Səfəvilərin Rəsmi dili nəydi

əfəviləri iranlı olmayan hakimiyyət kimi göstərmək yönündə son illər ərzində ideologiya və siyasət təsiri altına düşmüş tarixçilər tərəfindən yeni səylər göstərilmişdir ki, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri və tarixçi Ramiz Mehdiyevin baxışlarını, əsərlərini göstərmək olar.

  1. 4 ay əvvəl
  2. 0
isfahan
Badkubeh -

Səfəvi şahlığının müsadirə edilməsi də Qafqazın baş-ayaq tarixçiliyinin məqsədlərindəndir.Səfəvilərələ bağlı əsas iddia bir neçə sadə ilkin fərziyyədə bəyan edilmişdir, Səfəvilər Azərbaycandan (Ərdəbildən) qalxmışlar, onların paytaxtı Təbriz olmuşdur, onlar böyük bir türk imperiya və ilk dəfə olaraq vahid Azərbaycan dövlətini qurmuşlar ki, türk dili onun dövlət dili, İran isə o dövlətin mülkiyyətindəki ərazilərdən olmuşdur.

Hazırkı “ İlham bir prezidentin siması” kitabının Səfəvilər haqqında önəmli iddiası bu dəfə də Bakıdakı dövlət və etnik tarixçiliyinin baxışından başqa deyildir:

“ İsmayıl 1501-cil ildə gücünü artıraraq, şimal və cənubda Azərbaycan diyarının hər yerini özünə tabe etdərək Təbriz paytaxt olamaqla mərkəzi və birləşmiş Səfəvi hakimiyyətini qurdu və Azərbaycan türkcəsini rəsmiləşdirdi”( Wilson, 42).

Səfəviləri iranlı olmayan hakimiyyət kimi göstərmək yönündə son illər ərzində ideologiya və siyasət təsiri altına düşmüş tarixçilər tərəfindən yeni səylər göstərilmişdir ki, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri və tarixçi Ramiz Mehdiyevin baxışlarını, əsərlərini göstərmək olar. Türk dilinin Səfəvi dövlətinin rəsmi dili olmasına dair iddia əsassızdır və hökumət fərmanlarını araşdırmaqla bunu asanlıqla aydınlaşdırmaq mümkündür.

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu illərdir ki, Səfəvi şahların Şəki və Şirvan xanlıqlarındakı məmurlara xitabən aşağıdakı siyahıdakı kimi Fars dilində verdikləri fərmanları saxlayır:  

-    Şəki bölgəsinə dair şah Tahmasbın fərmanı, qeydiyyat nömrəsi: h-7/8925, fərmanların əvvəlində yazılan bu məşhur cümlə ilə ki,“ Fərmane Homayun şod anke”  başlanır.

-    Şəki kəndlərindən olan Kiş ,Novxu və Şəkrəndin tapışırılmasına dair II şah Abbasın fərmanı, qeydiyyat nömrəsi:  h-23/5427, fərmanın başlanğıcında “Hokme cəhan məta şod anke” məşhur cümlə yazılmışdır.

Və AMEA-da, eləcə də nadir hallarda Britaniya və Gürcüstan muzeylərində saxlanılan bir neçə başqa sənəd mövcuddur və ən azından onların toplusu sənədli şəkildə və surəti ilə birlikdə ruscadan farscaya tərcümə edilərək İrandakı “ Diplomatiya tarixi Sənədlərinin Mərkəzi” tərəfindən “ Azərbaycan Respublikasından fars dilində 40 sənəd” adı ilə çap edilmişdir.

Belə düşünülməməlidir ki, fars dilindən istifadə birtərəfli proses olmuşdur. Rəiyyət tərəfindən yazılmış və mövcud olan bəzi məktub və ərizələr sübut edir ki, Səfəvi dövlətinin tabeliyindəki Qafqaziya xalqı da öz məktublarını fars dilində yazaraq divana göndərirmişlər. Nümunə kimi orginal nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasında mövcud olan Şəki rəiyyətləri tərəfindən II şah Abbasa xitabən yazılan ərizədir. Bu məktub belə başlanır: “ Ərze daşt şah, kəmtərin, doaguyan ruaya-e əlkae Şəki, bezure ərz miresanənd ke, imarət-e Pənah Abbasqulu xan Hakeme Şəki qışlaqi ke molke İrane fəqiran əst be cəmaəte ətrafi be ecare dade qışlaqbaşiye an ra xod təsərrof minəmayəd (Mənaf oğlu, 2007: 71) tərcüməsi: “Şəki kəndlərinin sizi dua edən rəiyyətləri bildirir ki, Şəkinin hakimi Pənah Abbasqulu xan İranın kasıblarının olan qışlaqı ətraf camaatına icarəyə verib və onun icarə haqqını özünə götürür”.

Bu məktublara da kifayətlənməmək, tədqiq məqamənda xalqın mədəniyyətini və dil ənənəsini araşdırmaq olar. əlbəttə ki, bu metod tarixin ideoloji təsəvvürlərə uyğunlaşdırmasından daha etibarlı və dayanaqlıdır. Misal olaraq, Osmanlı Sultan Səlimin Çaldırandakı qələbəsindən sonra Təbrizlilərə yazdığı məktub barədə tərəddüd etmək olar. Sultan Səlim Çaldıranı fəth etdikdən sonra Təbriz əhalisinə “Təbriz əyanına məktub”, “Təbriz sakinlərinə təskinləşdirici məktub” və “ Əhməd paşanın Təbrizə vali təyin edilməsinə dair Təbrizlilərə məktub” adı ilə üç məktub yazmışdır. Bu məktubların hər üçü də fars dilində yazılmışdır. Bu sual ortaya çıxır ki, əgər o dövrün Təbriz və Azərbaycan əhalisi türk dilli olmuşlarsa, onda türk dilli Osmanlı sultanı hansı səbəbdən məğlub edilmiş türk dilli əhaliyə fars dilində məktub ünvanlamışdır. Misal üçün, Təbriz əyanına yazdığı məktubda deyir: “ Bilsinlər ki, məlunların başçısı və şeytanların qoşununun komandiri olan dinsiz İsmayıl çərşənbə günü rəcəbül-mücərrəb ayının əvvəlində günortadan sonra çaldıran çölündə bizim dəmir geyimli cəngavər əsgərlərimizə qarşı savaşa çıxdı və faydasız səylər göstərdi. Sonunda fəth və qələbə əsintisi...” (Nəvai, 1968: 186).

Əbd-ül Hüseyn Nəvai Şah İsmayıl Səfəvinin tarixi sənədlər və məktublarını toplalayaraq bu üç məktubu İstanbulda çap edilmiş Firidun bəyinin Münşəat adlı əsərindən köçürməklə, o dövrün mədəniyyəti və dili barədə məlumat əldə etməyimizə böyük kömək etmişdir və həmin dövr barədə maraqlananlar və tədqiqatçılar üçün uyğun mənbə sayıla bilər. Münşəat-üssəlatin Osmanlı sultanlarının 1880 məktubunu əks etdirən məcmuədir ki, Firidun bəy tərəfindən toplanmışdır. O Sultan Səlimin İstanbuldan Çaldırana qoşun çəkməsini və 920-ci qəməri ilin şəvval ayında Təbrizə daxil olmasını təfərrüatı ilə şərh etmişdir( Qəffari Fərd, 2001: 17).  Bakının da tarixçilərini marağlandıran Səfəvi dövlətçilik ənənələrinin araşdırılması, bu dövlətin iranlı köklü olmasını aydınlaşdırmaq üçün yaxşı göstəricilərdəndir. Eləcə də İlham bir prezidentin siması adlı kitab da etiraf edir ki, IIŞah Abbasın hakimiyyəti dövründə səltənət tamamilə iranlı kimliyinə qovuşmuşdur(Uilso: 44).     




reader's comments

Loading...