Türkiyə Cümhuriyyəti Baş Nazirliyinin arxivindəki sənədlərdən biri

18-ci əsrdə İranın “Gəncə, Şuşa və Qarabağ” xanına yardımı

ki, bu şəhərlər- Şuşa, Gəncə və Qarabağ, İran sərhədlərinin bir hissəsi kimi məvəqqəti olaraq Osmanlı tərəfindən “işqal” məruz qalaraq, o yerlərin xanı Osmanlı tərəfindən təyin edilmişdir. Elə bu əsnada sözügedən bölgə ruslar tərəfindən təhdid edilərək, savaş meydanına çevirilmək ərəfəsində idi. Lakin, bölgənin xanı Osmanlıdan yardım tələb etmək yerinə İrandan yardım istəmiş və İranın ən yaxın əyalətinin valisinə məktub göndərərək, ondan hərbi yardım göndərməyi xahiş etmişdir.

  1. 7 ay, 2 həftə əvvəl
  2. 0
18-ci əsrdə İranın “Gəncə, Şuşa və Qarabağ” xanına yardımı
Badkubeh -

Vəhid Bəhmən: Hazırkı sənəd Osmanlı arxivinin İranla əlaqələr bölməsindən əxz edilmişdir.  Bu sənəd 1787-ci il, yəni 225 il əvvə baş vermiş hadisələrlə - Rus ordusunun Araz çayının şimal sərhədlərinin müsəlman torpaqlarının bəzi hissələrinə hücumu ilə, əlaqədardır. Söhbət o torpaqlardan gedir ki, həmin dönəmdə Zənd hökumətinin idarəçilik sisteminin pozulması ucbatından Osmanlı İmperiyası tərəfindən işqal edilmidir. O torpaqlar ki, yalnız 1918-ci ildən bəri “Azərbaycan” adlanır.

Belə ki, bu şəhərlər- Şuşa, Gəncə və Qarabağ, İran sərhədlərinin bir hissəsi kimi məvəqqəti olaraq Osmanlı tərəfindən “işqal” məruz qalaraq, o yerlərin xanı Osmanlı tərəfindən təyin edilmişdir. Elə bu əsnada sözügedən bölgə ruslar tərəfindən təhdid edilərək, savaş meydanına çevirilmək ərəfəsində idi. Lakin, bölgənin xanı Osmanlıdan yardım tələb etmək yerinə İrandan yardım istəmiş və İranın ən yaxın əyalətinin valisinə məktub göndərərək, ondan hərbi yardım göndərməyi xahiş etmişdir.

Sözügedən sənəddə aşağıda qeyd edilən çox əhəmiyyətli məqamlar öz əksini tapmışdır:

1-    “Şuşa, Gəncə və Qarabağın” xanı “İbrahim Xəlil Xanın” yazdığı bu məktubun mətnində Rus ordusunun hücumunun formasını şərh etmişdir. Daha çox önəmli hesab edilən məqam budur ki, “İbrahim Xəlil Xan” nədənsə İranın Azərbaycan əyalətinin valisindən yardım istəyir və bu iranlı vali isə həmin bölgələrin Osmanlı işqalı altında olmasına baxmayaraq, ruslara qarşı vuruşmaq üçün yardım etməyə və hərbi güc göndərməyə razılıq verərək, Rus ordusunun məğlub edilməsi və geri çəkilməsinə səbəb olmuşdur.

2-    Şuşanın, Gəncənin və Qarabağın ayrı-ayrı coğrafi bölgələr kimi adlandırması da digər əhəmiyyətli məqamdır ki, həmin məktubda öz əksini tapmışdır. Belə ki, İbrahim Xəlil Xan bu məktubda özünü Şuşa, Gəncə və Qarabağın xanı kimi təqdim edərək, Rus ordusunun bu bölgələrə hücumunu şərh etmişdir. Bu məktubda da ondan əvvəlki dönəmlərdə olduğu kimi yenə də Araz çayının şimal sərhədlərini göstərmək üçün “Azərbaycan” adından istifadə edilməmiş və yalnız Arazın çayının cənub hissəsinə Azərbaycan deyilir.

Bu sənədin orginalını görmək və araşdırmaq üçün İranla Osmanlı əlaqələrinə dair Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı dövlət arxivinin internet saytının Osmanlı bölməsinə baş vura bilərsiniz.      



reader's comments

Loading...