Türkiyənin dəstək təklifi sonuncu Qacar şahı tərəfindən rədd edilmişdir:

“Mən sizin türkcənizi anlamıram”

Rüşdü Aras isə Əhməd şahın belə rəftar nümayiş etdirməsindən təəccüblənmiş və müzakirənin türk dilində yaxşı getdiyi halda, Əhməd şah kimi fransız dilində yaxşı danışdığından, Müstafa Kamalın bu təkilfini fransız dilində izah etməyə məcbur qalmışdır

  1. 3 ay, 3 həftə əvvəl
  2. 0
Əhəməd şah
Badkubeh -

Əfşin Cəfərzadə: Qacar sülaləsinin sonuncu şahıı kimi Əhəməd şahın hakimiyyətdə olduğu son illərindəki siyasi rəftarları İran tarixinin önəmli fəsillərindən olaraq, müxtəlif prizmalardan dəyərləndirilməlidir.
Hələ də aydınlaşdırılmamış məsələlərdən biri, əsasını onun iqtidarda qalmaq istiqamətində göstərdiyi səylər, eləcə də Müstafa Kamal Paşanın (sonralar: Atatürk) Qacar hökumətinin uçuruma doğru getdiyini hiss edərək bu sülalənin türkdilli olmasından dolayı Əhməd şahın hakimiyyətini qorumaq məqsədilə özünün Avropadakı şəxsi nümayəndəsi və Xarici İşlər Naziri “Tofiq Rüşdü Aras”ı Əhməd şahın yanına gönədərmək  və ona Ankaraya getməyi və daha sonra Türkiyənin bir hərbi qüvvəsinin müşayiətilə Tehrana dönüb hakimiyyətini möhkəmləndirməyi təklif etməsini təşkil edən yazılardır.   
Baxmayaraq ki, bəzi müasir tarixçilər, o cümlədən Hüseyn Məkki, öz yazılarında bu görüşə toxunmuşlar, lakin bu görüş barədə ilk dəfə məlumat verən şəxs, İranın Türkiyədə o vaxtkı səfiri “Ənuşirəvan Sepəhbodi” olmuşdur ki, öz xatirələırələrində Müstafa Kamal Paşanın təklifinin detallarını vurğulamışdır və bu xəbərin mənbəi kimi Tofiq Rüşdü Arası göstərmişdir. Sepəhbodinin 1940-cı ildən 1944-cü illər arasında Ankarada  olduğu zaman, Tofia Rüşdü Aras ilə yaxın dostluq əlaqələri  yaranmışdır. Sepəhbodi elə həmin dönəmlərdə ( 1942-ci ildə) Arasla keçirdiyi görüşləri və onun söhbətlərini məktub  şəklində yazmışdır. Sözügedən məktub bir neçə vaxt əvvəl aşkara çıxarılmış və Türkiyə tarixçilərinin marağına səbəb olmuşdur. Tofiq Rüşdü Arasın sözlərindən belə çıxır ki, bu görüş Türkiyəli heyətin neçə günlük göstərdiyi səylərin ardınca Müstafa Kamalın nümayəndəsi kimi onunla Əhməd şahın arasında və başqa neçə nəfərin də iştirakı ilə düzənlənmişdir və Rüşdü həmin görüşdə Müstafa Kamal Paşanın salamlarını çatdıraraq, Əhməd şaha Türkiyə və Ankara vasitəsi ilə təcili surətdə İrana qayıtmağı və hətta Türk ordusunun bu yolda onu müşayiət etməsini təklif etmişdir ki, bu zaman türkcə danışan Əhməd şah rəftarını qəflətən dəyişərək, “ mən sizin türkcənizi anlamıram” deyə bildirmişdir.
Rüşdü Aras isə Əhməd şahın belə rəftar nümayiş etdirməsindən təəccüblənmiş və müzakirənin türk dilində yaxşı getdiyi halda, Əhməd şah kimi fransız dilində yaxşı danışdığından,  Müstafa Kamalın bu təkilfini fransız dilində izah etməyə məcbur qalmışdır. Sepəhbodi və Rüşdünün rəvayətinə görə, Əhməd şah elə burada salamını qazi Müstafa Kamala çatdırarmış və həmin təklifi açıqca rədd edərək, vurğulamışdır: “Bizim xanədanımızda əcnəbi bir ordunun dəstəyi ilə ölkəyə daxil olmaq ənənəsi yoxdur”.
Burada Qacar dövlətinin saqit olmasından 38 il sonra Ənuşirəvan Sepəhbodinin sözügedən məktubu eynilə təqdim edilir.

QACARLAR permanent link

***

Ənuşirəvan Sepəhbodinin sənəd və məktubunun mətni:
“Genevrədə mənimlə dostluq əlaqəsi qurmuş və Atattürk dönəmində uzun illər buyu Türkiyə Xarici İşlər Naziri vəzifəsini daşımış Tofiq Rüşdü Bəy yaxşı və istiqanlı bir insan idi.
Genevrədə Millətlər Təkilatında neçə il (1932) bir-birimizlə əməkdaşlıq etmişdik. İranın böyük elçisi kimi Ankarada fəaliyyətə başladıqdan sonra(1942), bu tanışlıq və dostluğumuzdan illər keçirdi. O zaman heç bir vəzifəsi yox idi, Atatürk də artıq həyatda deyildi. Bir gün səfirliyə gəldi və onun Xarici İşlər Naziri olduğu dönəmlə əlaqədar söhbətimizin gedişində, onun Əhməd şahla münasibəti və Atatürkün İran şahına mesajından da söz açıldı.
Onun sözlərini qısaltmadan qələmə alıram- o qeyd etdi ki, Atatürk Qacar sülaləsinin türksoylu olduğu səbəbindən, Əhməd şahın işlərinə xələl gəlməməsini və onun səltənətinin davamlı qalmasını çox istəyirdi. Əhməd şah o zaman firəngistanda(Avropada) idi.  Ona (Atatürkə) mesaj göndərdim ki, gedim Əhməd şahla görüşüm və təklif edim ki, işlər pozulmadan İrana qayıtsın- Parisə yola düşdüm və o vaxt Nis şəhərində yerləşmiş Əhməd şaha telqram çəkdim ki, Atatürkdən onun ünvanına acil mesajım var. Əhməd cavab verdi ki, neçə gündən sonra Lausanne şəhərinə gedəcək və orada mənimlə görüşmək üçün gözləyəcəkdir. Qeyd edilən gün Lausanne şəhərinə getdim və orada Əhməd şah mənzili olduğu Lausanne Plazadada məni qəbul etdi. Vəd edilmiş gün Parisə gəlmiş Ərfəüddövlə və İranın Parisdəki vəzir-i muxtarı Əmu Kohənin də  iştirakı ilə görüşümüz baş tutdu- bütün müzakirələrimiz türk dilində keçirilirdi və görüş iştirakçılarının hər altısı da bir türk kimi türkcə danışdığından, dedim ki, Atatürkün sizə salamı var və çox arzu edir ki, Əlahəzrət tezliklə İrana qayıtsınlar, zira belə təsəvvür edir ki, Əlahəzrətin Firəngistandakı həddən artıq qalması və oradakı ( İran) bügünkü mövcud vəziyyət çətinliyə səbəb ola bilər.
Əhməd şah isə belə cavab verdi ki, “Mən özüm də tezliklə qayıtmağı düşünürəm”.  Bildirdim ki, Atatürk çox istərdi ki, Əlahəzrət Ankara yolu ilə İrana qayıtsınlar- “çox yaxşı” dedi. Söhbətin bu yerə çatığı zaman əlavə etdim: “Atatürk, Tehrana qədər Əlahəzrətin müşayiət edilməsi və oradakı səltənətə qarşı çıxanları işdən uzaqlaşdırılması istiqamətində bir qoşun korpusunu da göndərməyə hazırdır və vəziyyət normallaşdıqda sonra, Əlahəzrət onu müşayiət edən qoşunun vəzifəsinə xitam versin”.                       
Bu zaman Əhməd şahın sifəti dəyişdi və dedi ki, “sizin türkcənizi başa düçmürəm”. O ana qədər bütün söhbətlərimizin türkcə yaxşı irəli getdiyi halda, yuxarıda qeyd etdiyim sözü təcili olaraq fransız dilində təkara etmək məcburiyyətində qaldım- Əhməd şah hirslənib dedi: “ Atatürkə deyin ki, İran şahı heç vaxt əcnəbi qoşunu ilə öz ölkəsinə qayıtmayacaqdır”. Söhbəti tez dayandırdım, o da otaqdan çıxdı.
Rüşdü burada əlavə etdi ki, Əhməd şahın bu cavabı və kəskin imtinasından sonra, Atatürk özünün məşhur bəyannaməsini Rza xanın xeyrinə qəbu etmişdir”. 

ksmecmua source: