1918 cinildə OSMANLI imperiyası tərəfindən AZƏRBAYCANIN İŞĞALI

ERMƏNISTANIN dövlətinin YARADILMASINDA ROLU

Bizim tarixçilər Xoyskinin 1918-ci il iyun-sentyabr aylarında Nuri Paşa ilə əlaqədar Rəsulzadəyə göndərdiyi gizli şikayət teleqramlarından heç danışmırlar. Əcaba, nə idi bu şikayətlərin arxasında dayanan səbəb? Səbəb bu idi: Nuru Paşa Xoyski başda olmaqla Azərbaycan Milli Şurasını tanımırdi və hətta Şuranın buraxılmasını tələb edirdi.

  1. 5 ay əvvəl
  2. 0
Badkubeh -

Osmanlı Balkanlardakı məğlubiyyətdən və neftlə zəngin əraziləri (Mesopotamiya, Ərəb yarımadası və s.) itirdikdən sonra bu itkiləri kompensasiya etmək üçün pantürkizm bayrağı altında Qafqazı və Orta Asiyanı, panislamizm bayragı altında da Əfganıstan və Hindistanı işğal etməyi planlaşdırırdı.

Bu işdə onlara müttəfiqləri olan almanlar kömək edirdi. Başqa sözlə, Qafqazın işğal planı 1918-ci ilin fevralında artıq hazır idi. Yəni dəvət edildi-edilmədi Alman-Osmanlı ittifaqı I dünya müharibəsinin gedişində Qafqazı ələ kecirmək planı qurmuşdu. İngilis arxiv materiallarında göstərilir ki, hələ 1918-ci il iyun ayında almanlarla türklər arasında Bakını kim birinci işğal edəcək deyə mübahisə yaranır. Bu mübahisəni müzakirə etmək məqsədilə Ənvər paşa ilə alman ali hərbi nümayəndəsi arasında İstanbulda gizli görüş keçirilir. (Britaniya arxivi, CAB/23/6)

Ancaq Azərbaycanda indi bu işğala "xilas", işğalçılardan birinə isə "qardaş" donu geyindirirlər.

1919-cu ildə M.Rəsulzadə etiraf etməli olmuşdur ki, “Azərbaycanın müstəqilliyi ideyası Osmanlının maraqlarına zidd idi”.

Azərbaycan hökumətinin başçısı kimi Xoyski Əsədəliyev ilə birlikdə W.Thomsonla görüşərkən, Thomsona qurduqları Cümhuriyyətin türklərin əlinə keçməsinə şərait yaradan amillərdən şikayətlənir, türklərin getməsinə hədsiz sevindiyini, Nuru paşaya qəzəbini ifadə edir və “müttəfiqlərin (İngiltərə, ABŞ, Fransa – A.Ə.) gəlişinə kiçik xalqların ümidi” kimi baxdığını söyləyir (Britaniya Arxivi, CAB 45/107).

Bizim tarixçilər  Xoyskinin 1918-ci il iyun-sentyabr aylarında Nuri Paşa ilə əlaqədar Rəsulzadəyə göndərdiyi gizli şikayət teleqramlarından heç danışmırlar. Əcaba, nə idi bu şikayətlərin arxasında dayanan səbəb? Səbəb bu idi: Nuru Paşa Xoyski başda olmaqla Azərbaycan Milli Şurasını tanımırdi və hətta Şuranın buraxılmasını tələb edirdi.

Təsəvvürünüzə gətirin ki, Nuru paşa Gəncəyə gələndə Müsavat nazirlərinin heç birini qəbul etmədi və hökumət nümayəndələri ancaq Nuru paşanın köməkçisi Əhmədbəy Ağayev tərəfindən qəbul edildi. Nuru paşa hətta Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinetində müdafiə naziri vəzifəsinin təsis olunmasına icazə belə vermədi. Əgər siz ilk hökumətin tərkibinə nəzər salsanız, orada hərbi nazirliyin olmadığını görəcəksiniz.

İndi həmin bu Nuru paşanı azərbaycanlılar öz xilaskarları sayırlar.


Biz 15 sentyabr osmanlı- alman işğalından danışarkən hecdə o iddiada deyilikki guya Bakı azad idi osmanlı gəlib işğal etdi. Yox, 1918-ci ilin iyulun 31-dən bolşeviklər Bakı Sovetindən cıxmış və Həştərxan gedərkən yolda ingilislərin əlaltıları tərəfindən həbs edilərək güllələnmişdilər. Osmanlı gələndə faktiki və hüquqi cəhətdən Bakı Sentrokaspi diktaturasının işğalı altındaydı. Osmanlının gəlişiylə sadəcə bir işğalcı postunu digər işğalcıya təhvil verdi və eyni təhvil- təslim 2 ay sonrada oldu, Osmanlı işğalcıları getdi Mudros müqaviləsinə əsasən İngilislər Bakını işğal etdilər. İndi bu işğallara " azadlıq", " istiqlal" donu geyindirməklə saxta millətcilər nəyə nail olmaq istəyirlər ? Sadəcə olaraq azərbaycan xalqı qarşısında cinayətlərini örtbastır etmək istəyirlər. Beləki osmanlı işğal qüvvələri qafqaza daxil olarkən, əvvəlcə daşnaklarla SÖVDƏLƏŞMİŞDİRLƏR. Daşnak komandanlığı müəyyən GÜZƏŞTLƏR qarşılığında osmanlıya qarşı vuruşmamaq öhdəliyi götürmüşdürlər. Bu güzəşt isə Daşnak Ararat respublikasını tanımaq və İrəvanın bu dövlətə paytaxt kimi verilməsindən ibarət idi. Osmanlı bu öhdəlikləri yerinə yetirdi, bədnam Batum müqaviləsiylə azərbaycan torpaqları hesabına 1500 il sonra daşnak dövləti yaratdı və tarixi azərbaycan torpaqları olan İrəvan, Göycə mahalı bütünlüklə ermənilərə verildi. Batum müqaviləsində bu tarixi xəyanətin altında Rəsulzadənin imzası var. Psevdomillətcilər bu xəyanətə bəraət qazandırmaq ücün " Bakının azad edilməsi" haqda nağıl uydurub danışırlar. Amma nağıl şirin olsada yalandır.

Bermeki Mutteqi