrizi İranın tarix və mədəniyyət mərkəzi kimi vəsf edir:

"Sofiyandan keçdikdən sonra böyük və əzəmətli Təbriz şəhərinə çatırıq ki, Əhməni Dara Şahın qərargahı olmuşdur-sonralar İskəndərin əlilə məğlüb edilərək qətlə yetirildi, və daima İran şahlarının taxtının yeri olmuşdur. Sultan Həsən bəy, ondan sonra isə oğlu yaqub burda yaşamışlar. Mənim fikrimcə bu böyük şəhərin əhatəsi iyirmi dürd milə yaxındır və Venedik kimi qala ilə hasarlanmamışdır. Böyük sarayları vardır ki, İrana höküm sürmüş şahların yadigarıdır və burada möhtəşəm evlərin sayı çoxdur" (naməlum Venedikli tacir, 2002: 408). Naməlum venedikli tacir səyahətnaməsinin son səhifəsində İsmayılı bir daha Əhməni Dara ilə qiyaslandırır (öncəki: 440).

Səfəvi dövründə İranda səfərdə olan D'Alessandri adlı daha bir Venedikli səyyah İranın hüdudlarını sadalayaraq, Səfəvi Dövlətini yaxud da Azərbaycan İmperiyasını deyil, İran dövlətinin adını movsuf kimi işlətmişdir və bu da Ramiz Mehdiyev və Faruk Sümer tərəfindən qələmə verilməsinə səy göstərilən mahiyyətin tam əksini göstərir:

"İran şahınaın mülkiyyətində olan ölkə şərqdən Qanq və Sind çayları arasında yerləşən Hindistana, qərbdən İranı Mesopotamiyadan ayıran, indi Diyarbakır adlanan, Babil sərhəddinə qədər uzanan və Fırat çayına qovuşan Diclə çayına... Şirvan, Midiyanın qədim torpaqları, Araz, böyük Ermənistana yaxın, Xorasn, Hərat, Diyarbakır və hazırda xalqın üsyanı səbəbindən orda xaosa höküm sürən Gilandır. İran dövlətinin 52 şəhəri vardır ki, onlardan ən əhəmiyyətlisi bütün məmləkətin paytaxtı olan Təbrizdir. Hələ Qəzvin, Xorasan, Naxçivan, Şamaxı və digər şəhərlərin adını sadalamıram" (D'Alessandri, 2002: 473).

O öz səyahətnaməsini belə başa çatdırır: "Ey Venedik Cümhuriyyətinin şahzadə həzrətləri və ey böyük nəcibzadələr, İran dövlətinin ümuratı barədə, yəni siz alicənablardan ayrılıb İrana getdiyimdən Venedikə qayıtdığıma qədər, iyirmi bir ay müddətində səy və əzmlə müşahidə etdiklərim bunlardı" (öncəki: 479).