Səfəvilərin Rəsmi dili nəydi

Fars dili Səfəvi dönəmində milli kimliyin əsası olmuşdur

  1. 3 ay əvvəl
  2. 0
safavi
Badkubeh -

DR.H.Gudərzi: Teori çərçivə fəsilində də qeyd edildiyi ki, bütün fikir sahibləri yayqın, ümumi və hər kəs tərəfindən başadüşülən bir dilin olmasını bir millət üçün zəruri hesab etmişlər. etnik kimliklər də çox vaxt hallarda, eyn dialektdən və dildənsir, lakin millətr və milli kimlik sərhəddinə çatdıqda, onlar üçün də özəl şərtlər və xüsusiyyətlərə malik olan rəsmi bir dil olması inkaredilməz zərurətə çevrilir. Dünyada azsayılı ölkədə iki dövlət dili və yaxud da birinci və ikinci dövlət dilin olmasına baxmayaraq, ümumi götürdukdə,  bir millətin dominasntlıq təşkil edən göstəricisi, onun vahid milli dilə malik olmasıdır. əslində XX əsrin dəyişiklikləri ilə meydana çıxmış millətlərin çoxu, xüsusilə də müasir nasionalizimdən təsirlənmiş millətlər,  birinci və ikinci dünya müharibələrinin ardınca, məcburi olaraq azlıq təşkil edən dil- çox vaxt hakim qrup, misal üçün yeni yaranmış ölkə kimi Pakistanda pəncab dili   yaxud da yerli bir dili- misal üçün Çexslavakiya Respublikasında Çexiya dili, assimilasiya siyasəti yürüdərək, milli dil kimi yetirmiş və xalqa aşılamışlar. Bu işin yerinə yetirilməsinin səbəbi isə ondan ibarətdir ki, sosial, siyasi və mədəni əlaqələrin səviyyəsi, eləcə də milli zərurətlər, milli birliyin səviyyəsininin yüksəlməsi istiqamətində bir ölkədə yayqın və ümumi bir dilin olmasını zərurətə çevirir.

Beləliklə, fikir sahiblərinin əksəriyyəti, milli kimliyin əsasları arasında dili ən əhəmiyyətli ısas kimi hesab edir. ona görə ki, insan qruplarının bir-biri ilə əlaqə yaratmasına imkan verən sosial fenomen sayıldığı ilə yanaşı, bir milləti öz tarxi keçmişi ilə əlaqələndirən amildir ki, mədəni irsi də özündə ehtiva edir.

Bu fəaliyyətlərin toplusu bir milli kimliyin yaradılmasında xüsusi əhəmiyyətə malikdir. Buna görə, xüsusilə də tarixi olan millətlərdə dil, birləşdirici və oxşarlıq taradan faktor olması ilə yanaşı, sosial əlaqələrin sadələşdirilməsi sahəsində də əcadadların birgə kimliyini hazırkı və gələcək nəsillərə bağlayan faktor hesab edilir. Buna misal olaraq, İranlılar İslam dininin ilk əsrlərində özünün ana dilini qorumaq və əvvəlki tarix və mədəniyyət sahəsindəki olayları bu dildə qeyd etməklə, özünün tarix zəncirinin itmiş halqalarını öz etnik dilinin davam etdirilməsi ilə kamilləşdirmişlər.

Bu fəsildə aşağıdakı süala cavab verməyə çalışacağıq ki, Səfəvi dönəmində fars dilində təkəllüm edənlərin sayısına görə, təhsil, şeir və digər məktub sənədlərin dili olması baxımından cəmiyyətdə dəb olmuş və əcəba müxtəlif təbəqə və qruplardan ibarət iranlılar bu fenomeni kütləvi şəkildə milli sərmayə kimi tanıyıb, ona ürəkdən rəğbət bəsləmişlərmi?

Müasir və tarixə dayanan millətlərdə, milli dil

Yuxarıdakı qısa müqəddimədən tarixi olan millətlərlə modernizm və müasir nasionalizm atmosferindən önə çıxmış millətlərin arasında daha bir fərqi göremək mümkündür. Bu baxımdan, müasir millətləşmə prosesinin bir hissəsi milli bir dilin bir dövlətin-millətin  bütün vətəndaşları üçün məcburi olaraq yaradılmasından ibarətdir ki, milli xüsusiyyətlərə malik bir millət formalaşa bilsin. Bu istiqamətdə, hakim elita bəzən bir yerli dialekt və dili dirçəldmək və ona qol-qanad verməklə, bəzən də əcnəbi bir dilə meyillənmək və onu yerliləşdirməklə milli bir dilə nail olur. Bu prosesi, hakim və siyasi elita tərəfindən qısaca deyilsə “milli dilin yaradılması” hesab etmək olar. Belə bir dil istehsalı prosesinin əksinə olaraq, özünü uzun müddətli inkişaf və kamilləşmə dövründə özünə məxsus dil və dialektlərdən də istifadə etmiş olan tarixdən gələn millətlərdə, mədəni, siyasi və tarixi hərəktlərində, çox vaxt bir dil hər millətin tərəfindən kütləvi surətdə qəbul edilmişdir. Bu səbəbdən də, tarixdən gələn millətləri özündə ehtiva edən dövlətlərdə milli dil fenomeni hakimiyyət tərəfindən istehsal edilərək yaxarı qaldırılmayıb və tarixi keçmişə malik olaraq, onu təkəllüm edənlərin mədəniyyətinə dərindən nüfuz etmiş və bu dilə qarşı tarixi və atifi cəhətdən bağlılıq mövcuddur, baxmayaraq ki, tarix boyu onun inkişafı və zənginləşməsinə hakimiyyətlər yardım etmiş ola bilər. Hətta bəzən də, hakimiyyət və siyasi elitanın tələb və mövqeinin əksinə olaraq, həmin dil millətin müxtəlif təbəqələri arasında müntəzəm surətdə davam etdirilmişdir. Necə ki, İrandakı hakimiyyətlərin təziq1lərinə rəğmən, bəzi dönəmlərdə fars dili və iranlı dil və diyalektlərin toplusu, iranlı mütəkəllimlənə dərindən nüfuz etdiyinə və İran və İslam mədəniyyəti ilə uyqunbluğunəticəsində, mərhum Zərrinkubun təbirincə, möcüzəli şəkildə ayaqda qalmışlar.

2-    Fars dili, Səfəvilərin hakimiyyətə gəlişinə qədərki İslam dönəmində

Bu fəsilin birinci hissəsində qısa şəkildə qeyd edildiyi kimi iranlıların müstəqil və əhatəli bir hökuməti, eləcə də özünə məxsus milli kimliyi olmadığı bir dönəmdə fars dili etnik kimliyin əsaslarından biri kimi ayaq üstə qalmış, hətta qədim İran ilə müasir dövr İranı arasında mədəni və tarix əlaqəni qoruyan faktora çevrildi. Müsəlman ərəblərin gəlişi, öz təlimlərini Quran və ərəb dilində təqdim edən İslam dininin rəvacı, xilafətin dərbarında və ona bağlı hakimiyyətləri tərəfindən ərəb dilinin dövlət dili kimi qəbul edilməsi, ərəb dilinin məktəblərdə və ümumi təlim sistemində rəvac verilməsi, o zamanlarda “Dəri” yaxud da “Dəri farscası” adlanan fars dilinin aradan getmə qorxusunu ikiqat artırırdı. Bununla belə, iranlılar öz yerli dilini qoruyub saxlamaqla yanaşı, qısa bir zamanda bu dili İslam dininin ikinci dilinə çevirdilər. O qədər ki, İslam peyqəmbəri Hz. Məhəmməd(s)-ə mənsub edilən bir hədisə rəvac verildi ki, deyir: “ Kəlam (lisan) əhl-i cənnət əl-ərəbiyyə summə əl-farsiyə əldəriyyə” (sakit, 1384/ 2005: 204). Yəni: Cənnət əhlinin dili ərəbdir sonra “dəri fars”casıdır.

Bundan əlavə, deyilənlərə görə, Salman-i farsi peyqəmbərdən izin alməşdı ki, iranlılar ərəb dilini öyrənənə qədər namazı fars dilində qılsınlar və özü isə həmd surəsini onlar üçün fars dilində yazmışdı. Buna əsaslanaraq, özü iranlı olan imam Əbu Hənifə namazın farsca qılınmasını halal edən fətva da vermiş və məzhəbləri əsasən hənəfi olan Mavəraünnəhr ( Transoksiana) əhalisi arasında fars dili o qədər raix olmuşdur ki, təxminən h.110 ilində bir ərəbdilli təıbliğatçı fars dilini bilmədiyi ucbatından heç bir iş görə bilməyib və o bölgəni tərk etmək məcburiyyətində qalır (öncəki: 191-195).

 Eyn zamanda, İslamın ilk əsrlərindən Quran mətninin fars dilinə tərcüməsi və təfsir edilməsi rəvac tapmışdır. Belə ki, İsfərayini (h. 475-ci ildə) deyir: Salamn-i Farsi Hz. Məhəmməd Müstafadan -səllallah əleyhi vəsəlləmdən, Əmr istədi ki, Quranı öz qövmü üçün fars dilində yazsın. Ona bir əmr verdi. Demişlər ki, o, Quranı yazaraq, onun farscasını onun aşağısında yazdı ( öncəki: 191).

Fars dilinə rəvac verən dini mətnlərinin fars dilində yazılmasından əlavə, iranlılar öz qədim tarixini iki dil olaraq, fars və ərəb dillərində yazmaqla, özünün keçmiş tarix və mədəniyyət irsini ehya etmiş oldular.

İranlıların milli kimlik sənədi kimi vurğulanan və islamöncəsi dönəmlərə aid ilk yazılardan hesab edilən, şahlar və pəhləvanların nəsəb və sülaləsini və qədim İranın əxlaqi dəyərləri və dini ayinlərinə dair məlumatları özündə ehtiva edən “Xoday Nameha” müsəlman əmirləri tərəfindən də maraqla qarşılanmışdı ( Bəhrami, 2003:21). Bundan əlavə, İranın mifik padişahları və pəhləvanlarının tarixini özündə ehtiva edən “Tacnamək”, “Şahnamək” və “Seyrülmüluk-ul əcəm” İbn-i Müqəffəin səyləri ilə toplanaraq, ərəb dilinə tərcümə edilmişdir.    

Ümumiyyətlə, iranlı tarixçilər iki qrup qismində- ərəbcə yazanlar və farsca yazanlar, kitablarının ısas hissəsini qədim İrana ayırmışlar. Lakin, Gərdizi, Bələmi və Beyhəqi kimi yazıçılar, eləcə də Sistan tarixinin və Buxara tarixinin fars dilində yazıçıları farts dilində çox səlis və təqdirə layiq formada yazmışlar ki, bu da fars dilinin zaman içində qarşıya çıxan kiçik və böyük olayların qarşısında dayanıqlı qalacağı və inkişafa doğru gedəcəyinin qaranquşu idi.  

Sözügedən həmin iki qrup ilə yanaşı, iranlı tarixçilərindən ibarət digər qrup İran şəhərlərinin yerli tarixini fars dilində yazmışlar ki, bu da fars dilinin bumu və onun ərazisinin, tarixinin və mədəniyyətinin təqdim edilməsində önəmli rol oynamışdır. O cümlədən: Sistan tarixi, Buxara tarixi, Qum tarixi, Behəqi tarixi, Təbəristan tarixi, Ruyan və Mazandaran tarixi və Deyləmistan trixini göstərmək olar (Bəhrami: 1382/ 2003: 38).

Fars dili və İranın qədim tarixinin yenidən canlandırılması uğrundakı hərəkatın digər bir bölümü Şahnamə yazmaqdan ibarət olmuşdur. Zərrinkubun “İranın kimlik sənədi” kimi təqdim edən Firdovsinin böyük Şahnamə əsəri ilə mükəmməllik zirvəsinə çatan Şahnamə yazmaq ənənəsi uzunsürən və intesiv proses olmuşdur.    

əslində, həmin dönəmdə və ondan daha əvvəldən İslam dininin ilk əsrlərinin İranı, özünün sarsılmış və nisbətən də unudulmuş kimliyini yenidən qazanırdı. Elə bu kimliyi ibham qaranlığından çıxardaraq hiss edilən şüur dərəcəsinə çatdıran Firdovsi Şahnaməsi də həmin dövrdə yarandı.  

Bu kimliyin Samanilər dönəmində axtarışı,  Buxarada Bələmi tarixini, Tusda isə Əbu Mənsuri Şahnaməsini meydana çıxarmışdır. Elə bu əsasda da Məsudi Mərvəzi “Müzdəvəcə” əsərini nəzmə gətirməyə yönlənmiş və Dəqiqi Gəştasbnamə və Zərdüştün zühurunun hekayəsi olan nəzm əsərlərini xəlq etməyə başladı ki, bununla o dönəmin farsdilli insanlarında milli şüurun oyanışına vasitə olsun. Bu axtarışın son mərhələsi Firdovsinin əzəmətli mifinin sona yetməsi ilə yerinə yetirilmiş oldu. İranın kimlik sənədi olan bu əsər olayların intensivliyinə rəğmən bu duyğunu tamamilə itirməyən o dönəmin Transoksiana və Xorasan kəndçilərinin idealarının əks sədası idi. Kəndlilər İslam dönəmi Sasani dövrünün nəcibzadə feodallarından qalan təbəqə idi ki, İslamın ilk əsrlərində hələdə öz dönəminin Xorasan və Transoksiana bölgələrində cəmiyyətin yuxarı təbəqələrində yer alırdı( Zərrinkub, 1375/1996: 123).

Hər halda, İslam dönəmində iranlı kimliyi fars dilinin sağlamlığı sayəsində yenidən canlanmış oldu. Şahrux Məskubun fikrincə, iranlılar öz milli kimliyini fars dilinin sayəsində və ona sığınaraq qoruya bilmişlər. o, başqa bir yerdə də deyir:

“Dil, təfəkkürün maddəsidir. Təfəkkür dildə cismaniləşərək, təcəssüm edilir və formalaşır... və pərakəndə xalq dilin vasitəsi ilə bir-birinin duyğularından xəbər tutur və “duyqudaşlıq” tapər və bunun nəticəsində də orqanik bir kolleksiyaya çevrilir... millətləşir. Dil isə [bu məqsəd üçün] ən gözəl vasitədir, lakin yeganə vasitə də deyildir.

Bu səbəbdən də, fars dili və iranlı olan digər dillər və dialektlər İran dillərinin anası sayılan və üç dövra-qədim, orta və müasir, aid ən qədim məktub mətnlərə malik olan bu dil (fars dili) Islam dönəmində İranın müstəqil və milli hakimiyyətə çatmasına qədər, iranlıların etnik kimliyinin əsaslarından biri olmuş və başqa bir təbirlə, İslamöncəsi və İslamsonrası dönəmlərdə onun ən əsas əlaqələndirici elementi olmuşdur.

Fars dili Səfəvi dönəmiçndə

Səfəvi dönəmində fars dili barədə və daha ümumi götürdükdə, fars dili və ədəbiyyatının o dönəmdə hansı səviyyədə dəyərləndiyi barədə bir çox fikir ayrılığı vardır. Əsas yanaşma isə fars dili və ədəbiyyatının bu dönəmdə bir növ durqunluq və zəiflədiyini əks etdirən hesabata yönəlmişdir. Rocer Seyvori(Roger Savory) bu yanaşma barədə bəhs edərək, onun əsas səbəbini Eduard Braunın İran Ədəbiyyat Tarixi kolleksiyası əsərində pessimist yanaşmasında və bu yanaşmanın digər fikir sahiblərinə sıçramasında görür. Braunın Səfəvi dönəmində İranda heç bir böyük şairin ərsəyə gəlmədiyini önəmli faktor kimi dəyərləndirərək, bu məsələni məktublaşma yolu ilə Mirzə Məhəmmədxan Qəzvini ilə müzakirəyə çıxardı. Qəzvini isə cavabında yazır: “Heç şübhəsiz ki, fars ədəbiyyatı və şeiri səfəvi dönəmində çox aşağı səviyyəyə düşmüşdür və hətta bu dönəmdə bir nəfər bir nömrəli şair də ərsəyə gəlməmişdir”. Qəzvini bu tənəzzülün səbəbini ilk növbədə İrandakı məzhəb vəhdətində görür. Onun fikrincə, şiə məzhəbinin yayılması, fars şeiri və dilinin qidalandığı üç mənbə kimi, ədəbiyyat, şeir və təsəvvüfə qarşı idi. Səfəvilərin xanəgahlara arxa çevirməsi, hətta onları dağıdaraq, yerinə isə böyük olmalarına baxmayaraq, çox quru, təəssüblü və mütəkəllif olan fəqihlərə üstünlük verməsi də fars dili və ədıbiyyatının bu dönəmdə durqunluğa məruz qalmasının səbəblərindən bir olmuşdur. Onun fikrincə, fars dili və şairlərinin şahların, xüsusilə də Şah Tahmasbın tərəfindən dəstəklənməməsi də şairlərin Hindistana və Teymurilərin dərbarına köç etməsinə gətirib çıxaran amillərdəndir.

Belə şairlərin sayı o qədər çox olmuşdur ki, fars şeirində Hind səbki adlanan mükəmməl bir şeir səbki formalaşmışdır. Seyvori qeyd edir: “ Baunun yarqılamsının ümumi və əhatəli olmasına baxmayaraq, Qəzvini bu yarqılamanı genuişləndirərək, Səfəvi dönəmini başdan ayağa elmin, şeirin, irfanın və fəlsəfənin həyatı mümkün olmayan mədəniyyət xarabalığı hesab etmişdir” (Seyvori, 1998: 3-202).

Rzaquluxan Hidayət və Məliküşşüəra Bahar da Səfəvi dönəmi fars dili və ədəbiyyatını tənqid edənlərin sırasındadırlar. Qacar dönəminin fikir sahiblərindən olmuş Lütfəlixan Azərbəydili deyir: “ türkməniyyə və Səfəvi dönəmində pis tərzlər əyan oldu... və qəzəldə hər hansı bir qaydanın olmadığından, səhv təmayülləri və əyri səliqələri ilə istədikləri kimi sərsəm söyləməyə və boşboğazlığa başladılar” (öncəki: 206).  

Səfəvi dönəmində fars şeiri və ədəbiyyatının müasir tənqidçiləri ümumiyyətlə bucür fikir sahiblərinin təsiri altına düşərək, fikir bildirmişlər və bu isə o qdər irəli getmişdir ki, davamlı olaraq kölgəli mənfi baxışların irəli sürülməsi ağırlıq etmişdir.  Səfəvi dönəminin müasirlərindən olmuş “Engelbert Kaempfer” də Səfəvi dərbarında türk dilinin rəvacı və fars dilinin tənəzzülə uğramasından təəssüflənərək, qeyd edir:

“ İran dərbarındakı rayic dil, Səfəvi sülaləsinin ana dili olan türk dilidir ki, bu dil ölkənin ümüm vətəndaş dili ilə fərqlidir. Türk dili dərbardan böyük və hörmətli şəxsiyyətlərin evinə də sıçramışdır və sonunda buna gətirib çıxarmışdır ki, şahın mərhəmətindən faydalanmaq istəyən hər bir şəxs bu dildə danışır. Bugün iş o yerə çatıbdır ki, türk dilini bilməmək özünə görə çəkisi olan şəxslər üçün ardır. Digər tərəfdən isə, fars dili o qədər də yaxşı səslənmir, əvəzində daha çətin, lətif və icə dildir və geniş lüğət toplusu ilə zəngindir. Bu dil ərəb lüğətlərini borc almaqla, özünün mümkün çatışmazlıqlarını ən gözəl şəkildə cübran edə bilər. bu səbəbdən də, fars dili şeir və şairlik üçün, eləcə də incə və sənətə dair mövzular barədə, eyn zamanda dəqiq və incəliyi olan elm və fəlsəfə mövzuları ətrafında mübahisə aparmaq üçün həddindən artıq uyğun bir dildir. Hindistan şahının İran şahı ilə kəskin düçmən olmasına baxmayaraq, fars dili öz zənginliyi və incəliyi səbəbindən bu dil uzun zamanlardan bəri Dehlidəki moğol sultanlarının dərbarında rəsmi dil kimi tanınsın. Ərəb və Hindistan əmirlərinin qərargahından tutmuş Qanq çayı, hətta Siyama qədər elə insalarla raslaşdım ki, həyatını fars dilində səhvə yol vermədən gündəlik tələbatını təmin edirdi. Beləliklə də, mənə aydın olur ki, İran daxilində dövlət ricalı tərəfindən aşağılanan nəsnə İrandan xaricdə sayqı ilə qarşılasnırf”(Kaempfer, 1350/1971: 167).

Belə yanaşmaların olmasına baxmayaraq, bəzi fikir sahibləri başqa cür düşünür. Ehsan Yarşatir “Səfəvi dönəminin ədəbiyyatı; İnkişaf yaxud tənəzzül” məqaləsində tutlan iradların çoxunu cavablandırmışdır. Seyvori də bu məqalə və digər mənbələrdən istifadə edərək, yuxarıda qeyd edilən yanaşmaları təınqid etmişdir. Belələiklə də, Səfəvi dönəmində fars dili və ədəbiyyatının tənqidçilərinin fikirlənə baxanda, görürük ki, irəli sürülmüş olan tənqidlər, bəzən möhkəm əsaslar və istidlallar üzərində qurulmamışdır.

Misal olaraq, Səfəvi dönəminin ədəbiyyatını əsassız hesab edən Rzaquluxan Hidayətin fikrincə, Səlcuqlardan sonrakı dönəmdə Hafizdən istisna olmaqla, İrtanda hər hansı diqqətə layiq əsər xəlq edilməmişdir.  Bununla belə, Məliküşşüəra Baharın fikrincə, Fətəli Şah dövrü Sultan mahmud Qəznəvi dönəmində olduğu kimi İran şerinin parlaq dövrüdür (öncəki: 207). Bucür biryönümlü fikirlərin irəli sürülməsi araşdırmacının tərəfsizliyini böyük ölçüdə zədələyərək, siyasi və özünə məxsus dəyərlər əsasında yarqılamaları üzə çıxarır. Bu yazının davamında Səfəvi dönəmində milli kimliyin əsası kimi fars dilinin yerini vurqulamğa davam edərək, bəhslərin gedişində yuxarıda qeyd edilən tənqidləri də cavablandıracağıq.    

Fars dili,  Səfəvi dönəmində milli kimliyin bir elementi kimi

Yuxarıda qeyd edildiyi kimi, milli adında fenomen haqqında danışanda, onun əsas xüsusiyyəti, cəmiyyətin əksəriyyətinin bu fenomenin özünə aid olmasından xəbərdar olması və ona rəğbət bəsləməsi və bağlılıq hissi keçirməsidir.  

Misal üçün, Səfəni dönəmində ərəblər, türklər yaxud da Hindistan səmtindən İrana daxil olan səyyah iranın ilk şəhər yaxud qəsəbəsinə çatdıqda, həmin bölgənin sakinləri ilə qeyri İran bəlgələrin sakinləri arasında müəyyən fərqlərin olduğunu dərk etmişdir. Buranın sakinlərinin İranlı olduğuna dair fikir isə, elə həmin fərqlərin  gördükdə formalaşırdı.

Bunların sırasında, özünə məxsus davranıç və ənənələr, libas və geyim forması, iranlı bir siyasi hakimiyyətin bayrağı və hərbi və hökumətaid xüsusi simvollar, çox güman ki, dəri və saçın rıngi və üz quruluşu kimi fiziki fərqlərdir və ən bariz fərq isə o bölgənin insanları arasında rayic olan dil və dialektdən və bunun qeyri iran bölgələrdəki dialekt və dil ilə fərqli olmasından ibarət olmuşdur.

Bununla belə, dil kimi bir fenomen o zaman milli hesab edilir ki, bir ölkənin sakinlərinin əksəriyyəti o dil ilə tanış ola və o dilə bağlığı ilə yanaşı ona qarşı sədaqət göstərə. Bu səbəbdən də, Səfəvi dönəmidə İran cəmiyyətinin ümum təbəqlərinin fars dil ilə tanış olduğu və onu özünün milli sərvəti və irsi bilib, bu dilə bağlılığı oldu halda, fars dilini iranlıların Səfəvi dönəmində milli kimliyinin elementlərindən hesab etmək olar.

Elə buradan da Səfəvi şahları və Səfəvi hakimiyətinin rəsmi aparatının fars dili və ədəbiyyatına qayğı göstərib-göstərmədiyi ilə (tənqidçilərin baxışının doğru olduğunu fərz etsək), fars dilinin o dönəmdə milli dil olması məsələsi arasında ayırıcı bir nöqtə yaranmış olur. Bu zəmində, siyasət və hökumətin baxışının nədən ibarət olmasına baxmayaraq, görəsən fars dili digər strukturlarda və cəmiyyətin müxtəlif təbəqələri arasında da rayic olmuşdurmu? Buna görə də, fars dili kütləvi şəkildə dəb olmuşsa, onda bu bir milli və kütləvi fenomen olmuşdur və milli kimliyin əsası hesab edilir. Əks təqdirdə, fars dilinin o dönəmdə milli kimliyin elementi kimi hesab edilə bilməz. Digər tərəfdən, əgər təlim dili, rəsmi intizam məktublarının, xalqın digər təbəqələrinin, eləcə də cəmiyyətin əksəriyyətinin dili müxtəlif dillərdən ibarət olmuşdursa və kütləvi müəyyən bir dili ümumi bir dil kimi göstərmək olmasa, bu bir millətin formalaşmasının əsaslarından birinin olmaması deməkdir və ona görə də Səfəvi dönəmində İran milləti barədə danışmaq olmaz.

Qeyd edildiyi kimi, fars dili İranın müstəqil hakimiyyəti olmadığı İslam dönəmin bütün dövrlərində yayqın və milli dil olaraq, iranlıların kimliyinin bir hissəsi kimi ayaqda qalmış və iranlıların bir-birinə oxşarlığını və qeyri iranlıdan ayrıd edilməsini mümkün edən elementlərdən biri kimi hesab edilird və İranlılar bu dilin əsasında öz yazılı irsini, şeirlərini və şifahi irsini bu dildə yaratmışlar. Səfəvi dönəmində bu dilin talei necə olmuşdur? Görəsən hələ də İran əhalisinin tərəfindən bu dilə ümumi şəkildə diqqət və təmayül göstərilirmiş? Cəmiyyətin sturukturlarından biri kimi Səfəvi hökumətinin bu dilə hansı formada meyil göstərmişdir? Bu süallların Səfəvi dönəminə aid mənbələrdən araşdırılması, bu fəsildə təqdim edilən məsələnin cavabı olacaqdır.           

Fars dilinin rəvac verilməsini və əhatəsini xalqın ümumi danışığı,hakimiyyətə aid sənədləri və məktublaşmalar, əsnafın sənədləri və məktublaşmaları, xalqın yazışma dili, təlim strukturunun dili, şeirlərin və digər kitabların dili olması konteksindən araşdırıb və sonunda məsələni dəyərləndirməyə başlayacağıq.

Ümumi danışıq dili

 İran xalqlarının hamısının İslam dönəmindən öncədən iranlı dillərdə danışdığına heç bir şübhə yoxdur. Bu fəsilin əvvəlində şərh edilən həmin dillər, hazırda da bugünkü İranın  sərhədlərindən kənar geniş bir coğrafiyanı əhatə edir ki, bu bizim açdığımız mövzunun əhatəsində deyildir. Eləcə də, İranlı dillərin hər birisinin dialektləri və müxtəlif dərəcəli ləhcələri vardır ki, bir dilə bağlı olan halqalar hesab edilir.

Buna görə də buradakı sphbətin mövzuisu bu deyil ki, o dönəm İrandakı dillər və dialektlər iranlı yaxud da qeyri iranlı olmuşlar. Söhbət bundan gedir ki, min illərlə iranlı dillərin ən əhatəlisi, qədim keçmişi olan, ən zəngin kətbi irsə malik və  daha çox mütəkəllimi olan fars dili, o dönəmdə kütlə içində o qədər dəb və yayqın olmuşdumu ki, iranlıların milli kimliyinin bir hissəsi hesab edilə bilsin? Heç şübhəsiz ki, bu məsələni araşdırmaq üçün ilk növbədə Səfəvi dönəminə aid mənbələrə. əsərlərə baxilmalıdır.  

Səfəvilər dönəmində İrana səfər etmiş Pietro Dellavale fars dilinin dövlət dili kimi dəb olması barədə gördüklərini belə şərh edir:

“Fars dili dövlətin əsas dilidir və xalq və qruplar ona çox bağlıdırlar. Fars dilinə ölkənin əsas dili kimi xalq tərəfindən o qədər hörmət bəsənir və o qədər ona təəssüb göstərilir ki,  təkcə bütün məktublarda və maraqlı kitablarda və xüsusən şeir divanlarında deyil, hətta bütün müqavilələrdə və rəsmi yazılarda və şahın verdiyi əmr və hökmlərdən tutmuş dövlət və hakimiyyət üçün əhəmiyyətli məsələlərdə fars dilindən istifadə edirlər (Pietro Dellavale, 1380/ 2001: 522).      

   Qərb səyahətnamə yazanlardan biri və Almaniya səfirlik heətinin üzvü Adam Olearius olmuşdur ki, hicri 1056-cı ildə (1636-cı ildə) Səfəvi Şah Süleyman dönəmində İrana səfər edərək, altı il sürən çox çətin və zəhmətli səyahət əsnasında bu ölkənin xüsusiyyətlərini, vəziyyətini şərh etmişdir. Oleariusun səyahətnaməsi 1654-cü ildə onun həyatda olduğu zaman Almaniyada çap edilmişdir. O, İranda gördüklərini şərh etdiyi zaman, iranlıların danışdığı dilə də toxunaraq, qeyd edir: “ iranlıların fars dili vardır ki, bu da onların özünə məxsus elə bir dildir ki, ərəb və Alman dillərinə daha yaxın və türk dilindən dha uzaqdır;

“İranlıların özünə məxsus dili vaedır ki, ərəb dilinə daha çox, türk dilinə isə daha az yaxındır. Fars dilində bir çox lüğət vardır ki, eyni ilə yaxud da biraz Alman dilindəkilərə oxşardır. Sanki bu dildən əxz edilmişdir. O cümlədən, bəradər(qardaş), doxtər (qız), bərbər, ləb ( dodaq) və... bugün iranlılar çalışırlar ki, özünün ana dili ilə yanaşı türk dilində də danışsınlar, xüsusilə də o əyalətlərdə ki, türklər ələ keçirib və yiyələnmişdilər”(Olearius, 1363/ 1984: 303).

  Olearius o dönəmin İranında şeirin rəvac verilməsi çox əhəmiyyət kəsb etdiyini vurğulayaraq, yazır: “ bu cəhətdən heç millət onlara çata bilməz”. Şairlər hər yerdə vardır. Onlar özünün marağlı və düşüncəli şeirlərini hər yerdə özü ilə daşıyır,  hətta onun hamısını əzbərləmişlər və tanınmış insanların ziyafətlərində, meydanlarda və meyxanalarda da digər insanlara oxuyur və bu yolla gündəlik tələbatlarını təmin edirlər (ömcəki: 307).

Olearius Alman səfirləri heyətinin İranın birinci sərhədyanı şəhərinə -Şamaxı, girişini şərh edərkən, onları qarşılayan qruplardan, sedat eəbəqəsindən də söz açır ki, onları fars dilində qarşılayan digər iranlıların əksinə olaraq, türk dilində onlara “xoş gəlmişsiniz” demişlər. Onlar fars dilindədeyil, türk dilində danışmağa üstünlük vermişlər (Olearius, 1363/ 1984: 55).

“Krus Diruk Wan” isə “XVII əsrdə İranın vəziyyətinin Təhlili” adlı kitabında qey edir ki, Əbhərdən Hindistana qədər təxminən hər yerdə fars dili birbaşa danışılır:

“Əbhərdən Hindistana qədər təxminən hər yerdə fars dilində birbaşa danışırlar və bu da az-çox demək olar ki, xalis və doğru fars dilinin mərkəzi kimi Şirazdan nə qədər uzaq ya da yaxın olması ilə bağlıdır”( Krovis, 1380/2001: 187).

Kaempfer də öz yaddaşlarında Səfəvi dərbarının ana dilinin türk olduğunu vurğulayaraq, bu dili İran əhalisinin adi dili olan fars dilindən fərqli hesab edərək, fars dilinin insanlar arasında yayılması və dəb olması barədə qeyd edir:  Ərəb və Hindistan əmirlərinin qərargahından tutmuş Qanq çayı, hətta Siyama qədər elə insalarla raslaşdım ki, həyatını fars dilində səhvə yol vermədən gündəlik tələbatını təmin edirdi”(Kaempfer, 1350/1971: 167).

Risalələr Divanı və rəsmi sənədlərin yazılı dili

Səfəvi Dövlətinin ikinci şəxsi sayılan vəziri əzəmin (Etimadüddövlə) əmrində ki idarələrdən olan Risalələr Divanı hakimiyyətə aid kətbi sənəd və aktları diqqətdə saxlayır və daxili və xarici məktublaşmaları yerinə yetirirdi. Səfəvi dönəminin  Risalələr Divanına aid mövcud olan və bu divan tərəfindən verilmiş bütün sənəd və əsərlərə baxdıqda məlum olur ki, üz otuz illik Səfəvi dönəmində şahların, hakimlərin və valilərin daxili və xarici sahədəki bütün məktubları və göndərdikləri fars dilində yazılmışdır. Eyn zamanda, həmin dönəmdə İrandan əlavə, Hindistan və ətraf şəhərləri, mavəraünnəhrə( transoksiyana) hökumət edən tatarların, eləcə də Osmanlının geniş bir dövründə də şahların məktub dili Fars dilindən ibarət olmuşdur.              

Bu baxımdan da, türk dilində məktub yazmaq, xitab edilən şəxsin bir növ alçadıkması demək idi. Belə ki, İskəndərbəy Münşi Şeybani padişahı Əbdülmömin xanın birinci Şah Əbbasa göndərdiyi məktubu “ türek dilində ədəbsiz yazı” kimi adlandırır və turanlı şahı tərəfindən İran şahının alçaldıması hesab edir... ( İskəndərbəy Münşi, 1376/ 1987: 706).

Buna görədə, Səfəvi şahlarının danışıq dilinin onların ana dili olan azəri türkcəsində olmasına baxmayaraq, sənədlər və rəsmi məktublaşmaları dövlətin əsas dili olan fars dilində yazırmışlar.

Fars dilində yazılmış divan məktubları və intizam risalələrindən əlavə, adi insanların da məktub sənədələri, o cümlədən şikayətləri, əmlak sənədləri, şəcərənamə, soy nisbətləri və bu günə gəlib çatan bu kimi digər kətbi sənədləri də bütövlüklə İranın hər bir şəhərində fars dilində yazılmışdır. Bundan əlavə, rəsmi təlim və savadlanmanın yeganə yeri sayılan məktəblərd tədrisin fars dilində keçirildiyi səbəbindən də, fars dilində yazmaqdan başqa imkan da olmamışdır.  

təhsil sistemi və rəsmi məktəblərin dili

Olearius İranın şəhərlərində müşahidə etdiklərini sayaraq, ölkənin hər yerində məktəblərin geniş surətdə çoxalmasını qeyd etmişdir (Plearius 1363/ 1984: 69). O deyir ki, cəmiyyətin hansı təbəqəsinə mənsub olmasına baxmayaraq, yazıb-oxumaq bilməyən iranlıların sayı azdır ( öncəki: 301).

O, İran məktəblərinin tədris proqramını, Quran qiraəti, eləcə də Sədinin Bustan və Gülüstanı və Hafizin şeirlərini öyrənməkdən ibarət olduğunu bildirərək, qeyd edir ki, bunlarla yanaşı, müəllim yaxud molla şagirdlərə fars əlifbasını və yazmağı öyrədir. Oleariusun fikrincə, Sədi və Hafiz kimi şairlərin əsərlərinin o dönəmin təhsil sisteminə daxil edilməsinin səbəbi, onların Fars əyalətindən olduğu səbəbindən, əsil fars dilinə diqqət yetirməsindən irəli gəlir;      

Bu iki yazıçı şair, sanki fars dilinin ən yetərli və ən incə formsında öz əsərlərini xəlq etmişlər. ona görə ki, onlar Pers Polisi olan Şirazdan qalxmışlar və o diyarın dilini öz ana dili kimi tanıyırlar (öncəki: 302).

Olearius, Quran və daha başqa üç kitabdan – Hafizin divanı və Sədinin Bustan və Gülüstan kitabları, əlavə şiə imamların həyatı və şəhadətinin hekayəsini də iranlıların öyrəndiyi ümumi kitablardan hesab edir. o qeyd etmişdir ki, əhali sözügedən ümumi dərsləri keçdikdən sonra, çox vaxt peşə dalınca gedir və bəziləri isə məktəbdə təhsilinə davam edərək, elmi dərəcələrə çatır yaxud da yazıçı olurlar. Marağlısı burasındadır ki, Oleariusun müşahidələri İranın birinci səhədyanı şəhəri olan Şamaxıya aiddir ki, o diyarın əhalisinin yerli dili isə azəri türkcəsi olmuşdur.

əslində bu məsələ təkidlə vurqulanmalıdır ki, iranlılar hər bölgədə özünə məxsus ayrı ayrı dialektlər və ləhcələrdə danışır, lakin təhsil ocaqları və məktəbxanalardakı təhsil sistemimim dcili fars dili olmuşdur. Bu səbəbdən də mollalar və alimlər təhsili başa vurduqdan sonra yalnız fars dilində yazıb-oxuya bilirdi. Dini mətnlər isə ətəb dilində yazılıb və oxunurdu. Baxmayaraq ki, Səfəvilərin hakimiyyətə gəlişindən sonra, dini mətnlərin fars dilinə tərcüməsinin zərurəti daha da dəb olmuşdur ki, bu da İranın farsdilli əhalisinin bu elmlərlə tanış olmaq ehtiyacından qaynaqlanırdı və Səfəvi şahları isə, şiə məzhəbinə aid mətnlərin tərcümə edilməsinə xüsusi diqqət sərgiləyirdi.

şiə ədəbiyyatı və onun dini irsləri Səfəvi dönəminə qədərki dövrlərdə ərəb dilində yazılmışdı. Səfəvilərin hakimiyyətə gəlişi və şiə məzhəbinin rəsmi məzhəb kimi elan edilməsi ilə, şiə məzhəbinə aid mətnlərin fars dilinə çevirmə zərurəti də yeni hakimiyyətin mədəniyyət sahəsində apardığı işlərin başında durdu. Belə bir məqsəd uğrunda, bir neçə yeni əsərin fars dilində yazılmasından əlavə, şiənin dini mətnlərinin çoxu da tərcümə edilmişdir. Səfəvi şahları bu sahədə xüsusi mədəni siyasəti yürüdürdü və rəsmi olaraq, şiə alimlərindən şiə məzhəbinin yazılı irslərinin tərcümə edilməsini tələb etdilər. Əlbəttə, şiə alimlərinin rolu mədəniyyət sahəsində xət verməkdən və yol güstərməkdən ibarət olmuşdur.  Şah Tahmasbın şiə məzhəbinin gücləndirilməsi istiqamətində atdığı addımlara misal olaraq, ərəb dilində olan şiə mətnlərinin bir çoxusunun fars dilinə tərcümə edilməsi yönündə fərmanı idi. əlbəttə, bu hərəkət sonralar daha da ciddiləşməsinə baxmayaraq, Şah Tahmasb dönəmindən start götürmüşdür. İmamların (ə) şərhi halı olan ərəb dilindəki əhəmiyyətli yazıların bəzisi şiə məzhəbini gücləndirmək məqsədilə Şah Tahmasbın əmri ilə tərcümə edilmişdir (Çəlongər,1385/2006:269).

Üst-üstə demək olar ki, Səfəvi dönəminin məktəblərini bitirənlərin hamısı Quran qiraətini öyrənərək, fars dilində yazışmaq, Şahnəmə, şeir və məzhəbi mətnləri oxumaq, eləcə də insanlar arasında məktub və rayic qəbalələri ( mülkiyyət səndlərini) yazmağa duyulan normal tələbatı yerinə yetirə bilirdi.   

Şeir və ədəbiyyat dili

Səfəvi dönəmində şeir və şairlik bazarı bumlu olmuşdur. Bununla belə, bəzi fikir sahibləri belə düşünür ki, o dönəmdə şeirin səviyyəsi bazar təbəqələri, əsnaf və peşə sahibləri səviyyəsinə düşmüşdür. Buna rəğmən, Hindi səbk kimi tanınan amma daha doğrusu Səfəvi səbki adlandırılmalı olan şeirin formalaşması, həmin dönəmdə şeir və şairliyin yüksələn templə inkişaf etdiyinə dəlalət edir.

 Həmin dönəmin məşhur şairləri də çox vaxt Hindistandakı Teymurilərin dərbarına baş vuraraq, o diyarın imtiyazlarından faydalanmışlar. Bu köç o qədər dəb olmuş ki, Molla Əbdürrəzzaq Lahici deyir:

Həbəza Hind Kəbeyi hacat ,  xassə yarani afiyətci ra

Nə xoşdur diləklərin kəbəsi Hindistan , sağlıq axtaran dostlara xüsusilə Hərke şod Müstətie fəzl-u hünər , rəftən-i Hind vacibəst u ra

Kim olubsa fəzilət və  sənətə qadir , Hində səfər etmək ona vacibdir

Bu dönəmin digər bir şairi isə  deyir:

Həmço əzmi səfəri Hind ke bər hər deli həst

                                            Şovqe didar to dər hiç deli nist ke nist

Hində səfər əzmi hər kəsin könlündə olduğu kimi

                     Səninlə görüşün həyəcanı heç bir könüldə deyil ki deyil

İranda yayıqın və qalıcı olmuş bu dönəmin şeir kitabları bütövlüklə fars dilində yazılmışdır ki, o cümlədən Saib Təbrizi, Kəlim Kaşanə, Möhtəşəm Kaşani, Həzin Lahici və sayı onlarla  olan bu kimi kitabları sadalamaq olar.

Bu dönəmin digər elmi kitabları da iki dildə, fars və ərəb dillərində, təlif edilmişdir. Özəl olaraq dini və islam elmləri mədrəsələri üçün yazılmış əsərlər, ərəb dilindədir və xalqın ümumiyyətlə məzhəbi və digər təbəqələrinin istifadəsi üçün hazırlanmış əsərlər isə fars dilində yazılmışdır.    

İskəndər bəy Münşi, Şah tahmasbın vəfatından sonra İran xalqının müxtəlif təbəqələrini sayaraq, on təbəqənin  olduğunu vurğulamışdır. O cümlədən, yeddinci təbəqədən onuncu təbəqəyə qədər xəttatlar, rəssamlar,şairlər, nəzm deyənlər, musiqi əhli və xanəndələri (İskəndərbəy Münşi, 1387/2008: 272) qeyd edir. Bu kateqoriya özü Səfəvi dönəmindəki şairlər və sənət xadimlərinin çoxluğuna dəlalət edir. Eyn zamanda, Səfəvi dönəmi şairlərinin özünə məxsus geyim və libasları olmuşdur ki, bu da həmin təbəqənin o dönəmdə geniş bir təbəqə olduğunu göstərir.                     

İskəndərbəy birinci Şah Tahmasb dönəminin xəbərlərini qeyd edərkən, vurğulayır:  

O dövr ali orduda və məmalik-i məhrusədə sözə nəzm və bəzək və söz bəzəyi ilə sözə məna bəxş edən hörmətli şairlər təbəqəsindən olan təmsilçilər sayısız-hesabsızıdı(öncəki: 204).

  İskəndər bəy sözünün davamında, Şah Tahmasbın bu qrupdan üz çevirməsinə toxunaraq, qeyd edir:

“ Həyatının son günlərində ki, əmr-i be məruf və nəhyi əz münkər sahəsində çox irat edirdi, bu hörmətli təbəqəni özünü çox sərbəst aparan hesab etdiyi, salih və müttəqi bilmədiyi üçün, onlara diqqət yetirmirdi və qitə və qəsidə söyləməklərinə də imlan vermirdi” ( öncəki: 205 və Rumlu, 1357/ 1978: 323).

Zərrinkub isə Şah Tahmasbın şairlərə araxa çevirməsinin səbəbini onun xəsisliyi ilə izah edir (Zərrinkub, 1357/ 1978: 47).

Deyilənlərə görə və Həsən Rumlunun da vurğuladığı kimi, Şah Tahmasbın fikri sərhədlərdən yana asudələşəndən sonra, ondörd il hərbçilərə də müaş vermədi. Onun mühasibatçısı olmuş Sahib Şərəfnamə Əmirşərəf əddin Bidlisi də qeyd edir: Şah Tahmasb ömrünün sonunda dəftərləri saymaqda həddən artıq diqqət və ifrata varırdı və səhərdən axşamadək hesab-kitabla mə.qul olurdu.

Bu faktların hamısı bu şahın xəsisliyini göstərir, lakin bununla belə, Tahmasb özü rəssamlıq sənətindən bilirdi və boş vaxtlarını rəssamlıqla məşqul olurmuş, belə ki, Səfəvi dönəminin mənbələrinin vurğuladığlna görə, rəssamlıq sənətinin bumu onun dönəmində artmışdı.  

Səfəvi şahları arasında yalnız Şah Tahmasb barədə belə bir hesabat verilmişdir, lakin müxaliflər Səfəvi tarixindən bu hissəni şişirtməklə, onu düzgün olmayaraq ümumiləşdirmişlər. Sevori ( Savory) Şah Tahmasbın şairlərə müaş verilməsində xəsisliyi barədə deyilənləri inkar edərək, şajın məzhəbi şeirlər qarşılığında bağışladıqlareından nümünələr göstərərək, əsas səbəbi şahın günahlardan tövbə etməsində bilir və belə bir baxışın – fars şeir və ədəbiyyatının Səfəvi dönəmində tənəzzülə uğramasının, ümumiləşməsinin səbəbini Eduard Braun fikirlərində görür ( seyvori, 1378/ 1999: 201).

Bundan əlavə, Səfəvi xanədanının əksər hallarda şairlik ruhu olmuşdur, necəki, birinci Şah İsmayıl özü güclü bir şair olmuş və iki dildə, fars və türk dillərində, şeirlər söyləyərək Xətayi təxəllüsünu götürmüşdür.  Şah İsmayılın şeiri Fəxr-i Herəvi, Şah İsmayılın oğlu Sam Mirzə, İskəndərbəy Münşi və Səfəvi dönəminin digər şairləri tərəfindən təqdir edilmişdir. O cümlədən, Şahi İsmayılın fars dilinə əhatəli olması və güclü şair olduğunu göstəricisi kimi hafizin məşhur qəzəlinə söylədiyi müxəmməs aşağıdakı kimi təqdim edilir:

 To an qoli ke xərb-e to ql-ozarənd

Sən o gülsən ki sənə heyran olan gülçörədirlər

Əsir-e bənde to şəhsəvaranənd

Sənin kəməndinin halqasına əsir olan şahlardır

Be bənd-o damət ço mən, hezaranənd

Bəndinə, tələnə giriftar olan mən kimi minlər var

                                                 Ğolam-e nərgese məste to tacdaranənd

                                              Sənin sərxoş nərgizinin qul,u tacdarlardır

                                                 Xərab-e badeyi ləle to huşyaranənd

                                                Dodağının bədəsinin xərabı isə ayıqlardır

To ba kereşme vo naz-o geda be əcz-o niyaz

 Sən ətvarilə və naz ilə, dilənmçi isə acizlik və niyaz ilə

Konun ke sahebe hosni be hosne xiş benaz

İndiki gözəllik sahibisən, öz gözəlliyinlə öyün

To ra rəqib-o məra şod sereşk, məhərmi raz

Sənə rəqib, mənə isə gözyaşı oldu sırdaş

                                              To ra səba vo məra abv-i dide şod ğəmmaz

                                             Sənə Səba yeli, mənə gözyaşı oldu sözbaz

                                               Vəgər ne, aşiq-u məşuq razdaranənd

                                             Yoxsa, aşiqlə məşuq sır saxlayandırlar                              

 Resid Musem-e qol, eyş-u kamrani kon

Gəldi çatdı gül mövsümü, eyşlə məşqul ol kam al

Qozəşt omr, girani məkon rəvani kon

Ömür keçdi, çətinə salma sadələşdir

Xəlaf-i zahidi məkkar ta təvani kon

Məkirli zahid əksinə, nə edə bilirsən et

                                          Dəra be meykəde vo Çehre ərğəvani kon

                                        Get meyxanaya qırmızılaşdır üzünün rəngini

                                           Məro be some-e anca siyahkaranənd

                                     Getmə məbədə ki, oradakılar cəmi riyakardılar

   Edir qarət, Xal-u nigarının ordusu dini

qurub bucağlarda oturmuş qaşın-gözün pusqu

Keşide ze Xəta ta be Rum ləşkır-i Çin

Xətadan Ruma dək Çınin qoşunu çəkibdir səf

                                          Qozər bekon ço Səba bər bənəfşezar-o bebin

                                         Səba yeli tək bənövşəlikdən keçib özün də gör

                                               Ke əz tətavol-e zolfət çe sugvaranənd

                                            Ki saçının duruşundan necə yasdadırlar


Ço aftab rəxt nist mah dər xavər

Günəşə tay evi yoxdur ayın şərqdə

Nədide ço ruy-e to ey pəripeykər

Görməyibdir sənin üzün tək ey pəripeykər

                                                     Be zir-e zolf-e dota negəh koni bengər

                                                      İki zülfünün altından baxarsan, bax

                                                     Ke əz yəmin-u yəsarət çe biqəraranənd

                                                  Ki, sağından-solundan qərarı yoxdurlar  

Bebin ke mərdom-i çeşmət ço ahuy-i səyyad

Bax gör ki, göz bəbəyin ovçu ceyran tək

Ze xal, dane, ze zolf dam nəhad

Xaldan dən səpdi, zülfün zənciri ilə qurdu tələ

Ze xal-u dane Xətayi çenin be dam oftad

Xalın və dənin ucbatından, düşdü tələyə bucür Xətayi

                                                     Xəlas-i Hafiz əz an zolfe tabdar məbad

                                               Hafiz ol qıvrımlı zülfdən xilas olmasın

                                                 Ke bəsteqane kəmənde to rəstqaranənd  

                                   Ki kəməndinə ilişənlər, haq yolunda olanlardır

Hafizin şeirinin təzmin edilməsi ( özünün şeir üslubua salması) şairlərin də etiraf etdiyi kimi çox çətin bir işdir ki, hər şair də bunun öhdəsindən gələ bilməz. Bununla belə, yuxarıdakı müxəmməs Şah İsmayıl şeirinin səviyyəsinin Hafiz şeirinin səviyyəsinə yaxın olduğunu gföstərir və fars dilinin böyük ədibləri tərəfindən “ son dərəcədə şairanə və güclülüyün zirvəsində” kimi sözlər ilə vəsf edilmişdir (Parsadust, 1381/ 2002: 751).

Bundan başqa, Çah İsmayıl şeybani turanlıları xorasandan qovandan sonra, İranın Afinası sayılan və iranlı ədəbiyyatının və sənətinin mədəni olan Hərat şəhərini ələ keçirdi. O, Həratda şairlərdən İranın iki şairini şeiri qarşısında şeir söyləsinlər. Zeynəlabidin Vasifi “Bədyi ül-Vəqaye”də bu hadisə ilə bağlı bnelə yazır:

 “Təsadüfən yolum İncil çayının kınarna düşdü. Bir qrup şair çayın kənarında oturmuşdu və münazirə edirdilər. Məni görən kimi təcili olaraq yanıma qaçıb gəldilər və belə söylədilər: eşidmiş olun ki, Şah İsmayıl əmr edibdir ki, Xorasan şairləri Kamal İsmayıl İsfahaninin “Tən tərani” qəsidəsini daqvamlayan şeir söyləsinlər ki, belə başlanır:

Ey dər mohite eşqət sərgəşte noqte del

Ey eşqinin mühitində itmiş ürəyin nöqtəsi

Vey əz cəmale ruyət xoş gəşte mərkəze qol

Və üzünün camalından xoşdur gülün mərkəzi

Eləcə də Salmanın [Savcının] Raiyyeyi Bahariyə qəsidəsini ki, belə başlanır:

Moseme dey rəft-u Xorrəm şod çəmən, aməd Bahar

Dey ayı keçdi çimən canlandı, bahar gəldi  

Bağ-u bostan səbz gəşt-o kuhu səhra laləzar

Bağ-bostan yaşıllaşdı, dağla səhra laləlik oldu

Bu aciz bəndə bunu dinlədikdən sonra, fikirləşdim ki, mən özüm ö əzizin biyirduğu kimi, öylə padişahların rikabında olmaq iddiasındayam” (Parsadust, 1381/ 2002: 754).

Şah İsmayılın övladları da çox vaxt şeir və ədəbi zövq əhli olmuşlar və şeirlərini isə fars dilində söyləmişlər (R.K: Rumlu, 1357/ 1978: 712-715).

Bu dönəmə aid əsərlərdə Sədi və Haqfiz kimi İranın məşhur şairlərinin şeirlərinin yenidən oxunması və rəvac verilməsi də məktub mənbələrdə istənilən qədər çoxdur və burada iki nümunəni sadalamaqla kifayətlənirik.  Rumlu və İskəndərbəy Münşi Xorasana hücumu zamanı Übeyd xan-i Özbək tərəfindən Xorasan hakimi Qazi xanın vəziri Xacə Əmirbəyə şeir göndərilməsinin hekayəsini nəql edirlər ki, Übeyd xan şeir söylərkən, demişdir:

Ke ey xace təmə əz zendegi bebor (Ey xacə həyatdan tamahın kəs)

zanru ke gəşt sekke-e xani be name ma (çünkü xanlıq pulu edildi bizim adımıza)

Və öz zəmanəsinin istedadlı şəxsi olan xacə isə öz cavabında Hafizin şeirinə uyğun şeir göndərir:

Ma bəndeqan həzrəte şahim-o layəzal

Biz həzrəti şahın qullarıyıq və sonumuz yoxdur

                                                 Səbt əst bər cəridi həsti dəvame ma

                                                 Səbtdir varlıq yazısında bizim davamımız

Əz pərtov-e enayət-i u həst ançe həst

Onun diqqətinin sayəsindədir hər nə mövcuddur

Selk-e nezam-e selsele-e intizam-i ma

Bizim silsiləmizin düzəninin yüksəlməsidir

Başəd cəvab-e dəviye xani ke kərdei

Sənin xanlıq iddiana cavab

                                       Beyti ke qoft Hafiz-i şirinkəlam-i ma

                                       Bizim şirin sözlü Hafizin söylədiyi beyt

Çəndan bovəd kereşme vo naz-e sehi qədan

O qədərdir ucaboyluların nazu qəmzəsi

                                        Kayəd be celve sərv-u sənubər xəram-i ma           

                                       Bizim sərv ilə sənubərin nazı kimi cilvələnir

                 (Rumlu, 1357/1978:317 və İskəndərbəy Münşi, 1378/ 1999: 100)

İskəndərbəy eyn zamanda birinci Şah Abbas dönəmində Təbriz şəhərinin Osmanlı ordusundan geri alarkən baş verən hadisələri şəreh edərək, deyir:  Osmanlı paşa Şah Abbasın Təbrizə sarı hərəkətə keçdiyi şayiəsini eşitmişdi, buna görə də Hafiz divanından fal açaraq, bu beyt gəldi:

Əraq-o Fars gerefti be şer-e xoş Hafiz

                                           Biya ke nobəte Bəğdad-o fəthe Təbriz əst  

İraqı, Fars aldın xoş şeirinlə Hafiz

                                           Gəl ki, sıra Bağdın, Təbrizin fəthindədir

Səfəvi dönminə aid əsərlərdə hakimiyyət məktublaşmaları və digər sənədlərdə İranın məşhur şairlərindən çoxsayılı şeirlər nümunə və şahid kimi göstərilərək, dərc edilmişdir ki, bu da həmin əsərlərin kifayət qədər çox olduğunu və xalqın əlində olmasını göstərir. Bunlkardan ən önəmlisi Firdovsinin Şahnaməsidir ki, Şahnamə oxuyanlar özü cəmiyyətin bir sinifi kimi hesab edilmişdir.  

 



reader's comments

Loading...