tarixdan bir səhifə

Roma Papasının şah Abbasa məktubu

"Ona gərə Adəm evladına qələbə dövlətinin davamı vacibatdandır, xüsusilə də mənim dua edənlərimə ki, lazim bildim öz kilsələrimizdə o nəvvaba (şaha) uzun ömür diləyək. Ümid edirəm ki, ilahi diqqət başınızdan əskiki olmasın. Çünki, onun bəndələrinə şəfəqqəti hədsizdir. Burda olan sizin bəzi insanlarınız səmavi böyüklər kimi isəvilərin yanında izzət və hörmətlə yaşayır və qədimlərdə elm, hikmət və insanlıq müəllimləri olan Yunan hükəması kimi sizin çox dəyərli alimlərinizdən də elm yayılmaqdadır və sizin əzəmət və ədalətinizin şöhrəti Fors şahı Xosrov-un şöhrətini belə kənarada qoydu. Ona görə ki ... qanun kitabına görə Fors şahı Xosrovsunuz"

  1. 5 ay, 1 həftə əvvəl
  2. 0
shah abas
Badkubeh -

Roma Papasının şah Abbasa ünvanladığı və təfərrüatı ilə Tarix-i aləmarayi - Abbasi - də zikr edilən bu cərgədəki ən məşhur məktubların birində belə yazılır: "Firəng dilində olduğu üçün ağzı möhürlü olan bu məktub burada açıldı və Sifahanda olan firənglər farscaya tərcümə etdilər" (İskəndər bəy, 1998: 1803).

Roma Papası çox dostluq xarakterli daşıyan bu məktubunda, həlimlik və ədəb mövqindən çıxış etmişdir: "Firənglərdən soruşuldu, cavab verdilər ki, bizdə təvazökarlıq və ədəb şərtidir belədir ki, böyüklər öz məktublarında xitab etdiyi şəxsi qaib hesab edir və qaib dili ilə danışır ... bu səbəbdən də Pap ədəb şərtinə sadiq qalaraq qaib dili ilə sözünü bəyan etmişdir və firənglər arasında böyüklük şərti belədir" (öncəki).

"Tarix-i aləmarayi – Abbasi" dən göründüyü kimi, Roma Papası bu məktubunda şah Abbası Roma şahından üstün sayaraq, İran şahlarını təqdir edir, eləcə də şah Abbası Fors (Pers) şahı ilə qiyaslayır və çox ehtimal ki, bu ad Perşianın tərcüməsidir. Roma Papası yazır:

"Ona gərə Adəm evladına qələbə dövlətinin davamı vacibatdandır, xüsusilə də mənim dua edənlərimə ki, lazim bildim öz kilsələrimizdə o nəvvaba (şaha) uzun ömür diləyək. Ümid edirəm ki, ilahi diqqət başınızdan əskiki olmasın. Çünki, onun bəndələrinə şəfəqqəti hədsizdir. Burda olan sizin bəzi insanlarınız səmavi böyüklər kimi isəvilərin yanında izzət və hörmətlə yaşayır və qədimlərdə elm, hikmət və insanlıq müəllimləri olan Yunan hükəması kimi sizin çox dəyərli alimlərinizdən də elm yayılmaqdadır və sizin əzəmət və ədalətinizin şöhrəti Fors şahı Xosrov-un şöhrətini belə kənarada qoydu. Ona görə ki ... qanun kitabına görə Fors şahı Xosrovsunuz" (İskəndər bəy: 1801-1802).

İskəndər bəy bu məktubun davamında şah Abbasın ölümünə də toxuaraq yazır: "Şərəfli ömrünün yaşı altmış il idi. Onsəkkiz yaşında "İranın" hökmdarlığına çatdı.Onun səltənətinin müddəti qırx iki il oldu." (İskəndər bəy: 1803).