Azərbaycan Respublikasının formalaşması haqda araşdırma

  1. 1 ay, 1 həftə əvvəl
  2. 0
Aran və Azərbaycan
Badkubeh -

Rabiə Müvəhhid : İran Azərbaycanının adı, keçmişi və kimliyindən faydalanmaq niyyətində olan Azərbaycan adlı ölkənin təsis olunmasından çox keçməyib. Azərbaycan Respublikası Araz çayının o tərəfində və Mazəndəran dənizinin o kənarında yerləşir; Bölgə qüdrətlərinə bağlı olan banilər bu ölkənin müstəqilliyi və adının elan olunmasının əvvəlində öz hərəkətlərində israr və inadkarlıq göstərdilər, Müsavat partiyasının məkrli planlarını bilən iranlıların irimiqyaslı etirazları qarşısında oxşar, əsassız və məntiqə əsaslanmayan cavabları o günlərdə çap etdirdilər. Onlar məktublarda səy edirdilər ki, etirazçı iranlıları sakitləşdirsinlər və hətta bu fənddən istifadə edirdilər ki, sanki iranlıların nigaranlıqlarının səbəbini yaxşı anlayıblar, amma nigaranlığa əsas yoxdur. Etiraf etdilər ki, Azərbaycan bu günə qədər sadəcə İranın şimalına şamil olurdu və onlar bu adlandırma ilə həqiqi Azərbaycana əl atmaq niyyətində deyillər.

İran Qacarlar dövrünün sonlarında

Qacarlar dövrünün sonu idi və İran xəritəsi öz-özlüyündə daha çox bir-birindən ayrılmış tapmacalı şəkillərə bənzəyirdi, öz ərazisində iqtidarı da yox idi. İranın Bakıdakı səfiri Saidin və ürəkyanan digər şəxslərin məktub və xəbərdarlıqları bu adlandırma ilə qətiyyətli davranmada İranın qayda-qanunsuz dövlətində təşəbbüsü oyada bilmədi. Onlar öz cəsarətlərini bildirmək üçün səfirlərini Əhmədşahın gücsüz sarayına göndərdilər və İran sarayı ötəri məhdudiyyətlərin yaradılması üçün təsirsiz xətt və cızmalar çəkməkdən başqa bir iş görmədi. Azərbaycanın baniləri sədaqət və etirafdan istifadə etdilər ki, daha çox hiylə idi. Onlar heç bir müqavimət olmadan İranın ayrı coğrafiyası və İran Azərbaycanının əsilliyinə etiraf etdilər ki, öz işlərini irəlilədə bilsinlər. Onlar yaxşı bilirdilər ki, gələcək məlumatsız nəsillərin addım atmaları və bu planın məlumatlı bənnaları üçün böyük bəhanənin möhkəm binasını tikməkdədirlər. Bu gün onların varisləri "Nə cicim, nə palaz, nə Həzrət Abbas" (nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım) deyərək özlərinin əsil olduğunu və İran və iranlının qəsbkar olduğunu iddia edirlər. Mən bu yazımda onun həqiqi adı və tarixi reallığına sadiq qalacaq və yazının sonuna qədər onu Aran Respublikası və ya Qafqaziyyə adlandıracağam. Bəlkə də bizlərdən çoxunun bu yenicə ayaq açan ölkənin formalaşması haqda dəqiq məlumatı yoxdur. Çünki illərlə məktəblərdə tarix kitablarında Gülüstan və Türkmənçay müqavilələrini nöqsanlı baxışla oxumuşuq ki, İranın bir hissəsi İran-Rusiya müharibələrində İrandan ayrılmışdır. Biz tarix kitablarının çoxunda oxumuşuq ki, Azərbaycanın bir hissəsi İranın ərazisindən ayrılıb. Bəlkə də elə bu yanlış məlumatlar uşaqlıqdan geni dəyişdirilmiş toxumu bizim beynimizə əkmişdir ki, bizim ictimai və məlumatsız düşüncələrimizdə təhrif olunmuş məlumatlar sayəsində fürsətdən istifadə edən pantürkistlərin qeyd etdiyi və arxalandığı dayağa çevrilə bilsin. Bizim tarix kitablarımızdan daha maraqlısı, yenicə ayaq açmış Aran Respublikasının məktəblərində tarix kitablarıdır. Belə ki, bu kitablarda Aran müstəqil ölkə hesab olunur və Rusiya-İran müharibələrində iki güclü ölkə arasında Gülüstan və Türkmənçay müqavilələri nəticəsində parçalanıb və o ölkənin yarısı, yəni Azərbaycan İranın payı olmuşdur. Onlar Rusiya və İrana nifrət toxumunu Qafqaz uşaqlarının ürəyinə səpmişlər ki, İranı öz xalqı və dövlətinin ən böyük qarətçisi hesab etsinlər. Onlar bu qənaətdədirlər ki, Rusiyanın hakimiyyəti altında olan Azərbaycanın yarısı indi azad olunub, lakin onun yarısı hələ də İranın nəzarəti altında qalmışdır. Onlar bağçalar və məktəblərdə uşaqlara milli və epik şerlər öyrədirlər. Həmin şerlərdə iki vətənlərinin bir-birinə birləşməsi arzusu qeyd olunmuşdur. Misal üçün bu şer: Azərbaycan ikiyə bölündükdən sonra, ürəyim odunu da ikiyə bölmək istəmir. Sərhədin o tərəfindəki uşaqları İran əleyhinə qəzəblə dolu potensial əsgərlərə çevirə bilmişlər. Düşündürücü məsələ budur ki, Aran ərazisinə səpilən bu məqsədli toxumlardan sadəcə İran əleyhinə düşmənçilik və kin-küdurət inkişaf edə bilmiş və göylərə ucala bilmişdir. Rusiyanın bu əraziyə 70 illik repressiv hökmranlığı aranlılarda ruslara həddindən artıq hörmət, təvazökarlıq, özünü onun qarşısında kiçik görmək çox inkişaf etmişdir.

Onlar dildə ruslara qarşı, əməldə isə çoxlu hörmət və onların yolunda getməkdədirlər. Hələ də orta məktəblərdən universitetlərə qədər fəxrlə rus dilinin tədrisini davam etdirirlər. Onlar biz İran azərbaycanlılarını milli dilimiz olan fars dilini qəbul etdiyimiz üçün lağa qoyurlar, amma həmin etirazçı insanlar elə bu gün səhərə qədər, iki əsrdən çox ərazilərini müstəmləkə altında saxlayan rus dilində söhbət etməyi böyük fəxr hesab edirlər. Hələ də rusdilli məktəblər çoxlu sayda maraqlı şagirdi qəbul edirlər. Rusdilli məktəblərdə yüksək ödənişlə qeydiyyat Qafqaz vilayəti valideynlərinin özlərini dillər əzbəri etməsi səbəblərindən biridir. Bu təhrif və bizim məlumatımızın yanlışlığı Qafqaz tərəfdarları və İran Azərbaycanı iddiaçılarının məlumatsız insanlar və gənclər arasında bu hissənin ərazilərimizdən ayrılması təbliğatını etmələrinə, kiçik başlarında heç vaxt olmayan Böyük Azərbaycan xəritəsini çəkmələrinə səbəb olmuşdur.

İran sərhədlərinin məhdudlaşmasını sübut edən sənədlər

Qafqaz və Azərbaycan haqda tarixi kitabların bir çoxuna müraciət etdikdə, bu iki ölkənin kiçik və böyük reallıqları arasında böyük fərqlər, həmçinin Qafqazın İrandan ayrılmasından sonra 1813-cü illərlə əlaqədar gündəlik xəbərlərə diqqət yetirdikdə, Məhəmməd Əmin Rəsulzadə tərəfindən o bölgədə iki illik respublikanın təşkil olunması, sonradan onun devrilməsi və SSRİ tərəfindən zəbt olunması, bir daha SSRİ-nin dağılması və 2-ci Qafqaziyyə Respublikasının təşkil olunması, həm bu iki bölgədə tarix və coğrafiyanın təhrif olunması, həm də elə ilk gündən bu günə qədər onun adlandırılmasının mahiyyətini üzə çıxarır. Mən bu ixtisarla həyata keçirdiyim araşdırmamda əsasən, bu iki qonşu ərazinin önəmli reallıqları arasındakı mövcud fərqləri qeyd etmək, o cümlədən qoşunların yeridilməsi, fərmanlar, vəzifədən uzaqlaşdırmaq və vəzifəyə təyin etmək, ayrılıqlar və birləşmələr, anlaşmalar və müqavilələrin pozulmasını qeyd etmişəm. Bu reallıqlarla əlaqədar bəzi sənədlərdə Azərbaycan və Aranın dil, irq, din, şəhər və hakimlərin adlarında müəyyən və şəffaf fərqlər, eləcə də məğlubiyyət və qələbələrin fərqləri aşkarlanır.

Ərəblər və monqolların hücumları, Rusiya-İran müharibələri, mövcud müqavilələr, eləcə də 1918-ci ildə Aran Respublikasının baniləri ilə iranlı jurnalistlər və ziyalılar arasındakı yazışmaların bir hissəsini birbaşa olaraq o dövrün qəzetləri və Milli Kitabxanadan toplamışam. Sənədlər böyük reallığın təhrif olunmasından söz açır və nəticəsi Qafqaziyyə Respublikasıdır. Bütün sənəd və faktların hamısının burada qeyd olunması mümkün deyildir, amma bir neçəsi o qədər aydın və şəffaf şəkildə bəyan edir ki, onu rədd etmək üçün qəsdən qulaqları, gözləri və düşüncə yolunu bağlamaq lazımdır. İkiyə ayrılmış bir Azərbaycandan ekspansionist və nəhs məqsədlər istiqamətində yalanlar toxuyanların ağzını açıq qoyacaqdır. Ümid edirəm ki, bu məlumat xarakterli, qısa araşdırma bu barədə bəzi naməlum məsələləri aydınlaşdıracaqdır. Bu iki bölgənin ayrı olduğunu Firdovsinin Şahnaməsindən başlayıram.


Qəfildən yoxluqdan çıxardı sanki

Afəridun dünyanı böldü üç yerə

Biri Roma və Şərq, digəri Türk və Çin

Üçüncü səhralar və İranzəmin

Birinci Səlimin üzünə baxdı

Bütün Roma və Şərqi onunçün seçdi

Sonra Tura verdi Turanzəmini

Onu Türkan və Çin sərkərdəsi etdi

Ondan sonra növbə İrəcə çatdı

Onu İran şahının atası etdi

Həm İran, həm Nizəvəran çölünü

Həm də şahlıq taxtı, başı taclıları

Bələmi eyniadlı tarixdə yazır: "İran diyarının şahı Firudin öz ərazisini üç oğlu arasında bölməyi qərara aldı. O Türk bölgəsi, Xəzəran, Çinsan və şərq ərazisini Tura verdi və onu Fəğfur adlandırdı. İraq ərazisi, Bəsrə, Bağdad, Vasit, Pars və ətrafını, Mesopotamiyada abadlıq olan əraziləri, Sind, Hind, Hicaz və Yəmənin hamısını İrəcə verdi. Afəridun bütün övladlarından daha çox sevdiyi və İranşəhr, Qərb, Roma, Rus, Səqlab, Azərbayqan, Aran və Kərəcin hamısını canişinliyini verdiyi övladı Səlimə verdi və onu Qeysər (Sezar) adlandırdı. Səlim və Turun İrəcə paxıllığı tutdu və onu hiyləgərliklə müşavirə üçün çağırdılar və Qarabağın yaxınlığında öldürdülər". Bu hekayəni Şahnamədə şerlə, Bələmi tarixində isə nəsrlə oxuyuruq. İran, Əniran, İranşəhr və Turanşəhrin hekayəsinin başlanğıcıdır. Əsrlər boyu mütəmadi şəkildə çoxlu təhdidlər və təhriflərə məruz qalmışdır və bu gün də bəzi artıqtamahlar üçün Osman köynəyinə çevrilmişdir. Buna görə, Aran, Albaniya və Azərbaycanın tərifi və sərhədləri haqda fərqli mənbələrə diqqət yetirməyimiz mənasız olmaz.

"Aran İran adıdır. Çoxlu şəhərləri və gözəl təbiətə malik əraziləri vardır. Onlardan Biri Çənzədir. Bu əhalisinin Gəncə dediyi məkandır, Bərdə, Şəmkir və Beyləqan. Aran və Azərbaycan arasında çay vardır, onun adına Araz deyirlər. Bu çayın şimal və qərb hissəsində yerləşən ərazisinə Aran, cənub hissəsində yerləşən ərazisi isə Azərbaycandır". (Yaqut Həməvi, 7-ci hicri qəməri əsri, səhifə 183).

Həmin kitab Azərbaycan adının mənasını belə oxuyur: Azər od mənasında, Bayqan anbar və qoruyan mənasındadır. Atəşgədə və odu qoruyandır. Azərbaycanın sərhədləri şərqdən Bərdə və qərbdən Zəncandır, şimaldan sərhədi Deyləmilər, Cəbəl Tarimdir. Çoxlu məşhurları olan məmləkətdir. Hökmranlıq mərkəzi Təbrizdir, əvvəllər Marağa olmuşdur. Onun digər şəhərlərindən Salmas, Urmiyə və Ərdəbildir (1-ci cild, səhifə 154). Aran və Azərbaycanın coğrafi sərhədi Burhan Qati kitabında belə bildirilir: Ərəs (birinci və ikinci fəthə (ə), nöqtəsiz s hərəkəsiz.) Tiflisin kənarından Azərbaycan və Aran arasından keçən çayın adıdır. (səhifə 1062). Yunan coğrafiyaçısı Strabon Albaniya və ya Aran haqda yazır:

"Albaniya Qafqaz sıra dağlarının cənubundan Kür çayına qədər, Xəzər dənizindən Alazon çayına qədər uzanan, cənubdan isə Mad Atroten (Azərbaycan) ərazisi ilə məhdudlaşan ərazidir". "Tanınmış şərqşünas Vasili Vladimir Bartold Aran və Azərbaycan sərhədi haqda deyir: Hazırda İran Azərbaycanını Qafqazdan ayıran Araz çayı keçmiş zamanlarda N.Yamarın yazdığına görə, iranlı midiyalıların ərazisi ilə Albaniya ərazisi arasında qəti şəkildə etnos sərhədi idi. Onların etnosları fərqli idi. Azərbaycan və Albaniyanın etnik və irqi fərqləri hətta İslam dövründə də aradan qalxmadı" (Azərbaycan və Aran kitabı. İnayətullah Rza. Səhifə 50).

O əlavə edir ki, Azərbaycan xalqının dini Albaniya xalqının dinindən ayrı idi; azərbaycanlılar zərdüşt idilər və Albaniyada digər sərhədləri kimi, xristianlıq daha çox yayılmışdı və Alban hökmdarlar da xristian idilər. Halbuki Azərbaycan əhalisi zərdüşt idilər və Azərbaycanı Zərdüştün doğulduğu məkan hesab edirlər. Bilirik ki, Pəhləvi dili Avesta dilinin inkişaf etmiş formasıdır.

Kəsrəvinin rəvayəti

Əhməd Kəsrəvi (Adsız Şəhriyarlar) adlı kitabında Azərbaycanın həmişə İran daxilində olduğunu və İranın önəmli bölgələrindən olması haqda yazır: "Azərbaycan iki min il öncədən İran coğrafiyasının ən məşhur adlarından biri olmuş və hər bir dövrdə bir sıra önəmli tarixi hadisələrlə yanaşı olmuşdur".

O yunan Strabona istinadla yazır: "Makedoniyalı İsgəndər İrana hücum etdiyi zaman Atropat adlı sərkərdə Azərbaycandan ayağa qalxdı və İranın bu ərazisini yunanlardan qorudu və elə buna görə, o diyarın adı Atropatqan adlandırıldı". Kəsrəvi bir daha III əsrə aid Yəqubinin Əl-Buldan kitabına istinadla Azərbaycanı belə tanıtdırır:

"Azərbayqan əhalisi azəridilli parslar və cavidanlar idi. (Cavidan, Babək Xürrəmdinin ustadı idi). Müsəlmanların əli ili fəth olunana qədər. Ərəblər çox gec bu ərazini ələ keçirdilər. Çünki Azərbaycan əhalisi asanlıqla düşmənə boyun əymədi. Bir çox qanlar axıdıldıqdan sonra ərəblərə təslim oldular. O zaman Qəzvin və Miyana arasındakı bölgədə ərəblər əleyhinə İsfəndiyar Fərruxzadın sərkərdəliyi ilə müharibədə Azərbayqan məğlub olmuşdu, Həzifə Bin Əl-Yəmanın yürüşü qarşısında davam gətirməyib, məğlub olmuşdu. Onlar Ömərin məmuru ilə sülh sazişi imzalamağa məcbur oldular. Lakin uzun illər bacardıqları hər bir yerdə ərəblərlə döyüşdülər" (Adsız Şəhriyarlar kitabı).

Azərbaycan əhalisinin müqavimətinin təsdiqi haqda Təbəri yazır: "O vaxt Kufədə 40 min cəngavər vardı və hər il on min nəfəri Azərbaycan və Rey sərhədindəki döyüşlərə gedirdi. Rey üçün 4000, Azərbaycan üçün 6000 min nəfər göndərilirdi, hər dörd ildə bir dəfə dəyişilirdi" (Təbəri, 5-ci cild, səhifə 2091).

Miladdan öncə 529-cu ildə Kür və Araz çayları arasında bütün bölgələr Əhəmənilərin ərazisinə şamil olurdu. Misir, Ermənistan və Hindistan kimi ərazilərin ələ keçirilməsi İranı o dövrün ən böyük siyasi təşkilatlarından birinə çevirdi. Əhəmənilər böyük ölkəni idarə etmək üçün onu Satraplara bölürdülər. Qafqaz 11 və 14 Satrapa bölünmüş və İran sivilizasiyası ərazilərə yayılmışdı. İran əhalisinin dini zərdüşt dini idi. Lakin Qafqaz əhalisinin əksəriyyəti çoxallahlı idi. Bir müddət sonra Zərdüşt dininin təsiri altına düşdülər. Lakin Miladın birinci əsrindən xristianlıq Qafqaza yol tapdı. Roma dövləti zərdüşt dininin yayılmasının qarşısını almaq üçün bu bölgədə alban əhalini İranın mərkəzi hökuməti əleyhinə təhrik edir və digər tərəfdən xristianlıq dinini genişləndirməklə onları özünə qul etməyə doğru sürükləyirdi.

Belə ki, 313-cü ildə Albaniya şahı Urnayir xristianlığı rəsmi din olaraq qəbul etdi. Sasanilərin şahları da Qafqazda xristianlığın genişlənməsinin qarşısını almağa çalışırdılar; Buna görə, I Şapurun zamanında İran dövlətinin rəsmi dininin zərdüşt dini elan olunmasından sonra, Sasanilər xristianlığın kökünü kəsmək üçün Qafqazın xristian əhalisini cəzalandırmaq metodlarına əl atdılar və elə bu məsələ onların mərkəzi hökumətlə düşmənçiliyinin artması və xristianlığa daha artıq maraq göstərməsinə səbəb oldu. (İran sivilizasiyası kitabı, doktor İnayətullah Rzanın tərcüməsi).

Əhməd Kəsrəvi Aran və Azərbaycanın coğrafi və tarixi ayrılığını belə vəsf edir: Aran İranın şimalında, Mazəndəran gölünün qərbində yerləşir və onun şəhərləri Bakı, Gəncə, Şamaxı və Dərbənddir. Onun köhnə şəhərlərindən xarabalıqları qalan Bərdə şəhəridir. Aranlılar iranlıların bir dəstəsidir və İran dillərinin bir qolu olan ayrıca dilləri vardır. Bir çox İran dəstələri kimi hökmranları vardı və onları Aranşahlar adlandırırdılar. Bu şahlar İran şahlarının valiləri idi. Müxtəlif mətnlərdə Qafqaz kimi məşhurlaşan Albaniya, Aran və ya Erməniyyə islamın gəlişi dövrünə qədər çoxlu eniş-yoxuşları arxada qoydu və uzun illər Sasanilər və Bizans imperatorluqlarının müharibələri və zəif sülh dövrünü keçdi. Mərkəzi hökuməti zəif gördükləri hər zaman istiqlaliyyət bayrağını qaldırdılar, məğlub olduqları zaman İranın şahlıq dövlətinə boyun əydilər. Amma sonda, ərəblərin hücumu zamanı İran xanədanlığı, Mehranilər Qafqaza hökmranlıq edirdilər. Aranın xristian şahı Araz Qriqor ərəblərlə qarşılaşmaq üçün III Yezdəgirdin səfərbərliyinə cavab olaraq şücaətli və gənc oğlu Cavanşiri İsfəndiyarın yanına göndərdi. İsfəndiyar onu Yezdəgirdin yanına apardı və gənc Cavanşir ərəblərlə qarşılaşmada və Mədayinin müdafiəsində misli görünməmiş şücaətlik göstərdi" (Qarabağnamə kitabı, səhifə 51).

Azərbaycan və Aran əhalisinin dini fərqliliyi ilə əlaqədar dəyərli sənəd vardır. Bu sənəd Sasanilər dövrünə aid kitabədir. Bu sənəd Azərbaycanın İran ərazisində olması və Aranın Əniran olduğunu çox aydın şəkildə bəyan edir. Kitabə mubəd (maq) Kertirə aiddir. Mənim səyim və atəşkədə və maqların çoxlu zəhməti nəticəsində ölkə boyunca bir çox yerlərdə, Mişan, Azərbaykan, Sepahan, Rey, Kirman, Sistan və Qorqandan tutmuş Pişavərə qədər parlamağa başladı. Əniranda da ölçüdən artıq olan atəşkədə və maqlar vardı. Şapur şahənşahın atları və əsgərləri Antakiyəyə getdilər, Suriya vilayətlərində bu ölkə və şəhəri, Tərsədə ölkə və şəhəri, Qeysəriyyədə ölkə və şəhəri, Kapad, Kiye və Yunanıstanda ölkə və şəhəri, Ermənistan, Gürcüstan ərazilərini Albaniya darvazalarına qədər, Şapur Şahənşahı oranı öz atları və əsgərləri ilə yandırdı və xarabalığa çevirdi. Şahənşahın fərmanı ilə o ərazilərdə olan maqlar və onların hadisələrini nəzmə çəkdim.

Ərəblərin yürüşü, islamın İran və Qafqaz bölgəsinə gəlişi bu ərazilərin hərbi məğlubiyyəti, Ömər İbn Xəttabın adamları ilə hicri qəmərinin 18-22-ci illərində ayrı-ayrı sazişlərin imzalanması ilə nəticələndi. Təbəri tarixi Azərbaycan, Aran və Gürcüstan sazişlərini ayrı-ayrılıqda, birbəbir qeyd etmiş, üstəlik bütün məğlub bölgələri Qorqanın fəthi, İsfahanın fəthi, Azərbaycanın fəthi və sairə başlığı ilə dərc etmişdir. Azərbaycan və Aran ayrı-ayrı sazişləri Təbəriyə istinadən aşağıdakı kimidir:

"Rəhman və Rəhim Allahın adı ilə. Bu amannaməni Möminlərin əmiri Ömər İbn Xəttabın amili Ətəbə Bin Fərqəd Azərbaycan əhalisinə verir ki, ətraf dağlar, dərələrdəki insanların gücləri çatdığı qədər cizyə vermək şərti ilə din, dini adət-ənənələri, can və malları amanda olacaqdır" (Təbəri, 5-ci cild).

Belə amannamələr o bölgələrin adı ilə ərəblərin məmuru və ya qalib sərkərdə tərəfindən verilmişdir. Ərəblərin məşhur sərkərdələrinin adı ilə sazişlər və ya amannamələr Azərbaycan və Qafqaz adları ilə Təbəri tarixində, Yəqubinin Futuh Əl-Buldan tarixində qeyd olunmuşdur. Bu saziş Qafqaz və ya Erməniyyə bölgəsinə aiddir: "Rəhman və Rəhim Allahın adı ilə. Bu amannaməni Möminlərin Əmiri Ömər İbn Xəttabın amili Səraqə Bin Ömər Bəzar şəhəri, Erməniyyə sakinləri və ermənilərə xitabən verir: Canları, malları və dinlərinə aman verir ki, ziyan görməsinlər, dağıtmasınlar, yaşayan, köçəri olan Erməniyyə və Əbvab əhalisi, ətrafında olan hər bir şəxs və onlara qoşulan şəxslər hücum olduğu vaxtda yola düşməlidir və hücum olub-olmadığı halda valiliyin göstərişini icra etməlidir. Bunu qəbul edən hər bir şəxsin cizyəsi onun üzərindən götürülür və..." Ərəblərin hücumundan sonra şərq diyarının acı hadisəsi monqolların qoşun yeritməsi idi. 40 il ərzində at üstündə qətl və qarətlə məşğul oldular, bir zaman şahlıq taxtında qətl və qarətə fərman verdilər. Onların törətdiyi müsibətlər elə qətl, yandırmaq və qarət etmək idi. Onlar şərqdən qərbə qədər, Reydən Qorqana, Azərbaycandan Qafqaz və Qarabağa qədər yürüş etdilər. Hicri qəmərinin 6-cı yüzilliyinin əvvəlində Azərbaycana qoşun yeritdilər. 628 h.q ilində bütün Azərbaycanı işğal etmişdilər. O günlərin şərhi Təbəri tarixi, Yəqubi tarixi, Yaqut Həməvi tarixi, Cəhanqoşaye Coveyni tarixində böyük və kiçik şəhərlərin adları qeyd olunmuşdur. Bu gün də biz o bölgələri həmin adla yazırıq. Bu kitablarda çox qeyd olunan Aran adından başqa. Lakin hazırda kitab və dillərdən yox olmuş və ya çox azalmışdır. O ərazinin hakimləri saxta Azərbaycan adını öz çiyinlərinə qoymuşlar.

Cüveyni tarixi kitabından bir neçə hala toxunuruq:

" Aran və Azərbaycanın hamısı Məlik Sədrəddinin mülkü idi. Məlik qərara aldı, Hərat, Sistan və Bəlx mülkünü və onun Hindistan sərhədinə qədər bütün ətrafını. Əraziləri fəth etməkdə məharətli idi" (2-ci cild, səhifə 255). Başqa bir yerdə oxuyuruq: "Əmir Ərqun Dərbənd tərəfindən Azərbaycan, Gürcüstan və Aran ərazilərində işini bitirdi, işlərin idarə olunması, vergilərin alınması və əmlakların müəyyənləşdirməsini sona çatdırdı və İraqa yollandı" (2-ci cild, səhifə 358). Başqa bir yerdə: "Monqol Elxanilərin 3-cü Sultan Əhməd Təqudar 681-ci ildə Xorasan, Mazəndəran, İraq, Aran və Azərbaycanın hökumətini müstəqil etdi və Roma ərazilərini Səlcuqi şahlarının köməyi ilə Cüveyni divanının sahibi Xacə Şəmsəddinə tapşırdı".  

Cüveyni tarixi Teymurləngin hökmranlığı dövründən yazır: "Teymur Qarabağa daxil olduğu zaman, Şirvanşah qiymətli hədiyyələrlə Teymurun yanına gəldi və onun qarşısında təzim etdi. Teymur onu öz vəzifəsində saxladı; Beləliklə Qarabağ qarşıdurma olmadan Teymurun ərazisinə qoşuldu. O Azərbaycan və Qafqazı oğlu Miranşaha tapşırdı" (Qarabağnamə, Pərviz Zare, səhifə 90). İran və Qafqaz hər ikisi ərəblər, oğuz türkləri və monqolların hökmranlığı və qarətlərindən canlarını xilas etdilər. Bu yürüşlər ərzində hücum edən bütün tayfalar dəstə-dəstə məğlub olan ərazilərə köçdülər. Çünki nemətlə zəngin əraziləri tapmışdılar. Onlar səhraları gəzmək və ağır yerli həyatlarından xilas olmuşdular. Qəsbkar hakimlər öz tayfalarının insanlarını bu bölgənin əhalisi ilə birləşdirərək əhali tərkibini miqrantların xeyrinə dəyişirdilər və bu ərazilərə nəzarət onlar üçün çox asanlaşırdı. Makedoniyalı İsgəndər İrana qoşun yeritdiyi vaxt öz zabitlərinə iranlı qadınlarla evlənməyi göstəriş verdi. Belə ki, İranda qalmalarına zəmanət yaransın. İran coşqun dəniz kimi ardıcıl qətllərdən yaranan qanlı çayların hamısına öz ürəyində yer verdi və zülallı dalğalarının səsi ilə əbədilik xəbərini dünya ilə paylaşdı. Qacarlar dövrü başqa hadisələrlə üzləşmişdi. Bu hadisələr Aran və Azərbaycan münaqişəsinin başlanğıcına şərait yaratdı.

İran-Rusiya müharibələri

11 illik yorucu Rusiya-İran müharibələri və İranın Qafqaza hakimiyyətinin qorunması üçün Abbas Mirzənin səyləri Gülüstan və Türkmənçay müqavilələri ilə uğursuzluqla nəticələndi. Bu dövr Qafqaz xanlıqlarının əsri idi ki, hələ də İranın ərazisi və Qacarların hakimiyyəti altında idilər. Gürcüstan hakimi Sisiyanovun Gəncə hakimi Cavad Xanı dəvət etməsi ilə müharibə başlandı. O Cavad Xanı İran hökuməti əleyhinə qiyam etməyə və Rusiya hökumətinə boyun əyməyə dəvət edirdi. Cavad Xan bu dəvəti qəbul etmədi, rus qoşunlarının hücumu ilə üzləşdi və özünü güclü şəkildə müdafiə etdi. Bu yürüşdə 7 min Gəncə sakini həlak oldu və Sisiyanov Gəncənin adını çarın həyat yoldaşı olan Yelizavetopola dəyişdi. Abbas Mirzə öz qoşunu ilə Qafqaz-İrəvana yola düşdü; Bu acı tarixi dövrdə, Qafqazın müxtəlif bölgələrinin əhalisi, həmçinin Qafqaz xanlıqlarının çoxlu rəşadətləri və xəyanətləri tarixdə qeyd olunmuşdur. Bütün bunlar sonda İran qüvvələrinin məğlubiyyəti ilə nəticələndi və ingilis Ser Qur-Ozlinin vasitəçiliyi ilə İran və Rusiya arasında sülh sazişi imzalandı.

1813-cü il 25 oktyabr tarixində iki ölkənin nümayəndələri tərəfindən imzalanan Gülüstan müqaviləsində İran dövləti altı ay ərzində müqavilədə qeyd olunan Qafqaz şəhərlərini bütün dövlət idarələri ilə birlikdə Rusiyaya tapşırmalı idi.

Bu şəhərlərin adları arasında və onun ardınca Türkmənçay müqaviləsində Azərbaycan adı və ya Azərbaycanın bir hissəsi adı gözə dəymir və həmçinin önəmli bir müqavilənin mətnində bu bölgələrə Qafqaziyyə adının verilməsinin şahidiyik. Zorla qəbul etdirilən müqavilənin üçüncü fəslində bildirilir: "Bütün İran ərazilərinin tam maliki böyük padşah Əlahəzrət Rusiya ərazilərinin tam imperatoru Əlahəzrətə olan dostluğunu sübuta yetirmək istiqamətində özü və vəliəhdləri əvəzində bu sülh müqaviləsi ilə İran şahlığının nəzarətində olan ərazilər, Qarabağ və hazırda Yelizavetopol adlandırılan Gəncə vilayətləri, Şəki, Şirvan, Quba, Dərbənd və Badkubə xanlıqları, hazırda Rusiya dövlətinin nəzarətində olan Talış vilayətləri, bütün Dağıstan, Gürcüstan, Şurəqa, Uçuqbaş, Kurnə, Mingərli və Abxaziya mahalları, Orta Qafqazda olan bütün ərazilər və müəyyənləşən sərhədlər, eləcə də Xəzər dənizinə qədər birləşən Qafqaz əraziləri Rusiya çarlığının mülkiyyətinə aid hesab edir. Qeyd edək ki, bu dövrdə Azərbaycan vəliəhdin yaşadığı və Abbas Mirzənin hökumət etdiyi yer idi. Fətəli şahın Rusiyaya bağışladığı ərazi və şəhərlərin adlarının şəffaf şəkildə qeyd olunmasına rəğmən, hər maraqlanan və sədaqətli şəxsin araşdırması üçün bu sənəd və faktların olmasına rəğmən, sərhədin o tayı iddiaçıları həqiqi əmlakını itirənlər kimi və sərhədin bu tayının aldanmışları Azərbaycanın bölünməsi üçün mərsiyə oxuyur və puç amalları istiqamətində tarixi təhrif etməyi davam etdirirlər; Halbuki tarix də sönməyib və öz iddiası vardır. Bu saziş ərzində İran hakimiyyətinin nəzarətində olan ərazinin bir hissəsi İrandan ayrıldı və 105 il yəni 1917-ci il inqilabına qədər o ölkənin nəzarəti altında qaldı.

Rusiya dövləti öz müstəmləkəçiliyinin əvvəlindən Qafqaz xanlıqlarına təzyiqlər göstərdi. Xanlıqların öz ərazisində xanlığını davam etdirməsinə dair öz verdiyi vəd və sözlərinə əksinə olaraq onları çətin duruma saldı. Çünki İran dövlətinin dəstəyi ilə bu xanlıqların üsyan edəcəkləri və regionun təhlükəsizliyini məhv edəcəklərindən qorxurdu. Onlar Qarabağ, Şəki, Şirvan və Talış xanlıqlarını ləğv və Rusiyanın idarə quruluşunu bu ərazilərə hakim etdilər; İş o yerə çatdı ki, xanlar öz canlarını qurtararaq İrana qaçdılar.

Qafqazın Rusiyaya birləşməsi ilə Qafqaz ərazisi əhalisi üçün yaxşı həyat və günlər formalaşmadı. Uzunmüddətli müharibələr, rusların insanlarla kobud davranışı, yoxsulluq və bədbəxtlik, Rusiya qoşununun ehtiyacları və azuqələrini təmin etməyə məcbur etmək bir çox tayfaları vətəni tərk etmək və İrana köçməyə məcbur etdi. Bu dövrdə Qafqazda üsyanlar bir-birinin ardınca baş verir və Rusiya Qafqazın İranla birliyini yox etmək üçün xristianlığı təbliğ etməyə və rusdilli məktəblər açmağa əl atır. Bu dövrdə Qafqaz demək olar ki, başlı-başına buraxılmışdı. Rusiya üçün əhəmiyyət kəsb edən məsələ neft və Böyük Pyotrun vəsiyyətinin gerçəkləşməsi istiqamətinə doğru bir addım yəni Fars körfəzinin isti sularına çatmaq ümidi idi.

Çar Rusiyasının devrilməsindən sonrakı hadisələr

1917-ci il Rusiya inqilabı çar imperatorluğunu devirdi və bolşeviklərin hökuməti iqtidara gəldi. Onlar çar dövrünün İranla əlaqədar bütün müqavilələrini ədalətsiz, qəsbkar və etibarsız hesab etdilər. Qafqaz bir müddət başlı-başına buraxıldı. Çünki İran dövləti gərgin şəraitdə idi. Bu, 1919 müqaviləsinin acınacaqlı şəraitinin yaranması ilə nəticələndi və Qafqaz İngiltərə və Osmanlının öz mənfəətli məqsədləri üçün münasib məkana çevrildi. Qafqaz nümayəndə heyəti Versal Sülh Cəmiyyətinə göndərilmişdi, İran heyəti ilə görüşməklə yanaşı İranla birləşməyi istədi. Bu dialoq 10 aban 1298-ci günəş ilində baş verdi və Məhəmməd Əli Furuği onu İran xarici işlər naziri Nüsrət Əd-Dövləyə teleqram vurdu. Nüsrət Əd-Dövlə Qafqaz əhalisi nümayəndələrinin müraciəti məktubunu İngiltərə xarici işlər naziri Lord Kerzenə çatdırdı. Lakin İngiltərə rəsmiləri İranın istəyini həyasızlıq qiymətləndirdi və hətta İran rəsmilərinin Sülh Cəmiyyətinin iclaslarına qatılmasına mane oldular. (Rzaşahın zindanından Azərbaycan Demokrat Firqəsinə qədər, Əli Muradi Mərağeyi, səhifə 20). Və öz imperatorluqlarının genişlənməsi istiqamətində Osmanlının arxa bağçasının formalaşması üçün münasib şəraitin yaranmasını istədilər. Müsavat partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Təqi Təqizadə və Abbas Kazımzadə tərəfindən türk millətçiliyinə əsasən Bakıda yaradılmışdı. Belə ki, Məhəmməd Əmin Rəsulzadə bir məktubda respublikasına Azərbaycan adının qoyulmasını əsaslandırmaq üçün yazır: 35 il öncə Peterburq gimnaziyasında Badkubə, Gəncə və İrəvandan olan müsəlman tələbələr milliyyət əsasında cəmiyyət təşkil etdilər və onun adını Azərbaycan Cəmiyyəti adlandırdılar!! Həmin partiya Çar imperiyasının hərc-mərcliyi dövründə öz fəaliyyətlərini açıq şəkildə həyata keçirdi və Məhəmməd Əmin Rəsulzadə İstanbuldan qayıtdıqdan sonra onun rəhbərliyinə seçildi.

1917-ci ilin 15 aprelində I Qafqaz Müsəlmanları Konqresində Müsavat partiyası Osmanlı imperiyasının dəstəyi altında Azərbaycan Demokratik Respublikasının təsis olunduğunu elan etdi. 1918-ci ildə İngiltərə Azərbaycan Respublikasını rəsmən tanıdı. Lakin bu bəyənilməyən adlandırma İran dövləti və xalqı tərəfindən etirazsız və sakitcə qarşılanmadı; Hal-hazırda İranın milli kitabxanalarında mövcud olan İran, Nobəhar və Rəd qəzetləri o dövrdə Rəsulzadə ilə jurnalistlər və vətənsevərlər arasında olan yazışmaları geniş şəkildə təfsilatı ilə çap etdilər; Belə ki, Osmanlı və onun əlatlılarının ekspansionist siyasətlərini tam aydın və nöqsansız şəkildə göstərir. Bu yazıların xülasəsini qeyd edirəm:

"Qafqaz İslam Hökumətinin hərəkətləri, çərşənbə axşamı 29 cəmadüs-sani 1337, səhifə 4, say 410, İran qəzeti: Əvvəllər də dediyim kimi, Qafqaziyyədə Rusiya hökumətindən ayrıldıqdan və müstəqillik qazandıqdan sonra bir neçə müstəqil hökumət təşkil olunub; O cümlədən Qafqazın cənub tərəfindən Qafqazın mərkəzi kimi məşhurlaşan hissəsində, qərbində və cənub-qərbində mərkəzi Qutatis olan gürcü hökuməti, cənubda Ararat adlı bir erməni hökuməti və mərkəzi Badkubə olan bir islam hökuməti təşkil olunub və əhali onu Qafqaz Azərbaycanı adı ilə adlandırmışdır; Halbuki bu yeni adlandırma tarixi və lüğət yazılarına ziddir".

 Növbəti sayda, yəni 411-ci sayda, 2-ci səhifədə yazır: "Xarici xəbərlər: Qafqaz nümayəndələri ilə görüş: Bizim idarəmizin müxbiri ötən gün son vaxtlar Badkubədən mərkəzə daxil olan nümayəndələr, cənab Xan Ziyadxanov və şahzadə Humayun Mirzənin görüşünə gedib, aşağıdakı məlumat onun aldığı müsahibənin nəticəsidir. İrana gəlməsi ilə əlaqədar suala cavabda cənab İsmayıl xan bildirib: Bizim gəlməyimiz sadəcə səmimi hissləri bəyan etmək və qonşu xalqların sahib olmalarına zərurət duyulan yaxşı dostluq əlaqələrinin yaradılmasıdır. Və aşağıdakı məlumatları Qafqaz məmləkətlərinin hazırkı durumu haqda bildirdi. Qafqaziyyə dörd fərqli hissəyə bölünüb: 1-ci. Qafqaz Azərbaycanı Gəncə və ətrafı və paytaxtı Badkubə; 2-ci. Gürcüstan və paytaxtı Tiflis; 3-cü. Ermənistan və paytaxtı İrəvan; 4-cü. Dağıstan və paytaxtı Vladiqafqaz. Sual olundu: Görəsən hansı keçmişi vardır ki, birinci hissəyə Azərbaycan adını qoymuşsunuz. Halbuki indiyə qədər Azərbaycan adı sadəcə İranın önəmli əyalətinə aid olub və qeyd olunan adlandırmada israr nədir? Bildirdi: Tarixi nöqteyi-nəzərdən Badikubə qədimdə atəşpərəstlərin məbədi olmuşdur və Azər sözü ondan ayrılır, elə buna görə, bu adı yenicə yaratdığımız məmləkət üçün seçdik. Yenidən sual olundu: Fərz edək ki, Badikubə atəşpərəstlərin məbədi olmuşdur və bu ada marağınız vardır, Azərbaycan sözünü seçməkdə nə israrınız vardır. Halbuki onu Azərstan adlandırmaq olar.

Tarixi, irqi və dini münasibətləri olan İran və Qafqaz əhalisi arasında yanlış anlaşmaların aradan qaldırılması üçün bu adda dəyişiklik etmənizi düşünürsünüzmü? Cənab İsmayıl Xan cavab verdi: Pis söz deyil; Gələcəkdə bu barədə söhbət etmək lazımdır".

İsmayıl Xanla müsahibə aparan müxbir sonra əlavə edir: Biz İran qəzetinin 245 saylı tirajında Qafqazın siyasi partiyalarının vəziyyəti və Müsavat partiyasının vəziyyətini şərh edərkən belə yazdıq ki, Azərbaycan heç vaxt Qafqaz ərazisinə şamil olmayıb. Bir çox əsrlərdə İran dövləti həmin əraziyə nəzarət və hökumət etmişdir. Lakin bu hökumət Azərbaycanın daxili ərazilərində olmasına səbəb olmur". İranlıların etirazları ardıcıl olaraq İran qəzetlərində dərc olunur. 425 sayında dərc olunan etirazlardan birində Məlikzadə Təbrizi yazır: Qeyd olunan dövlət özünü tanıtdırmaqda Azərbaycan Respublikası dövləti və Şərqi Qafqaz Respublikası adlandırır. Görünür Azərbaycanla bağlı bir hissənin adlandırılmasında yanlışlığa yol verilmişdir. Çünki qeyd olunan ərazilər heç vaxt Azərbaycan adlandırılmayıb. Bir hissəsi Dağıstan, bir hissəsi Bərdə və Şirvan və digər hissələri də şəhərlərin adları ilə adlandırılmışdır. Azərbaycan İranın şimalında məşhur və böyük əyalətə aiddir. Biz hələ də bilmirik ki, dövlət əlaqədar respublikanın ezam olunan rəsmilərinin qəbulu haqda nə nəzərdə tutub".

Məlikzadə Təbrizi öz xatirə kitabında Xəlil Paşa və bölgədə bir sıra yerli şəxsin Böyük Azərbaycan yaratmaq adı altında İranı parçalamaq üçün səy göstərdiyini xatırladır. Məhəmməd Əmin Rəsulzadə iranlıların etirazlarına cavabda 20 rəbiüləvvəldə Açıq Söz qəzetində yazır: "Biz öz qəzetimizdə Azərbaycan muxtariyyətindən söz açdığımız zaman, bəzi etirazların hədəfinə çevrilirik və bu etirazlar etirazçıların etdikləri bir yanlışlığın nəticəsidir. Qafqaziyyə türkləri və Qafqaz ətrafı müsəlmanlar bizim Azərbaycan muxtariyyətindən söz açdığımızı eşitdikdə, məqsədin İran məmləkətində olan azərbaycanlı qardaşlarımızın olduğunu güman edirlər. Bu etiraz məntiq baxımından həm çox uzaqdır, həm də o qədər söz baxımından düzgün və yerindədir. Çünki bu gün Azərbaycan coğrafi termin olaraq İran məmləkətinin bir hissəsi olan Azərbaycanla məhduddur, Araz çayının o tərəfindədir və Rusiya və İran arasında sərhəddir və İrana aid ərazidir". Rəsulzadənin məktubunda bu məsələdən vaz keçmək olmaz ki, onun özü Azərbaycan adının hətta onlar arasında hiss olunmayan və yad olduğunu etiraf edir və yalnız İran Azərbaycanını Qafqaz dinləyicisinin zehnində canlandırır. Rəsulzadənin uzun məktubunun digər bir hissəsində İran Azərbaycanına əl atmaq niyyətini inkar edərək həmin nəhs niyyətin üzünü açır:

 "Biz öz qəzetimizdə Azərbaycan muxtariyyətindən söhbət etmişik. İrşad qəzeti İranda Azərbaycan sözünün mənasının məşhur olduğunu bəyan edir və bildirir: Qafqaziyyə müsəlmanlarının atdığı bu addım İranın müstəqilliyinə böyük zərbə və İranın daxili məsələlərində qeyri-qanuni müdaxilələrdir".

Aran və Azərbaycan permanent link

Əlbəttə Rəsulzadə məktubunun davamında iranlılara söz verir ki, onların belə bir niyyəti yoxdur: "Biz bütün iranlılara xatırladırıq ki, biz Azərbaycan dedikdə, məqsədimiz İran dövlətinin deyil, Rusiya dövlətinin ərazisində olan Azərbaycandır! Və İran Azərbaycanın müqəddəratına müdaxilə haqqımız yoxdur. Çünki elə bir əsrdə yaşayırıq ki, xalqların özləri bütün müqəddəratlarını etiraf və təyin edirlər" (Azərbaycan tarixin dalğasında kitabı, Kavə Bəyat, səhifə 30-35). Əhməd Kəsrəvi "Adsız Şəhriyarlar" kitabında 254-cü səhifədə bu adlandırmaya işarə edir və bu işə etiraz etməkdən daha çox təəccüblənir. Kəsrəvi qeyd olunan əraziyə Aran adının şamil olması haqda bir çox tarixi mənbələrə istinad edərək Aran və Azərbaycanın ayrı olması haqda yazır: "Maraqlıdır ki, hazırda Aranı Azərbaycan adlandırırlar, halbuki Azərbaycan başqa bir ərazinin adıdır, Aranın kənarında və ondan daha böyük və daha məşhurdur. Məlumatların əldə olduğu elə qədim zamandan bu iki ərazi həmişə ayrı-ayrı olmuşdur və heç vaxt Azərbayqan adını Arana deməmişlər. Öz əraziləri üçün azad dövlət yaradan və ora ad qoymaq istəyən aranlı qardaşlarımızın indiyə qədər öz tarixi və qədim adlarını kənara qoyaraq nə üçün Azərbayqana doğru qarətçi əllərini uzatdıqlarını öyrənə bilmədik!! Bu heyrətləndirici işlərindən hansı faydanı alacaqlarına ümid edirlər?" Kəsrəvi əlavə edir:

"Bu gözucu baxış ona görə deyil ki, biz özümüz Azərbayqandanıq və öz diyarımız və yerliliyimizə təəssüb bəsləyirik; Halbuki bu işdən Azərbayqana heç bir ziyan yoxdur. Əksinə buna görədir ki, aranlı qardaşlarımız milli və azad həyatlarının əvvəlində öz tarix və ərazilərinin tarixi adına təpik atırlar. Bunun özü böyük ziyandır və tarix belə heyrətləndirici işə rast gəlməmişdir. Maraqlı məqam budur ki, iranlı jurnalistlər və ziyalıların məntiqli və açıq-aşkar etirazları qarşısında, Məhəmməd Əmin Rəsulzadənin bilməyərəkdən etiraflarla, ziddiyyətlərlə dolu və məntiq və təfəkkürə sığmayan cavabları onların bu adlandırma ilə əlaqədar açıq-aşkar məqsədini nümayiş etdirir; Nə tarixi keçmişə, nə coğrafiyaya əsaslanmayan və nə də belə təcavüzü əsaslandıra bilməyən faktlar, kəkələmələr və ziddiyyətli danışıqlar əslində onların sifarişli hərəkətini əks etdirir. Rəsulzadə başqa bir yerdə şirin dilini işə salıb və dostluq qapısından girir və belə yazır: "Cümhuriyyətimizlə İran şahənşahlığı arasında yaxınlıq, ədəbi və tərbiyə münasibətləri vardır. Bundan əlavə, ədəbiyyatımız, ədiblərimiz, şairlərimiz, xüsusilə də son dövrlərimizin ziyalıları İranın bərəkəti və feyzi ilə yetişmişlər; Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Molla Rumi və digər söz ustadları olan iranlılar adətən bizim tərəfimizdən rəhbər və öncül hesab olunmuş və bizim aramızda İran adət-ənənələri tərbiyənin əsası kimi qoyulmuşdur. Aramızda fars ədəbiyyatı ilə tanış olanlar və onu sevənlərin sayı az deyil, biz İranın son dövrlərinin tanınmış şairləri, Nizami, Xaqani və Məhəsti ilə fəxr edə bilərik".

Rəsulzadə bu tərifləmələrdən sonra yazır: "Əlbəttə ingilislər, ruslar, fransızlar və digər xristian dövlətləri bizim qarşımızda belə mövqe sərgiləmirlər, mütləq təsəvvür olunmur ki, eyni dində olan bir dövlət belə qərarın verilməsinə razı olacaq (məqsədi Azərbaycan Respublikası adına qarşı çıxmaq), xalqımıza bizim qaydaların təyinetmə haqqının inkarı və etirafını qadağan edəcək; Buna görə, şübhəsiz, iranlı qardaşlarımız belə həssas məsələlərə o qədər də həssas yanaşmayacaq və Gürcüstan və Ermənistan respublikaları kənarında müstəqil islam respublikasının təşkil olunması və güclənməsini səmimiliklə arzu edəcəklər".

İran qəzeti Rəsulzadənin cavabında yazır: İranın heç bir ziyalısı və qeyri-ziyalısının Qafqazda islam respublikasının təşkil olunması məsələsində sözü yoxdur və sevgi dolu gözlərlə və məhəbbət dolu ürəklə ona baxır; Sadəcə istəyirlər ki, Azərbaycan adını İranın şimalına məxsus hesab etsinlər və bir sıra xəbərlərdə qeyd olunduğu kimi bu adlandırmadan ehtimal üzrə yarana biləcək mənfi addımlardan çəkinsinlər. Hələlik bu qədər sözlə kifayətlənirik" (səhifə 70, həmin, Kavə Bəyatın kitabı).

Məliküş-Şüəra Bəhar da bu təcavüz qarşısında sakit durmur və 3 rəbiüssani 1296-cı ildə Nobəhar qəzetində bu adlandırmaya etiraz olaraq "Müsavat nədir və nə deyir?"

başlıqlı geniş məqalədə yazır: Azərbaycanın əxlaqı İranın digər türkdilliləri kimi həqiqi iranlı-fars əxlaqı olmuşdur. Vətənsevərlik-İransevərlik hissi həmişə ata-babalarının şücaəti, İran tarixi və ədəbiyyatı, məktəb lövhələrinin üzərində, qəzəlxan anaların qucağında, İranın qəhrəmanlar yetişdirən iqlimlərində onların qanı və düşüncəsi ilə birləşmişdir. Lüğətlərin nöqsanlı oxşarlığı bu tayfaların möhkəm zəncirlərini və bu ədəbi bağlılıqlarını qıra bilməz; Bu qüdrət ərəblərdə yox idi. Deməli bilin ki, başqa tayfalar da bacarmayacaqlar".

Bəhar bu məqaləsinin başqa bir hissəsində yazır: "İran xalqı Qaraqum dağlarından Fars körfəzinə qədər, hal-hazırda vahid ədəbiyyat, adət-ənənə, əxlaq və hətta sözlərin sayəsində yaşayır; Səmavi kitab, Firdovsinin, Sədinin kitabı, Keyxosrovun və Nadir Şahın adı, qəhrəman şaha və ya böyük bir dövlətə sitayiş sevgisi bərabər hüquqlara malik bu diyarın insanlarına məhv olmayacaq ruh bəxş edib və bu parlayış sadəcə bizim İrandadır".

Rəsulzadə öz məktublarının birində də Azərbaycan adının İranın bu əyalətindən alınmasına açıq-aşkar işarə edir və inkaredilməz həqiqət olan bu işə iranlıların bədgümanlığını dilə gətirir və belə yazır:

Onlar deyirlər ki, adınızı dəyişin ki, biz sizi böyük qardaş kimi qucağımıza alaq, yoxsa biz sizdən inciyəcək və sizə şübhəli olacağıq. Nə üçün bizdən şübhələnirsiniz? Gərək belə təsəvvür edək ki, siz İranda bir vilayət olan Azərbaycan adını almaqla onun özünə də göz dikdiyimizi güman edirsiniz" (İran, say 439, 15 şaban, 1298). Rəsulzadə iranlı qardaşlarına hərdənbir verdiyi cavablarda ziddiyyətliliyi davam etdirir və iranlıların məntiqli etirazları qarşısında "İnşallah, Maşallah" sözlərindən istifadə edir. O yazır: "Beynəlxalq aləmin tarixində indiyə qədər görünməyib ki, ad üstündə ixtilaf yaransın. İslam tarixində də inşallah görünməyəcək" (İran qəzeti, 27 şaban, say 440). Bütün etirazlara baxmayaraq Azərbaycan adı bu əraziyə qoyuldu və Osmanlı, Rusiya, İngiltərə, hətta İran kimi böyük ölkələr bir müddət sonra onu rəsmən tanıdılar. Baxmayaraq ki, bu respublika tezliklə bolşeviklər tərəfindən uduldu və Sovet Sosialist Respublikaları İttifaqına ilhaq edildi. Amma adı Rəsulzadə və Osmanlı imperiyasının istədiyi ad oldu. Sonra 70 il Rusiyanın nəzarəti altında gününü keçirdi. Amma Rusiyanın İranda ekspansionist məqsədi sona çatmadı. Onlar böyük balinanı tutmaq istədikləri qarmağı əllərində tutmuşdular. Azərbaycan yaradılan saxta qarmaq idi. İrana doğru atıldığı hər zaman ona bir şey ilişməlidir. İran Azərbaycanına birləşən zəncir vardı, bu zənciri özlərinə tərəf çəkməklə İran Azərbaycanını onlar üçün töhfə gətirəcəyinə ümid edirdilər.

II Dünya Müharibəsi

Bolşeviklərin dövləti inqilabın alovundan dincəlməmiş, II Dünya Müharibəsinin alovuna düşdü. İran Qacarlar hökumətinin destabilliyindən sonra, milli vahid dövlətin sayəsində İranın şimal, cənub və ətrafındakı iddiaçılarını söndürə bilmiş və öz inkişafı üçün daha aydın perspektivə ümidvar ola bilmişdi. İran bir az rahat nəfəs alırdı; Elektrik və telefon, asfalt və küçələrin çəkilməsi, modern məktəblər, qərbə tələbələrin ezam olunması, bir-birinin ardınca müxtəlif zavodların yaradılması ləng şəkildə həyata keçirdi. Lakin həyatın siması xalq üçün daha səmimi və daha da mehriban olurdu. Əlbəttə yeni dünyaya girmək üçün uzun yol qarşıda idi. II Dünya Müharibəsinin başlanması və müharibənin ortalarında İranın istəmədən məsələyə qarışdırılması, həyat və yaşamağı yenidən qaranlığa bürüdü. Aclıq və viranəlik müharibənin İran üçün yeganə töhfəsi deyildi. Çünki SSRİ dünyanın o qarmaqarışıq bazarında və düz öz qüvvələrinin tədarük hissəsi rəhbərliyinin İrandan keçdiyi zamanda, müttəfiqlərə kömək üçün İranın ərazisi, suyu və havasından çox faydalı və zorla qəbul etdirilmiş istifadə ilə kifayətlənmədi və İranın parçalanması üçün başqa bir xəyanət və fitnə toxumunu səpdi. Bu fitnə toxumu SSRİ-ni sosializm, bərabərlik beşiyi, diktatura ilə mübarizə üçün dünya xalqlarının arxası hesab edən şəxslərin əli ilə səpildi. Həmin sadə inanclar Azərbaycan Demokrat Firqəsinin təsis olması ilə nəticələndi. Və ardınca minlərlə insan, mahiyyətindən xəbəri olmadan ölüm, mühacirət və didərginlik qucağına düşdü. Firqə zahirdə "Azərbaycan İranın ayrılmaz hissəsi" şüarı ilə mübarizə səhnəsinə ayaq açdı. Lakin sikkənin o üzü tam başqa bir şey idi və bizə firqə başçılarının mahiyyəti haqda sadə inam icazəsini vermir. 21 azər 1329-cü günəş ilində Demokrat Firqə Cəfər Bağırova (Aran Respublikası Kommunist Partiyasının baş katibi) teleqram vurur və belə yazır:

"Əziz və mehriban ata, Mircəfər Bağırov! Şimali Azərbaycanın ayrılmaz hissəsi olan Cənubi Azərbaycan xalqı dünyanın bütün xalqları kimi SSRİ-nin böyük xalqına ümid gözü dikib" (Aran və Azərbaycan, səhifə 223).

Bağırova məktubun başlığında "Cənubi Azərbaycan Şimali Azərbaycanın ayrılmaz hissəsidir" və sədaqətli və vətənsevər insanların fikrini yayındırmaq üçün Pişəvəri tərəfindən işlədilən "Azərbaycan İranın ayrılmaz hissəsidir" başlığı ilə əlaqədar iki ziddiyyətli şüar Rəsulzadənin verdiyi vədlər və andlarının daha çox əbəs olduğunu ifşa edir. Öncədən təyin olunan ssenarinin "bismillahı"nı Rəsulzadə yazdı, özü isə sürgündə və vətənsizlikdə öldü, növbəti özlərinə yadlar isə onu davam etdirdi. Pişəvəri və onun ətrafındakılar da Demokratik mübarizələr üçün SSRİ-nin köməyinə elə ürək bağlamış və SSRİ-nin ideoloji amallarını qorumağı yanlışlıqla vətəni qorumaq hesab etmişdilər ki, əcnəbilərin çəkmələri altında nalə edən vətənin səsini eşitmədilər və onun bədəninə böyük zərbə vurdular. Onlar pərdəarxasını yaxşı bilirdilər, bilirdilər ki, səhnə və pərdəarxası şüarlar bir-birinə tamamilə ziddir və firqənin yaranması və süqutu tamamilə SSRİ-nin qərarı və bu ölkənin mənafeyinə bağlı idi. İrana qayıtmaq yolunu hər nəyin bahasına olursa olsun, əcnəbinin süfrəsi başında alçalmaqdan üstün tutan Pişəvərinin ölümü də belə talelərin təkrarı idi.

Demokrat Firqənin təşkili

SSRİ-nin İrandakı hərbi müxbiri İbrahim Novruzov öz xatirəsində yazır: Azərbaycanda Demokrat Firqənin təşkili Marşal Stalinin İran rəsmilərinə ilk reaksiyası idi. Çünki İran rəsmiləri şimal neftinin çıxarılmasında SSRİ-yə müsbət cavab verməmiş və onun Tehrana göndərdiyi elçi Kaftaradzeni əliboş qaytarmışdılar" (Baş möhürdə sirləri kitabı, Həmid Mollazadə, səhifə 39). İranın böyük bir hissəsini işğal edən SSRİ işğalçı və işğal olunmuşun qeyri-bərabər qarşılaşmasında İranla ədalətli və ticarət şəriki müqaviləsini imzalamağa çalışırdı!!! Tudə partiyası yürüşü ilə belə bir müqavilənin təsdiqlənməsini hökumətdən tələb edirdi. Tudə partiyası xalqın mənafeyinə heç həmrəy olmadan, öz ölkəsinin işğalına biganə yanaşaraq, xalqın əzab-əziyyətinə biganə yanaşaraq SSRİ-nin mənafeyi istiqamətində ayağını İran xalqı və dövlətinin boğazına qoymuşdu ki, şimal neftinin payını SSRİ-yə peşkəş etsin. Təqizadə, onun ardınca Müsəddiq, mənfi tarazlıq şüarı ilə məclisi birtərəfliliyə sürüklədilər; Bu qərarla müharibənin bitməsi və İranın təxliyə olunmasından sonra həyata keçiriləcək neftlə əlaqədar istənilən qərar və İranın hazırkı işğalçıları olan ölkələrlə ticarəti qeyri-mümkündür.

SSRİ İran daxilindəki tərəfdarlarının səyinə rəğmən hökumətdən mənfi cavabı aldıqdan sonra Demokrat Firqəsinin təsis olunması məkrli planına əl atdı. (Bu dövrdə İngiltərə tərəfdarları cənub neftinin İngiltərəyə, Rusiya tərəfdarları isə şimal neftinin Rusiyaya bağışlanmasını dəstəkləyirdilər və onu müsbət tarazlıq hesab edirdilər). 3 şəhrivərdə Qızıl Ordu ilə İrana daxil olan SSRİ-nin hərbi jurnalisti İbrahim Novruzov yazır: Bir gün iş saatının axırı idi, məni və Nüsrəti Bağırovun (Azərbaycan Respublikası Kommunist partiyasının 1-ci katibi) yanına apardılar. O otağa kimsənin girməməsini istədi. Bizə əyləşmək icazəsi vermədən söhbət etməyə başladı və dedi: "Siz Təbrizə getməlisiniz və sizinlə birlikdə Dövlət Təhlükəsizliyi Komissarlığı tərəfindən bir nəfər gələcək; Özünüzlə Təbrizə əmanət aparırsınız və general Atakişiyevə təhvil verirsiniz, gecikməyin və dərhal yola düşün". Bağırov dövlət komissarlığının müavinini yola salmaq üçün dəmiryol stansiyasına gəldi.

Xüsusi kupeyə daxil olduğumuz zaman, dəmiryol işçilərinin uniformasında əlində kiçik çamadanı olan bir nəfər əyləşmişdi. Kərimov təhlükəsizlik komissarlığının müavinini bizimlə tanış etmədi. Sadəcə çamadana və bizə işarə etdi ki, hər üçünüz bu çamadanı qorumalısınız. Çamadanın başına bir iş gəlsə, itsə və ya oğurlansa, hər üçünüz güllələnəcəksiniz. Sonra isə qatar işçisinə dedi ki, bizim ətrafımızdakı boş kupelərə kimsə mindirməsin. Qatar Təbrizə yola düşdü" (baş möhürdə sirləri, səhifə 20). Novruzov öz təkanverici etiraflarında yazır: Əsasnaməsi olan çamadanı təhvil verdikdən üç gün sonra Təbrizdə Demokrat Firqəsi təşkil olundu. Çamadanın içində əsasnamənin mətni idi. SSRİ Azərbaycanda Demokrat Firqə hökumətini bir il ayaq üstə saxladı ki, neftdə iştirak etmək məqsədilə Qəvamus-Səltənəni təslim etmək üçün əlində təzyiq rıçaqı olsun. Qəvamus-Səltənə öz tədbiri ilə SSRİ-ni növbəti parlamentdə bu qanunu təsdiqləməyə ümidvar etdiyi vaxt, Stalin göstəriş verdi ki, firqə öz ofisini yığışdırsın və üç gün ərzində sərhəddən çıxsın..." Novruzov öz xatirəsində əlavə edir: "

Firqənin məğlubiyyətindən sonra Cəfərov tərəfindən Zaqolya kəndində hazırlanan və firqə rəhbərlərinin də iştirak etdiyi şam ziyafətində Cəfərov deyir ki, bu firqənin məğlubiyyətinin səbəbi iki Azərbaycanın birliyinə çox az təkid idi və Pişəvəri cavab verir ki, xeyr; Səbəb bu idi ki, həddindən artıq iki Azərbaycanın birliyinə təkid olundu və "A kişi, yerində otur" təhqiramiz ifadəsi ilə Pişəvərini susdurur" (səhifə 68, həmin kitab).

Bu zamanda Rəsulzadənin yazışmaları və onun iranlıları arxayın etməsindən çox keçməmişdi; O həmin yazışmalarda iranlılara demişdi ki, niyə nigaransınız, siz güman edirsiniz ki, biz bu addan istifadə edərsək, onun ərazisinə də göz dikmişik! Təəssüflər olsun ki, bu nigaranlıq və o tamahla dolu göz bu günə qədər bu ad və bu məqsəd Arazın hər iki tərəfini alçaq vasitəyə çevirmişdir və hələ də istifadə olunmaqdadır; Çox az hissəsi istisna olmaqla buraya sığmayan çoxlu faktlar və sənədlərə əsasən, Aran heç vaxt Azərbaycan olmayıb. SSRİ-nin İran əleyhinə gizli və aşkar siyasətlərini bilən və bir müddət Rusiya Xarici İşlər Nazirliyində işləyən siyasətçi Bartold bu barədə yazır: "Azərbaycan adı "Azərbaycan Respublikası" üçün seçildi, güman edilirdi ki, Azərbaycan Respublikasının yaradılması ilə İran Azərbaycanı ilə birləşəcək; Azərbaycan adı bu nöqteyi-nəzərdən seçilmişdi" (Aran və Azərbaycan, səhifə 217).

İran sərhədlərini dəyişdirmək üçün Osmanlı və Rusiya imperatorluqlarının keçmiş arzusu və mənafeyinə əsasən seçilən həmin ad xainlərin məclisində Aranın qulağına oxundu və sonrakı nəsillər pasportlarında özlərini Azərbaycan doğumlu tanıdılar, musiqi, şer, ədəbiyyat, bu müsadirə olunmuş adı özününküləşdirmək üçün ifrat təbliğat, yazar və şairlərin Azərbaycanın zülmlə parçalanması və ana diyarlarının ikiyə bölünməsini yanar dillə çatdırmaları hətta İran və həqiqi Azərbaycanda növbəti nəsillərin beynini yumaq üçün böyük siyasətə çevrildi. Növbəti nəsillərimiz əsli və saxtanı tanımaqda heyran və aciz qaldılar. Çünki onun saxta nüsxəsi ürəkləri ələ alıb "Ana Yurdum Azərbaycan" cümləsi ilə başlayır və həmin cümlə ilə bitirirdi.

Azərbaycan adı ilə Qafqaz rəqsi, musiqisi, yeməyi, suyu, paltarı bazara daxil oldu və öz adı, mövqeyi, əzəməti və əsilliyinə arxalanan həqiqi Azərbaycan belə yüngül və şou xarakterli oyunlardan uzaq qaldı, İran xəritəsinin başında əbədiləşdi. Hər zaman praktiki olaraq göstərdi ki, Azərbaycan haradadır, Səttarxan və məlumatlı insanlarının İran məşrutəçiliyinin necə müqavimətli qolları olduğunu göstərdi.  

SSRİ-nin dağılması

SSRİ-nin dağılması ilə havaya arxalanan bu respublika bir daha dağıldı və bir daha Böyük Azərbaycan həvəsində olanlar hərəkətə keçdilər. Elçibəy "Bir neçə türk dövləti ilə bir millət" şüarı ilə iqtidara gəldi. Lakin Aran Respublikasının o dövrünün siyasətləri onu kənara qoymaq və Əliyevlərin hakimiyyəti ilə stabilliyi yaratmağı öz məsləhəti gördü və həmin yeni respublika öz yerini bir az möhkəmlətdi, təqdim edilməsi mümkün olan tarixi yaratmaq niyyətinə düşdü, öz pasportunun yaşını (ilk Aran Respublikasının tarixi) 1918-ci ildən qeydiyyata aldırdılar, yenə də İrandan oğurlanan həmin adı qulağına oxudular və onun boyuna milli himn oxudular. Amma bu dəfə bu adın qafqazlıların qulağında öncəki biganəliyi yox idi. Rəsulzadə deyir: "Biz azərbaycanlı qardaşlarımız dedikdə, qafqazlı dostlarımız güman edirlər ki, məqsədimiz İran Azərbaycanıdır. 70 il bu ögey adla yaşamaq, bu adın yad olmasını xatirələr və yaddaşlardan sildi və onlar Böyük Qafqazın bütün keçmişini bir daha oxunmamış qoydular, köhnə puç ümidlə Azərbaycan adına göz yummadılar, hazırda hər il bütün dünyada pantürkizm çətiri altında toplaşan azərbaycanlılara ev sahibi oldular. Belə ki, bir gün Böyük Azərbaycanın birliyi günü adı ilə Bakıya axışsınlar, öz yarılarının ayrılması haqda çıxışlar, nitqlər və şerlər söyləsinlər, qurdlarla yenidən biət etsinlər. Əlbəttə ki, özünü əsil göstərməkdə ifrat etmək ifşa olmaq vahiməsindən, ürəyin aşkarlanması iztirabından, yaramaz birləşmədən, əsilliyi bilinməyən bu ssenaridən yaxşıdır.

Son söz

Bəlkə də Əhməd Kəsrəvinin bu adlandırmaya heyrətlənməsinə söykənmək yetər. Kəsrəvi deyir ki, bir millətin özü ilə bunu etməsindən heyrətlənir... Qafqaz-Aranın tarixinə ötəri baxışla anlayırıq ki, çoxlu ərbablarına bağlı banilər bu diyarın tarixinə necə xəyanət etmişlər, zəngin nağdı qeyri-mümkün nisyəyə satmışlar ki, puçdan başqa bir şey olmayacaq. Bunlar Azərbaycan adı ilə yerində saymaqla və Qafqazın əzəmətli tarixi və keçmişini silməklə özlərini elə təhqir ediblər ki, 80 illik əldəqayırma tarixlə razılaşmağa məcbur olublar. Halbuki öz respublikalarını Aranşahlar, Şirvanşahlar, Şəddadilər və Mehranilərin hökumətlərinin davamı kimi tanıtdıra və uzun keçmişi olan tarixə malik ola bilərdilər. Lakin bu naxələf övladlar qədim Qafqazı unudublar və İranşəhrin göz yaşı ilə buradan qovulub və oradan olublar. Sanki Turun İrəcə, Turanşəhrin İranşəhrə göz yaşı bitməyəcəkdir. Onlar ərbablarının sifarişli dəyişiklikləri və tələblərinə boyun əyərək öz məsləhətlərini görməməzliyə vurdular; Onların istəyi bir tərəfdən İranın o ərazilərə əsrlər boyu hakimiyyətini inkar etmək, digər tərəfdən isə Azərbaycanın yarısı olmasıdır. Halbuki heç bir dövrdə İranın Azərbaycan olması və ya İranın Qafqaz olmasına dair sənəd yoxdur. Onlar muzdlu metod və yola boyun əyərək öz ziyanlarına, ərbablarının buyruqlarını gözübağlı icra ediblər, həm öz kimliklərini inkar edib, həm də özlərinə aid tarixin hətta bir sətrinə belə cavab vermək ləyaqətini itiriblər. 

Rabiə Müvəhhid

Yazar haqdinda

Rabiə Müvəhhid Ərdəbil vilayətinində dünyaya göz açıb. O psixologiya üzrə ali təhsil alıb və bu sahədə fəaliyyət göstərir. O həmçinin siyasət elmləri və Azərbaycan tarixinə maraq göstərir. Bu məqaləni 2017-ci ilin sentyabr ayında məşhur "Siyasətnamə" fəsilnaməsi üçün yazmışdır.



reader's comments

Loading...